Azəri
Sunday 27th of November 2022
0
نفر 0

ĞƏYRİL-MƏĞZUBİ ƏLƏYHİM VƏLƏZ-ZALİN”


Qəzəbə düçar olanların və azanların yoluna yox!
İnadkarlıq edib həlak olan, qəzəbə düçar olmuş fir’onların yoluna yox![315]
Allah dostlarına qarşı inadkarlıq etdiklərindən qəzəbə düçar olub, yerə batan daş qəlbli sərmayədarlar və qarunların yoluna yox![316]
Allahın qəzəbinə gəlmiş dünyapərəst və əməlsiz alimlərin yoluna yox![317]
Qəzəbə düçar olanları tanımaq üçün həlak olmuş, Allahın qəzəbinə gəlmiş ümmətlər və insanların tarixini mütaliə etmək lazımdır. Məsələn, yəhud və Lut qövmü, zalım hökmdarların ardıcılları, münafiqlər və qatillər...[318]
Namaz qılan şəxs qəzəbə düçar olanlara nifrətini bildirməklə yanaşı onlarla bir yolda olmamağı Allahdan istəyir. (“vələz-zallin”)
Düşüncə və əməldə azanlar, ata-babalarının yersiz əqidələrini davam etdirənlər, şirkamiz düşüncələrə qapılanlar və azğınlıqda təəssübkeşlik edənlər “zal-lin” kəlməsinin canlı nümunələridir. 
“Həmd” surəsinə baxış buradaca sona çatır. Həmdlə başlanan surə yardım diləmək və dua ilə tamamlanır. Bu şəfabəxş surə Allah kitabının birinci surəsidir. 
“TÖVHİD” SURƏSİ
“Bismillahir-rəhmanir-rəhim; qul huvəllahu əhəd; əllahus-səməd; ləm yəlid və ləm yuləd; və ləm yəkulləhu kufuvən əhəd.”
“De ki, O Allah birdir; Allah möhtac deyil; O nə doğmuş, nə də doğulmuşdur; Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur.”
Həmişəki kimi surə Allahın adı ilə başlayır. “Tövbə” surəsindən başqa bütün surələr “Bismillah” kəlməsi ilə başlanır və bu kəlmə surənin ayələrindən hesab olunur. “Tövbə” surəsinin mahiyyəti kafirlərə nifrətdən ibarət olduğu üçün “Bismillah” kəlməsi ilə başlanmır. Çünki “bismillah” nifrət, sifəti ilə uyğun gəlmir. 
Allahın adıyla başlamaq işlərə ilahi məqsəd və ilahi rəng vermək üçündür. Bu nöqtə İslamın tərbiyəvi proqramındakı nöqtələrdəndir. Bütün işlərin başlanğıc və sonu Allahı düşünməklə yanaşı olmalıdır. Hətta heyvanların kəsilməsi!
Bismillahsız iş naqisdir. Bə’zən Allahı unutmaq acı hadisə ilə nəticələnir. Bir nəfər taxta oturarkən yıxıldı, qıçı sındı, başı yarıldı. Həzrət Əli (ə) buyurdu: “Bu acı hadisə “Bismillah” demədiyi üçün oldu.”[319]
“Tövhid” surəsi Allahın təkliyini bəyan edir. Allah bütün cəhətlərdən tək və oxşarsızdır. Çünki Onun vücudu və sifətləri sonsuzdur. Sonsuz vücud isə birdən artıq ola bilməz. Əgər sonsuz sahəli ev tikilərsə başqa evlər üçün yer qalmaz. 
Allah bütün cəhətlərdən təkdir;
Yaratmaqda təkdir: “Allah hər şeyin xaliqidir.”[320]
Rəblikdə təkdir: “Allah hər şeyin Rəbbidir.”[321] Hakimiyyətdə təkdir: “Göylərin və yerin hökmü Allaha məxsusdur.”[322] Kömək etməkdə təkdir: “...Əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman duasını qəbul buyuran...”[323]
Bir sözlə, Allah bütün sifətlər baxımından oxşarsızdır. 
O “səməddir” (ehtiyacsızdır.) O ehtiyacsızdır, hamı Ona möhtacdır və gözünü Ona dikmişdir. “Səməd”dir, yə’ni yemək, yatmaq, dəyişmək, şəriklik, fəsad, qəflət, yorğunluq, doğmaq, doğulmaq, qorxu və sair bu kimi xüsusiyyətlərdən uzaqdır.[324]
Həzrət Əli (ə) buyurur: “Səməd” dedikdə cismi, oxşarı, forması olmayan, zaman və məkan məhdudiyyətlərindən uzaq, nə boş, nə də dolu olan varlıq nəzərdə tutulur.[325]
“Ləm yəlid və ləm yuləd.”
“O, nə doğmuş, nə də doğulmuşdur!”
O heç nədən qaynaqlanmır və heç bir şey Onun müqəddəs zatının bir hissəsi deyil. Ağacdan ayrılan meyvə və ya bulaqdan qaynayan su damcısı kimi deyil. Bu cümlə İsa (ə) və Üzeyiri Allahın övladı bilən məsihi və yəhudilərin, yaxud mələkləri Allahın qızları hesab edən müşriklərin əqidələrini inkar edir. 
“Vələm yəkulləhu kufuvən əhəd.”
“Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur.”
O işlərində, sifətlərində və zatında oxşarsızdır. “Ona bənzər heç bir şey yoxdur.”[326]


[315]bax: “Qəsəs” surəsi, ayə 40 
[316]bax: “Qəsəs” surəsi, ayə 81. 
[317]bax: “Səf” surəsi, ayə 3. 
[318]müraciət edin: “Hicr” surəsi, ayə 74; “Hud” surəsi, ayə 59 və 60; “Fəth” surəsi, ayə 6; “Nisa” surəsi, ayə 93. 
[319]“Peyami Qur’an”; “Təfsiri Mizan”, 1-ci cild. 
[320]“Rə’d” surəsi, ayə 16. 
[321]“Ən’am” surəsi, ayə 164. 
[322]“Ali İmran surəsi, ayə 189. 
[323]“Nəml” surəsi, ayə 62. 
[324]“Bihar”, 3-cü cild, səh.223. 
[325]“Bihar”, 3-cü cild, səh.223. 
[326]“Şura” surəsi, ayə 11. 



source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SƏFURA; ŞÜEYB (Ə)IN QIZI
PEYĞƏMBƏRLƏR HAQQINDA
İçində zərrə qədər spirt olan maye içilməlidirmi? Su qatılmış spirt ...
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Pеyğәmbәrin (s) qоnşuyа hörmәt hаqdа buyruqlаrı
Haram aylarda müharibə aparmaq barəsində İslamın nəzəri nədir?
Əllahus- səməddə, əs- səməd kəlməsi hansı mənadadır?
Bismillahir-rəhmanir rəhim
Salavatın fəziləti haqqında -2
ƏHLİ-SÜNNƏNİN MƏŞHUR HƏDİS ALİMLƏRİ

 
user comment