Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Zəngəzur mahalinin işğalından 90 il keçir

Zəngəzur mahalinin işğalından 90 il keçir

  1921-ci il iyulun 20-də Ermənistan Xalq Komissarları Sovetinin qərarı ilə bu respublikada Sisian, Qafan, Gorus və Meğri rayonlarından ibarət “Zəngəzur” adı ilə 9-cu qəza təşkil edilib. Bu qərar Zəngəzurda müsəlmanların kütləvi qətlə yetirilməsinə başlanandan sonra Naxçıvan və Qarabağa pənah aparmış əhalinin öz yurd yerlərinə qayıdışının qarşısını almaq üçün qəbul olunub.


Zəngəzur mahalinin işğalından 90 il keçir

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Zəngəzur torpaqlarının böyük bir hissəsinin Ermənistana birləşdirilməsindən 90 il ötür.

“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlu “Media forum” saytına bildirib ki, 1921-ci il iyulun 20-də Ermənistan Xalq Komissarları Sovetinin qərarı ilə bu respublikada Sisian, Qafan, Gorus və Meğri rayonlarından ibarət “Zəngəzur” adı ilə 9-cu qəza təşkil edilib. Bu qərar Zəngəzurda müsəlmanların kütləvi qətlə yetirilməsinə başlanandan sonra Naxçıvan və Qarabağa pənah aparmış əhalinin öz yurd yerlərinə qayıdışının qarşısını almaq üçün qəbul olunub. Bununla da erməni daşnaklarının başladığı işi erməni kommunist bolşevikləri başa çatdırmağa nail olublar. Zəngəzurun itirilməsi ilə Azərbaycanın ərazi bütünlüyü də pozulub, Naxçıvanın Azərbaycanla quru əlaqəsi kəsilib, eyni zamanda Azərbaycanın Türkiyə ilə quru sərhədinin sahəsi xeyli daralıb.

Zəngəzurun Ermənistana birləşdirilməsinin tarixinə ekskurs edən Hacı Nərimanoğlu xatırladıb ki, hələ sovet Ermənistanı qurulmamışdan qabaq erməni generalı Andronik öz qoşunları ilə Zəngəzurda 115-dək müsəlman türk-kürd kəndini yağmalayaraq dağıtmış, 70 kəndin əhalisini qismən məhv edərək Gorusu mərkəz seçib özünü “Zəngəzur qubernatoru” elan etmişdi. Erməni daşnakları Əsgəran qalası, Şuşa da daxil olmaqla bütün Qarabağa nəzarəti ələ keçirib “Qarabağ Respublikası” yaratmışdı. Bakı Soveti isə Şaumyanın əlində idi. Məqsəd Naxçıvanla Şuşa arasında yaşayan müsəlman əhalini qırıb bu əraziləri boşaltmaq, həmin ərazilərin yeni yaradılacaq Ermənistan Respublikasına qatılmasına zəmin hazırlamaq, Zəngəzur və Qarabağdakı erməni qoşunlarının birləşib Gəncəyə hücum etməsinə şərait yaratmaq, Azərbaycan Milli Şurasını - Azərbaycan Xalq Cümhuriyyətini beşikdəcə boğmaq, Bakıya tərəf hərəkətə başlayıb üzübəri gələn Bakı sovetinin hərbi hissələri ilə birləşib “Böyük Ermənistan” ideyasını reallaşdırmaq idi.

Bu planı xalq qəhrəmanı Sultan bəyin Laçın bölgəsində Andronikin qoşunlarına vurduğu sarsıdıcı zərbə pozdu, Nuru paşa komandanlığında Qafqaz İslam Ordusunun hərbi yardımı ilə Azərbaycan Xalq Cümhuriyyəti milis və hərbi dəstələri də Qarabağdakı erməni silahlılarına ağır zərbə vurdular. Lakin Zəngəzur və Qarabağda erməni mövcudluğuna son qoymaq mümkün olmadı.

Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet Azərbaycanında Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı və ertəsi gün Nəriman Nərimanovun verdiyi bəyanatla həll olundu. Leninin “Zaqafqaziyanın fatehi” adlandırdığı Serqo Orconikidzenin “bəşəriyyət tarixində nümunəsi olmayan mühüm əhəmiyyətli tarixi akt” və “Azərbaycan artıq yükdən xilas olur” kimi təhqiramiz bədnamlıqla dəyərləndirdiyi həmin qərarda deyilirdi: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı bir-biri ilə qırılmaz tellərlə bağlıdır, bu iki xalq arasında heç bir sərhəd mövcud deyil, Zəngəzur və Naxçıvan Ermənistana verilir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüququ verilir...”. Azərbaycan hökuməti Zəngəzuru Ermənistana bağışlamaqla yanaşı o günlərdə aclıq burulğanında boğulan ermənilərə 200 milyon manatlıq kredit (“başlıq pulu”) də vermiş, ərzaq, yanacaq da göndərmişdi.

1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən birdəfəlik silindi.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriyanın Kadanu və Sukutu şəhərləri Şeyx Zəkzəkinin azadlığı üçün ...
Sankt-Peterburqda İmam Mehdinin (əc) milad ildönümü
7-ci Beynəlxalq İslami Filmlər Festivalı başlayır
İnqilab Rəhbəri: Fələstin azadlığı qətidir
Səudiyyə rejimi Şiələri snayperlə vurur
Qadında Bəyənilən Sifətlər
İslam Partiyası prokurorluğa birdə müraciət etdi
Məkkədə Hillətul-kəramət Quran proqramı
İslam Konfransı Təşkilatı nümayəndəliklərinin yığıncağı keçirilir
Türkiyədə Qurani-Kərim konfransı

 
user comment