Azəri
Friday 29th of March 2024
0
نفر 0

CAMAAT NAMAZI VƏ SAİR NAMAZLAR

 
İslam ayinlərinin mühüm ictimai yönümləri var. Bir çox İslami proqramlarda vəhdət və birlik əsasında bu yönümə xüsusi diqqət ayrılmışdır.
Camaatla birlikdə gündəlik vacib namazların qılınması bu proqramlardandır.
İndi isə camaat namazının əhəmiyyətinə və onun müxtəlif nəticələrinə işarə edəcəyik.
CAMAAT NAMAZININ ƏHƏMİYYƏTİ
Camaat namazının ictimai və fərdi tə’sirləri ilə yanaşı, digər mükafatları da vardır. Bu haqda bə’zi rəvayətlərə diqqət yetirin:
Allahın rəsulu (s) buyurur: “Azan səsini eşidib heç bir dəlil olmadan camaat namazında iştirak etməyən şəxsin namazı dəyərsizdir.”[454]
Başqa bir hədisdə camaat namazını təhqir etmək Allahı təhqir etmək hesab olunmuşdur.[455]
Daim camaat namazı qılmaq insanı münafiqlikdən sığortalayır.[456]
Məscid və camaat namazı məqsədi ilə atılan hər bir addım üçün savab nəzərdə tutulmuşdur.[457] Camaat namazı üçün evdən xaric olan şəxs və ya məsciddə camaat namazının başlanmasnı gözləyən şəxs həmin arada namaz qılan şəxsin savabını alır.[458]
Camaat namazında iştirak edənlərin sayı nə qədər çox olsa, namaza verilən mükafat da bir o qədər çox olar. Camaat namazının fəziləti haqqında maraqlı bir hədis var: “Əgər iqtida edən bir nəfər olsa, 150 namazın mükafatı verilər;
Əgər iqtida edən 2 nəfər olsa, 600 namazın mükafatı verilər;
Əgər iqtida edən 3 nəfər olsa, 1200 nəfərin mükafatı verilər;
Əgər iqtida edən 4 nəfər olsa, 2400 namazın mükafatı verilər;
Əgər iqtida edən 5 nəfər olsa, 4800 namazın mükafatı verilər;
Əgər iqtida edən 6 nəfər olsa, 9600 namazın mükafatı verilər;
Əgər iqtida edən 7 nəfər olsa, 19200 namazın mükafatı verilər;
Əgər iqtida edən 8 nəfər olsa, 36400 namazın mükafatı verilər;
Əgər iqtida edənlərin sayı imamla birlikdə 10 nəfərə çatarsa, 72800 namazın mükafatı verilər.
Lakin namaz qılanların sayı 10 nəfəri keçərsə, verilən mükafatın sayını Allahdan savay kimsə bilməz.[459]
Başqa bir hədisdə deyilir: “Hər kəs camaat namazını sevsə, Allah və mələklər onu sevər.”[460]
Peyğəmbər (s) zamanı camaat namazı qılan şəxslər azaldıqda həzrət (s) insanlar arasında axtarış aparır və buyururdu: “Sübh və işa namazında iştirak etmək münafiqlər üçün hər şeydən ağırdır.”[461]
Qur’an namaz zamanı yorğunluq və halsızlığın münafiq sifətlərindən olduğunu bildirmişdir.[462] Çünki sübhlər qalxıb istidə və soyuqda uzaq yol keçib camaat namazında iştirak etmək həqiqi iman və eşq nişanəsidir.
Cəmiyyət namazı hansısa xüsusi məntəqəyə aid deyil. İnsan harada olmasından asılı olmayaraq, yaxşı olar ki, camaat namazı qılsın və başqalarını da də’vət etsin.
Allahın rəsulu (s) camaat namazının əhəmiyyəti barəsində buyurur: “Camaatla qılınan namaz 40 il evdə tək qılınan namazdan üstündür. Soruşdular: “Bir günün namazımı?” Buyurdu: “Bəlkə də, bir namaz!”[463] “Cəmiyyət namazının sıraları dördüncü səmada mələklərin sırası kimidir.”[464]
Allah rəsulunun (s) imamlığı ilə birinci namaz bərpa olundu. Bu namazda həzrət Əli (ə) və Cəfər Təyyar (həzrət Əlinin (ə) qardaşı) iştirak edirdi. Əbu Talib övladı həzrət Əlinin (ə) Peyğəmbərə (s) iqtida etdiyini gördükdə o biri övladı Cəfərə dedi: “Sən də Peyğəmbərə (s) iqtida et.” Də’vəti aşkarlamaq göstərişi verən “Fəsdə’ bima tu’mər” ayəsi nazil olduqdan sonra həmin iki iki-üç nəfərlik camaat namazı bərpa olundu.[465]
CAMAAT NAMAZININ TƏ’SİRLƏRİ
Cəm formada dini göstərişlərin icrası qeyd olunan mükafatlardan əlavə, müsəlmanların ictimai və fərdi həyatında müsbət tə’sirlərə malikdir.
1. Mə’nəvi təsirlər
Camaat namazının ən böyük mə’nəvi tə’siri qeyd etdiyimiz ilahi mükafatlardır. Rəvayətdə deyilir ki, bir gecə həzrət Əli (ə) səhərədək ibadətə məşğul oldu. Sübh vaxtı namazını təklikdə qıldı.
Allahın rəsulu (s) sübh camaat namazında həzrət Əlini (ə) görmədi və onun evinə getdi. Həzrət Fatimə (ə) həzrət Əlinin (ə) gecəni oyaq qalıb üzürlü olduğunu bildirdi. Peyğəmbər (s) buyurdu: “Sübh camaat namazında iştirak etmədiyi üçün Əlinin (ə) itirdiyi mükafat bütün gecə edilən ibadətin mükafatından üstündür.”[466]
Allahın rəsulu (s) buyurur: “Mənimçün sübh namazını camaatla qılmaq sübhədək gecəni oyaq qalıb ibadət etməkdən sevimlidir.”[467]
Bütün bu fəzilət və mükafatlara görə namaz qılanların sayı on nəfəri keçərsə, bütün səmalar kağız, dəryalar mürəkkəb, ağaclar qələm və mələklər katib olsa belə, onun bir rəkətinin mükafatını yaza bilməzlər.[468] Tə’xirlə qılınan camaat namazı ilk vaxt qılınan fərdi namazdan yaxşıdır.[469]
2. İctimai tə’sirlər
Camaat namazı sıra vəhdətinin müqəddiməsi, qəlblərin yaxınlığı və qardaşlıq ruhiyyəsinin güclənmə səbəbidir.
Cəmiyyət namazı insanların dəbdəbəsiz toplanışı və fərdləri tanımaq üçün ən yaxşı yoldur. Camaat namazı dünyanın ən yaxşı, ən pak və ən az xərcli ictimasıdır. Cəmiyyət namazı bir növ xərcsiz görüş, insanların ehtiyacından xəbər tutmaq və müsəlmanlar arasında ictimai əlaqə vasitəsidir.
3. Siyasi tə’sirlər
Camaat namazı müsəlmanların qüdrət nişanəsi, qəlblərin mehribanlığı və sıraların uyğunlaşmasıdır.
Camaat namazı təfriqələri məhv edir, düşmənlərin qəlbinə qorxu salır, münafiqləri mə’yus edir.
Camaat namazı səhnədə hazır olmaq və “imam”ın “ümmət”lə rabitəsidir. İslami siyasi cəmiyyət nizamında rəhbərlik vəzifəsini öhdəsinə götürən şəxs bir sıra üstün cəhətlərə malik olmalıdır. Belə ki, insanlar onun üstün cəhətlərindən ilham almalıdır. Pişnamaz elm, əməl, təqva və ədalət baxımından başqalarından üstün olmalıdır.
Hədisdə oxuyuruq: “Ən fəzilətli və ən üstün olanınızı önə verin və ona iqtida edin.”[470]
Bu haqda xeyli hədislər var. İndi isə bir neçə nümunəyə işarə edək:
Pişnamaz elə bir şəxs olmalıdır ki, xalq onun imanlı və əmanətdar olduğuna inansın.[471] İmam Sadiq (ə) buyurur: “Pişnamaz sizi Allaha doğru aparan rəhbərdir. Beləsə, kimə iqtida etdiyinizi düşünün.”[472] Əbuzər buyurub: “Qiyamətdə sizə imamınız şəfaət verəcək. Buna görə də səfeh və fasiq insanları özünüzə şəfaətçi seçməyin.”[473] “Tanınmamış şəxslərə, dində və rəhbərlikdə həddi aşanlara iqtida etmək qadağan olunmuşdur.”[474] Cəmiyyətdə aşkar günahına görə şallaqlanmış və ya qeyri-qanuni yolla dünyaya gəlmiş şəxslərin imam (pişnamaz) olmaq hüququ yoxdur.[475] Pişnamaz xalq tərəfindən qəbul olunmalıdır. Yoxsa qılınmış namaz Allah dərgahında qəbul olmaz.[476] İmam Sadiq (ə) “Ə’raf” surəsinin 31-ci ayəsini belə təfsir edir: “Məscidin zinəti layiqli rəhbər və məscidin layiqli pişnamazıdır.”[477]
Əlbəttə, təmiz paltar geymək, ətirlənmək və bu kimi başqa işlər də rəvayətlərdə məscidin zinəti adlandırılmışdır.
İmam Baqir (ə) buyurur: “Camaatın imamı (pişnamaz) düşüncəli şəxs olmalıdır.”[478]
Allahın rəsulu (s) buyurur: “Alim imamın arxasında namaz qılan şəxs sanki mənim və həzrət İbrahimin (ə) arxasında namaz qılmışdır.”[479]
İmam (pişnamaz) zəif şəxsləri nəzərə alıb, namazı uzatmamalıdır.[480]
Bütün hədislərdən imamın həssas mövqeyi aydınlaşır.


[454]bax: “Vəsail”, 5-ci cild, səh.375; “Kənzul-ummal”, 8-ci cild, 22799-cı hədis.
[455]bax: “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh.377.
[456]bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.
[457]bax: “Kənzul-ummal”, 8-ci cild, 22815-ci hədis, İslam peyğəmbərindən nəql olunub.
[458]bax: “Kənzul-ummal”, 8-ci cild, 22828 və 22827-ci hədis.
[459]bax: “Mustədrəkul-vəsail”, 1-ci hədis, səh.487; həzrət imamın risaləsi, məsələ 1400.
[460]“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.
[461]bax: “Kənzul-ummal”, 8-ci cild, səh.256.
[462]bax: “Nisa” surəsi, ayə 142.
[463]“Mustədrəkul-vəsail”, 1-ci cild, səh.488.
[464]Həmin mənbə.
[465]Həmin mənbə, səh.689; “Vəsail”, 5-ci cild, səh.373.
[466]bax: “Səfinətul-bihar”, 1-ci cild, camaat.
[467]“Kənzul-ummal”, 8-ci cild, 22792-ci hədis.
[468]bax: İmamın “Tovzihul-məsail”i məsələ 1400.
[469]bax: Həmin mənbə, məsələ 1402.
[470]bax: “Mən la yəhzur”, 1-ci cild, səh.377.
[471]bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.490.
[472]bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.491; “Vəsail”, 5-ci cild, səh.416.
[473]bax: “Vafi”, 2-ci cild, səh.177.
[474]bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.491.
[475]bax: Həmin mənbə.
[476]bax: “Vəsail”, 5-ci cild, səh.417; “Mustədrək”, 1-ci cild, səh.492.
[477]“Nurus-səqələyn”, 2-ci cild, səh.19.
[478]bax: “Mustədrəkul-vəsail”, 1-ci cild, səh.492.
[479]Həmin mənbə.
[480]bax: “Mən la yəhzur”, 1-ci cild, səh. 381.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment