Birinci fçsil
İbadət kəlməsi ərəb sözü olub, dilimizə mənası aydın başa düşülən “pərəstiş” kimi tərcümə olunur. Tövhid və şirk barəsində araşdırma aparan alim və tədqiqatçılar onun müxtəlif qisimlərinə işarə etmişlər. Biz onları xülasə şəkildə nəzərdən keçirdikdən sonra ibadətdə tövhid və şirklə bağlı təfsilatı ilə danışacağıq. Çünki bu düyün açılmadıqca bir çox islami məsələlər aydınlaşmayacaq.
Aydındır ki, tövhid və tək Allaha pərəstiş məsələsi peyğəmbərlərin göndərilməsinin əsasını təşkil edir. Qurani-məcid bu barədə belə buyurur:
“(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək”[1].
Xoşbəxtlikdən bütün dünya müsəlmanları və İslam məzhəbləri ibadətdə tövhid barəsində eyni fikirdədir. Hamısı ibadəti uca olan Allaha məxsus bilərək, Allahdan başqasına ibadət etməyi şirk bilir və bunun İslam dinindən çıxmaq olduğuna inanırlar.
Tövhid[2] və şirk kitab[3], sünnə baxımından müxtəlif qisimlərə ayrılır. Onların ən mühümlərini qısaca nəzərdən keçiririk: 1. Zatda tövhid (substansional tövhid) Zatda tövhid (zati tövhid, yaxud tövhidi-zati) varlığı vacib (vacibəl-vücud)[4] olan Allahın tək olması və Onun bənzəri olmaması mənasını daşıyır. Eləcə də Onun zatı bəsitdir, yəni mürəkkəb deyil. Çünki bir varlığın mürəkkəbliyi (hissələrdən ibarət olması), onun öz hissələrinə olan ehtiyacını göstərir. Ehtiyaclı olması isə Onu mümkün varlıq (varlığı vacib olmayan, mümkünəl-vücud) səviyyəsinə endirir. Bu isə Allahın varlığının vacib olması ilə uyğun gəlmir. Qurani-məcid “İxlas” surəsində bu həqiqətə işarə edərək, Allahı “əhəd” adlandırır: “De ki, Allah əhəddir”. Eləcə də bəzi ayələr Onu “vahid” adlandırır. Allah-taala hissələri olmadığı üçün “əhəd”, bənzəri olmadığı üçün isə “vahid”dir[5]. Bildiyimiz kimi, Allahın sifətləri iki qismə - sübuti və səlbi sifətlərə bölünür. Sübuti sifətlər Allah üçün isbat olunan sifətlərdir. Onlar elm, qüdrət, həyat, ixtiyar və s.-dən ibarətdir. Səlbi o sifətlərə deyilir ki, onların Allahda varlığını inkar edirik. Misal üçün deyirik: Allah mürəkkəb deyil. Sifətdə tövhid (ona etiqadı olanlara görə) Allahın sübuti sifətlərinin zatı ilə eyni olması mənasındadır (baxmayaraq ki, İslam məzhəbləri tövhidin bu qismində eyni fikirdə deyillər). 3. Xaliqiyyətdə (yaratmaqda) tövhid Tövhidin bu qismi uca Allahın yeganə, həqiqi və müstəqil yaradan olması mənasındadır. Allahdan qeyrilərinin yaratmağı qeyri – müstəqil, asılı şəkildə və yalnız Onun icazə və istəyi ilə həyata keçir. Qurani-kərim bu barədə buyurur: “De: “Allah hər şeyin xaliqidir. O birdir, qəhr edəndir (hər şeyə gücü yetən, hər şeyə qalib gələndir!)” [6] Eyni zamanda, Onun icazəsi ilə və Ondan asılı olaraq, Allahdan qeyri yaradanlar barəsində açıqca buyurur: “Sizin üçün palçıqdan quşa bənzər bir surət yaradıb ona üfürərəm, o da Allahın iznilə quş olar”. [7] 4. Rübubiyyətdə (idarəetmədə) tövhid Uca Allah dünyanın yeganə xaliqi olduğu kimi, həm də onun yeganə müstəqil tədbirçisi və idarəedicisidir. Təbiət aləmindəki səbəblərin təsirləri qeyri-müstəqil və asılı olaraq, Onun sonsuz qüdrət mənbəyindən güc alır. Aydındır ki, bu həqiqətə iman gətirmək yaradılış dünyasında olan başqa səbəbləri inkar etmək mənasında deyildir. Əksinə, məqsəd Onun əsl və müstəqil tədbirçi olmasıdır. Yaranmışların idarəçiliyi Onun icazə və istəyilədir. Qurani-kərim “ən–Naziat” surəsində bu cür asılı tədbirçilərə işarə edərək buyurur: “And olsun işə əncam çəkənlərə”. [8] Eyni zamanda, mübarək “Ənam” surəsində tədbirdə tövhid, tədbirdə məxsusluq və Allahın müstəqil idarəçiliyi barəsində aşkar şəkildə buyurur: “De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm?!“[9] 5. Hakimiyyətdə tövhid Tövhidin bu qismi, hakimiyyət və hökmranlıq haqqının Allaha məxsus olmasını bildirir. Necə ki, Qurani-məcid buyurur: “Hökm ancaq Allahındır”. [10] Bu səbəbdən cəmiyyətin idarəçiliyini təkcə Onun əmri, izni və təyin olunmuş ilahi proqram çərçivəsində qəbul edən şəxslər cəmiyyəti idarə edə bilərlər. Bu barədə səmavi kitabımız bizə xatırladır: “Ey Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et!” [11] 6. Qanunvericilikdə tövhid Quran baxımından qanunvericilik haqqı yalnız Allaha məxsusdur. Bu səbəbdən səmavi kitabımız ilahi qanunların çərçivəsindən xaricdə qanun çıxardanları kafir biləcək qədər məzəmmət edərək belə buyurur: “Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” [12] 7. İbadətdə tövhid İbadətdə tövhid bizim bəhsimizin ən mühüm hissəsini təşkil edir. Bu tövhid inamı ibadəti yalnız Allaha məxsus etmək və yalnız Onu ibadətə layiq bilmək deməkdir. Yeganə olan Allaha ibadət peyğəmbərlərin ən mühüm hədəfidir. Bütün peyğəmbərlərin gəlməsində başlıca məqsəd bu əsas prinsipin bütün dünyada yayılması olmuşdur. Qurani-məcid baxımından bütün insanlar öz fitrətlərinin tələbi ilə bir olan Allaha ibadətə meyillidirlər. Amma azdırıcı amillərin təsiri altında ilahi fitrət tövhidindən dönmüşlər. Yeganə olan Allaha ibadət etmək əvəzinə, şirkə yönələrək öz fitrətinin tələbindən uzaqlaşmışlar. Elə buna görə də uca Allah camaatı ibadətdə şirk vadisindən çıxarıb, ibadətdə tövhid mənzilinə və bir olan Allaha ibadətə yönəltmək, eləcə də pak olan ilahi fitrətə qaytarmaq üçün öz əziz peyğəmbərlərini göndərdi. Quran-məcid bu barədə buyurur: “İnsanlar tək bir ümmət idi. Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi”. [13] Başqa bir yerdə oxuyuruq: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin!” – deyən peyğəmbər göndərmişdik”. [14] Buna əsaslanaraq bütün müsəlmanlar və Quranın ardıcılları yalnız uca Allahı ibadətə layiq bilir, Allahdan başqasına ibadəti şirk və tövhid dinindən çıxmaq kimi qiymətləndirir, hər namazlarında Quranın bu sözünü təkrarlayırlar: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” [15] İbadətin həqiqəti Quranın şərafətli ayələri işığında aydın olur ki, İslam məktəbi baxımından, ibadət mütləq təvazökarlıq, kiçiklik izhar etmə, yaxud sonsuz təvazökarlıq mənasındadır. İndi isə bunun sübutuna dair bəzi Quran ayələrinə nəzər salaq. 1. Səmavi kitabımız övladlara ata-ananın qarşısında sonsuz təvazökarlıq etməyə əmr edərək belə buyurur: “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de”. [16] Quranın bu gözəl və cəlbedici sözündən aydın olur ki, Allahdan başqası üçün olan tövazökarlıq ibadətdə tövhid prinsipi ilə tam uyğundur. Əgər belə olmasaydı, uca Allah belə bir işə əmr etməzdi. 2. Qurani-kərimdə uca Allahın mələklərə “həzrət Adəmə (ə) səcdə edin!” - deyə əmr etməsi bəyan olunmuşdur. Bu barədə buyurur: “(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi”. [17] Bu ayə də bir şəxsin qarşısında (səcdə həddində olsa belə) təvazökarlıq etməyin ona ibadət sayılmamasına aşkar bir şahiddir. 3. Həzrət Yəqub (ə), onun həyat yoldaşı və övladlarının həzrət Yusifin (ə) qarşısında səcdə həddində olan təvazökarlıq etmələri “Yusuf” surəsində öz əksini tapmışdır. Quran bu barədə buyurur: “(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı onun qarşısında səcdəyə qapandılar. (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi”. [18] Qeyd etmək lazımdır ki, həzrətin “əvvəlki yuxu” sözündə məqsədi, Günəşin, Ayın və on bir ulduzun ona səcdə etməsini yuxuda görməsidir. Qurani-məcid onun dilindən nəql edərək, buyurur: “Mən (yuxuda) on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”. [19] Buradan aydın olur ki, on bir ulduz dedikdə, həzrət Yusifin (ə) məqsədi qardaşları, Günəş və Ay dedikdə isə ata-anası imiş. Elə isə aydın oldu ki, Allahdan başqasının qarşısında olan sonsuz təvazökarlıq (səcdə həddində olsa belə) tövhid prinsipi və bir olan Allaha ibadət etməklə tam uyğundur, həmçinin bu heç vaxt Allahdan başqasına ibadət etmək, Ona şərik qoşmaq sayılmır. Xatırlatma Şübhəsiz, əgər bu cür sonsuz təvazökarlıq şirk və Allahdan başqasına ibadət sayılsaydı, heç vaxt həzrət Yəqub (ə) kimi bir peyğəmbər belə bir işə razı olmazdı, Yusifə (ə) səcdə edən övladlarının da qarşısını alardı. Eləcə də uca Allah heç vaxt mələklərə həzrət Adəmə (ə) səcdə etmələrini əmr etməzdi. Qurani-kərim buyurur: “(Ey Peyğəmbərim!) De: “Allah pisliklərə (yaramaz işlərə) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?!” [20] Nəticə Yuxarıda danışdıqlarımızdan aydın olur ki, “ibadət”in həqiqəti təvazökarlıq, kiçiklik və fövqəladə təzimdən də yüksəkdə durur. Buna əsasən, hər bir təvazökarlığı ibadət kimi qiymətləndirmək olmaz. Bu məqamda ortaya çıxan sual budur ki, ibadətin həqiqətini təşkil edən cövhər və təvazökarlıqla birgə olub, ona ibadət rəngini verən ünsür nədir? Bu sualın cavabında deyirik: “İbadət”, “ilahilik” və “rübubiyyət” (tədbirçilik) etiqadından qaynaqlanan təvazökarlıq mənasını daşıyır. Başqa sözlə, ibadət Allah bildiyimiz və ya ilahi işləri ona istinad etdiyimiz bir varlığın qarşısında olan təvazökarlıq, kiçiklik və təzim mənasındadır. Elə buna görə də “ibadət”in cövhəri ibadət olunan varlığın (məbudun) ilahiliyinə və Allah olmasına etiqad bəsləməkdir. Bu cür etiqadla birgə olmayan hər bir təvazökarlıq ibadət və pərəstiş sayıla bilməz. Buna görə də Qurani-məcid Allaha ibadət etməyə əmr edən zaman, Allahdan başqa ilahiləri, ümumiyyətlə, ilahilik məqamını bir olan Allahdan başqaları barəsində inkar edir. Bu barədə buyurur: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur”. [21] “O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin”. [22] Buna əsaslanaraq, övladın valideyn qarşısındakı təvazökarlığı, müəllimə ehtiram, ümmətin əziz Peyğəmbər (s) qarşısında təvazökarlığı və ilahi övliyalara təvəssül etmək kimi işlər ibadətdə tövhid prinsipi ilə uyğundur. Çünki qeyd edilən əməllər heç də onları Allah bilmək və ya onlar üçün ilahilik məqamını isbat etmək deyil. Təsirdə müstəqillik Burada tövhidi şirkdən ayırd edən başqa bir meyar haqqında da danışa bilərik. O da budur ki, əgər hər hansı bir varlıq, varlıq baxımından özündən başqasına möhtac olmasa və başqa sözlə desək, onun varlığı özünə söykənərsə, sözsüz ki, belə bir varlığın qarşısında olunan təvazö ibadətdir. Amma əgər bir varlıq varlığını Allahdan alsa və Onun izni ilə təsirə malik olsa, onun qarşısında olunan hər növ təvazö, təvəssül və istək özünə ibadət rəngi almayaraq başqa məna daşıyacaqdır. İslamın ilkin çağlarında müşriklər yaradılışda tövhidə əsaslanaraq, Allahdan başqa yaradana etiqad bəsləmədiklərinə və bütlərin məxluq olduğuna inanmalarına baxmayaraq, öz batil gümanlarında bütlərini təsir göstərməkdə Allaha möhtac bilmirdilər. Allahın işləri onların ixtiyarına buraxdığını, onların müstəqil şəkildə günahları bağışladıqlarını, şəfaət etmələrini və hətta yaradılış aləmində də təsirsiz olmadıqlarını (yəni müstəqil şəkildə müəyyən şeyləri yaratdıqlarını da− Red.) söyləyirdilər. Bu miqyasa əsaslansaq, görəsən, yaranmışların ən şərafətlisi və peyğəmbərlərin sonuncusu olan həzrət Məhəmmədə (s) təvəssül etmək bu iki növün (tövhid və şirk) hansından sayılır? Bu işdə vicdanın hakimliyi kifayət edər. * * * Peyğəmbərin doğum gününü qeyd etmək Dünya mütəfəkkirləri baxımından bir şəxsin doğum gününün qeyd olunması, onun əzizlənməsi kimi qiymətləndirilir. Qədirbilən və azad xalqlar öz fədakar rəhbərlərinin adını, xatirəsini əbədi yaşatmaq üçün hər il bayramlar, konfranslar, diskussiyalar və s. keçirirlər. Onlar belə mərasimlərlə öz böyük rəhbərlərinin xidmətləri müqabilində təqdir və təşəkkür etmiş olurlar. Bununla da onlara olan eşq və məhəbbətlərini izhar edirlər. Aydındır ki, millətlərin bu layiqli əməli bir əsrə və yaxud bir nəsilə məxsus deyil. Bu iş tarix boyu bütün əsrlərdə və bütün xalqlar arasında nəzərə çarpır. Bu səbəbdən qəlbləri rəhmət Peyğəmbərinin (s) qüdrətli və əzəmətli peyğəmbərlik dövrünün xatirəsi ilə döyünən həqiqi müsəlmanlar, o bəşəriyyət xilaskarının uca məqamını əzizləmək üçün o həzrətin doğum gününü qeyd edir, mövlud və bayram məclisləri qurub, bununla da o həzrətin müqəddəs məqamına bəslədikləri xalis sevgilərini izhar edirlər. Allah rəsuluna (s) olan məhəbbətin nişanəsidir Əziz İslam peyğəmbərinə (s) məhəbbət izhar etmək, şübhəsiz, böyük Allahın istəyidir. Elə buna görə də vəhy məntiqi müsəlmanlardan, Allah rəsulunu (s) ata, övlad, qardaş, həyat yoldaşı və bütün dünya var-dövlətindən daha çox sevməyi tələb edir. Qurani-kərim bu barədə belə buyurur: “(Ey Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!”[23] İslami hədislərdə də bu nöqtəyə işarə olunub. Misal olaraq, onların bəzi nümunələrini qeyd edək: “Kənzül-ümmal”da İslam peyğəmbərindən (s) belə bir hədis oxuyuruq: “Sizlərdən hər kəs övladlarını, atasını və camaatı məndən çox istəsə, imanı yoxdur”. [24] O kitabda yenə də həzrətdən nəql olunur: “Əgər bu üç şey bir şəxsdə olsa, imanın ləzzətini dadar: Onlardan biri Allah və Onun rəsulunu hər şeydən çox sevməkdir”. Bu barədə Quran ayələri və hədislər çoxdur. Müxtəsər şəkildə onların bəzilərini qeyd edirik: “Hər kəs Allahı, Onun peyğəmbərini və möminləri özünə dost tutarsa (nicat tapmışdır), şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir”.[25] Bura kimi məlum oldu ki, dünyanın böyük xilaskarı əziz İslam peyğəmbərinə (s) məhəbbət izhar etmək imanın əsas sütunlarından biri və həqiqi İslamın göstəricisi sayılır. Bu, bütün müsəlmanların müttəfiq olduğu dəyişilməz bir prinsipdir. Başqa bir tərəfdən, hamımıza yaxşı məlumdur ki, Allah rəsuluna (s) və ya hər hansı bir şəxsiyyətə olan məhəbbəti müxtəlif formalarda göstərmək olar. Məsələn: bəzən onun istəklərinə tam itaət, bəzən o cənabın doğum gününü əzizləyib bayram keçirmək, fəzilətlərini, üstünlüklərini qeyd etmək və ya ona mədhiyyələr söyləmək kimi işlərin hər biri müsəlmanların öz əziz rəhbərlərinə bəslədikləri xalis məhəbbətin cilvələri ola bilər. Bu iş onların imanlarının güclənməsinə və müqəddəs dinimizin güclənməsinə səbəb olur. Elə buna görə də bütün dünya müsəlmanları o böyük dahi tövhid bayraqdarının səadətli doğum gününü təntənəli mərasimlər keçirməklə qeyd edirlər. Hüseyn ibn Məhəmməd Diyarbəkri öz kitabında yazır: “Həmişə dünya müsəlmanları əziz İslam peyğəmbərinin (s) dünyaya gəldiyi ayda bayram keçirir, qonaqlıq verir, o ayın gecələrində sədəqə paylayır, şadlıq edir, cürbəcür yaxşı əməllər yerinə yetirir və onun doğum gününün xatirələrini oxumağa daha çox əhəmiyyət verirlər. Bu günlərdə hər tərəfə yayılmış rəhmət və bərəkət hamı üçün aşkar olur”.[27] Bu sözdən, müsəlmanların bütün dövrlərdə Allah rəsulunun (s) xatirəsini əzizləmək üçün mərasimlər keçirməsinin yaxşı addım olduğu məlum olur. Bu işlərdə dindarlar, sabitqədəm və İslami həqiqətləri dərk edən agah şairlər İslam gülzarının xoş avazlı bülbüllərinə bənzəyirlər. O həzrətin doğum günü münasibətilə şirin qəsidə və qəzəllər yazır, onun qiymətli adını əbədiləşdirir və dəyərli şəxsiyyətini ucaldırlar. Bununla həm də o həzrətə öz məhəbbətlərini izhar etmiş olurlar. İslamın ilkin çağlarında, yəni Allah rəsulu (s) həyatda olarkən də onu mədh və tərif edən şeirlər yazılmışdır. Onlardan biri risalət dövrünün[28] tanınmış şairlərindən olan Həssan ibn Sabitin gözəl bir şeiridir: Səndən ucasını bir göz görmədi, Səndən gözəlini bir kəs doğmadı. Hər nöqsandan uzaq dünyaya gəldin, Sanki, sevdiyin tək sən xəlq edildin. Sonda bir suala cavab verməliyik: görəsən, doğum gününün qeyd olunması niyyəti ilə keçirilən bu cür bayramlar bidətdirmi? Cavab: Bidət dində olmayan bir şeyi dinə daxil etməkdən başqa bir şey deyil. Buna vacib olan namazların sayını çoxaltmağı misal göstərmək olar. Amma əgər bir şey istər ümumi, istərsə də xüsusi şəkildə dində olsa, onu həyata keçirmək, bidət deyil, dinə əməl etmək sayılır. Bəhsimizə gəldikdə isə, Quran ayələri və Allah rəsulunun (s) hədisləri bizi ümumi şəkildə Peyğəmbərə (s) məhəbbət bəsləməyə dəvət edir. Bunu müxtəlif surətlərdə həyata keçirmək olar ki, onlardan biri də o həzrətin doğum gününü dəyərləndirməkdir. Bu münasibətlə keçirilən bayramlar Allah rəsuluna (s) olan məhəbbətin izharı və Allahın buna əmr etdiyi bir işdir. Bu barədə Peyğəmbərin (s) yaxınlarının məhəbbətini İslamın vacib buyurduğu bir əməl kimi tanıtdıran ayələrə nəzər salaq: “(Ey Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti, peyğəmbərliyi təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm”.[29] “Ona (Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla nazil olan nura (Qurana) tabe olanlar - məhz onlar nicat tapanlardır!”[30] Şübhəsiz, belə bayramlar qəlbdə olan məhəbbətin təcəssümündən başqa bir şey deyildir. Bu barədə hər kəsdən soruşsan, belə deyəcək: Bu mərasimlər həzrət Peyğəmbərin (s) xatirəsini əzizləmək (əbədiləşdirmək) üçün bərpa olunur. Həqiqətdə qeyd olunan məzmunlu ayələr keçirilən bayramlar və dünya xalqlarının nəzərində Peyğəmbərin (s) özünə, həmçinin onun yaxınlarına məhəbbət izhar etmək kimi sayılan bütün əməllər üçün icazədir. Əlbəttə, belə bayram mərasimlərində günah və şəriətdə olmayan işlər olmamalıdır. Nəticə Keçənlərdən belə məlum oldu ki, təkcə İslam peyğəmbərinə (s) hörmət və ona olan məhəbbəti izhar etmək niyyəti ilə keçirilən bayram mərasimləri Quran, sünnə və müsəlmanların əməlləri baxımından layiqli bir əməl, onların həqiqi iman göstəricisi kimi qiymətləndirilir. Əlavə olaraq, belə mərasimlər o tövhid bayraqdarının xatirəsini əbədiləşdirir. * * * Allah övliyalarının qəbirlərinin kənarında məscid tikmək Hər bir yeri əbədi və iftixarlı xatirələrlə dolu olan, görüşü insana İslamın ilk çağlarının acılı-şirinli hadisələrini xatırladan “Məscidün-nəbi”ni (Peyğəmbər məscidini) ziyarət etmək və bununla gözlərini nurlandırmaq arzusu, İslam peyğəmbərinin (s) aşiqlərinin çoxdankı arzularından biridir. Həzrət Peyğəmbərin (s) dövründə o məscidin divarları çiy kərpicdən, sütunları xurma ağacının gövdələrindən və tavanı xurma ağacının budaqlarından ibarət idi. Məscidin şimaldan cənuba doğru olan uzunluğu yetmiş, qərbdən şərqə doğru olan eni isə altmış zər (1 zər təqribən yarım metrdir) idi; “Atikə qapısı”, “Ərrəhmə qapısı” və “Cəbrayıl qapısı” adlanan üç əsas qapısı var idi. Bu müqəddəs məkan İslam tarixi boyunca dəfələrlə təmir olunub genişləndirilmişdir. Allah rəsulunun (s) məscidi o həzrəti xatırladan qiymətli yadigarlardan biridir. Onun hər yeri risalət (peyğəmbərlik) dövrünün hadisə və xatirələrini yada salır. İnsan bu məscidə daxil olan zaman mənəviyyat nuruna qərq olur. Onun qərb küncündə əziz Peyğəmbərimizin (s) və onun əziz qızı Fatimənin (s) otağını görmək olar. Bu məscidin bir tərəfində o həzrətin mehrabı, bir tərəfində isə minbəri yerləşir. Digər bir tərəfdə “Siffə əhli”[31]nin yeri və “Tövbə sütunu” görünür. Bunların hamısı bizi İslamın ilkin çağlarının tarixinə qaytarmaqla, o zaman kəsiyində olan hadisələri xatırladır. Onların müşahidəsi o dövrün xatirələrini təcəssüm etdirir və onları əbədiləşdirir. Yaxın və uzaq ölkələrdən o müqəddəs məkanı ziyarət etmək üçün gələnlərin duası həzrət Peyğəmbərin (s) on dörd əsr əvvəl gecə yarısı etdiyi dualara qovuşaraq, süzülən bir çeşmə tək müsəlmanların qəlb evlərini sirab edir. Bu baxımdan Mədinədəki bu müqəddəs məscid bütün əsrlərdə müsəlmanların ruhlarının Allah rəsulunun (s) pak ruhu ilə qovuşduğu bir məkandır. Keçmiş ümmətlərin Allah yanında əziz olanların qəbirlərinin kənarında məscid tikməsi də əsas etibarilə bu hədəfi həyata keçirtmək niyyətilə olmuşdur. Allah övliyalarınının qəbri kənarında məscid tikməyin keçmişi Quran ayələri və qiymətli islami hədislərə diqqət etdikdə, keçmiş əsrlərdə Allaha bağlı olan xalqların dinin böyük şəxsiyyətlərinin xatirəsini əzizləmək niyyəti ilə onların qəbirlərinin kənarında məscid tikməsi faktı aşkarlanır. Quranın böyük təfsirçiləri “Kəhf əshabı”nın əhvalatını şərh edərkən belə deyirlər: Elə ki, o imanlı dəstənin (Kəhf əshabının) başına gələnlər 309 il keçəndən sonra camaata aydın oldu, onların xatirəsini əzizləmək üçün iki müxtəlif fikir irəli sürdülər: 1) Onların bəzisi dedi: “Qəbirlərinin üstündə bir tikili ucaldaq”. Qurani-məcid bu barədə belə buyurur: Dedilər: “Onların üstündə bir bina tikin”.[32] 2) Bəzisi isə belə dedi: “Onların (qəbirlərinin) üstündə bir məscid tikək”. Quran bu dəstənin nəzərinə belə işarə edir: Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (möminlər) isə: Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!” – dedilər.[33] İslam təfsirçilərinin sözlərinə görə, birinci təklif müşriklər,[34] ikinci təklif isə yeganə Allaha ibadət edənlər tərəfindən irəli sürülmüşdür.[35] Sözügedən ayəyə diqqət etsək, bu məsələni təsdiq edərik. Çünki ayənin ikinci hissəsinə əsasən birinci dəstəyə üstün gələnlər onların qəbirlərinin üstündə məscid tikmək təklifini irəli sürdülər. Biz tarixi araşdıraraq görürük ki, Kəhf əshabı hadisəsinin aşkar olması bir Allaha ibadət edənlərin müşriklərə qələbə çaldığı bir zamanda baş vermişdir. Buna əsaslanaraq, (ayədə) qələbə çalan kimi qeyd edilən və məscid tikmək təklifini edən dəstənin elə həmin bir Allaha ibadət edənlər olduqlarını deyə bilərik. Bundan əlavə, uca Allaha ibadət məkanı olan məscidin tikilməsi təklifi, təklif verənlərin imanının göstəricisidir. Qurani-kərim bir Allaha ibadət edən dəstənin təkliflərini tənqid etmədən nəql edərək ilahi övliyaların qəbri kənarında məscidin tikilməsini, Allaha ibadət edən keçmiş xalqlar arasında əsaslı və köklü bir iş olmasını sübut edir. Belə bir iş Allah yanında əziz olanların xatirəsini əbədiləşdirmək niyyəti ilə həyata keçirilir və onun tövhidlə heç bir ziddiyyəti yoxdur. Çünki (orada) məscid tikmək tövhid yolunda canlarından keçib mağaraya sığınan, yeganə Allaha ibadət edənlərin xatirəsini əbədiləşdirməkdir. Qəbirləri kənarında onların ali hədəflərini açıqlayan bir məscidin tikilməsindən daha yaxşı nə ola bilər?! Dahi rəhbərlərin qəbirləri kənarında məscid tikmək müsəlmanların həyat tərzi baxımından İlk müsəlmanlar Allah rəsulunun (s) ürəkyandıran vəfatından sonra onun pak bədənini Mədinə məscidinin kənarındakı evində dəfn etdilər. Zaman keçdikcə həmin məscid genişləndirildi. Belə ki, hazırda o həzrətin mübarək qəbri məscidin içində yerləşir. Başqa bir tərəfdən, müsəlmanlar Şamın fəth olunmasından sonra həzrət Yahyanın (ə) qəbri kənarında bir məscid tikdilər. Onlar bu işləri ilə uca Allaha xalis ibadət etmək üçün münasib atmosfer yaratmaqla yanaşı, həm də o ucaməqamlı peyğəmbərin və Allahın saleh bəndəsinin xatirəsini əzizləmiş oldular. Tanınmış tarixçi Nurəddin Səmhudi öz kitabında yazır: “Fatimə binti Əsədin (İmam Əlinin (ə) anası) vəfatından sonra Peyğəmbər (s) onun üçün qəbir qazmağı əmr etdi. O qəbrin yeri zaman keçdikcə məscid kimi formalaşdı. İndi ora “Fatimə qəbri” adlanır“. Nəticə Deyilənlərdən belə aydın olur ki, keçmiş Allahpərəstlər, xüsusilə də ilk müsəlmanlar arasında ilahi övliyaların qəbri kənarında məscid tikmək yayılmış bir işdir və qeyd olunan iki məqsədə xidmət etmişdir: 1. Bir Allaha ibadət və Onun dərgahına yaxın olanlara təbərrük etməklə Ona daha da yaxınlaşmaq; 2. İlahi övliyaların və tövhid məktəbinin qabaqcıllarının xatirəsini əbədiləşdirmək. Aydındır ki, bu hədəflər uca Allaha ixlaslı ibadət və Onun dostlarının məqamlarına ehtiram etmək istiqamətində olub, tövhid ruhuna tamamilə uyğundur. Burada aşağıdakı bir suala cavab verməliyik: Nə üçün İslam peyğəmbəri (s) yəhudi və xristianları öz peyğəmbərlərinin qəbirlərini məscid etdiklərinə görə məzəmmət edib? Sualın cavabında deməliyik ki, onlar öz rəhbərlərinin qəbirlərinə bütlər kimi pərəstiş etdiklərinə və ya onları öz qibləgahları bildiklərinə görə məzəmmət olunublar. Aydın məsələdir ki, bəyənilməz və şirkə bulaşmış belə bir əməl bizim nəzərimizdə məzəmmətə layiqdir. Bu fikirdə olanlar tövhid əhlinin cərgəsindən çıxmışdır. Halbuki dünya müsəlmanları heç vaxt öz peyğəmbərlərinin qəbrinə büt kimi pərəstiş etməmiş, onu ilahi və rübubiyyət məqamına sahib bilməmişlər. Əksinə, “Məscidün-nəbi” və başqa yerlərdə namaz qılarkən, yalnız yeganə olan Allahı öz nəzərlərində tutaraq Ona ibadət edirlər. Allah rəsulunun (s) müqəddəs məqamına ehtiram və qəbrinin kənarında o həzrətin pak ruhundan bərəkət ummaq, onu Allah bilib qəbrinə pərəstiş etmək mənasında deyildir. Buna görə də müsəlmanların ilahi övliyaların fədakarlıqlarını qiymətləndirmək istiqamətində gördükləri işlərdən biri də onların qəbirləri kənarında məscid tikmələridir ki, bu da tövhid və bir Allaha ibadət prinsipi ilə tam uyğundur. Başqa sözlə desək, müsəlmanlar Allah övliyalarını tövhid müəllimləri və carçıları bildikləri üçün onlara təbərrük edərək, onların dəvət etdikləri Allaha ibadət etmək məqsədilə qəbirləri kənarında məscid tikirlər. Bu hədəflə olan bir iş tövhidin necə ziddinə ola bilər?! -------------------------------------------------------------------------------- [1] “Ənbiya”, 25 [2] “Tövhid” ərəb sözü olub “təfil babı”nın məsdəridir, mənası Allahı bir bilməkdir. Bu bir bilməyin (oxuyacağınız kimi) özünün qisimləri və dərəcələri vardır. Misal üçün, Allah yaratmada, ruzi vermədə, doğru yola yönəltmədə, idarəetmədə birdir. Allahın bütün sifətləri (atributları) zahirdə çox görünsə də, əslində birdir və s. — Red. [3] Dini terminlərdə “kitab” sözü qeyd-şərtsiz işləndikdə Qurani-kərim nəzərdə tutulur. — Red. [4] Varlıq aləmi iki yerə ayrılır: vacibəl-vücud və mümkünəl-vücud. Allah Vacibəl-vücud, varlıq aləmi isə mümkünəl-vücuddur. Mümkün varlıqlar bütün varlıqları ilə vacibə ehtiyaclıdırlar. Amma vacib varlıq heç kimə ehtiyaclı deyil. Vacibə "vacib" deyilməsinə səbəb onun var olmağının zəruri olmasıdır. O olmasa, ümumiyyətlə, yaradılış aləmi də olmayacaq. Amma mümkün varlıqlar belə deyil-onların olması da, olmaması da mümkündür. Bununla yaradılış aləminə, yaxud Vacibəl-vucuda heç bir zərər yetişmir. Vacib və mümkün varlığı mütləq və nisbi varlıq şəklində də anlamaq mümkündür.— Red. [5] Əhəd-daxili çoxluğu (mürəkkəb olmaq), vahid isə varlıqdan xaricdə olan çoxluğa (məsələn, Allahın şəriki kimi) çqarşıdır. Allah həm əhəddir və həm də vahid. Yəni nə mürəkkəbdir və nə də bir şəriki vardır.— Red. [6]“ər- Rəd”, 16 [7] “Ali – İmran”, 49 (Allahdan qeyrisi də yarada bilir, amma Allah kimi müstəqil şəkildə deyil, Allahın izni ilə yaradır.− Red.) [8]“ən – Naziat”, 5 [9] “Ənam”, 164 [10] “Yusuf”, 40 [11] “Sad”, 26 [12] “əl – Maidə”, 44 [13] “əl - Bəqərə”, 213 [14] “ən – Nəhl”, 36 [15] “əl – Fatihə”, 5 [16] “əl – İsra”, 24 [17] “əl – Bəqərə”, 34 [18] “Yusuf”, 100 [19] “Yusuf”, 4 [20] “əl – Əraf”, 28 [21] “əl – Əraf”, 59 [22]“əl – Ənam”, 102 [23] “ət – Təvbə”, 24 [24] “Kənzül – ümmal” 1/37 – 38; Həzrət Peyğəmbəri (s) sevmək barəsində olan hədislər burada müxtəsər şəkildə xatırlanan hədislərdən daha çoxdur. [25] “əl – Maidə”, 56 [26] “əl - Əraf”, 157 [27] “Tarixül – xəmis”, 1/223 [28] Məqsəd əziz Peyğəmbərimizin (s) sağ olduğu və o cənaba vəhy nazil olduğu illərdir. − Red. [29] “əş – Şura”, 23 [30] “əl-Əraf”, 157 [31] İslamın ilk çağlarında bir qrup evsiz-eşiksiz səhabənin qaldığı yer nəzərdə tutulur.— Red. [32] “əl – Kəhf”, 21 [33]“əl – Kəhf”, 21 [34] Quran nəinki bir Allaha ibadət edənlərin təklifini rədd etmir, hətta müxalif təklifi də tənqid etmədən nəql edir. Bundan hər iki təklifin problemsiz olduğu anlaşılır. [35] Misal olaraq: “əl-Kəşşaf” təfsiri, Təbərinin təfsiri, Qurtubinin təfsiri və Ğəraibul-Quran və Cəlaleyn təfsirləri – “əl-Kəhf” surəsinin sözügedən ayəsinin təfsirində
Tóvhidin dçrçcçlçri
2. Sifətdə tövhid (atributiv tövhid)
Êkinci fçsil
Doğum gününün bayram edilməsi
“Ona (Peyğəmbərə) iman gətirən, ona hörmət edən, yardım göstərən və onunla nazil olan nura (Qurana) tabe olanlar - məhz onlar nicat tapanlardır!” [26]
Ùýùncù fçsil
source : الشیعه