Azəri
Thursday 18th of April 2024
0
نفر 0

Əməli tapşırıqlar

 BEŞİNCİ FƏSİL
Əməli tapşırıqlar
(tövsiyyələr və moizələr)
Günahı tərk etmək axar çeşməyə bənzər.
Hörmətli tələbələrdən biri belə nəql edir: Bir gün Ayətullah Behcətin hüzuruna gedib dedim: Rəhmətlik Bidabadi kimi tanınmış dini şəxsiyyətlərdən nəql olunmuş xüsusi tapşırıqlara ustadın göstərişi olmadan biz özümüz əməl edə bilərikmi? Behcət belə cavab verdi: “Rəhmətlik Bidabadi və digər böyük şəxsiyyətlər islam yolunda çox zəhmət çəkmişlər. Bu şəxsiyyətlərin hər biri mö`min insanları müxtəlif yollarla Allaha tərəf gedən yola hidayət edərmişlər. Amma mənim nəzərimcə bütün xüsusi tapşırıqlar bir şeydə–günahı tərk etməkdə toplanmışdır. Elə fikirləşməyin ki, günah etməmək özü çox asan və sadə bir işdir. Bə`zən zahirdə sadə görünən bu işin özü çox çətindir. Günahları tərk etmək axar çeşməyə bənzəyir. Əvvəlcə siz günahları tərk edin, sonrakı ibadət və tapşırıqlar özü sizə tərəf gələcək.”
Çox dindar tələbələrdən biri deyir ki, bir gün Ayətullah Behcətin yanına gedib dedim: Mənə xüsusi bir tapşırıq verin. Buyurdu: “Çalış günah etmə.” Dedim: Bu yaşda mənə günah etmək yaraşarmı? Bir zikr və ya xüsusi tapşırıq verin ki, ona əməl edim. Behcət dedi: “Dünən öz evində hansı günaha mürtəkib olduğunu deyimmi?” Mən dedim: Bəli, deyin. Behcət dünən baş verənləri bir-bir mənə sadalayanda, yerimdə quruyub qaldım. Sonra tez onunla sağollaşıb getdim. (Əlbəttə, hər kəs öz həddində günaha mürtəkib olur və ola bilsin ki, bə`zilərinin nəzərində bunlar günah hesab olmasın.)
İnqilabda çox zəhmət çəkmiş böyük şəxsiyyətlərindən biri Behcətdən xüsusi bir tapşırıq istədi. Behcət həmişəki kimi başını aşağı salıb zikr deməyə məşğul idi. O, başını qaldırıb dedi: “Bacardıqca günah etməyin.” Sonra yenə də zikr deməyə davam etdi. Yenə mənə baxıb buyurdu: Əgər birdən hər hansı bir günaha mürtəkib olsanız, çalışın camaatın haqqı ilə əlaqədar olmasın.” Sonra yenə zikr deməyə məşğul oldu. Üçüncü dəfə başını qaldırıb dedi: “Əgər həqqünnasla əlaqədar günaha mürtəkib olsanız, bu dünyada halallıq almağa çalışın.” (Bu günahı axirətə saxlamayın, orada sizin üçün çox çətin olar.)
Tapşırılana əməl etmək lazımdır.
Bir tələbə deyir: “Ayətullah Behcətə dedim: Peyğəmbər (s) və Həzrət Əlinin (ə) Salman Farsi, Əbuzər, Meysəm Təmmar və Rəşid Hicri kimi şəxsiyyətlərə verdikləri xüsusi tapşırıqlar hal-hazırda mövcuddurmu? Behcət buyurdu: “Hər nə varsa Qur`an və Nəhcül bəlağədədir. Bunlardan başqa heç bir şey öz səhabələrinə öyrətməyiblər.”
Başqa bir yerdə belə buyurmuşdur: “Tapşırıq istəyənlərin sayı çoxdur. Amma mən hər kəsə bir tapşırıq verə bilmərəm. Bu tapşırığı mən hamıya tövsiyə edirdim ki, “Vəsailüş-şiə” kitabının “Cihadun-nəfs” bölümündən hər gün bir hədis oxuyub, ona əməl etməyə çalışsınlar. Bir ildən sonra əxlaqi cəhətdən dəyişdiyinizi hiss edəcəksiniz. Bu, xəstələndiyiniz vaxt istifadə etdiyiniz dərmana bənzəyir. Çünki dərmanın tə`siri bir müddət keçəndən sonra özünü büruzə verir.”
“Dər məhzəre bozorgan” kitabında Ustad Qərəviyan belə qeyd etmişdir: “Bir gün bir qrup adamla Ayətullah Behcətin hüzurunda (məclisində) oturmuşduq. O, üzünü məclisdəkilərə tutub dedi: Hüzeyfədən nəql olunur ki, İmam Sadiq (ə)-ın yanına gəlib ərz etdi: Ey peyğəmbər övladı! Hamı sizdən “xeyir nədir?”–sualını soruşur. Amma mən sizdən “şər nədir?”–sualını soruşmaq istəyirəm.
Sonra Behcət əlavə edərək dedi: İnsan əgər şərin nə olduğunu bilsə və ona mürtəkib olmasa, bütün işləri düzələr.”
Riyanın əlacı
...Bir dəfə Ayətullah Behcət söhbətini bitirdikdən sonra icazə alıb dedim: Mənim bir sualım var. Buyurdu: “Əgər xülasə olsa, eybi yoxdur.” Ərz elədim: Bə`zən, insan Allah yolunda gördüyü xeyir işlərin tam ixlasla olması üçün çox sə`y edir. Amma şöhrətpərəstlik, camaatın yanında riyakarlıq, başqaları tərəfdən tə`riflənmək kimi cüzi şeytani vəsvəsələrdən yaxa qurtara bilmir. İnsanın zehnində dolaşan belə vəsvəsələr riya sayılırmı? Bu fikirlər insanın gördüyü xeyir işlərin dəyərini azaldırmı?
Behcət belə cavab verdi: “Yol verilməyən riya ancaq ibadətdir və riya ilə qarışıq olan ibadi əməllər haramdır. Bə`zilərinin dediyinə görə riya hətta ibadəti batil edir. Amma ibadətdən kənar işlərdə riyanın maneəsi (eybi) yoxdur. Riyanın özü riyaya çarə ola bilər və riyanın çarəsi də düzgün fikirləşməkdədir.
Niyyət
Belə niyyət edin ki, elminizlə əməliniz uyğun olsun. Elm və əməl nə biri-birindən qabağa keçsin və nə də geri qalsınlar. Bizim bədbəxtçiliyimizin əsas səbəbi elm və əməlimizin uyğun olmamasıdır. Bə`zilərinin elmi əməlindən geridə, bə`zilərinki isə irəlidədir. Xülasə, elmləri ilə əməlləri biri-birinə uyğun gəlmir. Adətən, bir çoxlarının elmi bə`zən əməlindən qabağa keçir və bə`zən də geri qalır. Beləliklə, bildiyiniz hər bir şeyə əməl etməyə çalışın ki, elminizlə əməliniz bərabər olsun.
Nur çeşməsindən süzülən kəlamlar
Kommunistlərin Qafzaqdakı represiyaları
Kommunistlərin hökumət etdikləri yetmiş illik represiya dövründə Qafqazda–Bakı, İrəvan, Naxçıvan və digər şəhərlərdə din və dindarların başına nələr gəldiyini bir Allah bilir. Camatın din adını çəkməyə ixtiyarı yox idi. Onların hökumət etdikləri dövrlərdə uzun illər camaat namazı qılınan məscidlər anbarlara çevrildi. Qafqazın böyük alimlərindən olan Mirzə Qəni Badkubini çox faciəli bir şəkildə öldürdülər. Bolşeviklərin Qafqaza gəldiyi ilk vaxtlarda Leninin şəklini küçə və bazarlarda gəzdirib deyirdilər: “Lenin Məhəmməddən (s) ağıllıdır.”
Mirzə Qəni minbərə çıxıb dedi: “Düzdür ki, Lenin ağıllı adamdır, amma həzrət Məhəmmədin (s) ayaqqabısının bağı belə ola bilməz. Bu sözə görə kommunistlər ona əzab verərək öldürdülər. Onun qatilinə Allah lə`nət eləsin.
Bakıda elə ağır vəziyyət yaranmışdı ki, alimlər ya təqiyyə, ya da hicrət etməyə məcbur  oldular.
Günah və günahkarın aqibəti
İmam Rzadan (ə) belə rəvayət olunmuşdur: “Allahın rəğbət və mərhəmətindən naümid olmaq, insanın ömür boyu mürtəkib olduğu günahlarından qat-qat çoxdur.” Əgər Allaha qarşı mə`siyət (üsyan) etməkdə öz nəfsimizin öhdəsindən gələ bilməsək, getdikcə ilahi ayələri təkzib və inkar etməyə başlayacağıq. Beləliklə, Allahın rəhmət və mərhəmətindən naümid olacağıq, halbuki, günahkar olan hər bir şəxsə Allahın rəhmətindən uzaq olması gün kimi aydındır.
 “Qiyamət günü Allah-təala rəhmət qapılarını elə açacaqdır ki, hətta İblis də tamah salacaq.” 
İmam Hüseynin (ə) şəhadəti müqabilində Ömər Sə`də hansı və`dlər verilməmişdi? Amma o nə şah, nə xəlifə və nə də  Reyin hakimi ola bildi.  Nəfsin bu vəsvəsələrindən Allaha pənah aparırıq. İnsan öz aqibətinin xeyirli olması üçün nəfsini hər cür vəsvəsələrdən qorumalıdır.
Məkruh yemək yemişdim...
Nəcəf elmi hövzəsindəki təhsilini başa vurmuş bir tələbə İrana qayıtmaq istəyərkən, Seyyid Məhəmməd Kazim Yəzdinin yanına gedib, ona rəvayət nəql etməsi üçün icazə verməsini istəyir. Bir-neçə gün keçsə də, Seyyid Yəzdi bir cavab vermir. Həmin tələbə deyir: Öz-özümə fikirləşirdim ki, Seyyiddən Beytül-maldan bir şey istəməmişəm! Mənə elə gəlir ki, İranda onu elə də tanıyan olmaz və onun icazə verməsi bir o qədər də mühüm deyil. Elə buna görə də hər dəfə Seyyid Məhəmməd Kazim Yəzdini görəndə çox acığım tuturdu.
Bu əhvalatdan bir-neçə gün keçəndən sonra Seyyid rəvayət nəql etməyi mənə icazə verdi və cavabı gecikdirdiyi üçün məndən üzrxahlıq etdi. O, tə`xirə salınmış cavabın səbəbini belə açıqladı:
“Mən o gün məkruh yemək yemişdim. Onun tə`sirinin bütünlüklə bədənimdən çıxmasını gözlədim ki, tam paklanandan sonra silsilə rəvayətlər sırasında böyük alim və ravilərlə öz mə`nəvi bağlılığımı bərpa edim və bundan sonra sənə rəvayət nəql etmək icazəsi verim.”
Halal və haram yeməyin insanın taleyindəki rolu
Vay o gündən ki, yemək-içməkdə haramdan çəkinməyək. Çünki bu yeməklər insanın elm, iman və ya küfründə böyük tə`siri var. Elə bu cəhətdən də bir vaxt ayılıb görürük ki, Yezidə iman gətirmişik. Allah-təala “Bəqərə” surəsinin 35-ci ayəsində Adəmə (ə) belə buyurur:
 “Sizə haram buyurulmuş bu ağaca yaxınlaşmayın ki, zülmkarlardan olmayasınız.”
Bu ayədən mə`lum olur ki, elə bu yemək-içməklər Adəmin (ə) cənnətdən qovulub yer üzünə gəlməsinin səbəblərindəndir. Yemək-içmək insanı məxluqatın ən ali ya da ən alçaq (aşağı) dərəcəsinə çatdıra bilər. Bütün yeməli-içməlilər insanın qanında, bədənində, ruhunda, zehnində və fikrində özünü çox aydın büruzə verir. Elm, əməldə yüksək müvəffəqiyyətlər əldə etmiş sağlam fikir və düşüncə sahibi olan alimlər, ancaq halal yeməklərdən istifadə etməklə belə ali məqamlara çata bilmişlər.
Bu vəhşilərə deyin!
Böyük alimlərdən biri bolşeviklərin zamanında Rusiyada olan bir şəxsin dilindən belə nəql edirdi:
“Qafqazda yerləşən üç böyük şəhərə – Bakı, Tiflis və İrəvana get-gəl edirdim. Bir dəfə Tiflis şəhərində olarkən bir qrup məsihi ilə qatara mindim. Elə bu vaxt bir keşiş də onu müşaiyət edən bir-neçə nəfərlə qatara daxil oldu. O vaxtlar hər şəhərdə ancaq iki və ya üç keşiş olardı. Buna baxmayaraq qatarda olan məsihilərin heç biri ona əhəmiyyət vermədi. Elə bu vaxt qalxıb yerimi həmin keşişə verdim. Keşiş dedi:
Nə üçün qalxıb yerini mənə verdin? Dedim: Çünki bizim itaət etdiyimiz peyğəmbər bizə ruhanilərə hörmət etməyi buyurmuşdur.
Keşiş bir müddət başını aşağı saldı və sonra yenə də soruşdu: Xahiş edirəm, niyə qalxıb mənə yer verdiyinizi bir daha təkrar edəsiniz. Dedim ki, biz müsəlmanların peyğəmbəri ruhanilərə hörmət etməyi bizə tövsiyə etmişdir. Keşiş ətrafına göz gəzdirib dedi: “Bunu bu vəhşilərə deyin, bu vəhşilərə deyin! (Bolşevik–yə`ni dinsiz.)
Buradan mə`lum olur ki, onlar   fəqət islam dini ilə deyil, bütün dinlərlə müxalif idilər.
Ne`mət bol deyilsə, deməli şükrümüz az olmuşdur.
Başımıza gələn bütün bəla və müsibətlər Allahın bizə əta etdiyi ne`mətlər qarşısında naşükür olmağımızla əlaqədardır. Çünki Allah-təala İbrahim surəsinin 7-ci ayəsində buyurur:
“Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: Əgər (Mənə) şükür etsəniz, sizə olan ne`mətimi artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən, şiddətlidir.”
Şükür etmək ne`mətlərin artmasına və naşükürlük isə onların azalmasına səbəb olur. Əgər Allahın bizə əta etdiyi ne`mətlərin azaldığını görsək, şübhəsiz ki, bunun əsas səbəbi bizim naşükürlüyümüzdən irəli gəlir.
Şükürün geniş mə`nası vardır ki, onlardan biri də Allaha itaət deməkdir. Şükür təkcə dildə “əlhəmdülillah” deməklə bitmir. Baxmayaraq ki, bu da Allaha şükür etməyin bir yoludur və itaət deməkdir.
Deməli, Rəbbin bizə lütf etdiyi ne`mətlərin müqabilində şükür Onun itaətində olmaq və ne`mətlərin daha artması mə`nasındadır. Ne`mətlər qarşısında naşükürlük isə Allaha qarşı üsyan və Onun tərəfindən nazil olacaq əzaba dəlalət edir.
Əgər nə vaxtsa başımıza bir müsibət və ya bəla gələrsə, onun səbəbini ötən günlərdə axtarmalıyıq. Çünki, insan öz yaxşı və pis əməllərinin müqabilində Allah-təala tərəfindən mükafatlandırılır. Yaxşıya yaxşı, pisə isə pis ilə cavab verilir.
Biz nə vaxt hansı bir vacib əməli tərk etmədiyimizə və ya harama mürtəkib olmadığımıza əmin olsaq, gərək sevincdən papağımızı göyə ataq.
Halal ruzi üçün harama əl atmayaq.
Axı, niyə bizə dərs olmur? Allah-təala Qur`anda buyurur:
“Ey Adəm! Həqiqətən, sən orada (cənnət) aclığın, çılpaq olmağın nə olduğunu bilməzsən.”
Əgər haram yeməsək aclıq və susuzluqdan ölmərik. Cənnət bütün ne`mətləri ilə sənin ixtiyarında olacaqdır. Əks-təqdirdə heç bir şey.  Biz insanların əgər cənnətə inamımız olsaydı, bu qədər ilahi hökmlərə qarşı müxalif çıxmazdıq. Şeytan Adəm və Həvvaya (ə)–“(Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə edib dedi: Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir.”  –yalan demişdi. Allahın itaətindən çıxıb sizə nəhy edilmiş ağacın meyvəsindən yediyinizə görə, cəhənnəm odunda yanacaqsınız!
Biz insanların işi quşlara çox bənzəyir. Quşlar üçün tələ quranda ora dən tökürlər və onlar dən yemək üçün gələndə ovçunun toruna düşürlər. Əgər insanın qəlbi tora düşsə nə baş verər?
Allahdan nə qədər uzaq düşmüşük ki, fəsad və əxlaqsızlığa düçar olmuşuq. Şiə əqidəsində müvəqqəti izdivac (siğə) caiz sayılır və haram iş (zina) görməyə heç bir ehtiyac yoxdur. Amma şeytan bir çoxlarının yolu üstə durub, onları harama sürükləyir.  “İblis dedi: Sən məni (Adəmə səcdə etmədiyimə görə) məhrum etdiyinə əvəz olaraq mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
Allah-təala buyurdu: Oradan (cənnət) rüsvay olmuş (qovulmuş) halda çıx. Onlardan (insanlar) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!”
Namazın sirri haqqında
1. Əlləri qiyam halında təkbir deyərkən yuxarı qaldırmaq Allahdan qeyri hər bir şeyi arxaya atmaq (kənara qoymaq) deməkdir. Buna baxmayaraq bizlərdən bə`zilərimiz elə namaz qılırıq ki, elə bil Allaha ehsan veririk. Buna görə də bizim səcdəmiz, rükumuz qiyamımızla fərq etmir. Amma elə kəslər olub ki, rükuda əsirmişlər. Bədənləri tərpənməsə də qəlbləri Allahın xofundan lərzəyə gəlirmiş. Belə insan namaza duranda günahlarını yada salır. Belə olan halda, artıq günahlarını necə gizlətsin ki, Allah onu görməsin. Çünki hər şey göz qabağındadır. Ona görə də ixtiyarsız titrəyir.
2. Bizim bir əzəmətimiz yoxdur. Olanı da bu qədərdir ki, ayaq üstə durub qiyam halını alırıq. Sonra həmin əzəmətimizi rükuya getməklə yarıya bölürük. (Bir az da kiçildirik) Daha sonra isə səcdəyə və torpağa dönürük. (Tamamilə heç oluruq).
3. Namazda qiyam halını almaq iki dostun söhbətinə bənzəyir. Hərçənd söhbət bir şeydən gedir. Amma rüku ağa və nökərin məsələsinə oxşayır. Ona görə də rükuda “Sübhanə rəbbiəl-əzim...” zikri deyilməlidir. Bununla belə səcdəyə nisbətdə rükuda deyilən bu zikr Allah qarşısında kiçilməkdə ən aşağı mərtəbə sayılır. Başqa sözlə desək, bəndənin namazda qiyamı übudiyyətin (bəndəliyin) və sükunun (xatircəmliyin) izharıdır. Yə`ni bəndənin özündən heç bir hərəkəti yoxdur. Amma səcdə xüzu`nun (Allaha bəndəliyin, təslimin) son həddidir.
4. Bəndə Həzrət Haqqın müqəddəs hüzurundan qayıtdıqda (namazı bitirdiyində) Allah tərəfindən gətirdiyi ilk sovqat salamdır. Kufə məscidinin duasında deyilir: “Sən Özün salamsan! Salam sənin tərəfindəndir və Sənə tərəf də qayıdır. İlahi! Bizi Öz tərəfindən olan salamla salamla.
5. Namaza giriş üçün deyilən təkbirin və namazdan xaric olmaq üçün deyilən təslimin bu əməllərlə nə qədər tənasübü var? Baxmayaraq ki, “kəbir” və “əzim” hər ikisi Allahın adlarıdır, amma təkbirdə “əkbər” münasibdir. Çünki, onda maneçilik nəzərdə tutulmuşdur. Yə`ni təkbir deyib əlləri yuxarı qaldırmaqla bütün dünya işlərini və bütün böyükləri (böyük saydıqlarınızı) bir kənara qoyun. Çünki Allah-təala Əkbərdir. Yeri gəlmişkən, “həyyə əla xəyril-əməl” kəlamı da həmin nöqtənin daşıyıcısıdır.
Hər halda, namaz qılan təkbir deməklə ilahi hərəmə daxil olur. Amma biz nə bilirik bunlar nə deməkdir?
Rəvayətdə deyilir: “Əgər namaz qılan nə kimi ilahi cəlalla əhatə olunduğunu bilsəydi, heç vaxt namazdan üz döndərməzdi.”
6. Qiyam -başdan-ayağa xidmət və bəndəlik üçün hazıram deməkdir. Eynən hərəkətsiz dayanan çubuq kimi və ya heç bir iradəsi olmayan budaq kimi ki, külək hansı səmtə əssə, həmin tərəfə hərəkət edir. Qiyamda, rükuda və səcdədə olan xatircəmlik rükunun özünün qüvvətləndiricisidir. Həmçinin, zikrdə xatircəmlik də onun kimidir.
7. Namaz halında Allahı zikr etmək ən yaxşı zikrdir. Çünki namaz Kə`bə evi kimidir; namaz qılan sanki Kə`bəyə - Allahın əmin hərəminə daxil olur. Namaz qılanın niyyəti bu olur ki, “təkbir” qapısından girib “təslim” qapısından çıxsın.
Rüşvətxorluğun mənfi tə`sirləri
Müsəlman torpaqlarını ələ keçirmək üçün kafirlərin həmişə əsaslı planları olmuşdur. O cümlədən də kafirlər müsəlmanları həmişəlik öz qullarına çevirib, onlara ağalıq etmək istəyiblər. Onların bu şərindən xilas olmaq üçün nə etməliyik?
Çox gözəl bilirik ki, onların bizim üzərimizdəki hakimiyyətinin əsasını rüşvət təşkil edir. Məgər müsəlmanların öz düşmənlərindən rüşvət almamağı və bu yolla onlara məğlub (təslim) olmamağı mümkündürmü? Baxmayaraq ki, bu müsəlmanların öhdəsində olan ixtiyari (könüllü) bir işdir.
Bəli, kafirlər müsəlman (dövlətlərinin) başçılarını rüşvətlə ələ keçirirlər. Buna görə də aldanmamaq üçün çox ayıq-sayıq olmalıyıq.
Rüşvət qədər heç bir şey bizə tə`sir edib, aldada bilməz. Onlar bizim bu zəif nöqtəmizdən istifadə edərək bizə öz müsəlmanlarımız vasitəsilə nüfuz edə bilirlər.
Elə Həzrət Əli (ə)-ın işini də rüşvət ilə bitirdilər. Çünki Müaviyə Osmanın oğluna dedi: “Əgər qələbə çalsan Xorasan vilayətinə sahib olacaqsan.” Beləliklə də Xorasan vilayətini Osmanın oğluna verdi.
Osmanın oğlu dedi:
–Xorasanı neyləyim?
–Sənin evinin çörəyin olsun–deyə Müaviyə cavab verdi.
Müaviyə gedərkən Osmanın oğlu şe`r oxumağa başladı. Şe`rin məzmunu belə idi ki, nə istəyirdimsə verdi, bəlkə lap artıq da verdi.
Məclisdə olan Mərvan bunu eşidib narahat halda dedi:
“Hamını alan tapılar, amma bizi alan yoxdur.”
Müaviyə ona cavab olaraq–səni də mən alacağam– dedi. 
Yə`ni sən də bizlərdən oldun. O təkcə bu quru sözlə Mərvanı sevindirdi. Əlbəttə sonralar Müaviyə öz əqidələrinə görə bütün müsəlmanlara aid olan Fədəki Mərvana bağışladı.  Bu torpaqlar Ömər ibn Əbdüləzizin vaxtına qədər Ali-Mərvanın əlində qaldı. Amma Ömər ibni Əbdüləziz hakimiyyətə gələndən sonra Fədəki Ali-Əliyə qaytardı.
Əhli-beyt (ə)-ın hədəfi yalnız Fədəki geri almaq deyildi. Bəlkə onlar bunu istəməklə haqqı haqq sahibinə çatdırmaq istəyirdilər.
Allah-təala kommunist ideologiyasını məhv etdi...
Rusiya-Alman müharibəsi zamanında ruslar bayram keçirmək üçün Moskva şəhərinin ətrafında böyük fasiləylə alov yandırdılar ki, alman təyyarələrinin hücumunun qarşısını ala bilsinlər.
Allah bilir ki, bu (mərasim) bayramı keçirmək üçün nə qədər pul xərcləmişdilər. Bütün bunlar kommunist ideologiyasının davamı üçün idi. Amma Allah-təala bir damla qan tökmədən kommunist məsləkini məhv etdi. Bu yalnız İlahi bir qüvvə vasitəsilə ola bilərdi. Baxmayaraq ki, deyirdilər: “Kommunist məsləki məğlubedilməzdir!”
Sual: Deyirlər ki, kommunist ideologiyası tarixi zərurətlərə bağlıdır. Ona görə də yenidən qayıdacaqdır. Sizcə bu belədirmi?
Cavab: Məzdək məsləkində olduğu kimi kommunist ideologiyasında da deyilirdi: “Bəşəriyyətdəki bütün ixtilaflar həmişə iki şeyə görə olmuşdur: Mal və qadın.” Əgər bu iki şey insanlar arasında müştərək olsa cəmiyyətdəki bütün ixtilaflar aradan gedər və müharibələrə son qoyular.”
Sizcə bu iki şeydə şərik olmaq ixtilafların sonu, yoxsa (onların) başlanğıcı deməkdir?! Sizcə həmin vaxt hamı - hər nəyim varsa başqalarıyla bölüşürəm, - yoxsa məndə olub başqalarında olmasın - deyəcək?!

İki qardaşı bir-birinə düşmən edib onlara (hökmranlıq) ağalıq etmək istəyirlər.”
İslam düşmənləri müsəlman firqə və məzhəbləri arasındakı ixtilafları qənimət hesab edərək onlara ağalıq etmək niyyətindədirlər. Şiə və sünni arasına müharibə salıb hər ikisinə qələbə çalmaq istəyirlər.
Bə`ziləri açıq-aşkar din və dindarlara qarşı çıxırlar. Özümüzün və camaatın şərindən, haqqa göz yumub tapdalamaqdan Allaha pənah aparırıq.
Düşmənlərin müsəlmanlar arasında saldığı ixtilaflardan biri də bu idi ki, təqva və zahidlikdə dillər əzbəri olan “Mamaqani”  haqqında deyirdilər:
“Bu Əmirəlmö`mininə and olsun ki, o (Mamaqani) fasiqdir.”
Duam müstəcab oldu
Gör nə günə qalmışıq ki, çətinliyə düşəndə də dua etməyə halımız olmur. Təqribən otuz-qırx il bundan əvvəl Qum şəhərində sınıqçılıqla məşğul olan bir cavan belə nəql edirdi:
“Günlərin birində hicablı bir qadın işlədiyim dükana gəlib dedi: “Ayağım bərk ağrıyır. Deyəsən ayaq sümüyüm çıxıb, onu yerinə sala bilərsinizmi? Amma burada (yə`ni bazarda) olmaz. Çünki ağrıdan qışqıra bilərəm və naməhrəmlər mənim səsimi eşitməsin deyə evə gəlsəniz yaxşı olar.”
Mən o qadınla razılaşdıqdan sonra dükandakı üç yüz tümən pulu da götürüb onun dalınca evlərinə getdim. Onun evinə daxil oldum və qadın qapını arxadan bağladı. Sonra keçib öz yatağına uzandı. Mən onun topuğuna əl vurub dedim:
–Ağrıyan yer buradırmı?
O dedi:– Yox, bir az yuxarı.”
Baldırına əl vurub soruşdum:–Bura ağrıyır?”
“Yox, bir az da yuxarı– deyə qadın dilləndi. Onun başqa niyyətdə olduğunu başa düşdüm. Qadın qəsdən məni bu iş üçün evinə çağırmışdı.
O, qapını içəridən bağlamışdı və onu razı salmasaydım məni küçədəki cavanlara döydürəcəyi ilə hədələyirdi.
Həmin qadına dedim:
–Üstümdə üç yüz tümən və mağazamda da iyirmi tümən var, hamısını sənə verirəm. Amma məndən əl çək. Dediklərimin heç bir faydası olmadı. O, hey dediyi sözə israr edir və məni hədələyirdi.
Bir tərəfdən də qadın mənə o qədər yaxınlaşmışdı ki, dua və təvəssül etməyə halım qalmamışdı. Guya mənimlə dua və təvəssül arasında nəsə bir maneə və yaxud divar var idi.
Özümü zahirdə onun istəyilə razılaşmış kimi göstərməyə çalışdım. Nəsə bir bəhanə ilə onu özümdən uzaqlaşdırıb bir şey dalınca göndərdim.
Elə bu vaxt məndə dua etmək halı yarandı. Dərhal İmam Rza (ə)-a mütəvəssil olub dedim ki, əgər mənə bu bəladan qurtarmağa kömək etməsən, bu işimdən (sınıqçılıq) əl çəkəcəyəm.
Deyəsən bu cavan sınıqçılığı mö`minlərə nəsə bir kömək etmək məqsədilə İmam Rzadan (ə) istəyibmiş və həmin iş də İmamın xüsusi diqqətində imiş.
Həmin cavan deyir:
–Elə bu vaxt evin damının yarıldığını və bir qoca qarının evə düşdüyünü gördüm. Başa düşdüm ki, duam qəbul olub.”
Ev sahibəsi olan qadın qayıdıb gələndə həmin qoca qarını görüb soruşdu:
–Nə istəyirsən və nə üçün bura gəlmisən?”
Qarı dedi:
–Sizin qonşuluqda yaşayan bir qadın  uşaq dünyaya gətirmişdi. Gəldim ki, bir az parça (əski) aparım.”
“Bəs haradan gəldin–“deyə qadın qoca qarıdan soruşanda, qarı dedi:
–Qapıdan.” Amma mən onun evin damından içəri girdiyini görmüşdüm.
Nə isə, onların başının söhbətə qarışdıqlarını görüb fürsəti əldən vermədən evin qapısına tərəf qaçmağa başladım.
Ev sahibəsi mənim dalımca gəlib soruşdu:
–Hara gedirsən?”
–Gedirəm qapını bağlayım– deyə dilləndim.
O dedi: “Mən qapını bağlamışam.”
–Axı qapını necə bağlamısan ki, o qoca qarı həmin qapıdan içəri girdi– deyə cavab verdim. Tez qapıya tərəf gedib evdən çıxmaq, o qadının əlindən xilas olmaq istədim. Qadın mənim aradan çıxdığımı başa düşəndə, arxamca tüpürüb, söyüş söyməyə başladı.
Həmin vaxt onun söyüşləri mənə halvadan da şirin gəlirdi.
Problemlərimizin əsas səbəbi
Kafirlərin bütün hədəfi müsəlmanlar arasına təfriqə (ixtilaf) salmaqdır: “Ayrılıq sal, ağalıq et”. Millətlər və dövlətlər arasında təfriqə salıb, onları sərhədlə bir-birindən ayırmaq, hər milləti digərinin qarşısında əcnəbi kimi qələmə verməklə, kafirlərə (o cümlədən də Britaniyaya) qarşı İran və Osmanlı hərbi birliyinin yaranmasının qarşısını aldılar.
Baxmayaraq ki, Allah, Peyğəmbər (s) və pak İmamlar tərəfindən bizə çoxlu tövsiyyə olunmuşdur: “Həmişə birgə olun.” Öz birliyinizi qoruyun və heç vaxt bir-birinizdən ayrılmayın. Ehtiyatlı olun ki, yadlar sizin içinizə nüfuz etməsin və kafirlərlə qarışmayın. Onlarla (kafirlərlə) əhd-peyman bağlamayın. Bunlar sizin din və dünyanızın zərərinə ola bilər.”
Amma biz bütün bu sifariş olunanları qulaq ardına vurduq və sonda arzulamadığımız hadisələrin şahidi olduq.
150 min nəfəri öldürmək olar, amma oğrunun əlini kəsmək olmaz?
Xirosimada atom bombasıyla bir neçə dəqiqə ərzində 90 min yaponiyalını öldürdülər, heç uf da demədilər.
Başqa ölkələri bu yolla işğal etmək istəyənlər İslam dinindəki şər`i hökmlə–oğrunun əlini kəsməklə–müxalifdirlər. Onların nəzərincə oğrunun əlini kəsmək vəhşilikdir.
Baxmayaraq ki, oğrunu cəzalandırmaqla cəmiyyətdə asayiş və əmin-amanlıq yaranır. Onlar bunu nəzərə almırlar.
Deyirəm heç günah etməyə də fikirləşməyin!
Həzrət İsa (ə) buyurmuşdur:
“Qardaşım Musa (ə) buyurur: “Günah etməyin.” Amma mən sizə deyirəm ki, hətta günah etməyi fikirləşməyin.”
Musa (ə) buyurur:
“Yalandan and içməyin.” Amma mən deyirəm ki, heç doğrudan da and içməyin.
Valideynə itaətdə müstəhəbbi əməllərin tərki
Sual: Valideynə itaət zamanı müstəhəbbi əməllərin tərki lazımdırmı?
Cavab: Bəli, amma müstəhəbbilərə əməl etmək istəsən, gərək valideyninə əziyyət və zəhmət verməyəsən. Çünki, müstəhəbbi əməllərdə başqasına əziyyət etmək haramdır.
Mənim malım batmaz.
Şeyx İbrahim Kəlbasi ticarətlə məşğul olur və bu yolla ailəsinin xərcini tə`min edirdi. Günlərin birində ona xəbər verdilər ki, ticarət gəmiləri qərq olmuşdur. Çünki, Şeyx İbrahim Kəlbasinin də bu gəmilərdən birində çoxlu malı var idi. Şeyx bu xəbəri gətirənlərə deyir:
“Mənim malım heç vaxt batmaz (qərq olmaz), çünki mən onların (malımın) xumsunu vermişəm.
Bir müddət keçəndən sonra xəbər çatır ki, gəmilərdə olan mallardan ancaq Şeyxin  malı suda   batmayıb. (Malların üstündə sahibinin adı və ünvanı qeyd olunduğuna görə mal sahibini tapmaq bir o qədər də çətin deyildi.)
Elmin əhəmiyyəti
Günlərin birində Məhəmməd ibn Müslüm İmam Sadiqin (ə) hüzurunda olarkən yuxusunu nəql edir və Əbu Hənifə onun yuxusunu tə`bir edir. İmam Sadiq (ə) ona buyurur:
Düz dedin.
Amma Əbu Hənifə gedəndən sonra İmam Sadiq (ə) Məhəmməd ibn Müslümə buyurur:
“Əslində sənin gördüyün yuxunun yozumu mən dediyim kimidir.”
Məhəmməd ibn Müslüm çox təəccüblə İmamdan soruşur:
“Bəs niyə görə Əbu Hənifənin sözlərini təsdiq edərək ona–düzdür–dediniz?”
İmam Sadiq (ə) buyurdu: “Təqiyyə etdim və əslində məqsədim “doğrudan da səhv dedin” idi.”
Əgər insanlar nəyi bilib-bilmədiklərindən agah olub öz nöqsanlarını düzəltməyə çalışsaydılar, din və peyğəmbərlərdən itaət etməkdə bir səviyyədə olardılar. İnsanlar arasındakı ixtilafların əsas səbəbi onların alim və cahilliklərindədir. Amma insanın qədir-qiyməti onun malı ilə deyil, elmi ilə  ölçülür. Elm – bütün şeyləri və şəxsiyyətləri özünə tərəf cəzb edir. Həmin şəxs deyir:
Məhəmməd ibn Əlidən (İmam Baqir (ə)) elmli bir şəxs görmədim.”
Əhli-beytlə (ə) müxalif olan şəxslər, doğrusu elm və ağılla müxalifdirlər. Həzrət Məhəmmədin (s) Əhli-beyti (ə) alim və Peyğəmbərdən (s) sonra hamıdan bilikli olduqlarına görə gərək onların buyurduqlarına əməl edək. Baxmayaraq ki, Əhli-beyt (ə) Peyğəmbərin (s) vəsiləridir və onlara itaət etmək bizə vacibdir.

 


Cəzasını gördüm
Seyyidlərə məhəbbət və hörmət etmək biz şiələrə xüsusi olaraq sifariş olunmuşdur. Bə`zi şəxslər deyirlər ki,–seyyidin dediyi ilə razılaşmadığımıza görə zərər-ziyana düşmüşük.
Bundan əlavə özü də seyyid olan bir ata belə nəql edir:
“Bə`zən öz uşağımı tənbih və ədəb etmək məqsədilə döyürdüm. Bir az keçməmiş mənim başıma nəsə bir bəla gəlirdi.
İmam Həsən Əsgəri (ə) seyyidlərə hörmətsizlik və e`tinasızlıq edən bir şəxsə irad tutanda, həmin şəxs deyir:
Mənim bu şəxsə e`tinasızlığımın səbəbi onun sizinlə müxalif olması idi.
İmam Həsən Əsgəri (ə) buyurdu:
“Onun nəsli-kökü bizə çatdığına görə gərək belə etməyəydin.”
Tarix təkrarlanır
Qur`an və Əhli-beytə (ə) doğru-düzgün e`tiqadı olmadan gedilən hər-hansı bir yol sonda tənəzzülə uğrayacaqdır. Nəticədə tarix, o cümlədən də Səqifə əhvalatı və Kərbəla vaqiəsi kimi mühüm hadisələr hər gün təkrar olur.
Çünki hər gün haqq olanın haqqı tapdalanır və nahaqqa haqq qazandırılır. Həmişə Hüseyn (ə) və Yezid kimi haqq və batil də mövcuddur. Camaatın işi ya imam Hüseyn (ə)-ın və ya Yezidin tərəfində vuruşmaqdır.
Buna görə də insan gərək hər gün haqq və ya batil tərəfdarı olduğunu aydınlaşdırsın.
Şah 20 milyon nəfərlə oyun oynaya bilər amma mən...
Günlərin birində seyyid Cəmaləddin Əsədabadi Nəsirəddin şahın hüzurunda olarkən əlindəki bir almanı atıb-tuturdu.
Nəsirəddin şah ona e`tiraz edib dedi:
–Sən mənim hüzurumda almayla oynayırsan?
–Şah iyirmi milyon nəfərin taleyi ilə oyun oynaya bilər, amma mən bir alma ilə oynamayım–deyə Əsədabadi dərhal cavab verdi.
Padşahınıza ədəb verin.
Şeyx Məhəmməd Hüseyn Kaşiful-Ğita çox cəsur və qorxmaz bir adam idi. O bir gün Rza xan Pəhləviyə (İranın şahı) dedi:
–“Sənin səltənət və qüdrətin nə qədər yüksək olsa belə, Sultan Əbdülhəmidin səltənət və hakimiyyətindən üstün ola bilməz. Hal –hazırda sultan Əbdülhəmidin oğlu Hindistanda dilənçilik edir.
Bir dəfə də İraqda olarkən oranın padşahı Məlik Qazinin hüzuruna getmişdi. Məlik Qazi ona hörmətsizlik etdiyinə görə saraydan çıxarkən saray əhlinə ucadan dedi:
“Padşahınıza ədəb öyrədin, padşahınıza ədəb öyrədin!”
İmam Zamanla görüşməkdən daha üstün...
Bə`zən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox sə`y edirlər. Amma iki rəkət namaz qılıb mə`sum İmamlara (ə) təvəssül etmək bundan daha yaxşıdır. Çünki İmam Zaman (ə) həm bizləri görür, həm də eşidir. Onun qeyb dövründəki ibadət, zühur edəcəyi vaxtdakı ibadətdən qat-qat üstündür. Mə`sum İmamlardan (ə) hər hansı birini ziyarət etmək, İmam Zamanı (ə) ziyarət etmək kimidir.
Çətinliklərdə ən üstün zikr
Çətinliklər zamanı oxunan ən yaxşı zikr Peyğəmbərdən (s) bizə tövsiyyə olunmuş zikrdir:
Bu zikr mənim ümmətimi çətinliklərdə amanda saxlayacaq bir zikrdir.
“Böyük və üstün Allahdan başqa heç bir qüdrət və qüvvət sahibi yoxdur. Allahdan (Allahın qəzəbi və verəcəyi əzabdan) qurtuluş üçün kömək və pənah yeri yalnız və yalnız Ona üz tutmaqdır.
Fitnə və ixtilaflarda haqqın me’yarı
Müsəlmanlar arasında baş verən ixtilaflar zamanı gərək həqiqi Əli (ə) tərəfdarı olan şəxslə birgə olaq və seçdiyimiz bu yol haqq yoludur.
Fərəc duasının mə`nası
İmamlarımız bizə Axirəz-zamana yaxın baş verən sıxıntılarda bu duanı oxumağı sifariş etmişlər:
“Ey Allah! Ey Rəhman! Ey Müqəllibəl-qulub! (Ey qəlbləri döndərən, dəyişən!) Bizim qəlbimizi öz dinində sabit (dayanıqlı) et!”
Amma nə edək ki, dərman dalınca getmək əvəzinə dərd dalınca gedirik.
“Ya müqəllibəl-qulub, səbbit qəlbi əla dinik”in mə`nası budur ki;
“Ey Rəbbim! Bizi öz bəyəndiyin məqama çatdır və həmin məqamda saxla.”
Sirat elə buradan başlayır. Əgər azacıq da olsa bu yoldan kənara çıxsaq, Allah bilir hansı uçuruma yuvarlanacağıq.
Əgər bir adamın işləri bərbaddırsa ya irəli getmiş, ya da geridə qalmışdır. Hər halda orta həddə riayət etməmişdir.
Biz mə`sum olmadığımıza görə Allah-təaladan bizə orta həddi nəsib etməsini və bizləri həmin məqamda sabit saxlamasını istəyirik.
Əməli tapşırıqlar
Bir kəsin Xaliq və məxluqa etdiqadı olarsa, peyğəmbərlr və imamlarla bağlılığı olub onlara etiqadi və əməli cəhətdən təvəssül edərsə, onların buyruqlarına uyğun addım götürüb, addım atarsa, ibadətində qəlbini Allahdan qeyri bütün şeylərdən boşaldarsa, qəlbi fariq halda namaz qılarsa, şübhəli görünən məsələlərdə İmam Zamana tabe olarsa–yəni İmam kimi özünə müxalif bilirsə o da onunla müxalifətdə olsun, kimi özünə müvafiq bilirsə o da onunla müvafiq olsun; onun məl`un bildiyi kəsi o da lənətləsin, onun mərhum  bildiyinə o da məhəbbət göstərsin, hətta o şəxsin haqqında dəqiq məlumatı olmasa da.
Qeyd olunan bu xüsusiyyətləri özündə əks etdirən bir şəxs heç bir kamaldan məhrum qalmaz, heç bir nöqsana düçar olmaz.
Allahın adı ilə
Böyük və kiçik– hamımız bilməliyik ki, dünya və axirət səadətinə çatmağın yeganə yolu Böyük Allaha  bəndəlik etməkdir. Ən böyük bəndəlik etiqad və əməllərdə günahın tərkidir. Bir şeyi bildiksə ona əməl edək, bilmədiksə dayanıb məlum olana qdər ehtiyatı gözləməliyik. Əgər bu yolu tutsaq heç vaxt peşiman olmarıq...
İbadətin ləzzətini dadmaq üçün nə edək?
Möhsün Qərəviyan nəql edir: Ayətullah Behcətdən soruşdum: “Ağa ömrümüz keçdi, amma indiyə qədər ibadətlərimizdə, xüsusilə də nama zlarımızda bir ləzzət hiss edə bilməmişik. S izcə nə edək ki, məsumların buyurduqları ibadətin ləzzətini azacıq da olsa biz də dadaq?”
O, zikr və duaya məşğul olduğu halda başını qaldırıb mənalı bir ifadə ilə mənə baxdı. Sonra–bu hamımızın mübtəla olduğu bir dərddir–deyə buyurdu.
–Ağa, hər halda dərəcəsi var, aşağısı–yuxarısı var; nisbi bir məsələdir; bəziləri–sizin kimi–ali mərtəbəyə sahibdir. Amma bizim heç nəyimiz yoxdur. Biz nə edək?
–Bəlkə də mən sizin dərəcənizin təmənnasındayam!
–Ağa, təvazökarlıqdan keçib, bu bir həqiqətdir ki, deyirəm.
O yenə də xüsusi təvazökarlıqla: Mən də sizin kimiyəm–dedi.
Çox israr etdikdən sonra nəhayət buyurdu: Namazdan həzz almaq üçün bir-neçə miqəddiməyə diqqət yetirmək lazımdır. Onlardan bir hissəsi namazın xaricindədir (namazdan qabaq), bir hissəsi isə namazın özündədir. Namazdan qabaq diqqət yetiriləsi və əməl ediləsi məsələ budur ki, insan günah etməsin, qəlbini qaraltmasın. Günah ruhu qara dumana bürüyür, qəlbin nurunu aparır. Namaz vaxtı diqqət ediləsi məsələyə gəldikdə isə insan namaz vaxtı öz ətrafına dəmirdən, tikanlı simdən “hasar” çəkməlidir ki, Allahdan qeyrisi ora daxil ola bilməsin. Allahdan başqa bütün şeyləri fikrindən çıxarmalıdır. Zehnini Allahdan qeyri heç bir şeyə məşğul etməməlidir. Əlbəttə, qeyri-ixtiyari olaraq fikri bir yerə getsə eybi yoxdur. Amma elə ki, iltifat tapıb diqqətini cəmlədi, Allahdan qeyrilərini qəlbindən çıxarmalıdır.
Ziyarət və təvəssül haqqında
Ziyaraət haqqında üç baxış mövcuddur. Birinci baxış vəhhabilərin baxışıdır. Onlar ziyarəti şirk hesab edirlər. İkinci baxış sünnilərin və bəzi şiələrin baxışıdır. Bu dəstənin fikrinə görə imam vəfat etmişdir. Həzrət Rzanın (ə) ziyarətinə getdiklərində sanki qəbir əhlinin ziyarətinə gedirlər. Onların düşüncəsinə görə imam ölmüşdür?! Deyirlər: “Nə imamı görürük, nə də onun bizi gördüyünü düşünürük!”
Bu məsələdə bizim əksəriyyətimizin vəziyyəti elə sünnilər kimidir.
Böyük vəzifə sahibinin, məsələn prezidentin görüşünə gedəndə öz hərəkətlərimizə nə qədər diqqət yetiririk? Dediyimiz sözlərə necə diqqət edirik? Başımızı yan-yörəyə yönəltmirik. Çünki böyük bir məqam sahibinin hüzurundayıq! Həmin məqam sahibi qarşımızda dayanıb bizi görür!
Sizcə Həzrət Rzanın (ə) hüzurunda olanda həmin diqqəti, ciddiyyəti daşıyırıqmı? Sanki ölmüş bir adamın ziyarətinə gedirik. Həzrət Rza (ə) vəfat etmişdir?!
Görən bu insanlar ərəbcə söylənən ziyarətnamə sözlərinin mənasını anlayırlarmı?
Üçüncü dəstə imamı diri, hazır,  nazir və qadir bilir. İmam Allahın görən gözüdür. Mömin Allahı hazır bilir. Allahın vasitəsini də hazır və nazir bilir. Mömin imamın diri olduğunu, nazir və qadir olduğunu anlayır. İmamların məqamı daha böyükdür. Mələklərdən də üstündürlər, sadəcə bizim iltifatımız kəmdir. Hərəmə gedib-gəlirik, elə bilirik ki, kimsə bizi görmür. Mələklər bizdən xəbərsiz deyillər, bizi görürlər!
Günlərin birində Kərbəlaya getmişidm. Bizim ustadımızın birinci zövcəsindən övladı olmurdu. Məndən xahiş etdi dostuma deyim ki, soruşub görsün Allah-təala nə vaxt onlara övlad əta edəcək. Çünki mənim dostum ruhları çağırmağı bacarır və cin tayfalarından bəziləri ilə əlaqə saxlayırdı. Onun tanıdığı cinlərdən ikisi İmam Hüseynin (ə) hərəmində xidmət edirdilər. Dostum həmin iki nəfərlə əlaqə saxlayıb mənə dedi ki, gələn ilin Ramazan ayında ustadınız övlad sahibi olacaqdır. O deyən kimi də oldu.
Dostlarımdan Ağamirzə adlı birisi əhvalatı belə görüb öz gələcək təhsili haqqında maraqlandı. Cinlərlə əlaqəsi olan dostum yenə də həmin iki nəfər cinlə rabitə yaradıb bu barədə sual etdi. Cavab gəldi: “İmam Hüseynin (ə) hərəminə daxil olarkən duxul (daxil olma) izni alıb, bir dəfə öz adından, bir dəfə də başqasının naibliyi ilə İmamı ziyarət edən kəsə deyin ki, əgər Nəcəfə getsə müctəhid olacaqdır!”
Bu onu göstərir ki, ziyarətə gələnləri təkcə imam yox, hətta cinlər də görürlər və hər kəsi də tanıyırlar. Yuxarıdakı əhvalatdan aydın olur ki, hətta cinlər bu dostumuzun hər dəfə ziyarətə gəldiyində iki dəfə İmam Hüseyni (ə) ziyarət etdiyini bilirmişlər.
Sizin də ziyarətiniz canlı olmalıdır. Hərəmə daxil olarkən öncə giriş izni alın. Əgər halınız oldu hərəmə daxil olun.  Həzrət Rzadan (ə) duxul izni alarkən və ərəbcə “(daxil olummu ey Allahın höccəti?!)–sözlərini deyərkən qəlbinizə müraciət edin, görün orada bir dəyişiklik yaranıbsa, deməli Həzrət (ə) sizə icazə vermişdir. Həzrət İmam Hüseynin (ə) duxul izni ağlamaqdır. Əgər izn alarkən gözünüzdən yaş gəldisə, bilin ki, Həzrət (ə) sizə giriş izni vermişdir. Bu halda daxil olun. Əgər halınız oldu hərəmə daxil olun, yox, əgər qəlbinizdə heç bir dəyişiklik hiss etmədinizsə, gördünüz əhvalınız ziyarət üçün əlverişli deyil, bu halda ziyarətdən vaz keçib yaxşı olar ki, başqa bir müstəhəbbi əmələ məşğul olasınız.
Üç gün oruc tutun, qüsl alın və yenidən hərəmə gedib giriş icazəsi alın.
İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən üstündür. Çünki İmam Hüseynin (ə) ziyarətinə əksər müsəlmanlar gəlir, amma İmam Rzanın (ə) ziyarətinə ancaq on iki imam şiələri gedirlər.
İmam Rzaya (ə) sual verib cavab alan çox olub.
Kərbəlada, Nəcəfdə, Məşhəddə çox möcüzələr müşahidə olunub. Diqqətli olun! Etiqadlı olun!
Bu müqəddəs məkanlarda ila-maşallah– nə qədər desən şəfa tapıblar.
İraqın dövlət adamlarından birində bədxassəli şiş peyda olmuşdu. Qorxulu olduğu üçün həkimlər tezliklə cərrahiyyə əməliyyatı aparmağı tövhsiyyə etmişdilər. Həmin şəxs İmam Rzaya (ə) təvəssül edib şəfasını istəyir. Gecə yuxuda Həzrət Məsuməni (ə) görür ki, buyurdu: “Şiş sağalacaq, cərrahiyyə əməliyyatına ehtiyac yoxdur.”
...Həzrət İmam Rzaya (ə) təvəssül etmişdi, cavabını (şəfasını) Həzrət Mə’sumə (ə) verdi. Bu bacı və qardaş bir-birinə sıx bağlıdırlar.
Bütün ziyarətnamələr təsdiq olunmuş və etibarlıdırlar. “Camieyi Kəbirə” ziyarətini oxuyun. “Əminəllah” ziyarəti də çox mühümdür. Ziyarəti qəlbiniz oxumalıdır. Öz qəlbinizin dili ilə oxuyun. Lazım deyil İmam Hüseynin (ə) hüzurunda öz hacətlərimizi dilə gətirib bir-bir sayaq; Həzrət (ə) özü bilir! Dualarınızda mübaliğə etməyin; ziyarət ürəkdən olmalıdır. İmam Rza (ə) bir nəfərə belə buyurdu: “Bəzi adamların ağlamaqlarından narahatam!”
Böyük alimlərdən biri belə deyirdi: “Mən iki şeyə ümid edirəm. Birincisi süst və könülsüz halda Qur`an oxumamışam. İkincisi də İmam Hüseynin (ə) əzadarlığında çox ağlamışam.”
Bəziləri Qur`anı elə oxuyurlar ki, elə bil Şahnamə oxuyurlar. Qur`ani-kərim İtrətə bənzər bir mövcuddur.
Həzrət Ayətullah Bürucerdinin gözündə ağrı peyda olmuşdu. Deyir aşura günü İmam Hüseyn (ə) əzadarlarının alınlarına yaxdıqları palçıqdan bir azını götürüb gözlərimə çəkdim. Bundan sonra dərd-ağrı birdəfəlik kəsildi və ömrümün axırına qədər göz ağrısına mübtəla olmadım. Hətta eynək taxmağa da ehtiyac duymadım!
Bir nəfər İmam Rzanın (ə) hərəminə daxil olur. Nurani bir seyyidin ədəb-ərkanla dayanıb ziyarətnamə oxuması onun diqqətini cəlb edir. Həmin seyyidə yaxınlaşıb nə oxuduğuna diqqət edir. Görür seyyid məsumların adlarını bir-bir çəkib hamısına salam verir. İmam Zamanın (ə) adına gələndə seyyid dayanır! Həmin şəxs başa düşür ki, ziyarətnaməni oxuyan seyyid elə İmam Zamanın (ə) özüdür.
Böyük ağalardan biri nəql edir ki, filan şəxslə birlikdə həm ziyarət etmək, həm də havamızı dəyişmək üçün şəhərdən kənarda yerləşən imamzadələrdən (pir) birinə getmişdik. Belə qərarlaşmışdıq ki, yolda minik götürüb miniklə gedək. Amma minik tapa bilməyib yolu piyada getməli olduq. Mən yol getməkdən yoruldum. Ayaqlarımda bərk ağrı hiss edirdim. Dostuma dedim” “Nə oldu, bu qədər yolu piyadamı gedəcəyik. Artıq getməyə taqətim qalmayıb, aclıq da  bir tərəfdən heyimizi kəsib. Çörəyimiz var, amma yesək susayacağıq. Su da ki yoxdur.”
Rəfiqim oradaca İmam Zamana (ə) təvəssül etdi və Həzrətdən belə istədi: “Ya Sahibəz-Zaman! Getməyə bizə bir minik yolla.”
Çox keçmədi ki, ətraf kəndin sakinləri buğda aparmaq üçün gətirdikləri miniklə yolumuzun üstünə çıxdılar. Bizi də mindirib yola düşdülər.
Həzrət Rzanın(ə) hərəmində nə kəramətlər görsənməyib...
Bir nəfər yuxusunda görür ki, Həzrət Rzanın (ə) hərəmindədir. Deyir bir də gördüm hərəmin günbəzi yarıldı, həzrət İsa (ə) və Həzrət Məryəm (ə) oradan hərəmə daxil oldular. Onlar üçün taxt gətirdilər. Hər ikisi həmin taxta oturub həzrət Rzanı (ə) ziyarət etdilər.
Səhərisi gün həmin şəxs hərəmə yollanır. Birdən hiss edir ki, hərəmin səs-küyü tamamilə kəsildi. Sanki hərəmdə kimsə yox idi. Bu anda Həzrət İsa (ə) və Həzrət Məryəm (ə) günbəz tərəfdən hərəmə daxil olduqlarını görür.  Deyir yuxuda gördüyüm kimi onlar günbəzin yarığından hərəmə daxil olandan sonra bir taxta oturub Həzrət Rzanı (ə) ziyarət etməyə başladılar. Ziyarətanamə oxuyurdular. Elə bizim oxuduğumuz adi ziyarətnamə idi. Ziyarətnaməni oxuyub qurtarandan sonra gəldikləri yerdən də geri qayıtdılar. Bu səhnə bitəndən sonra yenə hər şey öz adi halına qayıtdı; camaatın səs-küyü hərəmi başına aldı.
İndi sizcə Həzrət Rza (ə) vəfatmı etmişdir?
Axır sözüm budur ki, gəlin bildiklərimizə əməl edək. Bilmədiklərimizdə ehtiyatı gözləyək; ehtiyyat əsası ilə hərəkət edək.
Əql sahiblərinə sirr deyil ki, məxluqatda olan hərəkətin əsasnaməsi, mühərriki (hərəkətə gətirəni, yaradıcı qüvvəni) tanımaqdır. Hərəkət mühərrikə möhtacdır. Bilməliyik ki, bütün şeylər hərəkətini Ondan alır, Ona doğru hərəkət edir, Onun üçün hərəkət edir. Yəni bir mümkün varlığın başlanğıcı, sonu və qərəzi anbaan məqsədə doğru hərəkətdən ibarətdir.
Alim və cahil arasındakı fərq hadisələrin əlacını tanımaqda və mərifətin yoxluğundadır. Onların sonda çatdıqları mənzilin fərqi, başlanğıcda hər birinin malik olduğu elmin dərəcəsi arasında olan fərqə bərabərdir.
Beləliklə, əgər mühərriki tanısaq, hərəkətdə olanlar arasında mövcud nizam-intizamdan mühərrikin gözəl tədbir və hikmətini dərk etsək, bizim bütün diqqətimiz Onun təkvini və təşri`i iradəsinə yönələcəkdir.
Xoş o kəsin halına ki, öz yaradanını tanıyır,– hətta böyük şəhidlərdən olmuş olsa da vay tanımayanın halına,– hətta zəmanəsinin fironu olmuş olsa da.
Bu hərəkətlərin sonunda cahil deyər: “Ey kaş heç yaranmayaydım.”
Alim deyər: “Kaş ki, məqsədə doğru bu hərəkət yetmiş dəfə olardı; qayıdardım, yenidən hərəkət edərdim; haqqın yolunda şəhid olardım.”
Məbada öz həyatımızdan peşiman halda qayıdaq. Açıq deyirəm, –məsələn–əgər bir adamın ömrünün yarısı həqiqi nemət sahibini yad etməklə, qalan yarısı qəflətdə keçsə, Allahı yad edərək yaşadığı ömrünü yarısı onun həyatı, qəflətdə keçən qalan hissəsi isə onun ölümü hesab edilir.
Allahı tanıyan Ona müti olur. Bütün işlərinin mehvərində Allah dayanır. Allahın razılığına müvafiq bildiyi şeylərə əməl edir, bilmədiyi işlərdə məsələ aydın olana qədər dayanır. Mömin ömrünün hər anını öyrənir və əməl edir, bilmədiyi yerdə dayanır.
Möminin əməli əlindəki dəlilə görədir, dayanmağı dəlilin yoxluğu üzündəndir.
Sizcə Qadir Allaha itaət silahı ilə silahlanmadan karvanımızı təhlükə ilə dolu olan bu yollardan salamat keçib məqsədə çata bilərikmi?
Sizcə mümkündürmü ki, vücudumuz Xaliqdən, amma qüvvətimiz Ondan qeyrisindən olsun?
Belə olan halda, əgər bu mərhələdə yəqin sahibi olduqsa, bu sifət və əhvalları əməldə həyata keçirmək üçün bilməliyik ki, həqiqəti mə’lum olmuş bu hərəkət əvvəldən axıra qədər batil iddiada olan mühərriklə (batil istəklərlə) müxalifət etməkdədir. Əgər batil istəklərə uymasaq tək bu əməlimiz bizi Allahın rizasına qovuşduracaq səadətimizə yetər: “Salikin sənə doğru hərəkətdə götürəcəyi ən dəyərli və üstün yol azuqəsi onun əzimli və möhkəm iradəsidir.” 
Nəsihət və moizə haqqında
Allahın adı ilə
Mömin qardaş və bacılarımızdan bir qrupu xahiş edib nəsihət söyləməyimi istəyirlər. Onların bu istəklərinə bir -neçə cəhətdən e’tiraz edirəm:
1.Nəsihət cüzi məsələlərdə edilir. Moizə isə cüziyyatı və külliyyatı əhatə etməkdə daha ümumidir.
Yadlar bir-birini nəshiət etməzlər.
2. “Hər kəs bildiyinə əməl etsə, Allah-təala onu bilmədiklərinin də varisi edər.”
“Hər kəs bildiyinə əməl etsə, bilmədiklərinə kifayət edər.” (Bilmədikləri işlərin hesabı ondan sorulmaz.)
“Bizim yolumuzda cihad edib çalışanları öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) hidayət edəcəyik...”
Bildiyinizə əməl edin. Bilmədiyiniz məsələlərdə həmin məsəl aydın olana qədər ehtiyat yolunu tutun. Əgər aydınlaşmasa bilin ki, bə’zi mə’lumatlarınızı ayaq altına qoymusunuz. Bildiyinə əməl etməyənin moizə təlb etməsi qəbul edilməzdir. Hökmən moizə eşitmişsiniz və bilirsiniz. Amma əməl etmədiniz. Əgər bildiklərinizə əməl etmiş olsaydınız aydın olardınız.
3. Hamı bilir ki, risaləni (şəri hökmlər risaləsi) götürüb oxumalıdır, anlayıb əməldə tətbiq etməlidir; halalı, haramı onunla aydınlaşdırmalıdır.
Belə isə deyə bilməzlər: “Biz bilmirik nə edək, nə etməyək.”
4. Əqidəniz olduğu (etibarlı bilib, inandığınız) şəxslərin əməllərinə nəzər yetirin. Onların etdiklərini ixtiyari olaraq siz də edin, etmədiklərini ixtiyari olaraq siz də etməyin.
Bu, ali məqsədlərə qovuşmaqda ən yaxşı yollardan biridir. Dilinizdən qeyri yollarla (əməl, rəftar, əxlaqınızla) Allaha də’vət edənlərdən olun.”
Əməllə edilən moizə dillə edilən moizədən daha üstün və təsirlidir.
5. Hər gün Qur`an oxumaq lazımdır –öz yerində–aydın məsələlərdəndir. Hər namazın öz təqibatını (gündəlik zikri, duası), həmçinin hər vaxtın və məkanın münasib duasını da oxuyun. Məscidlərə, şərəfli ziyarətgahlara çox gedin. Alimlərə, saleh insanlara tez-tez baş çəkin, onlarla oturub-durun. Bu, Allahın və rəsulunun bəyəndiyi xüsusiyyətlərdəndir. Alimlər, saleh bəndələrlə oturub-durmaq günbəgün insanın bəsirətini aydınlaşdırır, ibadət, tilavət və ziyarətlə daha artıq ünsiyyət yaratmasına səbəb olur.
Əksinə, qəflət əhli ilə oturub-durmaq qəlbin qəsavətini, zülmətini artırır, insanı ibadətdən, ziyarətdən soyudur. Bu səbəbdəndir ki, insanın ibadətdən, ziyarətdən əldə etdiyi xoş ruhiyyəsi imanı zəif insanlarla oturub-durmaqla bədbin əhval-ruhiyyəyə çevrilir. Bunun üçün də zəif imanlı insanlarla zəruri səbəb və ya onları hidayət məqsədi olmadığı surətdə oturub-durmaq insanın öz müsbət xüsusiyyətini əldən verməsinə səbəb olur, bəlkə də onların pis xüsusiyyətlər mənimsəməsinə gətirib çıxardır.
“Gördüyünüzdə Allahı sizin yadınıza salan, danışıqları elminizi artıran, əməlləri sizi axirətə rəğbətləndirən kəslərlə oturub-durun.”
6.E’tiqad və əməldə günahın tərki də bilməli olacağınız aydın məsələlərdəndir. Buna əməl etsəniz Allahdan qeyrisinə möhtac olmazsınız. Yəni bilin ki, başqası Allaha möhtacdır, Allah başqasına möhtac deyil.
Allah xeyir yetirən və bəlaları dəf edəndir.
“Mən cin və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım.”
Bəziləri elə güman edirlər ki, günahın tərkini adlayıb keçmişlər! (Artıq günah etmirlər) Daha bilmirlər ki, günah ancaq bildiyimiz kəbirə (böyük) günahlardan ibarət deyil. Səğirə (kiçik) günahlarda israr etməyin (günahı təkrarlamaq) özü də böyük günahdır. Məsələn, qorxutmaq, incitmək məqsədiliə fağır adama acıqlı baxışla baxmağın özü haramdır. Həmçinin təşviq, təsdiq məqsədilə güanhkarın üzünə gülümsəmək günahdır.
Alimlərdən, saleh insanlardan uzaq düşmək din oğrularının əlini-qolunu açır, onlara möminlərin imanını satın almağa fürsət yaradır. Tarixdə belə şeylər çox görünüb.
Allahdan istəyirik ki, dünya və axirət səadətinin açarı olan günahı həmişəlik və qəti əzmlə tərk etməkdə bizi müvəffəq etsin, islamın şərif bayramlarını və əldə edilən imanı bizim həqiqi bayramımız qərar versin. Bununla günahın tərki bizdə bir mələkəyə zatı bir xüsusiyyətə, adətə çevrilsin. Mələkə sahibi üçün  günah etmək susuz bir insanın zəhər içməsi kimidir.
Əlbəttə, əgər bu yolu getmək axıra qədər müşkül olsaydı, mehriban Allah tərəfindən bu qədər rəğbət və məhəbbət göstərilməzdi.

 
SUAL VƏ CAVABLAR
Sual 1: Həzrət Ayətullahül-Üzma Behcətin mübarək məhzərinə:
Əvvəlcə salam və ehtiramımı ərz edib öz problemlərimə görə qiymətli vaxtınızı aldığım üçün sizdən üzr istəyirəm. Mən “biznes” sahəsində fəaliyyətə qoşularaq bütün var-yoxumu əldən çıxarmışam. Bu üzdən, düşdüyüm ziyandan çıxmaq, borclarımı qaytarmaq üçün hara müraciət edirəmsə bir şey çıxmır. İxtiyarımda olan mülkü satıb bu yolla camaatın borcunu qaytarmaq istəyirəm, amma işlərim alınmır. Buna görə də əlim hər yerdən üzülüb. Məsələn, mülkü satışa çıxarıram, çoxlu müştəri tapılır,... işin əvvəli yaxşı gedir, amma sonda bir nəticə çıxmır. Sizdən acizanə xahiş edirəm ki, mənim əlimdən tutasınız. Ümidvaram, sizin xeyir-duanız və hidayətinizlə mənim çətinliyim həll olsun.
Cavab: “Allahın adı ilə. Şərəfli “istiğfar” zikrini  çox təkrar edin və bu zikri deməkdən yorulmayın. Allah sizə tofiq versin! Vəssəlam.”

Sual 2: Həzrət Ayətullahul-Üzma Behcətin mübarək məhzərinə:
Salam əleyküm. Bildiriş üçün deyim ki, mən Gilan vilayəti Rudsər şəhərinin ətraf kəndlərindən birinin sakiniyəm. Sənətim fəhləlikdir. Bir neçə il olar ki, ailə qurmuşam. İki övladım var. Uşaqlıq illərində ata-anamı itirib yetim böyümüşəm. Ailə qurduğum ilk illərdə dolanışığım yaxşı idi. Özümə bir ev də tikmişdim. Amma yeni evə köçəndən  sonra müxtəlif problemlərlə qarşılaşmalı oldum. Qazancım orta həddədir. Lakin qazancımın çoxusu dərmanlara, xəstəxanalara xərclənir. Ümumi götürsək, gəlirimin 90 faizi özümün, yoldaşımın, ya da uşaqların xəstəliklərinə–həkimlərə, dava-dərmana sərf olur. Bu vəziyyət neçə ildir davam edir. Xəstəliklərin çoxusu birdən-birə, gözləmədiyimiz halda qarşıya çıxır. Bə`ziləri bizim bu halımıza baxıb deyirlər: Sizi tilsimə salıblar, ya da gözə gəlmisiniz. Özüm də bilmirəm bu qədər problem haradan yaranır, niyə bu qədər çətinliklərə mübtəla oluruq. Bunun üçün də sizdən xeyir-dua zikri və xüsusi əməli tapşırıqla kömək etməyinizi xahiş edirəm.
Cavab: “Allahın adı ilə. Sədəqə verməklə bərabər “müəvvəzətəyn”i  həmişə deyin, şərif “La hövlə və la quvvətə illa-billah”ı çox zikr edin. Allah sizi müvəffəq etsin. Vəssəlam.”

Sual 3: Neçə vaxtdır ki, bir nəfərin məhəbbətində əsir olmuşam. Necə deyərlər, ağlın cilovunu əldən vermişəm. Nə edim?
Cavab: “Aqil insan kamalda, gözəllikdə, davamda, mənfəət yetirməkdə ən üstün olana məhəbbət yetirər. Onun məhəbbətini digərlərinin məhəbbətindən üstün tutar. Ən kamil olanın məhəbbəti digərlərinin məhəbbətinin əksinə olaraq şər və bəlanı insandan dəf edər.”

Sual 4: Xahiş edirik namaz haqqında qısa və aydın elə bir cümlə buyurasınız ki, hər zaman gözlərimiz önündə olub qəlbimizə həkk edilsin.
Cavab: “Allahın adı ilə. Yüksək mərtəbədə yerləşən namazın fəziləti haqqında buyurulmuş ali bəyanlardan biri mə`sumlardan (ə) birinin məşhur olan bu kəlamıdır: Namaz mö`minin me`racıdır.
Doğruluğuna yəqin hasil edib bu ali məqamın tələbində israrlı olan və onu unutmayanlar üçün tək bu cümlə yetərlidir.”

Sual 5: Xahiş edirəm buyurasınız ki, Allah və pak imamlarla daha yaxşı ünsiyyət yaratmaq üçün nə etmək lazımdır?
Cavab: “Allah-təalaya, Peyğəmbərə (s) və imamlara itaət, e`tiqad və əməldə günahı tərk etmək.”

Sual 6: İlahi buyuruqları yerinə yetirərkən, xüsusi ilə namaz qılarkən Allaha təslim halını (xüzu` və xuşu`) almaq üçün nə etmək lazımdır?
Cavab: “Namazdan qabaq İmam Zamana həqiqi təvəssül etmək, mütləq niyyətlə əməli yerinə yetirmək.”

Sual 7: Riyadan uzaqlaşmaq üçün nə etmək lazımdır?
Cavab: “Kamil inamla çoxlu “həvqələ” (la hövlə və la quvvətə illa billah) demək.”

Sual 8: Əsəbiliyin dərmanı üçün nə edək?
Cavab: “Kamil inamla çoxlu salavat (Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd) göndərmək.”

Sual 9: Dərs deməkdən, Allah-təalanın kitabı və Əhli-beyt təfsirini oxumağa sə`y etməkdən başqa hansı işlə təqva və Allaha doğru meyli gücləndirmək olar?
Cavab: “Allahın adı ilə. E`tiqad və əməldə günahın tərk edilməsinə dair verilən qəti və daimi qərarla.”

Sual 10: Tələbələrdən  bə`ziləri bizə müraciət edib onlara əxlaqi tövsiyyələr verməyimizi xahiş edir, həmçinin nəfsin saflaşdırılması barədə soruşurlar. Buna görə də xahiş edirik bu mühüm işdə bizə yol göstərəsiniz.
Cavab: “Allahın adı ilə. Bu işdə faydalı olacaq ən böyük əməllərdən biri budur ki, hər gün sizin yanınıza dərs almağa gələn tələbələrə “Vəsailüş-şiə” kitabının “cihad” bölümündə nəfslə cihada aid əxlaqi bir rəvayət, həmçinin “Vəsail”in həcc bölümündə “adabül-işrət” babından müəyyən bir rəvayəti dərsdən qabaq oxuyub açıqlayasınız. Bu şərtlə ki, deyilən rəvayətlər düşüncə və tədbirlə, onları əməldə tətbiq etmək qəsdi ilə zikr edilsin.”

Sual 11: Bə`zi tələbələr bizdən “riya”, “ücb”, “kibr”, “şəhvət” və sair haqqında soruşurlar. Sizin bu barədə şərif nəzəriniz nədir?
Cavab: “Allahın adı ilə. Bütün bu rəzil sifətlərin mənşəyi Allaha qarşı mə`rifətin (Allahı tanımağın) az olmasıdır. Bu sifətlər ibadətdə munislərin munisi Allah-təala ilə ünsiyyət yaratmaqla dəf olur. Əgər insan bilsə ki, Allah-təala bütün hallarda və zamanlarda hər yaxşıdan daha yaxşıdır, Onunla ünsiyyətdən ayrılmaz.”

Sual 12: Namazda fikri toplayıb, yalnız Allah haqda fikirləşmək üçün nə etmək lazımdır?
Cavab: “Allah-təalanı tanıyıb Onunla munis olan kəsin diqqəti Allahdan yayınmamalıdır. Ona deyilir ki, ancaq həyatın zəruri işlərinə görə ondan ayrıl. Daha ona deyilmir ki, zəruri hacətlərini də bir kənara qoyub, ancaq diqqəti Allaha yönəlt. Əgər namaz qılan şəxs bilsə ki, Allahın camalı onu necə əhatə edibdir, heç vaxt namazdan yorulmaz.”

Sual 13: Allaha doğru hərəkətdə (seyri-süluk yolunda) hökmən ustad olmalıdırmı? Əgər fərz etsək ki, ustad yoxdur, çarə nədir?
Cavab: “Allahın adı ilə. Sənin ustadın sənin elmindir. Bildiyinə əməl et və bilmədiyin şeyə görə vəzifən yoxdur.”

Sual 14: Həqiqi zöhd nədir? Necə həqiqi zahid olmaq olar?
Cavab: “Zöhd odur ki, öz nəfsinin ağası olasan. Hər əməl və qadağada Allah-təalanın buyuruğundan çıxmayasan.”

Sual 15: Əhli-beytə, xüsusilə də İmam Zamana (ə) qarşı məhəbbətimizi necə gücləndirə bilərik?
Cavab: “Allahı tanıyandan sonra buyuruqlarına boyun əymək Ona qarşı məhəbbətin yaranmasına və beləliklə, Allahın sevdiyi kəslərə də məhəbbət  bəsləməyə səbəb olar. Peyğəmbərlər və vəsiləri, o cümlədən Həzrət Məhəmməd (s) və pak ailəsi Allaha ən sevimli kəslərdir. Onların bizə ən yaxın olanı Sahibəz-zamandır.”

Sual 16: Allahı tanımağın yolu nədir? Əgər mümkünsə yol göstərin.
Cavab: “Allahı tanımağın yolu insanın özünü tanımasındadır. Biz ki, özümüz özümüzü yaratmamışıq və bu işi bacarmarıq. Başqası da əgər bizim kimidirsə, nə özünü, nə də bizi yaratmamış və yarada da bilməz. Deməli, bizi mütləq qadir yaratmışdır. O, Allahdır. Ona yaxınlaşmağın yolu ne`mət verənə şükür etmək, itaət göstərməkdir. İtaətin məşəqqəti ötəridir. Çox keçmir ki, Ona yaxınlaşmaq tələbində olanlara Allaha etdikləri ibadət və itaətləri hər şeydən şirin gəlir.”

Sual 17: Ən üstün zikr hansıdır?
Cavab: “Nəzərimcə ən üstün zikr əməli zikrdir. Yə`ni e`tiqad və əməldə günahın tərk edilməsidir. Hər şey ondan asılıdır, amma özü bir şeyə möhtac deyil və xeyir-bərəkət mənbəyidir.”

Sual 18: Allaha yaxınlaşmaq istəyirəm. Lütfən, mənə yol göstərin. Bu işdə ustada ehtiyac varmı?
Cavab: “Allahın adı ilə. Ustad elmdir. Müəllim vasitədir. Öz mə`lumatınıza əməl edin. Bildiklərinizi ayaq altına atmayın. Bu hədis–“Öz bildiklərinə əməl edən kəsi Allah bilmədiklərinin də varisi edər”  və Qur`ani-kərimin bu ayəsi–“Bizim yolumuzda cihad edib çalışanları Öz yollarımıza hidayət edəcəyik”   sizə kifayətdir.
Əgər bir nəticəsi olmasa, bilin ki, ona əməl etməmisiniz. Gün ərzində bir saatınızı da dini elmləri öyrənməyə ayırın.”

Sual 19: Qürurdan yaxa qurtarmaq üçün hansı yolu tövsiyyə edirsiniz?
Cavab: “Allahın adı ilə. Qürurun əlacı çoxlu “həvqələ”  deməkdir.”

Sual 20: Namazda qəlbin hazırlığı və fikri cəmləmək üçün nə etmək lazımdır?
Cavab: “Allahın adı ilə. Həmin anda ki, anladınız fikriniz başqa yerdədir tez fikrinizi toplayıb namaza qayıdın. İxtiyari olaraq namazdan yayınmayın.”

Sual 21:  Mən vəsvəsə xəstəliyinə tutulmuşam. Lütfən, onun aradan qaldırılması üçün mənə yol göstərin.
Cavab: “Çoxlu “təhlil”  demək vəsvəsənin əlacıdır.”

Sual 22: Əxlaqda hər hansı bir əmələ yiyələnmək üçün özümə bir proqram tuturam. Hətta and verib nəzir də boyun oluram. Amma  bir müddətdən sonra iradəm süstləşir, məğlub oluram. Nə edim?
Cavab: “Bir dəqiqə də olsa özünüzü Allahı yad edən görəndə ixtiyari olaraq bu haldan çıxmayın. Əgər qeyri-ixtiyari, qəflət üzündən olsa, eybi yoxdur, fikir verməyin.”

Sual 23: İstəyirəm Allaha yaxın olum, seyri-süluka qədəm qoyum, yolu nədir?
Cavab: “Allahın adı ilə. Əgər talib (bu istəyin tələbində olan) sadiq olsa (istəyində və niyyətində düz olsa), günahın tərki bütün ömür üçün kifayət edər, hətta ömrü min il olsa da.”


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR
Tİlavәt zamanı dİnlәmә vә sükut
QİRAƏT ZAMANI ARAMLIQ
Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...

 
user comment