Azəri
Friday 29th of March 2024
0
نفر 0

Vahabilərin digər dəlili

 
Vahabilərin Rəsulullahdan (s) nəql edərək onu əllərində bayraq tutub arxalandıqları hədislərdən biri də budur:
"انّ الميِّت ليُعَذَّبَ ببُكاءِ الحَيِّ عليه... و مِثل أنَّ الميّتَ يُعذّبُ فِي قبره بالنِّياحة عليه..."
“Ölülər dirilərin göz yaşından əzab çəkirlər... Eləcə də ağlayış demək onların əzab-əziyyət çəkməsinə səbəb olur”.
Bu hədisin tənqidində iki məsələyə diqqət etmək lazımdır:
1. Bu hədisin rəvayətçisi hədis əhlinin onun sözlərinə çox da etibar etmədiyi Müğeyrə bin Şöbədir.
2. Seyid Murtuza belə buyurmuşdur: Əzədarlığın qeyri-şəri olduğu fərz olunarsa, ölülərin təqsirləndirilməsi yalnız ağılla deyil, Quranın buyurduqları ilə də ziddir.
"و لا تَزِرُ وازرة وزر أُخرى"
Beləliklə, vahabilərin əza, ah-zar etmək barəsində etiqadları yalnız ağıl, ayə və rəvayətçilərlə deyil hətta İslamın özü ilə də müxalifdir ki, bəyənilməz metodları İslam cəmiyyətindən uzaqlaşdırmaq istəyir. Islam əzədarlığı qəbul edir, lakin - istər İslamdan öncə, istərsə də sonar – bu məclislərdə baş verən xoşagəlməz ayinlərin ziddinədir.
Əzadarlığın tarixi
Keçən söhbətlərimizdə İslamda əzadarlıq tarixi haqqında qısa olaraq söhbət açıb, Peyğəmbərin (s) səhabələrin qadınlarını Seyyiduş Şühəda Həmzəyə matəm saxlamalarına göstəriş verməyini, yaxud Xədiceyi Kübranın (s) vəfatında ağladığı haqqında söyləmişdik. Indi isə oxucuların daha çox məlumat almaları üçün bir neçə tarixi hadisəni diqqətinizə çatdırırıq:
1. Rəsulullah (s) səhabələrə tövsiyə edirdi ki, Cəfər və onun kimilər şəhid olduqlarında ağlasınlar:
"و على مثل جعفر فلتبك البواكي"
2. Rəvayətlərə əsasən Peyğəmbər (s) Ummu Sələməyə əzadarlıq məclisində iştirak etmək icazəsini vermişdi.
3. Ənəs ibn Malikin dediyinə görə Peyğəmbərin oğlu İbrahim vəfat etdiyi zaman ağladığında ona etirazlarını bildirən səhabələrə belə söyləmişdir:
"يابن عوف! أنّها رحمة؛ العين تدمعُ‘ والقلب يحزُنُ‘ ولا نقولُ اِلا ما يَرضي ربُّنا"
“Ey İbn Ovf! Göz yaşı rəhmətdir. Göz ağlayır, ürək hüzünlənir. Biz Haqqın razılığı olmayan heç bir şeyi yəqinliklə demirik”.
4. Peyğəmbər Mədinəyə daxil olduğu vaxt anasının qəbrini ziyarət etməyə getmiş, onun üçün ağlamışdır, belə ki, oradakılar da ağlamağa başlamışlar:
"انَّ النَّبي زار قبر أُمّه فبكى و ابكى من حوله"
5. Osman bin Məzun vəfat etdikdə Peyğəmbər onun cənazəsini görməyə gəlib kəfəni onun üzündən kənara çəkmiş, iki gözünün arasından (alnından) öpüb çox ağlamışdı. Tabutu götürdükdə isə belə buyurmuşdu:
"انَّ النبي (ص) لمَّا مات عثمان بن مظعون كشف الثوب عن وجهه‘ ثمَّ قَبَّلَ ما بين عينيه ثمَّ بكى طويلاً فلمَّا رفع السرير قال: طوبا لك يا عثمان! لم تلبسك الدنيا و لّمْ تلبسها"
“Ey Osman! Sənin xoş halına, dünya səni özünə cəzb etmədi və sən də ona bel bağlamadın”.
6. Peyğəmbər vəfat etdikdə Fatimeyi Zəhra (s) çox ağlamış, yaxud İmam Zeynəl Abidin Aşura hadisəsindən qırx il sonraya qədər Kərbəla şəhidləri üçün göz yaşı axıtmışdır.
Bütün bu deyilənlərə tarix düzgünlük möhürünü vurmuşdur. Müasir tədqiqatçı Cəfər Murtuza belə deyir:
“Vahabilərin əzadarlığın haramlığına təkid etmələri, ehtimal olunur ki, Fatimeyi Zəhra üçün ağlamağı qadağan etmək üçündür”.

Nohə oxumağın növləri
1. Mübah və xoşagələn (məmduh) nohə: Səsi həzinləşdirib sözləri yaxşı və kədərli tələffüz etmək. Həzrət Zəhra (s) atasının vəfatı zamanı belə buyurmuşdur:
"يا أَبَتَاهُ! مَنْ رَبَّه أَدْناهُ! يا أَبَتَاهُ! اِلىَ جبرئيلَ أَنْعاه أَجَابَ رَبّاً دَعَاه"
“Atacan! Xoş halına ki, Allaha yaxınlaşdın, Cəbrayılın yanında özünə yer və məkan seçdin, Pərvərdigarının dəvətinə ləbbeyk dedin”.
2. Haram və bəyənilməyən (məzmum) nohələr: Adamların bir-birinin əlinə vurub fəryad etməsi, pis sözlər deyib köynək yaxası cırmaq, üz-gözü cırmaqlamaq və nohə oxumağı özünə peşə seçməkdir. Peyğəmbər nohə oxumağı özünə peşə seçən qadınlar barəsində buyurur: “Onlar tövbə etməsələr Cəhənnəm əhlinin xüsusi libasında Qiyamətə daxil olacaqlar”.
Təzəkkür: Vahabilər tamamilə İslamda matəmi təsdiqləyən tarixi-rəvayi dəlillərə qarşı özlərini görməməzliyə vurur, yəhudi bir qadın üçün bir dəstə qadının ağlamaları barəsində hədisi örnək gətirirlər:
“Allah rəsulu (s) bir məhəllədən keçərkən bir yəhudi ailəsinin vəfat etmiş qadın üçün ağladığını gördü. Buyurdu: Onlar ölünün qəbirdə əzab çəkdiyi zaman ağlayırlar”.
Bu rəvayət yəhudi qadın barəsində olduğuna görə müsəlmanlara aidiyyəti yoxdur. Demək lazımdır ki, o qadına əzab edilirdisə, onun nəinki ailəsinin onun məzarı üstündə ağladığı üçün, pis davranış, rəftar və xasiyyətinə görə idi. Nəticədə, Peyğəmbərin (s) sözünün məfhumu vahabilərin söylədiklərindən başqa bir şeydir.
Vahabilərin bəhanə gətirdikləri rəvayətlərdən biri də budur:
“Ömər zərbə aldığı zaman onun qulamı:
"وا أَخاه! وا صاحباه!"
“Vay olsun, mənim qardaşım! Vay olsun mənə, mənim sahibim! - deyərək nalə edir. Zamanın xəlifəsi onu bu işdən çəkindirərək deyir: Eşitməmisən ki, Peyğəmbər (s) naləni qadağan edib?”.
Bu məsələnin bir neçə problemi vardır:
1. Ümumilikdə, bu rəvayətin doğru olub-olmaması şübhəlidir və İbn Abbas bu rəvayəti təkzib etmişdir.
2. Rəvayətin məfhumu aydın deyil və belə bir nəticəyə gəlmək üçün aşkar dəlil olmaq qabiliyyətinə malik deyil.
3. Peyğəmbərin hansı növ ah-naləni, onun necəliyini və kimin üçün qadağan edib-etməməsi məlum deyildir.
Şiə və sünnü məzhəbində matəm
Şiə fəqihləri fiqh kitablarında “Mətacir” (ticarət) fəslində, “Usule kafi” və “Mən la yəhzuruhul fəqih” kitablarındakı hədislərə əsasən “niyahə”nin xoşagəlməz bir rəftar olduğunu söylədikdən sonra nohə oxuyub ağlayış demək üçün qadınların əcir tutulmasının haramlığına fitva vermişlər. Əllamə “Qəvaid”də və “Miftahul kəramə” kitabının müəllifinin nəzəri, bir çox şiə alimləri və fəqihlərinin fikri də belədir:
"يَحْرُم أجرَ النائحة بالباطل و يجوز بالحقّ"
“Batil işlər üçün nohə oxuyan şəxsləri əcir tutmaq haram, haqq və doğru işlər üçün nohə oxuyan şəxslərin muzdu halaldır”.
Fəqihlər “niyahə”nin tərifini belə açıqlayırlar: Batil niyahə, nohə oxuyan zaman yalan danışıb, yaxud “qina” etmək (avaz oxumaq) deməkdir. Fəqihlərin fikrincə, nohə batil məqsəd və batil keyfiyyətli olarsa, haramdır. Belə olmadığı surətdə, böyük şəxsiyyətlərin öz əzizlərinin vəfatı zamanı ağladıqları barədə çoxlu hədislər mövcuddur. Məsələn, İbn Qüdamə rəvayətdə belə deyir:
“Fatimeyi Zəhra (s) və Əbu Bəkr Peyğəmbərin məzarı, yaxud onun cəsədini öpüb onun qəbri üstündə ağlamışdılar”.
Ənəs deyir: “Rəsulullahın qızını atasının məzarı kənarında gözlərindən yaş axdığı halda gördüm”.
Aişə deyir: “Əbu Bəkr Allah Rəsulunun cənazəsinə yaxınlaşdı, kəfəni üzündən kənara çəkdi, onun üzündən öpüb ağladı”.
Əlidən (ə) nəql olunur: Fatimə (s) Peyğəmbərin qəbrindən bir ovuc torpaq götürdü və gözlərinə sürtdü”.
Əlbəttə, qeyri-şəri matəmlər haqqında da hədislər vardır ki, bir neçəsini diqqətinizə çatdırırıq:
"قالتْ أُمُّ عَطِيَّة: أَخَذَ عَلَيْنَا رَسُولُ اللهِ (ص) عِنْدَ الْبَيعَةِ أَنْ لا نَنُوحَ"
Ummu Ətiyyə deyir: “Rəsulullaha beyət zamanı, o, nohə və ağlayış deməməyimizə görə bizdən söz aldı”.
Bu hədisdən müsəlmanların cahillikdəki kimi nohə oxumaqdan kənar durmaları nəticəsinə gəlmək olar.
"عن أبي موسى: إِنَّ النَّبي (ص) قالَ لَيْسَ مِنَّا مَنْ ضَرَبَ الخُدُودَ وَ شقّ الجيوبَ و دَعَاَ بِدَعوى الجَاهِليَّة"
“Əbu Musa Əşəri Peyğəmbərdən nəql edir ki, buyurub: Müsibət baş verdiyi vaxt üz-gözünü cırmaqlayıb, ətəyini cıran və cahillik dövründəki kimi ah-zar edən şəxs bizdən deyil”.
Ibn Qüdamə bunların ardınca deyir:
“Bu hədisdən də, əvvəllərdə dediyimiz kimi, əzadarlığın hansı hallarda haram olması məlum olur. Əgər matəm saxlamaq insanın fitrət və hissləri ilə uyğun olarsa və ağıl hüdudlarından kənara çıxmazsa, iradı yoxdur”.
Daha sonra İbn Qüdamə geniş surətdə açıqlayaraq deyir: Kişilər üçün matəm caiz, qadınlar üçün isə məkruhdur”.

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment