Azəri
Thursday 25th of April 2024
0
نفر 0

İmam Xamneyinin işçilər və kitabxanaçılarla görüşü

İmam Xamneyinin işçilər və kitabxanaçılarla görüşü

 Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Kitab mütaliəsi xalqımızda, xüsusən də gənclərimizdə həmişəlik vərdişə çevrilməli, ailələrin istehlak səbətində məqbul bir paya malik olmalıdır”.


İmam Xamneyinin işçilər və kitabxanaçılarla görüşü

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin böyük və ümumi kitabxanalarının rəhbər işçiləri və sıravi kitabxanaçılardan bir qrupu ilə bugünkü görüşü zamanı müsəlman İran xalqının kitab istehsalı və kitab mütaliəsində qədim tarixi keçmişə malik olduğuna toxunaraq qeyd etdi ki, kitab istehsalı və nəşri sahəsində ölkədə mövcud olan hazırkı şərait və kitab mütaliəsi ilə bağlı statistika qaneedici deyil.  İmam Xamneyi mədəniyyət qurumlarının, habelə kitab və mütaliə sferasına aidiyyəti olan orqanların bütün rəsmilərini kitab oxuma mədəniyyətinin, faydalı və sağlam kitabların mütaliəsinin özəlliklə yeniyetmə və gənclər arasında genişləndirilməsi üçün bu sahədə ciddi islahatlar aparmağa, yeni və əhatəli fəaliyyətlər həyata keçirməyə çağırdı.

Görüş zamanı Həzrət Ayətullah Xamenei çəkdikləri zəhmətə görə kitabxanaların rəhbər işçilərinə və kitabxanaçılara təşəkkürünü bildirərək qeyd etdi ki, belə bir görüşün keçirilməsi kitaba və kitab mütaliəsinə böyük ehtiramın ifadəsi üçün simvolik bir addımdır. O, əlavə etdi: “Kütləvi informasiya vasitələri sahəsində əldə edilmiş son nailiyyətlərə, ən yeni kommunikasiya texnologiyalarının mövcudluğuna baxmayaraq, kitab heç vaxt diqqətdən kənarda qalmayacaq və heç bir yeni mədəniyyət və kommunikasiya texnologiyası kitabın yerini tuta bilməz”.

İmam Xamneyi həzrətləri qeyd etdi ki, kitaba münasibətdə diqqət və marağın artırılması üçün düşünərək kitab oxuma vərdişini genişləndirmək lazımdır.

Düşünərək kitab oxuma mədəniyyətinin genişləndirilməsində bütün təhsil və mədəniyyət qurumlarının öhdəsinə müəyyən vəzifə düşdüyünü vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Kitab mütaliəsinin genişləndirilməsi işində Təhsil Nazirliyi və orta məktəblərdən tutmuş mətbuat və Dövlət Teleradiosu da daxil olmaqla bütün kütləvi informasiya və təbliğat qurumlarının öhdəsinə məsuliyyət düşür”.

“Kitabın və kitab oxunuşunun təbliği mediada və reklam agentliklərində geniş miqyas almalıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün mətbuatda, habelə “Səda və sima” Dövlət Teleradiosunda bəzi əhəmiyyətsiz, hətta zərərli  məhsullar geniş reklam olunur. Əzəmətli və dəyərli bir məhsul olan kitab üçün isə lazımi təbliğat-təşviqat işi həyata keçirilmir”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Kitab mütaliəsi xalqımızda, xüsusən də gənclərimizdə həmişəlik vərdişə çevrilməli, ailələrin istehlak səbətində məqbul bir paya malik olmalıdır”.

Çıxışının davamında İmam Xamenei həzrətləri kitabxanalar, habelə oxucuların istiqamətləndirilməsində kitabxanaçıların mühüm rolu mövzusuna toxunaraq əlavə etdi: “Kitabxanalarda ən mühüm və ağır vəzifə kitabxanaçıların öhdəsinə düşür”.

Kitabxanaçıların oxucuların istiqamətləndirilməsi üçün mənbə olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Hazırda ehtiyac duyulan məsələlərdən biri də kitabsevərlər arasında sistemli mütaliə vərdişinin genişləndirilməsidir. Kitabxanaçılar oxucuları düzgün istiqamətləndirməklə bu boşluğu aradan qaldıra bilərlər”.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...
İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli ...
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür
Sumqayıt məktəblərində hicab yasaqdır
Hicab və Hicab Məhbuslarının hüquqlarının Müdafiə Komitəsinin Bəyanatı
Qasırğa cənub bölgəsində fəsadlar törədib
İngiltərə ölkədə ən böyük Məscidin tikintisinə icazə vermədi
Mədinə universitetində Quran məlumatları adlı tədqiqat müəssisəsi yaradılacaq
"Qüds günü" və hədəfləri (köşə yazısı)
Əhmədinejad: “İngiliscə yox, türkcə danış!”

 
user comment