Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Islami rəvayətlərdə bayram günləri

 
Quranın bayram haqqında buyurduqlarını aydınlaşdırdıqdan sonra bu kitabın hüdudlarından xaric olan zaman tələb etdiyinə görə, bu mövzunu tarix və hədislərdə araşdırmaq zərurəti duyulur. Lakin İmamların (ə) nöqteyi-nəzərində bayramın mahiyyətinin necəliyini Əlidən (ə) nəql olunan rəvayətlə göstəririk:
"انَّمَا هُو عِيْدٌ لِمَن قَبلَ اللهُ صيامَه وَ شَكَرَ قيامه و كُلُّ يَوْمٍ لا يُعصَى اللهُ فِيه فَهُوَ عِيد"
“Bu, Allahın orucunu qəbul edib namazına təşəkkür etdiyi şəxsin bayramıdır. Allah fərmanından kənara çıxılmayan hər gün bayramdır”.
Ümumiyyətlə, hədis alimlərinin düzgünlüyünü təsdiqlədiyi - İmamlardan (ə) nəql olunmuş - rəvayətlər İslamda dörd bayramın olduğunu təkid edir: Qurban bayramı, Fitir Bayramı, Cümə günü və Qədir Xum bayramı.
Xatırlatmaq lazımdır ki, şiə və sünnülər yalnız sonuncu bayram haqqında ixtilafa düçardılar. Yalnız şiələr bu günə izzətli və əzəmətli surətdə əhəmiyyət verirlər. İmam Sadiq (ə) bu bayramı bütün bayramlardan böyük, daha fəzilətli hesab edərək öz davamçılarına dörd işi vəzifə təyin edir: Allahı zikr etmək, oruc tutmaq, ibadət etmək, Məhəmməd və Ali Məhəmmədi əzəmətlə xatırlamaq.
Sonra Həzrət (ə) davam edərək buyurur: Bu, yalnız Peyğəmbərin (s) Əliyə (ə) sifariş etdiyi gün deyil, əslində digər peyğəmbərlər də öz vəsilərini belə günləri bayram etməyə çağırırdılar.
Beləliklə, Allah, Peyğəmbər və İmamların adı və xatirəsi ilə keçirilən bayram və şənlik məclislərini qeyri-şəri və qanunsuz hesab etmək olmaz.
Həzrət Əli (ə) Qədir Xum bayramının cümə gününə təsadüf etdiyi vaxt: “Bu gün iki bayram bir yerdə cəmlənmişdir” deyə buyurmuşdur.
Marudinin dediklərindən
Altıncı əsrdə yaşamış Əbu Əli Marudi Bəni Abbas hakimiyyəti dövründə yüksək məqam sahibi olmuşdur. O, ölkədə hökumət sistemi, camaat qarşısındakı vəzifələri barəsində danışarkən bayramlar haqqında belə yazır:
“Hökumətin vəzifələrindən biri Cümə və bayram günlərində ibadətin təşkil olunmasına xüsusi diqqət yetirilməsi, cihada aid olan məsələlərdə və onların şərtlərinə toxunulmamasına səy göstərməsidir. Çünki, bunlar Allaha məxsus hüquqlar olduğu üçün mühafizə olunması gərəkdir”.
Marudinin dedikləri o zamanın xəlifələrinin də bayramların keçirilməsinə diqqətlə yanaşdıqlarını çatdırır. Yoxsa bayramlar və onların şərtləri haqqında danışmaq bihudə iş olardı”.
Vahabilərin bayram və əza məclislərinə olan həssaslıqlarının dəlili
Keçən mövzuların mütaliəsindən sonra bir sıra suallar meydana çıxır: Nə üçün vahabilər bayram və əza məclislərinin qurulmasına həssasdırlar? Nə üçün onlar bu qədər müsəlmanı belə məclislərdən çəkinmələrinə vadar edirlər? Müsəlmanların öz peyğəmbərlərinin doğum yaxud besət günündə şadlanmalarının, o əziz şəxsin vəfat günündə ağlamalarının nə eybi vardır? Birincisi, əgər onlar bu mövzuda rəvayətlərin yoxluğunu bəhanə gətirirlərsə, bu işlərin Peyğəmbərin əmri, yaxud sərəncamına ehtiyacı olan ibadi xüsusiyyəti daşımasını xatırlatmaq lazımdır. Ikincisi, Peyğəmbərin səhabələri və davamçıları belə məclislərin qurulmasını haram hesab etməmişlər. Şiə kitablarında günah olmadığı surətdə belə mərasimlərin keçirilməsinin mümkünlüyünə hökm vermişlər.
Bəzi yazıçılar vahabilərin zidd mövqelərinin dəlilini belə göstərmişlər ki, məbada Qədir Xum bayramı üçün edilən şadlıqlar Kərbəla müsibəti kimi hər yerə yayılıb rövnəqlənsin.
Islamda və vahabiçilikdə matəm
Əzədarlıq və matəm İslamda yeni bir fenomen deyildir. Elə ilk günlərdən müsəlmanlar əzizlərinin vəfat, yaxud şəhadəti üçün göz yaşı axıtmışlar. Seyyiduş Şuhəda Həmzənin şəhadəti, yaxud Xədicənin (s) vəfatını nümunə göstərmək olar. Eləcə də sonralar İmam Hüseyn (ə) üçün olan təziyə və müsibət məclislərini misal çəkmək olar.
Vahabilər - matəm və əza məclislərinin dini qadağası olmadığı bir halda - digər ölülər üçün ağlayıb ah-zar etməyi, əlbəttə, İslamın əvvəllərindəki əzadarlıqları istisna etmək şərtilə, haram və cahillik dövrünün əməllərindən olduğunu söyləyirlər. Onlar bu iddialarını sübuta yetirmək üçün Peyğəmbərdən nəql olunan rəvayətə sığınırlar:
"اِنَّ رَسُول الله قَالَ: أربَعٌ أُمَّتِي مِنْ أَمْر الْجَاهِليَّة لا يُتْرِكونَهُنَّ: الفخر بالاحتساب والطعْنُ فِي الْأنساب والاستسقاء بالنجوم والنياحة" 
“Mənim ümmətimdə tərk olunmayan cahillik xüsusiyyətlərindən dörd xüsusiyyət vardır: Keçmişdəkilərlə fəxr etmək, dədə-babalarının eyiblərini deyib irad tutmaq, nücum və ulduzlar vasitəsilə yağış tələb etmək və nəhayət, ölülərə matəm saxlamaq”.
Sonra “Ən-Niyahə” sözünün təfsirində belə deyilir:
"النياحة أي رفع الصوت بالنّدب عَلَى الميّت... و ذلك ينافي الصبر الواجب و هي من الكبائر لشدة الوعيد والعقوبة عليها"
“Ən-Niyahə” barəsində belə yazırlar: vəfat etmiş şəxs üçün hündür səslə nohə oxumaq deməkdir.... Bu növ əzədarlığın səbirlə təzadı vardır və çoxlu əzab və cəzalarla nəticələndiyi üçün böyük günahlardan hesab olunur.
Bu rəvayətin tənqidi
Bu rəvayətin sənədinin hələ düzgün olub-olmamasını nəzərə almadan qeyd etmək lazımdır ki, bu rəvayətin canlı nümunəsi cahillik dövründəki bəzi qadınların nohə oxumalarıdır. Bu qadınların iş-peşələri başına müsibət gələn şəxslərin evinə yığışıb xüsusi formalarda əzədarlıq etmək imiş. Bu qadınların namünasib rəftarları bizim Peyğəmbərimizin onlar kimi şivən salmağı qadağan etməsinə səbəb olmuşdur. Belə olmadığı halda sırf əzədarlıq etməyin islami nöqteyi-nəzərindən heç bir eybi yoxdur.
Etiraf etmək lazımdır ki, möminlərin xüsusiyyəti sayılan səbirin bəyənilmiş bir xasiyyət olmasından asılı olmayaraq bu işin vacib olmasına heç bir dəlil yoxdur. Yəni başına müsibət gələn şəxs əgər səbir edə bilməzsə, böyük günah işlətməmişdir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment