Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Silahımız əqidəmiz, dayağımız Rəbbimizdir!

Silahımız əqidəmiz, dayağımız Rəbbimizdir!

  Günün ikinci yarısında hakimlər qaldırılan vəsatətlərə biri-birinin ardınca rədd cavabı verərkən sanki məhkəmə öncəsi nikbin baxışlarımın üzərinə soyuq su tökürdülər.

Silahımız əqidəmiz, dayağımız Rəbbimizdir!

Bismillahir-rəhmanir-rəhim

Hamıya bəlli olduğu kimi neçə gün öncə zindanda saxlanılan məsləkdaşlarımızın məhkəməsi idi. Əzizlərimizi uzaqdanda olsa görmək və məhkəmə gedişatını izləmək məqsədi ilə, məhkəməyə getmişdim. Bir az təxirlə məhkəmə başladı. Ənənəvi olaraq ayağa qalxın məhkəmə gəlir sözü ilə ayağa qalxdıq. Hakimləri müşahidə etdiyim ilk baxışda, hər üç hakimin ömrünün çox hissəsini arxada buraxmış yaşlı insanlar olduğunu gördüm. Buna sevindim, sevincimə səbəb isə bu insanların saçlarını iş və həyat təcrübəsində ağartmaları idi. Fikirləşirdim bu yaşlı insanlar yəqin ki, hakimlik kürsüsündə birinci dəfə oturmayıblar. Demək qardaşlarımızın işi daha yüksək iş məharəti ilə aparlılacaq, bu isə mənə böyük əhəmiyyət kəsb edirdi, o səbəbdən ki, günahsız insanın tam ciddiyyətlə gedən mühakiməsi onu sonda “tam günahsız” kimi ortaya çıxaracaqdı. Sevindirici ikinci səbəb isə, görünür öz ixtisas sahəm ya el dili ilə desək öz arşınımla ölçməkdən qaynaqlanırdı. Düşünürdüm insanlar yaşlandıqca qocalıq, xəstəlik, ölüm düşüncəsi onları cavanlara nisbətən daha çox özünə məşğul edir. Özünü axirət dünyasına, Allah qarşısında hesabata daha yaxın görür. Bu isə insanda paklığa və doğruruluğa hardasa yardımçı ola bilir. Hakimlərə gəldikdə isə, onların paklıq və doğruluqları hər şeydən öncə ünvanlarında təzahür etməlidir. Nə isə, nikbin baxışlarımla məhkəmə işinə başladı. Çox çətinliklə eşidilən sözlər insana XX əsrin əvvəllərindəki səssiz filimləri xatırladırdı. Bəzən nəfəslərimizi durdurmaqla olsa belə, nəsə eşitməyə çalışırdıq. Salonda keçənləri düşünmək üçün insandan xüsusi istedad tələb olunmurdu. Cari senari, baxça uşaqlarına belə gülünc gələcək qədərində idi. Amma nədənsə bizi güldürmürdü, buna isə səbəb bizim azad ruhları dünyadan belə böyük olan əziz qardaşlarımızın dəmir barmaqlıqlar arxasında olmaları idi. Məhkəmə boyu qardaşlarımız və vəkilləri tərəfindən vəsatət qaldırılır, ittihamçı danışır, hakimlər isə gözləmə mövqeyində idilər. Günün ikinci yarısında hakimlər qaldırılan vəsatətlərə biri-birinin ardınca rədd cavabı verərkən sanki məhkəmə öncəsi nikbin baxışlarımın üzərinə soyuq su tökürdülər. Onlara olan etimadım günəş önündə olan buz misalı əriyirdi. Elə bil qınaq nöqtəsi arayırdım, bilmirdim kimi qınayım , özümü ya hakimləri? Diyəsən, hər ikisin. Özümü nikbin baxışlarıma , hakimləri isə çox rahat surətdə qardaşlarımızın haqlı tələblərinə rədd cavabı verməyi başarmalarına görə idi. Bunu “məhkəmə işinə aid deyil” ya “konistitusiyada nəzərdə tutulmayıb”,- deyə edirdilər. Misal olaraq, ruhani qardaşım Hacı Seyyid Fəramərzin “mənə silah-sursat və terrorizm şəri yıxanlar, Allahı şahid tutaraq, Qurani-Kərimə and içərək, mənimlə üz-üzə , gözümə baxaraq danışsınlar” - deməsini göstərmək olar. Bu vəsatət müvafiq hesablanmadığından rədd edildi. Görəsən cənab hakim! necə olur prezident tərəfindən bütün ölkənin müqəddəratı uğrunda “Qurana and içmək” keçərli olduğu halda həmin ölkənin bir vətəndaşının müqəddəratı barəsində müvafiq hesablanmır? Yoxsa yalançı şahidlərin Qurana and içməkdən imtina edib məhkəmədən yayınmağından ehtiyatlanırsız? Bu ki, məncə sizin marağınızda olmamalıdır. Sizin marağınız ədaləti üzə çıxaran hər hansı bir detala sığınmaqdan ibarət olmalıdır. Axı siz hakimsiz. Adətən bundan siz deyil, təqsirləndirilənlər imtina etməlidirlər. O ki, qaldı and içməkdən yayınan şahidlərə buna narahat olmayın. Nə qədər ki, bu ölkədə vətən torpağını satanlar, millət malını talayanlar, rüşvətlə yaşayanlar, hakim adlansalar belə sifarişlə hökm oxumağa məhkum olanlar , bu diyarın dininə, dilinə qiymət qoymayanlar, ruhani evinə silah atıb şərləyənlər var. Qurana yalandan and içənlərdə tapılacaqdır. O ki, qaldı nədən Hacı Fəraməz bu andı tələb edir? Ona görə ki, oxuyub – inandığı dini təlimlər ona öyrədib ki, Qurana yalan olaraq and içən insanın Allah bəlasın verir və onu ən ağır müsibətlərə düçar edir. Görünür bu gün şərlənib həbsə düşən Peyğəmbər sülaləsindən olan bu seyyid ruhani, rəbbinə sığınaraq onu şərləyənlərə Allahdan bəla diləmək istəyir. Üzümü qardaşıma tutaraq bu sözləri deyirəm. Seyyid! sənin bütün din qardaşların sən və səninlə birlikdə olan əzizlərimizi vicdan məhbusları, günahsız məhkumlar, zülmün əsirləri və əsrin qəhrəmanları kimi tanıyırlar və sizə zülm edənlərə bir Quran yox, minlərlə Quranı başları üzərinə alıb qarğışlar yağdırırlar. Yadınıza salım ki, məzlumlar yardımçısı olan Peyğəmbərimiz bizə öyrədib ki, hər bir məzlum insan əllərini Allah evi adlanan Kəbənin astanasına qoyaraq ona zülm edənə qarğış və nifrin edərsə, Allah zalimi az zamanda bəlaya düçar edərək məhv edər. Qardaşlarım, bizi silah-sursatla şərləyənlər bilməlidir ki, bizim silahımız əqidəmiz, dayağımız rəbbimizdir. Sizin din qardaşlarınız qərarlıdırlar hər kəs öz qədərində sizin azadlığınız naminə hərəkət etsin, hətta bu il sizin azadlığınız Həcc vəqtinə qədər təxirə düşərsə, inanclı hacılar əllərin Kəbəinin astanasına qoyaraq sizə zülm edənlərin, sizə qara yaxanların, sizi həbsdə saxlayanların, sizi əzizlərinizdən ayıranların özlərinə və əzizlərinə qarğış və nifrin edəcəklər. Bir sözlə məhkəmədə rədd edilən tələbiniz mömin insanlar tərəfindən təmin ediləcək.

Sərdar Hacıhəsənli


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ

 
user comment