Azəri
Wednesday 17th of April 2024
0
نفر 0

QİRAƏT ZAMANI ARAMLIQ


Həmd və surə oxunarkən bədən aram halda qalmalıdır. Qiraət düzgün şəkildə olmalı və kəlmələr ərəb dilində səhvsiz tələffüz edilməlidir. Əlbəttə, düzgün qiraət öyrənmək o qədər də çətin deyil. Azacıq çalışmaq və davamiyyətlə düzgün oxunuşa nail olmaq lazımdır. 
Ərəb dili İslam və Qur’an dilidir. Necə ki, hər bir təyyarəçi dünyanın istənilən yerində dispetçer qülləsi ilə ingilis dilində əlaqə saxlayır. Namaz mö’minlər üçün mə’nəvi me’rac və ruhi pərvazdır. Onun Allahla əlaqə yaradan cümlələri ərəb dilində düzgün tələffüz olunmalıdır. 
Namaz zamanı fikir cəmlənməli və qəlb iştirak etməlidir. İnsanın təvazökarlıqla səcdə yerinə baxması daha yaxşıdır. Qur’an xüşu (müt’ilik) ilə namaz qılan mö’minləri nicat tapmışlardan hesab edir.[327] Yə’ni Allah və Onun əzəmətini düşünüb, bu düşüncəyə uyğun mə’nəvi və fiziki hal tapmaq. Allahın rəsulu (s) namaz zamanı saqqalı ilə oynayan bir şəxsi gördü. Həzrət (s) buyurdu: “Əgər həm xüşu, həm də diqqətlə namaz qılsaydı, belə etməzdi.[328]
Əlbəttə, namazda qəlb iştirakı və xüşu işin bir hissəsidir. İnsanlara qarşı əmanətdar olmaq da doğru namaz şərtlərindəndir. Həzrət Əli (ə) Kumeylə buyurur: “Hansı paltarda və harada namaz qıldığına diqqət et. Əgər sənin libasın və namaz qıldığın məkan halal qazancla əldə olunmayıbsa, namazın qəbul deyil.”[329]
RÜKU
Rüku surədən sonra Allaha tə’zim, Onun əzəməti və göstərişləri qarşısında boyun əymək üçün qatlanmaqdır. Rüku zamanı əllər dizə çatmalı, bel düz qalmalı və boyun çəkilməlidir. Elə bil ki, namazqılan Allah yolunda boynunun vurulmasına hazırdır.[330] Hər rəkətdə bir rüku lazımdır. Yalnız meyyit namazı rükusuzdur. Ayət namazlarında isə hər rəkətdə beş rüku var. 
Rüku namazın əsaslarındandır. Onun istər bilərəkdən, istər səhvən azaldılıb-çoxaldılması namazı batil edir. Rüku bəndəliyin ən gözəl şəkildə izhar olunduğu əməllərdəndir. 
Rüku ədəb, səcdə yaxınlıqdır. Yalnız ədəbli olduqlarını göstərən şəxslər Allaha yaxınlaşırlar. Bu sözlər imam Sadiqdəndir (ə).[331]
Rəvayətlərdə din öncüllərinin səcdə və rükularından nümunələr göstərilmişdir. İnsan bu nümunəvi rükulara baxdıqda öz rükusuna görə xəcalət çəkir. 
İLAHİ ÖVLİYALARIN RÜKUSU
Həzrət Əmirəl-mö’minin (ə) o qədər uzunmüddətli rüku edirdi ki, qıçlarından axan tər mübarək qədəmlərinin altını isladırdı.[332]
Bir nəfər imam Sadiqin (ə) mənzilinə daxil olub gördü ki, imam (ə) rüku halında Allaha təsbih deyir. İmam (ə) 60 dəfə təsbihi təkrarladı.[333]
Başqa bir hədisdə göstərilir ki, imam Sadiq (ə) rüku və səcdədə 30 dəfədən çox Allah zikrini təkrarlayırdı.[334]
Feyz Kaşani əlavə edir: “Camaat namazında 30 dəfədən çox təsbih deyirdi. İmam gərək zəifləri də nəzərə alsın. Mə’lum olur ki, namazda iştirak edənlər hamısı imamın uzun zikr deməsini istəyirmiş.”
Rükuda deyirik: “Sübhanə rəbbiyəl-əzimi və bihəmdih.” Bu sözlərlə böyük Allaha təsbih deyir və Ona sitayiş edirik. “Uca Rəbbinin adı ilə təsbih de.”[335] ayəsi nazil olanda Peyğəmbər (s) buyurdu: “Bu ayəni rükularınızda oxuyun.”[336]
MƏLƏKLƏRLƏ YANAŞI
Allahın mələkləri daim Ona pərəstiş edirlər. Bə’ziləri daim rükuda olur, bə’ziləri isə daim səcdə qılıb təsbih deyir. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Onların bir dəstəsi daim rüku və səcdə halındadır. Onlar daim, yorulmadan cərgələrə düzülüb təsbih deyirlər.”[337]
Namazqılan şəxslər rüku halında Allahın mələkləri ilə bir sırada dururlar. Təkcə mələklərlə yox, sübhan Allaha təsbih deyən varlıq aləminin bütün zərrələri ilə yanaşı![338]
Bu ən böyük yüksəlişdir! Namaza, rüku və səcdəyə biganə olmaq isə ən böyük qəflət!
SƏCDƏ
Səcdə Allah qarşısında kiçilmək və bəndəliyin ən üstün dərəcəsidir. 
İnsan səcdə qılmaqla özünü varlıqla həmrəng edir. “Göylərdə və yerdə olanlar Allaha səcdə edərlər.”[339]
Səcdə insanın Allaha yaxınlaşdığı ən üstün haldır. 
Səcdə insanın dörd mərhələdən ibarət həyatının rəmzidir. Həzrət Əli (ə) buyurur: “Birinci səcdə yə’ni, mən torpaqdanam! Səcdədən qalxmaq dünya həyatına işarədir. İkinci səcdə ölmək və torpaqda yatmaqdır. Səcdədən qalxmaq qiyamət səhnəsinə gətirilməyə işarədir.”[340] “Sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxaracağıq”[341] ayəsi də bu nöqtəyə işarədir. 
Səcdə bəndəlik nişanəsidir. Demək, qidalara və geyimlərə səcdə qadağandır. Çünki insanlar Allaha yaxınlaşarkən (namazdan ayrı vaxtlarda) bəndəlik etdikləri şeylərə səcdə qılmamalıdırlar![342]
Allahdan başqalarına səcdə etməyə icazə verilmir.[343]
Yusifin (ə) qardaşları onun qarşısında səcdə etdilər. Əslində bu, Allah üçün ibadət və Ona təşəkkür idi. Çünki Allah Yusifi (ə) quyunun dibindən çıxarıb izzətə çatdırmışdı.[344]
VARLIQ ALƏMİ ALLAHA SƏCDƏ EDİR
Qur’an və ilahi dünyagörüşə əsasən bütün kainat və zərrələr bir növ şüurludur və Allah-təalaya təsbih deyir, səcdə və sitayiş edirlər. Bir çox Qur’an ayələri bu sözü təsdiqləyir: “Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların, insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi?! Bir çoxuna da əzab vacib olmuşdur.”[345]
Şair aləmdəki zərrələrin nitqi və şüuruna işarə ilə deyir:
Çiçəyin, torpağın, daşın dilini,
Əlbət ki, ariflər anlaya bilər. 
Təbiət insanı agah görəndə,
Sirrini açıban üzünə gülər. 
Deyərlər: görürük, eşidirik biz,
Amma naməhrəmlə yoxdur işimiz. 
İnsan aça bilsə bəsirət gözün,
Anlayar torpağın, dənizin sözün. 
Bu dünyagörüşü Qur’an ayələrində də açıqlanmışdır. 
Allah bə’zi peyğəmbərlərə quşların dilini öyrətdi;[346] həzrət Süleyman (ə) qarışqaların söhbətini anlayırdı;[347] “Elə bir şey yoxdur ki, Allaha təsbih deyib Ona şükür etməsin, lakin siz onların zikrini anlamazsınız...”[348]
Əllamə Təbatəbai bu barədə geniş izah verdikdən sonra buyurur: “Əslində mövcudların təsbihi təşbeh yox, həqiqətdir və fitrətlə yox, səs və sözlədir.”[349] Əlbəttə, bütün söz və səslərin eyni şəkildə olması zəruri deyil. Mövcudların təsbih deməsi onların Allah-təalanın eybsiz zatına öz vücudları ilə şəhadət vermələridir. Lakin Qur’an ayələri və rəvayətlər bundan da üstün mə’na çatdırır. Hədisdə deyilir: “Heyvanın üzünə sillə vurmayın. Çünki Allaha təsbih deyir.”[350] “Paltarlarınızı yuyun, çünki çirkli paltar Allahı təsbih demir.”[351]
Qur’an hüd-hüdün Süleymana xəbər verməsindən söhbət açır.[352]
Namazqılan şəxsin səcdə və təsbih etməsi Allahın əzəməti və fərmanı qarşısında səcdə edən və müt’i varlıq aləmi ilə uyğunlaşmasıdır.


[327]bax: “Mu’minun” surəsi, ayə 1 və 2. 
[328]“Bihar”, 84-ci cild, səh.228, “Mizanul-hikmət” kitabından nəql olunub. 
[329]“Bihar” 81-ci cild, səh.230. 
[330]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.390. 
[331]bax: “Bihar”, 82-ci cild, səh.108. 
[332]bax: “Bihar”, 82-ci cild, səh.110. 
[333]“Vafi”, 2-cild, səh.107. 
[334]Həmin mənbə. 
[335]“Vaqiə” surəsi, ayə 74. 
[336]“Əl-Mizan”, 19-cu cild, səh.160. 
[337]“Nəhcül-bəlağə”, 1-ci xütbə. 
[338]bax: “İsra” surəsi, ayə 44. 
[339]“Nəhl” surəsi, ayə 49. 
[340]“Bihar”, 82-ci cild, səh.139. 
[341]“Taha” surəsi, ayə 55. 
[342]bax: “Vəsail”, 3-cü cild, səh.591. 
[343]bax: “Cinn” surəsi, ayə 18. 
[344]bax: “Yusif” surəsi, ayə 100. 
[345]“Həcc” surəsi, ayə 18. 
[346]bax: “Nəml” surəsi, ayə 16. 
[347]bax: “Nəml” surəsi, ayə 19. 
[348]“İsra” surəsi, ayə 44. 
[349]“Əl-Mizan”, 13-cü cild, səh.117. 
[350]“Vəsail”, 8-ci cild, səh.353. 
[351]“Təfsiri Nümunə, 12-ci cild, səh.140. 
[352]bax: “Nəml” surəsi, ayə 23.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...
NÜDBƏ DUASI
Qədr gecəsi
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
MƏSUMLAR HAQQINDA
Kəbİrə günah haqqında alİmlərİn buyuruqları

 
user comment