Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Nəhayət İslamçılar ailə üzüvləri ilə görüşdülər

 Nəhayət İslamçılar ailə üzüvləri ilə görüşdülər

 Son illərdə əliyevlər rejimi xalq arasında süni qarşıdurmalar yaratmaqla Azərbaycanın 98% müsəlman xalqının siyasi azadlığını əlindən almaqdan savayı onun din və vicdan azadlığına da məhdudiyyətlər qoymuşdur. Beləliklədə mövcud rejim xaricindən, sionist rejimi tərəfindən gəlmiş göstərişləri canla başla həyata keçirtmişdir. Lakin bütün fironların və nəmrudların yaddan çıxartdıqları ən əsas nöqtənidə əliyevlər rejimi yaddan çıxartmışdır. O da xalqla deyil Allahla mübarizə aparmaqlarıdır! Quran buyurur: “Onlar Allhın nurunu ağızları ilə üfürməklə söndürmək istəyirlər. Lakin kafirlərin xoşu gəlməsədə belə mütləq Allah öz nurunu tamamlayacaq”. (tövbə sürəsi ayə-32)

 
 


  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qondarma Cinayət işi yekunlaşmaq üzrə olan islamçılar ailə üzvləri ilə görüşüblər. Vəkil Anar Qasımovun verdiyi məlumata görə, iyunun 2-dən başlayaraq islamçıların ailə üzvləri ilə görüşə icazə verilib.


İyunun 10-da Azərbaycan İslam Partiyasının lideri Doktor Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev ailə üzvləri ilə görüşüb. Məlumatı Firdovsi Məmmədrzayevin həyat yoldaşı Mətanət Məmmədrzayeva verib: “Şüşə arxasından görüşdük. Qardaşı ilə mən olduq görüşdə. Anasına, oğlanlarına icazə vermədilər. Ailəsi axı tək məndən və qardaşından ibarət deyil axı”.


Mətanət Məmmədrzayeva görüşdən sonra xeyli rahatlaşdığını deyib: “Onları da rahat gördük. İbadətləri ilə məşğuldurlar və bu olayları özləri üçün, eləcə də bütün dindarlar üçün imtahan hesab edirlər. Oğullarına, bizə məsləhət gördü ki, ibadətlərimizdən qalmayaq, dualarımızı əskik etməyək”.


Azərbaycan İslam Partiyası Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə isə iyunun 3-də oğlu Məhəmmədəli Axundzadə baş çəkib: “İyunun 2-də Bakı İstintaq Təcridxanasına ata üçün ərzaq aparmışdım. Həmin gün Masallıdan olan axund Fəramiz Abbasovun oğlunu gördüm və dedi ki, bu gün onlara görüş veriblər. Sonra öyrəndim ki, iyunun 3-də mən də atamla görüşə bilərəm.


Görüşdük, onun səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Sadəcə, istintaqın gedişatından narazıdır. Çünki 5 aylıq istintaq dövrü zamanı ondan sadəcə 2 dəfə ifadə alınıb. Sonda isə bəlli oldu ki, onun həbsinin əsas səbəbi “Səhər” kanalındakı çıxışı ilə bağlıdır. Atam isə bütün ittihamları əsassız hesab edir. Onun sözlərinə görə, sonuncu dəfə izahat verəndə müstəntiq onun dediklərini deyil, öz istədiyini izahata qeyd etdi. Amma deyə bilmərəm ki, atam həmin izahata imza atıb, ya yox. Bunu ondan soruşmadım”.


AİP lideri Doktor Mövsüm Səmədov da bugünlərdə ailə üzvləri ilə - atası, həyat yoldaşı və uşaqları ilə görüşüb.


Qeyd edək ki, son illərdə əliyevlər rejimi xalq arasında süni qarşıdurmalar yaratmaqla Azərbaycanın 98% müsəlman xalqının siyasi azadlığını əlindən almaqdan savayı onun din və vicdan azadlığına da məhdudiyyətlər qoymuşdur. Beləliklədə mövcud rejim xaricindən, sionist rejimi tərəfindən gəlmiş göstərişləri canla başla həyata keçirtmişdir. Lakin bütün fironların və nəmrudların yaddan çıxartdıqları ən əsas nöqtənidə əliyevlər rejimi yaddan çıxartmışdır. O da xalqla deyil Allahla mübarizə aparmaqlarıdır! Quran buyurur: “Onlar Allhın nurunu ağızları ilə üfürməklə söndürmək istəyirlər. Lakin kafirlərin xoşu gəlməsədə belə mütləq Allah öz nurunu tamamlayacaq”. (tövbə sürəsi ayə-32)

 

 

 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam konfranslarının keçirilməsi Dağıstan xalqının həyatında mühüm bir ...
\"Asiyadan Qəzzaya\" karvan üzvləri Qəzzaya daxil olub
QMİ-nin ləğvi Azərbaycanda dinin məhdudlaşdırılması layihəsinin bir hissəsidir
Bəhreyn İnsan Hüquqları Mərkəzinin üzvü: Ali xəlifənin dialoqa razılaşması ...
Suriya Ordusu tərəfindən azad edilən Şeyx Miskin şəhəri
HӘZRӘT MӘHӘMMӘDIN VӘFATI
Həqiqi Əhli-beyt (ə) davamçısının müəyyən edilməsi üçün 8 xüsusiyyət
Ayətullah Xameneinin İran və dünyadakı proseslərlə bağlı çıxışı
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Ərəbistanda Həzrət Zəhra (s.ə) məscidi açılır

 
user comment