Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Allah yanında əziz olanlara and içmək

Allah yanında əziz olanlara and içmək

 On ikinci fçsil

Dünyanın hər yerində belə bir şey var: İnsanlar mühüm bir şeyin haqq olmasını çatdırmaq üçün and içir. Bu zaman yal‌nız qədir-qiymətli şəxslərə və ya əşyalara and içilir. Hər ha‌n‌sı bir cəmiyyətdə bir şəxsə and içilirsə, bu onun o cə‌miy‌yət‌də əziz və hörmətli olmasını göstərir.

Dünya müsəlmanları da öz sözlərinin doğruluğuna təkid edər‌kən, İslamın müqəddəs rəhbərlərinə and içirlər. De‌mə‌li‌yik ki, bu and içmə də  (şərtlər daxilində) İslam rəhbərlərinin ad‌larını və xatirələrini yaşatmaq üçün bəyənilmiş bir yoldur. Am‌ma görəsən, Allahdan başqasına and içmək şirkə səbəb ol‌‌murmu?

Bu sualı cavablandırmaq üçün Quran, sünnə və müsəl‌man‌ların həyat tərzinə müraciət edək:

Qurani-məcid və and içmək

Müsəlmanların səmavi kitabının mübarək ayələrində Al‌lah rəsulunun (s) canı, insanların ruhu, qələm, göy və yer, ge‌cə və gündüz, günəş, ay, ulduzlar, dağ və dəniz kimi qiy‌mət‌li yaranmışlara and içildiyinə rast gəlirik. Adları çəkilən şey‌lə‌rə and içməyin səbəblərindən biri də, oxucuların diqqətini and içməklə başlayan ayələrin məzmununun dəyərinə cəlb et‌mək, onları mövzunun əhəmiyyətinədən agah etməkdir. Mi‌sal üçün, Allah-taala “Şəms” surəsində nəfsi paklamağın əhə‌miyyətli olduğunu bildirmək üçün doqquz şeyə (günəş, onun nuru, ay, gündüz, gecə, səma, Allah, yer və insanın ca‌nı‌na) and içmişdir.

Burada nümunə olaraq, bəzi Quran ayələrini diqqətinizə çatdırırıq:

“(Ya Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küf‌rləri) içində sərgərdan (şaşqın) vəziyyətdədirlər”.[1]

“Nun! And olsun qələmə və yazdıqlarına”.[2]

“And olsun axşam çağına ki, insan ziyan içindədir”.[3]

“Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki...”[4]

“And olsun dan yerinə; And olsun on gecəyə”.[5]

“And olsun günəşə və onun işığına; And olsun (günəşin) ardınca çıxan aya; And olsun onu (günəşi) parlaq edən gün‌dü‌zə; And olsun onu (günəşi) örtən gecəyə; And olsun göyə və onu yaradana; And olsun yerə və onu döşəyənə; And olsun nəf‌sə və onu yaradana (ona biçim verənə);

Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xe‌yir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mü‌tləq nicat tapdı!”[6]

Bunlardan əlavə, “Tur”, “Naziat”, “Mursəlat”, “Buruc”, “Ta‌riq”, “Bələd”, “Tin” və “Zuha” surələrində təbiətdə olan bə‌zi dəyərli varlıqlara and içildiyinə rast gəlirik.

Aydın məsələdir ki, Qurani-kərim İslam cəmiyyətinin ən üs‌tün hidayətçisidir. Dünya müsəlmanları danışıq və əməl‌lərində bu müqəddəs kitabı özləri üçün nümunə edərək, onun vasitəsilə tövhidi şirkdən, haqqı batildən və halalı ha‌ram‌dan ayırmalıdırlar.

Şübhəsiz, adları çəkilən şeylərə and içmək tövhid prinsipi ilə uyğun olmasaydı, tövhid nizamnaməsi olan Quranda belə bir şeyə yol verilməzdi. Əgər belə and içmək Allaha məxsus ol‌saydı, insanların səhvə düçar olmaması üçün bu məxsusluq Qur‌anda bəyan olunmalı idi.

Həzrət Peyğəmbər (s) sünnəsinin şahidliyi

İslam məktəbinin bütün ardıcılları Allah rəsulunu (s) öz ör‌‌nəkləri bilir, həzrətin sözlərini, əməllərini öz söz və əməl‌lə‌ri üçün ölçü hesab edirlər.

Həzrət Peyğəmbərin (s) and içməyi barəsində hədislər çox‌dur. Onlardan bəzilərini xatırladırıq:

1. Əhməd ibn Hənbəl öz “Müsnəd”ində Peyğəm‌bəri‌miz‌dən (s) belə nəql edir:

“Öz canıma and olsun! Əmr be məruf (yaxşılığa əmr) və nəhy əz münkər (pislikdən çəkindirmək) etməyin susma‌ğın‌dan daha yaxşıdır”.[7]

Bu hədisdə Allah rəsulu (s) əmr be mərufun və nəhy əz münkərin dəyərini göstərmək üçün öz canına and içir.

2. Müslim ibn Həccac öz “Səhih”ində belə nəql edir:

“Bir kişi Peyğəmbərimizdən (s) belə soruşdu: Hansı sə‌də‌qə‌nin daha çox savabı var?

Buyurdu: “Atana and olsun ki, bu məsələdən xəbərdar ola‌caqsan. O, salamatlıq və sınaq halında, həmçinin fəqirlik qor‌xusu və (malın) həmişəlik qalmasına[8] ümidli olan halda ve‌ri‌lən sədəqədir”.[9]

3. Müslim yenə həmin kitabda başqa məzmunlu bir hədis də nəql edir:

“Nəcd” məntəqəsindən bir kişi həzrət Peyğəmbərin (s) ya‌nı‌na gəlib, İslam barəsində soruşdu. Peyğəmbərimiz (s) bu‌yur‌du: İslamın əsasları bunlardır:

a) Gecə-gündüz ərzində qılınan beş vaxt namazlar;

 Nəcdli kişi soruşdu: Bunlardan başqa namaz varmı? Həz‌rət Peyğəmbər (s) cavab verdi: Xeyr, bunlardan başqa na‌maz‌lar müstəhəbdir.

b) Ramazan ayının orucu;

Nəcdli kişi soruşdu: Bundan başqa oruc mənə vacibdirmi? Bu‌yurdu: Xeyr. Qalanları müstəhəbdir.

c) Zəkat;

O kişi dedi: Bundan başqa zəkat mənə vacibdir? Həzrət Pey‌‌ğəmbər (s) buyurdu: Xeyr. Qalanları müstəhəbdir.

O nəcdli kişi bu sözləri deyərək, həzrət Peyğəmbərin (s) ya‌nından uzaqlaşdı: “Allaha and olsun ki, (öyrəndiyimdən) nə çoxuna, nə də azına əməl etmərəm”.

Həzrət Peyğəmbər (s) buyurdu: Atasına and olsun! Əgər düz desə, nicat tapacaq. Atasına and olsun! Əgər düz desə, Cən‌nətə daxil olacaq.[10]

 


Həzrət Peyğəmbərin (s) səhabəsinin and içməsi

Qurani-məcid və Allah rəsulunun (s) sünnəsindən əlavə, o həz‌rətin yaxın dostlarının həyatı da and içməyin İslamın ilkin çağlarında yaşamış müsəlmanlar arasında geniş ya‌yıl‌ma‌‌sına bir sübutdur.

Əli ibn Əbu Talib (ə) özünün bir çox məktub və sözlərində öz canına, yaxud sadiq möminlərin hörmətinə and içir. Bir yer‌‌də belə buyurur:

“İlahi! Səndən, Sənə pənah aparan şəxsin hörməti xatirinə is‌təyirəm”.[11]

Şərafətli “Nəhcül bəlağə”də belə buyurur:

“Canıma and olsun ki, məndən sonra sərgərdanlığınız ne‌çə qat artacaq”.[12]

Başqa bir yerdə belə oxuyuruq:

“Canıma and olsun ki, əgər azğınlığından əl çəkməsən, səni axtaranları tanıyacaqsan”.[13]

Bunlar and içmək barəsində olan hədislərin bir qismi idi. İx‌tisara riayət etmək üçün hamısını gətirmədik.[14]

Nəticə

Gətirdiyimiz dəlillərə (Quran, Peyğəmbərimizin (s) sün‌nə‌si və səhabənin əməlinə) əsasən dinimizin həqiqi rəhbərlərinə və İslam müqəddəslərinə and içmək inkarolunmaz bir prin‌sip kimi qiymətləndirilir. Bu əməl nicatverici tövhid mək‌tə‌bi‌nin qanunları ilə tam uyğundur.

 


Xatırlatma

Bir şəxsə və ya bir şeyə and içmək onun əzizlənməsi və xa‌ti‌rə‌sinin əbədiləşməsinə səbəb olduğu üçün yaxşı olar ki, and iç‌mək üçün seçdiyimiz şəxslər və ya şeylərə lazımınca diqqət yetirək, yalnız Allah yanında əziz olanlara and içək. Çünki bu iş onların əbədiləşməsinə səbəb olur. Elə isə, Allah ya‌nın‌da hörməti olmayan müşrik və günahkarlara and içməkdən cid‌di şəkildə çəkinməliyik. Çünki onlara and içmək küfr rəh‌bər‌lərinin və günaha batmış şəxslərin adlarının əbə‌di‌ləş‌mə‌si‌nə səbəb ola bilər. Elə buna görə də Allah rəsulu (s) mü‌səl‌man‌ları müşrik kimi dünyadan gedən əcdadlarına and iç‌mək‌dən çəkindirirdi. İslam hədisçilərinin bir qrupu belə nəql edir:

 “Peyğəmbər (s) Ömərin atasına and içdiyini eşitdi. O həz‌rət buyurdu: Allah sizi atalarınıza and içməkdən çəkin‌dir‌mişdir”.[15]

Burada aydın olur ki, yalnız saleh möminlərə və uca Allah ya‌nında əziz olanlara and içmək olar.

 

 

* * *

 


 

 

 

 

 

 

 

 


On ùýùncù fçsil

Şəfaət və ya ümid yeri

İslamın təməl prinsiplərini qorumaqla yanaşı, mü‌səl‌man‌la‌rın üzərinə düşən ən mühüm vəzifələrdən biri də, bu gözəl zi‌nətlərlə özlərini bəzəməkləridir. Bu xüsusda, ilk növbədə həz‌rət Peyğəmbərimiz (s), sonra isə İslamın başqa pak rəh‌bər‌ləri İslam cəmiyyətinin ən üstün nümunələridir. Yaxşı olar ki, İslam dininin ardıcılları öz əməl, söz və fikirlərini rəh‌bər‌lərinin əməl, söz və fikirləri ilə uyğunlaşdırmaq üçün tam güc‌ləri ilə çalışsınlar.

Bu uyğunlaşdırmanın ən güclü amillərindən biri şəfaət mə‌‌sələsinə etiqadlı olmaqdır. Çünki Allah yanında əziz və hör‌mətli olan rəhbərlərdən şəfaət diləmək istəyən bir insan, hə‌qiqi şəfaətedicilərə yaxınlaşıb, şəfaətə layiq olmaq üçün öz əməllərini onların yolu ilə uyğunlaşdırmağa çalışır. Elə buna gö‌rə də, risalət (peyğəmbərlik) dövrünün pak rəhbərlərindən şə‌faət diləmək müsəlmanların diqqətini onların məqamına da‌ha da cəlb edir və xatirələrini əbədiləşdirir. Eyni zamanda, bu əməl müsəlmanların öz rəhbərlərinin hədəfləri ilə uy‌ğun‌laş‌ması yolundakı səylərinin daha da artmasına səbəb olur. İn‌di isə bu sözümüzü daha aydın izah etmək üçün müxtəlif cə‌hətlərdən şəfaəti araşdırırıq:

 


Şəfaətin həqiqəti

Ayə və hədislərdən aydın olur ki, şəfaət İslamın qəti prin‌siplərindən biridir. Şəfaətin nəticəsi barəsində müxtəlif nə‌zər‌lər olmasına baxmayaraq, bütün İslam məzhəbləri şəfaəti qə‌bul edirlər.

Şəfaətin əsl mənası Allaha yaxın olan ucaməqamlı bir in‌sa‌nın öz Pərvərdigarından başqa bir insanın günahlarının ba‌ğış‌lanılması və ya dərəcəsinin qaldırılmasını diləməsidir. Bu ba‌rədə hədislər çoxdur. İxtisara riayət etməklə, bəzi nü‌mu‌nə‌lə‌rini diqqətinizə çatdırırıq.

Bir çox tanınmış hədisçilər özlərinin “Sihah” və “Müs‌nəd”‌lə‌rində Allah rəsulunun (s) belə buyurduğunu nəql ediblər:

“Mənə beş şey verilib: ...(beşincisi) mənə şəfaət əta olunub. Mən də onu ümmətim üçün saxlamışam”.[16]

Bu hədis şəfaətin İslamda qanuni və düzgün olduğuna bir də‌lil olaraq, onu qəti bir prinsip kimi qiymətləndirir. Bu hə‌di‌sə əsaslanaraq deyə bilərik ki, şəfaət Allahın əziz Pey‌ğəm‌bə‌rinə (s) verdiyi qiymətli bir töhfədir. O da bu qiymətli töh‌fə‌ni öz ümmətinə hədiyyə etmək üçün saxlamışdır.

Burada belə bir sual meydana çıxır: Görəsən, Allah rə‌su‌lu‌nun (s) şəfaəti bütün camaata şamil olacaq, yoxsa bu ilahi töh‌fənin xüsusi şəraiti var? Bu sualın cavabını vermək üçün diq‌qətinizi aşağıdakı məsələyə cəlb edirik:

Şəfaət diləməyin həddi

Quran baxımından mütləq və şərtsiz şəfaət qə‌bu‌l‌edil‌məz‌dir. Şəfaət aşağıdakı iki şərtlə təsirli ola bilər:

1. Şəfaətçinin şəfaəti üçün Allah tərəfindən icazəsi ol‌ma‌lı‌dır. Allaha mənəvi yaxın olmaqdan əlavə, yalnız Ondan ica‌zə‌si olanlar şəfaət edə bilərlər. Qurani-məcid bu barədə bu‌yurur:

“Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları şə‌faət etməyə qadir olmazlar”.[17]

“O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı ol‌du‌ğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!”[18]

2. Şəfaət olunan şəxsin şəfaətçi vasitəsilə ilahi feyzi almağa qa‌biliyyəti olmalıdır. Elə buna görə də, Allahla iman rabitəsi ol‌mayan kafirlərə və şəfaətçi ilə ruhi bağlılığı olmayan bəzi (na‌maz qılmayan, adam öldürən və bu kimi) günahkar mü‌səl‌manlara şəfaət olunmaz. Quran, namaz qılmayan və Qi‌ya‌mət gününü inkar edənlər barəsində buyurur:

“Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!”[19]

“(O gün) zalımların nə bir dostu, nə də sözü keçən bir şə‌fa‌ət‌çisi olar!”[20]

Şəfaətin fəlsəfəsi

Şəfaət də tövbə kimi, azğınlıq və günah yolunun ya‌rı‌sın‌dan qayıdıb, qalan ömrünü Allaha itaət etmək istəyənlər üçün bir ümid çırağıdır. Çünki günahkar insan şəfaətçinin şə‌fa‌ətinə (hər bir halda deyil) yalnız xüsusi şərtlərlə nail ola‌ca‌ğı‌nı bilsə, bu hədd və şərtləri qorumağa çalışacaq, onları keç‌mə‌yəcək.

Şəfaətin təsiri

Şəfaətin günahların bağışlanılması, yoxsa dərəcənin qal‌dı‌rıl‌ması üçün olması barəsində İslam təfsirçilərinin nəzərləri müxtəlifdir. Aşağıdakı hədisə diqqət yetirsək, birinci nəzərin düz‌gün olduğu aydınlaşacaq. Hədis belədir:

 “Qiyamət günündə şəfaətim ümmətimin kəbirə (böyük) gü‌‌nahlar edənləri üçündür”.[21]

Əlbəttə ki, bu hədisin ikinci nəzərlə heç bir ziddiyyəti yox‌dur. Belə də deyə bilərik: Allah rəsulunun (s) şəfaəti (qeyd et‌di‌yimiz şərtlərlə) günahkarların günahlarının ba‌ğış‌la‌nıl‌ma‌sı‌na və möminlərin dərəcələrinin yüksəldilməsinə səbəb ola‌caq.

Allah övliyalarından şəfaət diləmək

Burada belə bir suala cavab verəcəyik: Allah yanında əziz və hörmətli olan din rəhbərlərindən şəfaət diləmək tövhid prin‌sipi ilə uyğun gəlirmi? Bu sualın yaranmasına səbəb, şə‌faət haqqını Allaha məxsus edən ayələrin zahiri mənalarıdır. Qur‌an bu barədə belə buyurur:

“De: “Bütün şəfaət yalnız Allaha məxsusdur”.[22]

Buna görə, Allahın saleh bəndələrindən şəfaət diləmək, Al‌lahın mütləq haqqı olan bir şeyi bəndələrindən diləmək ola‌caq. Görəsən, bu cür dilək “ibadətdə tövhid” prinsipi ilə zidd deyilmi?

Deməliyik ki, İslam rəhbərlərinə Allah kimi, yaxud Al‌la‌hın öz işlərini tamamilə onların ixtiyarına qoyduğuna etiqad bəs‌ləmədən, Allah yanında əziz olduqları və Onun izni ilə şə‌faət edə bildikləri üçün onlardan şəfaət diləsək, bu, “ibadətdə töv‌hid” prinsipi ilə tam uyğundur. Bu, onların xatirələrini əbə‌diləşdirərək yaşatmaqdan başqa bir şey deyil.

Şəfaət haqqı müstəqil şəkildə yalnız Allaha məxsusdur. Onun izni olmadan heç kəs başqalarına şəfaət edə bilməz. Qur‌an da bunu təsdiqləyir:

“De: “Bütün şəfaət yalnız Allaha məxsusdur”.[23]

Amma Allah öz dərgahında başqalarına şəfaət etmək üçün (qeyd etdiyimiz şərtlər daxilində) bəzi saleh bəndələrinə şə‌fa‌ət etmək icazəsi vermişdir. Əziz Peyğəmbərimiz (s) bu ba‌rə‌də buyurur:

“Mənə şəfaət etmək əta olunub. Mən də onu ümmətim üçün saxlamışam”.[24]

Həzrət Peyğəmbərin (s) sağlığında camaat şəfaət və ba‌ğış‌lan‌maq diləmək üçün o həzrətin yanına gəlirdilər. O da, mü‌səl‌manları öz şəfaətinə ümidli edib. Heç vaxt onların şəfaət di‌ləməklərinin tövhidlə uyğun olmadığını deməmişdir. Bur‌a‌da ixtisara riayət etməklə, əziz Peyğəmbərimizin (s) za‌ma‌nın‌da müsəlmanların o həzrətdən şəfaət diləməsi nü‌mu‌nə‌lə‌rin‌dən bəzilərini xatırladaq:

1. İbn Macə öz “Səhih”ində həzrət Peyğəmbərimizdən (s) nəql edir:

“Bilirsinizmi, Allah bu gecə məni hansı seçim qarşısında qoy‌du? Dedik: Allah və Onun Rəsulu daha yaxşı bilər. Bu‌yur‌du: O, məndən ya şəfaəti, ya da ümətimin yarısının Cən‌nətə getməsini seçməyimi istədi. Mən şəfaəti seçdim. Dedik: Ey Allahın rəsulu! Allahdan bizim şəfaət əhli olmağımızı dilə.

Buyurdu: Hər bir müsəlman üçün şəfaət olacaq”.[25]

Bu hədisdə həzrət Peyğəmbərin (s) dostları “Allahdan dilə ....” deyərək, aşkarcasına ondan şəfaət diləyirlər. O da, şəfaət e‌d‌əcəyinə söz verir.

 


2. Tirmizi öz “Səhih”ində Ənəsdən nəql edir:

“Peyğəmbərimizdən (s) Qiyamət günündə mənə şəfaət et‌məsini dilədim. O həzrət qəbul edərək buyurdu: Şəfaət edə‌cəyəm”.[26]

3. Səvad ibn Qərib Allah rəsulunun (s) sağlığında şeir oxu‌yaraq, ondan şəfaət diləyən səhabələrdəndir. O, belə deyib:

 “(Ey Peyğəmbər!) Qiyamət günündə mənə şəfaətçi ol, baş‌qalarının şəfaəti Səvad ibn Qəribə fayda verməyən bir gündə”.[27]

4. İbn Abbas deyir:

“Əli ibn Əbu Talib (ə) Allah rəsulunun (s) qüsl və kəfən iş‌lərini qurtardıqdan sonra, o həzrətin üzünü açaraq belə dedi: Atam-anam sənə fəda olsun! Bizi Allah yanında xatırla”.[28]

Nəticə

Beləliklə, İslam rəhbərlərindən şəfaət diləmək onların xa‌ti‌rə‌lərinin yaşamasına səbəb olur və İslam ümməti ilə rəh‌bər‌ləri arasında əməl, söz və fikir birliyinin yaranma amil‌lə‌rin‌dən biridir. Elə buna görə də, müsəlmanlar Allah rəsulunun (s) zamanından bu günə qədər Allah övliyalarından şəfaət di‌lə‌miş, bu uyğunlaşma yolu ilə öz rəhbərlərinin xatirə və ad‌la‌rı‌nı daim yaşatmışlar.

 

* * *


 

 

 

 

 


On dórdùncù fçsil

Allahın saleh bəndələrinə nəzir etmək

İslam cəmiyyətində, çətinliyə düşən insanlar Allah-ta‌a‌la‌nın razılığını cəlb etmək və ehtiyaclarını ödəmək niyyətilə aşa‌ğıdakı sözləri deməklə, Allah övliyalarının birinə hədiyyə təq‌dim etməyi nəzir edirlər: “Əgər belə olarsa, Allah  üçün bu‌‌nu edərəm”.

Burada belə bir sual meydana çıxır: Allahın saleh bən‌də‌lə‌ri‌nə nəzir etmək tövhid məktəbinin ölçüləri ilə uyğun gə‌lir‌mi?

Deməliyik ki, bu işin düz və ya səhv olması nəzir edənin niyyətinə bağlıdır. Çünki saleh bəndələrə olunan nəzir iki cür təsəvvür oluna bilər:

1. Allahdan başqasına yaxınlaşmaq və (Allahın razı və ya na‌razılığına diqqət etmədən) yaradılmışın razılığını əldə et‌mək niyyətilə Allahın saleh bəndələrinə nəzir etmək; Mə‌lum‌dur ki, bu əməl tövhid məktəbinin prinsipləri ilə ziddiyyət təşkil edərək, İslam tərəfindən qeyri-məqbul sayılmışdır. Çün‌ki bu iş şirk və bütpərəstlik sayılır.

2. Sözügedən əməli yalnız Allaha yaxınlaşmaq və Onun ra‌‌zılığını əldə etmək niyyətilə etmək; Nəzir etməkdə məqsəd ca‌maatın bir hissəsinin nəzir olunan hədiyyədən fay‌da‌lan‌ma‌sıdır. Bu layiqli işin savabı nəzərdə tutulmuş şəxsə çat‌maq‌la Allahın razılığına səbəb olur. Şübhəsiz, belə pak niy‌yət‌lə nəzir etmək bəyənilmiş bir iş sayılır və tövhid ölçüləri ilə heç bir uyğunsuzluq təşkil etmir.

İslam alimləri müsəlmanların ikinci təsəvvürü ilə uyğun olan əməllərin tövhid prinsipi ilə uyğunluğunu sübut etmək üçün çoxlu sayda kitablar yazmışlar.

“Sülhül-ixvan” kitabının müəllifi bu barədə belə yazır:

“Sözügedən məsələ nəzir edənin niyyətindən asılıdır. Çün‌ki (Allah rəsulunun (s) buyurduğuna görə) insanın əməli onun niyyətinə bağlıdır. Əgər nəzir edənin məqsədi meyyit və ona yaxınlaşmaq olsa, şübhəsiz, belə nəzir düzgün deyil. Am‌ma nəzir Allah üçün, Ona yaxınlaşmaq, camaatın bu hə‌di‌y‌yədən faydalanması və hədiyyənin savabının nəzir olu‌nan şəxsə çatması niyyətilə olsa, belə bir nəzirə əməl etmək va‌cibdir”.[29]

Bəzi İslam alimlərinin açıqladıqları kimi, müsəlmanların ver‌dikləri nəzir, savabı Allah bəndələrinə çatan və onların tə‌rə‌findən verilən sədəqədir. İslamın dahi alimlərindən heç biri dün‌yasını dəyişmiş şəxsin əvəzindən verilən sədəqənin düz‌gün olmadığını deməyib.

Əbi Davudun “Sünən”indən hədislər

Bu məsələni daha artıq izah etmək üçün bu barədə olan hə‌dislərdən bəzilərini xatırladırıq:

1. Əbi Davudun “Sünən”ində belə oxuyuruq:

“Həzrət Peyğəmbərin (s) zamanında yaşayan mü‌səl‌man‌lar‌dan biri “Bəvanə” adlı yerdə bir dəvə kəsəcəyini nəzir et‌di. Buna görə də, məsələni Allah rəsuluna (s) açıqladı. Allah rə‌sulu (s) buyurdu: Orada cahiliyyət dövründə olan hər ha‌n‌sı bir bütə pərəstiş olunubmu? Cavab verdi: Xeyr. Buyurdu: Ca‌maat cahiliyyət dövrünün bayram günlərində orada yı‌ğı‌şır‌dı? Dedi: Xeyr. Peyğəmbərimiz (s) buyurdu:

“Öz nəzirinə əməl et. Nəzir günah üçün və ya insanın ixtiyarında (mülkiyyətində) olmayan şeydə olarsa, düzgün deyil”.[30]

2. O kitabda başqa bir hədis belə nəql olunmuşdur: “Bir qa‌dın Allah rəsuluna (s) dedi: Müəyyən olunmuş bir yerdə bir heyvan kəsməyi nəzir etmişəm.

O həzrət soruşdu: Bütlər üçün nəzir etmisən?

Dedi: Xeyr.

Peyğəmbərimiz (s) buyurdu: “Öz nəzirinə əməl et”.[31]

3. Allah rəsulunun (s) Səd adlı bir səhabəsi həzrətdən so‌ruş‌du: Dünyasını dəyişmiş anam tərəfindən sədəqə versəm, ona bir savab çatarmı?

Buyurdu: Bəli.

Soruşdu: Hansı sədəqə onun üçün daha faydalıdır?

Buyurdu: Su.

Səd bir su quyusu qazdı və “bu su quyusu Sədin ana‌sı‌nın‌dır” - cümləsini deməklə, onun savabını anasının ruhuna hə‌diy‌yə etdi”.[32]

Nəticə

Bu hədislərdən məlum olur ki, başqalarına nəzir etmək bü‌t‌lərin pərəstişinə, cahiliyyət dövrünün mərasimlərinin dir‌çəl‌məsinə yol açmasa, günaha görə olmasa, İslam qanunları ilə uyğundur və bəyənilmiş bir işdir. Bu əməl Allah razılığını əl‌d‌ə etmək və onun savabını nəzir olunan şəxsə hədiyyə et‌mək niyyətilə həyata keçirildiyi üçün tövhidin qəti prin‌sip‌lə‌ri ilə tam uyğundur. Buna əsaslanaraq deyə bilərik ki, Al‌la‌hın övliyalarının qəbirləri kənarında kəsilən qurbanlar, ye‌ri‌nə yetirilən nəzirlərin yeganə məqsədi Alah razılığını əldə et‌mək‌dir və yalnız onun savabı müqəddəs övliyaların ruh‌la‌rı‌na hədiyyədir.

 

* * *


 

 

 

 

 


On beÿinci fçsil

Allah övliyalarının qeybi

qüdrətlərinə iman bəsləmək

Quranın aşkar şəkildə Allahın bəzi saleh bəndələrinin qey‌bi qüdrətlərini təsdiq etməsinə baxmayaraq, araş‌dır‌ma‌çı‌lar‌dan bəziləri belə düşünürlər ki, buna inam “üluhiyyətdə töv‌hid” prinsipi ilə uyğun deyil. Bu məsələni həqiqətini açıq‌la‌maq üçün Qurana müraciət edək:

Allah övliyalarının qeybi qüdrətlərinə etiqad bəsləmək iki cür təsəvvür oluna bilər:

1. İnsan Allahdan başqa hər hansı bir insanın allahlıq mə‌qa‌‌mına malik olduğuna etiqad bəsləsin, onu (o insanı) qeybi qüd‌rətin əsl və birbaşa mənşəyi hesab etsin, Allahın işlərini bir‌başa ona nisbət verərək onu Allah hesab etsin. Belə bir eti‌qa‌dın Quran, sünnə və tövhid məktəbinin qəti prinsiplərinə əsa‌sən, qəbuledilməz olduğu aydın bir məsələdir. Bu etiqad ülu‌hiyyətdə şirk deməkdir. Qurani-məcid də bu təfəkkürü in‌kar edərək, belə buyurur:

“Ona bənzər heç bir şey yoxdur”.[33]

“Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”[34]

Elə buna görə də Allahdan başqasının müstəqil qüdrət sa‌hi‌bi olduğuna etiqad bəsləmək şirkə səbəb olur. Çünki bu hal‌da Allahdan başqa bir şəxsin Allaha bağlı olmadan müs‌tə‌qil qeybi qüdrət mənşəyi olduğu nəzərdə tutulur, Allaha məx‌sus olan bir şey ona nisbət verilir. Bir halda ki, bütün qüd‌rətlərin mənşəyi yeganə olan Allahdır.

2. İkinci təsəvvür isə, ilahi övliyaların qüdrətlərinin Al‌la‌hın yenilməz qüdrətindən qidalandığına inanmaqdır. (Buna inan‌maqdır ki) Onlar bu qüdrəti əldə etmək və istifadə et‌mək‌də heç bir istiqlaliyyətə malik deyildirlər. Həm öz var‌lıq‌la‌rında və həm də Allahın onlara verdiyi bu qüdrətdən is‌ti‌fa‌də etməkdə Allahdan asılıdırlar. Allaha yaxın bəndələr yal‌nız Allahın izni ilə qeybi qüdrətə malikdirlər.

Bu təfəkkür tərzinə əsasən, belə qeybi qüdrətləri olan Al‌la‌hın saleh bəndələri, yalnız Onun sonsuz qüdrətinin təcəllisi və Onun cəmiyyətdə təzahür etməsi üçün bir vasitədirlər. On‌lar bu qüdrətdən yalnız Allahın izni ilə istifadə edirlər. Qur‌ani-məcid də “Rəd” surəsində bu məsələyə işarə edərək bu‌yurur:

 “Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz”.[35]

Buna əsasən, dünya müsəlmanlarının Allah rəsulu (s) və ya başqa saleh bəndələrin qeybi qüdrətlərinə iman bəs‌lə‌mə‌lə‌ri onların Allahın izni ilə bu fəzilətə malik olması və bu işdə heç bir istiqlaliyyətə malik olmamaları mənasını daşıyır. Əgər həzrət İsa (ə) korlara şəfa verə və əlacsız xəstəlikləri sa‌ğal‌da bilirdisə, bunlar hamısı Allahın qüdrəti və izni ilə ol‌muş‌dur. Çünki uca Allah bir insana təbii bir qüvvə verdiyi ki‌mi, müəyyən olunmuş yerlərdə və icazəli surətdə istifadə etmək üçün öz saleh bəndələrinə təbiətin fövqündə olan qey‌bi qüdrət də verə bilər.

Şübhəsiz, belə etiqad İslamın əsas prinsipləri və tövhidin bü‌tün dərəcələri ilə tam uyğundur. Çünki bu etiqad Allah öv‌liyalarını Allah kimi tanımaq və ya Allaha aid olan işləri on‌lara nisbət vermək deyil. Bu məsələyə daha artıq izah ver‌mək üçün onun Quran baxımından araşdırılmasına davam edək:

Həzrət İsanın (ə) qeybi qüdrəti

Qurani-kərim bəzi ayələrində həzrət İsanın (ə) belə föv‌qə‌la‌də qüdrətə malik olduğunu sübut edir. Belə ayələrdən bə‌zi‌lə‌rini xatırladırıq:

 “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Si‌zin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfü‌rə‌rəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cü‌zam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şey‌ləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söy‌lədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır”.[36]

Quranın bu aşakar ayələrində ölüləri diriltmək kimi föv‌qəladə işlər həzrət İsaya (ə) nisbət verilməklə yanaşı, onun bu işləri Allahın izni və əmri ilə görməsi də diqqətə çatdırılır.

Həzrət Süleyman (ə) və qeybi qüdrət

Həzrət Süleymanın (ə) xüsusiyyətlərindən bir də ona əzə‌mət‌li bir hakimiyyətin verilməsidir. O, yalnız insanlara deyil, cin və vəhşi heyvanlara da hökmranlıq edirdi. Sözsüz ki, belə bir geniş hakimiyyət üçün fövqəladə qüdrət lazımdır. Qur‌ani-məcid bir çox ayələrdə həzrət Süleymanın (ə) fövqəladə qüd‌rətinə işarə etmişdir. Burada ixtisara riayət etməklə, on‌lar‌dan bəzilərini xatırladırıq:

 “Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) və‌rəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (pey‌ğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!” (Bir gün) Süleymanın cin‌lərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. On‌lar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər. Nəhayət, on‌lar qarışqa vadisinə gəlib çatdıqda, bir qarışqa dedi: “Ey qa‌rış‌qalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bil‌mədən sizi basıb əzməsinlər!” (Süleyman qarışqanın) bu sö‌zündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə, mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək üçün i‌l‌ham (qüvvət) ver!”[37]

Bu ayələrdən aydın olur ki, həzrət Süleyman (ə) quşların di‌lini bilmək və cinlərə hökmranlıq etmək kimi qeybi qüd‌rət‌lə‌rə malik imiş. “Ənbiya” surəsində belə oxuyuruq:

 “Bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən kü‌lə‌yi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!”[38]

Bundan əlavə, Quranın başqa (məs: “Səba”, 12, “Sad”, 36-40 və “Nəml”, 17-44) ayələrində də həzrət Süleymanın (ə) qey‌‌bi qüdrətlərinə işarə edilmişdir.

Həzrət Yusifin (ə) qeybi qüdrəti

Quran baxımından Yusif  peyğəmbərə (ə) də bu ilahi ne‌mət verilmişdir. Aşağıdakı ayə onun qeybi qüdrətlərinin bə‌zi‌lərinə işarə edir. Bu ayədə o həzrət öz qardaşlarına deyir:

 


 “Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o, (yenidən) görməyə başlayar... Muştuluqçu gəlib köy‌‌‌‌‌‌nə‌yi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıl‌dı”.[39]

Bu ayə, öz atasının gözlərinin yenidən görməsinə Yusifin (ə) qeybi qüdrətinin səbəb olduğunu sübut edir.

Həzrət Musanın (ə) qeybi qüdrəti

Həzrət Musa (ə), o dövrün zalım hakimlərindən sayılan Fi‌ronla mübarizə etmək üçün Allahdan əmr aldı. Təbiidir ki, be‌lə çətin mübarizə üçün Musaya (ə) peyğəmbərlik nişanələri və fövqəladə qüdrət lazım idi. Elə buna görə də, Allah öz əziz pey‌ğəmbərini böyük möcüzələrlə silahlandırdı. Bu mö‌cü‌zə‌lər‌dən hər biri o həzrətin qeybi qüdrətinin nişanələridir. Bu‌rada nümunə üçün, bəzi Quran ayələrini xatırladırıq:

1) O, həzrətin ardıcılları susuzluqla üzləşən zaman, Allah Mu‌saya (ə) əsasını daşa vurmağı əmr etdi. O daşdan Bəni – İsrailin dəstələrinin sayı qədər su çeşməsi axmağa başladı. Qurani-məcid Allahın bu barədə olan əmrini belə xatırladır:

“Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) on‌dan (daşdan) on iki çeşmə fışqırdı”.[40]

2) Həzrət Musa (ə) və ardıcılları Fironun qoşununun va‌si‌tə‌‌silə izlənən zaman, Allah o həzrətə əsasını dənizə vurmağı əmr etdi. Dəniz yarıldı və o, ardıcılları ilə birlikdə xilas oldu. Qur‌an bu barədə belə buyurur:

“Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Mu‌sa əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər his‌sə böyük (uca) bir dağ kimi oldu”.[41]

Bu ayələrdən aydınlaşır ki, həzrət Musa (ə) Allahın izni ilə elə bir qeybi qüdrətə malik idi ki, əsasını dənizə vurmaqla, ar‌dıcıllarını xilas edə bildi.

Quran ayələrində və hədislər üzərində aparılan təhqiqatla ay‌dınlaşır ki, Allah övliyalarının peyğəmbər və ya rəsul ol‌ma‌malarına baxmayaraq, Onun izni ilə fövqəladə işlər gör‌mə‌yə imkan verən qeybi qüdrətə malik olmuşlar. Bu barədə həz‌rət Süleymanın (ə) dostlarına diqqət yetirməyimiz ki‌fa‌yət‌dir:

 “(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə (mü‌səlman olaraq) yanıma gəlməmiş, hansınız onun (Bə‌l‌qi‌sin) taxtını mənə gətirə bilər?” Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qal‌x‌ma‌mış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüv‌vət‌li‌yəm, etibarlıyam! Kitabdan (Allahın kitabından, yaxud löv‌‌hi-məhfuzdan) bir qədər xəbəri olan birisi[42] dedi: “Mən onu sə‌‌nə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Sü‌‌leyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir)”.[43]

Nəticə

Deyilənlərdən iki məsələ aydınlaşdı:

1. Quran ayələri Allah övliyalarının qeybi qüdrətlərini sü‌but edir. Çünki əsanı vurmaqla daş arasından içməli su çeş‌mə‌sinin çıxması, dəniz suyunun yarılaraq, oradan keçənlər üçün yol açılması, əlacsız xəstəliklərin sağalması, ölülərin di‌ril‌‌məsi, həzrət İsanın (ə) palçıqdan quş düzəldərək onu can‌lan‌‌‌dırması, həzrət Yusifin (ə) Yəqub peyğəmbərin (ə) göz‌lə‌ri‌nə şəfa verməsi və həzrət Süleymanın (ə) quşların dilini bil‌mə‌si kimi işlər xariqüladə, fövqəladə bir iş olaraq təbii qüv‌və‌‌lərin fövqündədir. Bunların hər biri Allahın saleh bən‌də‌lə‌ri‌‌nin qeybi qüdrətlərinin nişanəsidir.

2. Şübhəsiz, Quranın aşkarcasına Allah övliyalarının qeybi qüd‌rətə malik olduqlarını sübut etdiyi bir halda, bizim on‌la‌rın bu qüdrətlərinə iman gətirməyimiz Qurana tabeçilik və Qur‌an məntiqi ilə uyğunluqdan başqa bir şey deyil. Belə bir eti‌qad tövhid dininin qəti prinsipləri ilə tam uyğun olaraq, heç vaxt şirkə səbəb olmur. Allah övliyalarının fövqəladə qüd‌rətinə iman gətirmək, onları Allah bilmək və ya Allaha aid olan işləri birbaşa onlara nisbət vermək deyil. Əgər belə ol‌saydı, tövhid nizamnaməsi olan Quran onlarda olan bu qüd‌rətin rəsmiyyətini tanımazdı. Biz hər bir kitab və sözdən ön‌cə Qurani-kərimi öz düşüncə, təfəkkür, əməl, davranış və söz‌lərimizə istiqamətverici bilməli, həyatımızı onun aşkar ayə‌lərinə uyğun tənzimləməliyik.

 

--------------------------------------------------------------------------------

[1] “əl-Hicr”, 72

[2] “ən-Nun”, 1

[3] “əl-Əsr”, 1-2

[4] “ən-Nəcm”, 1-2

[5] “əl-Fəcr”, 1-2

[6] “əş-Şəms”, 1-9

[7] “Müsnəd”, Əhməd, 5/225, Bəşir ibn Xəsasiyyə Sədusinin hədisi:

فلعمري لان تكلم بمعروف وتنهي عن منكر خير لك من ان تسكت

 

 

[8] Yəni insan hər bir halda (həm fəqirlik, həm də maddi ehtiyacsızlıq halında olduğu za‌man) sədəqə verməlidir.−Red.

[9] “Səhih” Müslim, c. 3, zəkat kitabı, ən üstün sədəqənin bəyanı babı, 94

[10] Əvvəlki

 

[11] Əvvəlki, c. 1, “İslam nədir” bölümü, 32

[12] Məhəmməd Əbduh, “Nəhcül bəlağə”, 161-ci xütbə

[13] Əvvəlki, 9- cu məktub

[14] Müraciət et: 23, 25, 56, 85, 161, 168, 182 və 187-ci xütbələr, 6, 9 və 54-cü məktublar və “Müvəttə”, (Malik Zərqaninin şərhi ilə), 4/159

 

 

[15] “Sünəni-Kübra”, 1/29; “Sünəni-Nəsai”, 7/4-5

 

[16] “Səhih Buxari”, 1/91, “Müsnədi-Əhməd”, 1/301

[17] “Məryəm”, 87

[18] “Taha”, 109

[19] “əl-Müddəssir”, 48

[20] “əl-Mumin”, 18

 

[21] “Sünəni-İbn Macə”, 2/583, “Müsnədi-Əhməd”, 3/213, “Sünən əbi Davud”, 2/538 və “Sünəni-Tirmizi”, 4/54.....

[22] “əz-Zümər”, 44

 

[23] “Həmin”, 44

[24] “Səhih Buxari”, 1/91, “Müsnədi-Əhməd”, 1/301

[25] “Sünəni-İbn Macə”, 2/568

[26] “Sünəni-Tirmizi”, 4/42

[27] “Qamusur-rical”, səvad kəlməsinin altında

[28] Sübhi Saleh, “Nəhcül-bəlağə”, 235-ci xütbə, Feyzul-İslam, “Nəhcül bəlağə”, 226-cı xüt‌bə

 

[29] “Sülhül-ixvan”, Davud Xalidi, 102

[30] “Sünəni İbn Davud”, 2/80

[31] Əvvəlki, 81

[32] “Furqanul-Quran”, 133

[33] “əş-Şura”, 11

[34] “əl-İxlas”, 4

[35] “ər-Rəd”, 38

[36] “Ali-İmran”, 49

[37] “ən-Nəml”, 16-19

[38] “əl-Ənbiya”, 81

 

[39] “Yusuf”, 93-96

[40] “əl-Bəqərə”, 60

[41] “əş-Şüəra”, 63

[42] Bu bir şəxs idi, peyğəmbər deyildi. Deməli, Quran ayəsinə əsasən, pey‌ğəm‌bər‌lər‌dən başqası da qeybdən xəbər verə bilər. Qeyd olunan ayə, bu məsələyə ən gözəl sü‌butdur.—Red.

 

[43] “Nəml”, 38-40

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment