Azəri
Thursday 26th of November 2020
  915
  0
  0

Allah rəsulunun (s) qəbrini ziyarət etmək məqsədilə səfərə çıxmaq

İslam hədislərində yerinə yetirilməsi məsləhət bilinən müs‌‌təhəb əməllərdən biri də əziz İslam peyğəmbərinin (s) mü‌‌barək qəbrinin ziyarət olunmasıdır. Buna görə də hər bir sa‌diq müsəlman bütün varlığı ilə sözügedən ibadətin sa‌va‌bı‌na yetişmək arzusundadır.

Aqillər və böyük şəxsiyyətlərin qəbirlərinin ziyarəti

Dünya xalqlarının tarixini araşdırdıqda, böyük şəx‌siy‌yət‌lə‌‌rin məqamlarını qiymətləndirmək məqsədilə, onların qə‌bir‌lə‌‌rini ziyarət etməyin geniş yayıldığını müşahidə edirik. Ar‌tıq dediyimiz kimi, bu iş onların xatirələrini əbədiləşdirmək və camaatı hidayət etmək yolunda çəkdiyi əziyyətlərini də‌yər‌‌ləndirmək niyyətilə həyata keçirilib. Hazırda da dünyanın qə‌‌dirbilən xalqları öz böyük şəxsiyyətlərinin fədakarlıqlarını qiy‌‌mətləndirmək üçün öz mədəniyyət və adət-ənənələrinə uy‌‌ğun olaraq, onların qəbirlərinin ziyarətinə gedir, bu məq‌səd‌lə yaxın-uzaq yerlərdən səfər əziyyətlərinə qatlaşaraq, bu in‌sani rəftarları ilə öz tarixi rəhbər və alimlərinə mə‌həb‌bət‌lə‌ri‌ni göstərirlər.

 


Müsəlmanların həyat tərzi

Allah rəsulunun (s)  canüzücü vəfatından sonra səhabələr o həzrətin pak bədənini öz evində dəfn etdilər. O vaxtdan son‌ra müsəlmanlar və İslam peyğəmbərinin (s) vurğunu olan, lakin onun nurani üzünü görmək nəsib olmayan Quran mək‌təbi aşiqləri həzrətin pak qəbrinin ziyarətinə tələsirdilər. Va‌cib həcc mərasimini yerinə yetirmək üçün hər il Məkkəyə şə‌rafyab olanlar həcc əməllərini yerinə yetirəndən sonra o həz‌rətin mübarək qəbrini ziyarət etmək üçün yola düşür və sə‌falı hərəminə təbərrük edərək öz ruhlarını cilalayır, nur‌lan‌dı‌rırdılar. Aydın məsələdir ki, müsəlmanların belə bir əməli əziz İslam peyğəmbərinin (s) iftixar dolu yoluna olan eşqdən qay‌naqlanmış və yalnız uca Allahın razılığı üçün edilir.

Tə‌qiy‌yəddin Sübki deyir:

“Biz də, bizdən öncə olanlar da müsəlmanları Allah evinə sə‌fər yolunda görmüşük. İslam ardıcıllarının həmişə öz can və mallarından keçərək, əziz İslam peyğəmbərinin (s) qəb‌ri‌nin ziyarətinə tələsməkləri, onların bu səfər əziyyətlərini öz‌lə‌ri üçün şirin bilməkləri xəbəri sinədən-sinəyə ötürülərək bi‌zə gəlib çatmışdır”.[1]

Allah rəsulunun (s) ziyarəti

məqsədilə səfərə çıxmaq və səhabənin davranışı

Dəfələrlə əziz İslam peyğəmbərinin (s) görüşünə və ürək‌ox‌şayan sözlərini eşitməyə nail olan səhabələr o həzrətin və‌fatından sonra onun pak qəbrini ziyarət etmək üçün səfərə çı‌xır, bu məqsədlə yaxın-uzaq ölkələrdən Mədinəyə gə‌lir‌di‌lər. Burada nümunə olaraq, səhabələrdən birinin bu barədə olan əhvalatını nəql edirik:

Əziz İslam peyğəmbərinin (s) vəfalı dostlarından biri də o həz‌rətin sağlığında İslam yolunda fədakarlıqlar və hərtərəfli xid‌mətlər edən, həmçinin o həzrətin xüsusi azançısı olan Bilal Həbəşi idi. O, Allah rəsulunun (s) vəfatından sonra mü‌qəd‌dəs İslam ölkələrinin ucqar məntəqələrində öz dini və‌zi‌fə‌sinə əməl edirdi. Bir gün o, yuxuda İslam peyğəmbərinin (s) ona belə buyurduğunu gördü: “Bizi ziyarət etməyin vaxtı çat‌mayıbmı?”

Yuxudan ayılaraq o həzrətin ziyarəti eşqilə Mədinəyə yola düş‌dü. Mədinəyə çatandan sonra, tələsik birbaşa Allah rə‌su‌lu‌nun (s) mübarək qəbrinə yollandı. Gəlib çatdı. Gözü mü‌ba‌rək qəbrə şataşanda ağlamağa başladı. Orada qəflətən gözü Pey‌ğəmbərin iki yadıgarına (Həsən və Hüseynə) sataşdı. On‌la‌rı qucağına aldı. Onlar Bilaldan yenə də azan verməsini is‌tə‌dikdə, o, Allah rəsulunun (s) vaxtında azan verilən yerə qalx‌dı. Elə ki, Bilalın “Allahu əkbər” səsi Mədinə camaatının qu‌lağına çatdı, hamı evlərindən çıxaraq “Məscidün-nəbiyə” tə‌rəf tələsdi. “Əşhədu ənnə Muhəmmədən rəsulullah” sə‌da‌la‌rından sonra camaatın ağlama və nalə səsi ucaldı. Mədinə şə‌həri heç vaxt camaatın belə ağlamasının şahidi olmamışdı.[2]

Peyğəmbər (s) sünnəsinin şahidliyi

Böyük alim və hədisçilər öz hədis kitablarında o həzrətin ziyarəti barəsində çoxlu sayda hədis nəql etmişlər. Biz də nü‌mu‌nə olaraq, bir neçə hədisə işarə edirik:

1-Tanınmış hədisçilərin bir çoxu Allah rəsulunun (s) belə buyurduğunu nəql ediblər:

“Hər kəs məni ziyarət etsə, şəfaətimə nail olar”.[3]

2- Hədisçilərin başqa bir qrupu o həzrətin belə bu‌yur‌du‌ğu‌nu nəql edirlər:

“Hər kəs Allah evinin həccini yerinə yetirdikdən sonra mə‌‌‌nim qəbrimi ziyarət etsə, məni sağlığımda ziyarət etmiş ki‌‌‌‌mi olur”. [4]

3- İslam alimləri və hədisçilərindən doqquz nəfəri Allah rə‌‌sulunun (s) belə buyurduğunu nəql edirlər:

“Hər kəs vacib həcci yerinə yetirdikdən sonra məni ziyarət etməsə, mənə zülm etmişdir”.[5]

4- Hədisçilər və hafizlərdən on altı nəfəri Allah rəsulunun (s) belə buyurduğunu nəql edirlər:

“Hər kəs ziyarət məqsədilə mənə tərəf gəlsə, Qiyamət gü‌nü ona şəfaət etmək mənə layiqdir”.[6]

Yalnız bir hissəsinə işarə etdiyimiz bu hədislərdən məlum olur ki, Allah rəsulunun (s) və başqa din rəhbərlərinin pak qə‌‌birlərini ziyarət etmək mənəvi faydalara malik olmaqla ya‌na‌şı, bəyənilmiş və müstəhəb bir işdir.

İslam məzhəbləri fəqihlərinin[7] nəzəriyyələri

Bütün İslam məzhəblərinin alimləri İslam peyğəmbərinin (s) sünnəsinə və onun səhabələrinin həyat tərzinə əsas‌la‌na‌raq, onun qəbrini ziyarət etməyin müstəhəb olduğu haq‌qın‌da fitva vermişlər. Nümunə olaraq onlardan bəzilərini xa‌tır‌la‌dırıq:

1. Dörd sünni imamlarının nəzərlərini özündə əks etdirən və bu məktəblərin alimləri tərəfindən qələmə alınan “əl-Fiq‌hu ələl-məzahibil-ərbəə” kitabında belə yazılır:

“Şübhəsiz, Allah rəsulunun (s) qəbrinin ziyarəti böyük iba‌‌‌dətlərdən biri hesab olunur. Çünki alicənab və uca‌mə‌qam‌lı bir Allah peyğəmbərini (s) özündə saxlayan torpaq xü‌su‌si qə‌dir-qiymətə, qələmin bəyan etməkdə aciz qaldığı bir üs‌‌tün‌lü‌yə malikdir.

İsalam peyğəmbərinin (s) qəbrinin ziyarəti, vəhyin nazil ol‌‌duğu yerin müşahidəsi və Allah dinini qorumaq üçün öz can və mallarından keçən pak qəlbli fədakarların ziyarəti ən üs‌‌‌‌tün ibadət olmağa daha layiqdir”.[8]

2. Əbülhəsən Əhməd ibn Məhəmməd Məhamili Şafei “Təc‌‌rid” kitabında belə yazır:

“Allah rəsulunun (s) qəbrinin ziyarəti vacib həcci yerinə ye‌‌tirənlər üçün müstəhəbdir”.

3. Məhəmməd ibn Əbdülhadi Hənəfi yazır:

“Peyğəmbərin ziyarəti üstün ibadətlərdən biri olaraq, Al‌la‌ha yaxınlaşmağa səbəb olur”.[9]

4. Əbu Məhəmməd Əbdülkərim ibn Ətaullah öz “Mə‌na‌sik” kitabında belə yazır:

“Həcc və ümrədən sonra Peyğəmbər məscidinə get‌mək‌dən, ona salam verməkdən başqa bir iş qalmır”.

5. Şeyx Zeynəddin Əbdürrəuf Mənavi “Camei səğirin şər‌hi” kitabında belə yazır:

“Allah rəsulunun (s) mübarək qəbrinin ziyarəti həcci ka‌mil‌‌ləşdirir”.[10]

6. İmam Qirvani Maliki deyir:

“Peyğəmbərin ziyarətinə gedilməlidir. Zəvvarlar onun zi‌ya‌rəti üçün uzaq yerlərdən səfər edə bilərlər”.[11]

7. Əbülhəsən Maverdi “Əhkamu soltaniyyə” də belə yazır:

“Hacıların karvanbaşısı həcc əməllərini yerinə yetirən ki‌mi onları Peyğəmbərin (s) qəbrini ziyarət etmək üçün Mə‌di‌nə‌yə aparırdı”.

8. Şeyx Əbdülmüti “İrşadatu səniyyə ” kitabında belə ya‌zır:

“Hər kəs həcc və ümrəni yerinə yetirdikdən sonra Mək‌kə‌dən qayıtmaq istəsə, İslam peyğəmbərinin (s) ziyarətinin sa‌va‌bına nail olmaq üçün mübarək Mədinəyə səfər etməsi la‌yiq‌li və bəyənilmiş bir işdir”.[12]

9. Eləcə də Nəcməddin ibn Həmədan Hənbəli “Riayət küb‌‌‌ra” kitabında və Məhfuz ibn Əhməd Bağdadi Hənbəli “Hi‌dayə” kitabında Allah rəsulunun (s) qəbrini ziyarət et‌mə‌yin müstəhəb olması fitvasını vermişlər.

Nəticə

Xatırlanan bu aydın dəlillərə əsasən, məlum olur ki, İslam pey‌ğəmbərinin (s) pak qəbrinin ziyarəti və onun üçün səfərə çıx‌maq əziz Peyğəmbərimizin (s) sünnəsi, səhabələrinin hə‌yat tərzi baxımından müstəhəb iş sayılmışdır. Eyni zamanda, bu, bütün məzhəb fəqihlərinin fitvasına da uyğundur. Bun‌lar‌dan əlavə, bu iş İslam tarixi boyunca müsəlmanların dav‌ra‌nışı baxımından da bəyənilən bir iş sayılmış və din rəh‌bər‌lə‌ri də həmişə onu tövsiyə etmişlər. Bu da ona görədir ki, zi‌ya‌rət etməkdə hədəf yalnız Allaha yaxınlıq və Onun Pey‌ğəm‌bərinin (s) uca xatirəsini  yad etməkdir. Əgər hər hansı bir hədisin zahirindən bundan başqa bir şey başa düşülərsə, xa‌tırlanan möhkəm və aydın dəlillərin qarşısında İslamın əsas prinsiplərinə uyğun təfsir olunmalıdır. Misal üçün: Üç məs‌ciddən (Məscidül-həram, Məscidün-nəbi və Məscidül-Əqsa) başqa məscidlərə getmək üçün səfərə çıxmaqdan çə‌kin‌dirən (Allah rəsulundan (s) nəql olunan) hədisin mənası, o üç məsciddən başqa məscidlərin fəzilət, üstünlük ba‌xı‌mın‌dan bir-birindən fərqlənməməsidir. Öz yaşadığı məhəllədə və ya ölkədə məscid ola-ola başqa məsciddə (xatırlanan üç məs‌ciddən başqa) ibadət etmək üçün səfərə çıxmaq lazım de‌yil. Elə buna görə də dahi İslam alimləri bu hədisi dediyimiz ki‌mi təfsir etmişlər. İmam Məhəmməd Qəzali özünün “Eh‌yaül-ülum” və “Kimyayi-səadət” adlı kitablarında belə ya‌zır:

“İkinci səfər ibadət üçündür. Çünki həcc, ümrə və pey‌ğəm‌‌bərlərin, övliyaların, səhabənin, tabeinin (səhabəni gö‌rən‌lərin), hətta üzlərinə baxmaq, həmçinin dua üfüqləri geniş olan və digərlərini ibadətdə ixtiyarsız özlərinə tabe edən alim‌lərin qəbirlərinin ziyarəti ibadətdir. Onlarla (o alimlərlə) gö‌rüş həm ibadət və həm də bir çox ibadətlərin mayası idi. Ruh‌larının qüdrəti onların dedikləri sözlərlə əl-ələ verəndə son‌suz faydalar hasil olurdu. Bu niyyətlə böyük şəx‌siy‌yət‌lə‌rin qəbirlərini ziyarət etmək rəvadır”.[13]

Qəzali “Ehyaül-ülum”da bu mövzuya işarə edərək, öv‌li‌ya‌‌ları və peyğəmbərləri ziyarət etmək üçün səfərə çıxmağın sö‌zügedən hədislə ziddiyyət təşkil etmədiyini, ona tam uy‌ğun olduğunu bəyan edir. O, dediyi sözü izah edərkən belə dəlil gətirir:

“(Bu hədisin) mövzusu məscidlərdir. Başqa məscidlərin fə‌‌zilətləri eyni olduğu üçün onlara getmək üçün səfərə çıx‌ma‌ğa icazə verilmir. Məscidlərdən əlavə, peyğəmbərlərin, öv‌‌‌liyaların ziyarətinin fəziləti onların özləri kimi dərəcələrə ma‌likdir”[14] (Quranda bildirilir ki, peyğəmbərlərin bəziləri bə‌zi‌lərindən üstündür. Buna əsasən, dərəcəsi üstün olan hər han‌sı bir peyğəmbərin qəbrini ziyarət etmək, ondan dərəcə eti‌barilə aşağı olan peyğəmbərin qəbrini ziyarət etməkdən üs‌tündür.—Red).

 

--------------------------------------------------------------------------------

[1] “Şəfaüssiqam fi ziyarəti xəyril-ənam”, 85-86

[2] “Şəfaüssiqam”, 54.

[3] Bu hədisi İslam alimi və hədisçiləri ikinci əsrin yarısından bu yana öz hədis ki‌tab‌la‌rın‌da nəql etmişlər. Sübki o hədislərin sənədlərini gətirmiş (“Şifaus-siqam”, 3-11) və onun möhkəmliyini sübuta yetirmişdir. Dörd məzhəb onun əsasında fitva vermişlər. Nümünə üçün: “əl-Fiqhu ələl-məzhəbil-ərbəə”, 1/711

[4] Bu hədisi məşhur hədisçilərin iyirmi beş nəfəri nəql etmişdir. Müraciət et: “Şəfa‌üs‌si‌qam”, 12-16, “Vəfaül-vəfa”, 4/1340

[5] “Vəfaül-vəfa”, 4/134

[6] “Şəfaüssiqam”, 3-11, “Vəfaül-vəfa”, 4/1340

[7] Fəqih dedikdə şəriət elmləri sahəsində tələb olunan səviyyədə biliklərə yiyələnmiş və qaynaqlardan şəriət hökmlərini çıxarmaq gücü‌nə sahib olan alim nəzərdə tu‌tu‌lur.‌− Red.

[8] “əl-Fiqhu ələl-məzahibil-ərbəə”, 1/711

[9] “Sünəni İbn Macənin şərhi”, 2/268

[10] “Camei səğirin şərhi”, 6/140

[11] “əl-Mədxəl”, 1/257

[12] “İrşadatu səniyyə”, 260

[13] “Kimyaye səadət”, ikinci rükn, yeddinci fəsil, birinci bab, səfərin keçmişi, növləri və ədəbləri

[14] “Ehyaül-ülumud-din lil ğəzali”, 22/247

 

 

 


source : الشیعه
  915
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

Quran oxumaq
BRAHMAN AYİNİ (1)
İbadətdə tövhid və şirk
IXTILAFLARIN BAŞLANĞICI
CӘBR VӘ IXTIYAR
Dinin sütunu
Aləmin əhvalını bilmək haqqındadır, beş babdan ibarətdir
GERÇƏKLİKLƏRƏ VƏ VARLIQ ALƏMİNƏ NƏZƏR YETİRMƏK – ALLAHIN VARLIĞININ ZƏRURƏTİ
TOVHİD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
Peyğəmbərlik və onunla əlaqədar məsələlər haqqında biliyə aiddir

 
user comment