Azəri
Friday 19th of April 2024
0
نفر 0

İBADƏTİN ROLU

 
İbadət həyatın bütün sahələrində Allahın razılığını düşünməkdir. İşlərə ilahi rəng verməyin insan həyatında mühüm tə’sirləri var. Bunlardan bə’zilərinə nəzər salaq:
1. Faniləri əbədiləşdirmək
İnsan və onun bütün işləri fanidir. Lakin Allaha aid olan və Onun razılığı üçün görülən bütün işlər axirət azuqəsidir və əbədidir. Qur’an buyurur: “Sizin yanınızda olan tükənər, Allah dərgahında olan isə əbədidir.”[6] “İlahi rəngdən məhrum hər bir şey məhvə məhkumdur.”[7]
2. Maddiyyatın mə’nəviyyata çevrilməsi
Əgər insan öz işlərində Allahın razılığını qazanıb ona bəndəlik edərsə, hətta yemək, geymək, səfər, görüş, evdarlıq, təhsil kimi gündəlik işlər mə’nəviyyata çevrilər. Lakin bə’zən dünyəvi məqsədlərlə görülən müqəddəs işlər öz dəyərini itirir. Birinci vurğuladığımız nəhayət fayda-lanma, ikinci isə nəhayət ziyana uğramaqdır.
3. Fərdi və ictimai quruculuq
Allaha ibadət dünyəvi meyllərə göz yummaqla, nəsil, geyim, dil və məkan fərqinə görə öyünməməklə, Onun sonsuz qüdrətinə qəlbən bağlanmaqla və ne’mət sahibinə təşəkkürlə yanaşıdır. Buna görə də ibadət ictimai və fərdi yaşayışın, düşüncənin formalaşmasında rol oynayır. İbadət düzgün ilahi yolla hərəkətdir: “Mənə ibadət edin, bu, doğru yoldur!”[8] İbadət yük yox, hərəkət vasitəsidir: “Səbr və namazdan kömək alın.”[9]
İbadət insanı fərdi şəkildə nəfsin, günahların və şeytanın köləliyindən xilas edir. Eyni zamanda, Allaha pərəstiş edən cəmiyyət zülmkarlara və tağuta pərəstişdən azad olur. İqbal Lahuri deyir:
İnsana əyildi qəlbi kor insan,
Tapdığı gövhəri itirdi, aman!
İt itə əyilmir –həqiqətdi bu,
Əyilən itdən də dəyərsiz oldu.
İbadət həm fərdləri, həm də cəmiyyəti fomalaşdırır. Al-lahdan qeyrisinə pərəstiş cəmiyyətdə fəsad yaranmasına səbəb olur.
İBADƏTİN YÖNÜMLƏRİ
İslamda “ibadət” sözü namazla orucdan daha əhatəli mə’na daşıyır. Xalqın xeyrinə olan bütün yaxşı işlər də ibadət hesab olunur. İslamda ibadət sayılan bə’zi işləri yada salaq:
İlahi işlər barədə təfəkkür
İmam Sadiq (ə) buyurur: “İbadət çox namaz qılıb, çox oruc tutmaq deyil. Həqiqətən, ibadət ilahi işlər barədə düşünməkdir.”[10] İnsanı Allaha yaxınlaşdıran və Onu tanımasına səbəb olan təfəkkür ibadət hesab olunur.
2. Ruzi qazanmaq
Allahın rəsulu (s) buyurur: “İbadət 70 hissədir. Onların ən üstünü halal ruzi ardınca getməkdir.”[11]
3. Elm öyrənmək
İslam peyğəmbəri (s) buyurur: “Batildən uzaqlaşıb, azğın bir şəxsi hidayət etmək üçün elm arxasınca evdən çıxan şəxsin işi qırx ilin ibadətinə barəbərdir.”[12]
4. Xalqa xidmət
Rəvayətlərdə xalqa kömək etməyin müstəhəb həcc kimi bir çox ibadətlərdən daha dəyərli olduğu göstərilir. Şair deyir:
 
Xalqa xidmətdədir əsil ibadət,
Dərvişlərin zikri deyil şücaət.
5. Ədalətli hakimiyyət intizarında olmaq
Peyğəmbər (s) buyurur: “İbadətlərin ən üstünü fərəc (imam Zamanın (ə) gəlişi) intizarında olmaqdır.”[13] Aydındır ki, həzrət Mehdinin (ə) ədalət dövlətinə zəmin hazırlanması, təlaşla müşayiət olunan müsbət və qurucu intizar nəzərdə tutulur.
Demək, işlərə ilahi rəng vermək onların dəyərini artırır, onları ibadət, bə’zən isə ibadətdən də üstün edir. Doğru niyyət dəmiri qızıla çevirir. Allaha yaxınlaşmaq üçün görülən bütün işlər ibadətdir. Bu hesabla demək olar ki, ibadətin nümunələri saya gəlmir. Hətta ata-anaya, alimlərə, Qur’ana, Kə’bəyə, ədalətli rəhbər və din qardaşlarına məhəbbətli baxış ibadət sayılır.[14]
NECƏ İBADƏT EDƏK?
İbadətin üsulunu Qur’an və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Qur’an ayələri və mə’sumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Qur’an və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:
Agah ibadət
Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.”[15]
Allahın rəsulu (s) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.”[16]
Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün. Peyğəmbər (s) buyurur: “Diqqət ilə qılınan iki rəkət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür.”[17]
Qur’an buyurur: “Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!”[18]
İmam Sadiq (ə) buyurur: “Hər kəs iki rəkət namaz qılıb, kiminlə danışdığını və nə danışdığını düşünərsə, günahları bağışlanar.”[19]
2. Eşqlə ibadət
Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi həvəssiz ibadət edənlər də heç bir ləzzət almır. İbadət sönüklük, halsızlıq, yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.
Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər. Bu dəyər mə’rifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir. İmam Sadiq (ə) buyurur: “Məcburən ibadət etməyin.”[20]
Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Al-lahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik. Din övliyaları və mə’sumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər. (Sonrakı mövzularda bə’zi nümunələr qeyd olunacaq.)
3. Xalis ibadət
İxlas gövhəri ibadətlərə dəyər və e’tibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur. Qur’an buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”[21]
İmam Riza (ə) buyurur: “Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun.”[22]
Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir. Qur’an buyu-rur: “Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb.”[23]
4. Xüşu ilə ibadət
Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır. Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır. Qur’an mö’minlərin sifətlərini “namazda xüşu” ilə bəyan edir: “O kəslər ki, namazlarında müt’i olub boyun əyərlər!”[24] İbadət edən şəxsin vücudunu müt’ilik (xüşu) əhatə etməlidir. Bu halı əldə etmək üçün namaz qılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür. Namaz qılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir. Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən.”[25] Başqa bir hədisdə buyurulur: “Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən.”[26]
5. Gizli ibadət
İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özünü nümayişlə puç olur. Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır. Allahın rəsulu (s) buyurur: “Gizli ibadətin mükafatı daha böyükdür.”[27] Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir. Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür. Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.
İBADƏTİN BƏLALARI
İnsanın qədim və and içmiş düşməni şeytan daim onun ibadətlərini puç etməyə çalışır. O, ibadətləri puç etmək üçün bu yollardan istifadə edir:
Riya
Allah-təalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qa-zanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür. Bu şəxsin ibadətləri hədər olur. Şeytan vasitəsi ilə yaranmış riya bə’zən əməldən öncə niyyətdə özünü göstərir və “Allaha yaxınlıq məqsədini” məhv edir.
2. Təkəbbür
İbadət zamanı şeytan insanı özünü və ibadətlərini bəyənməyə vadar edir. Allahın adı ilə başlayan iş yarıda şeytan vasitəsi ilə puç olur. Şeytan insanı təkəbbürə düçar edir.
3. Günah
Şəksiz ki, günahlar ibadətin yaxşı tə’sirlərini məhv edir. Aylarla zəhmət çəkdikdən sonra qəflət nəticəsində xırmanı oda verən əkinçinin bütün zəhmətləri məhv olur. Günahlar ibadət tarlasını yandıran oddur.
Xülasə, şeytan insan qəlbinə axan zülal suyun yolunu kəsir, ya da qəlbə daxil olmuş suyu bulaşdırıb dağıdır.
İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, məni özünə bəndə et, ibadətlərimi təkəbbürümlə məhv etmə. Məni əziz et, təkəbbürə düçar etmə.”[28]
İbadət sayılan sədəqə minnət qoyulduqda puç olur: “Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın.”[29]
Yeni ağac əkmək o qədər də vaxt aparmır. Lakin onu qo-ruyub inkişaf etdirmək çətindir. Bə’zən günahlar bütün yaxşılıqları və ya bəyənilmiş mə’nəvi halları bərbad edir. Hədisdə oxuyuruq: “Atəş, odunu yandırdığı kimi həsəd də yaxşılıqları məhv edir.”[30]
Rəvayətdə deyilir: Qürurlu abid və xəcalət çəkən fasiq məscidə daxil olur. Fasiq tövbə və peşmançılığına görə dəyişib saleh mö’min olur, lakin abid təkəbbürünə görə yolunu azır.[31]

 

 

 

 [6]Nəhl surəsi, ayə 96.
[7]Qəsəs surəsi, ayə 88.
[8]Yasin surəsi, ayə 61.
[9]Bəqərə surəsi, ayə 45 və 153.
[10]Mizanul-hikmə, 7-ci cild, səh.542.
[11]Vəsail, 12-ci cild, səh.11.
[12]Muhəccətul-bəyza, 1-ci cild, səh.19.
[13]“Nəhcül-fəsahə”.
[14]“Səfinətul-bihar”.
[15]“Səfinətul-bihar”, “Əbd” kəlməsi.
[16]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.366.
[17]“Bihar”, 84-cü cild, səh.259.
[18]“Nisa” surəsi, ayə 43.
[19]“Vafi”, 2-ci cild, səh.10.
[20]“Üsuli-Kafi”, 2-ci cild, səh.83.
[21]“Kəhf” surəsi, ayə 110.
[22]“Bihar”, 70-ci cild, səh.252; “Vəsail”, 1-ci cild, səh.58.
[23]“Bəyyinə” surəsi, ayə 5.
[24]“Mu’minun” surəsi, ayə 2.
[25]“Misbahuş-şəriət”, səh.8.
[26]“Bihar” 84-cü cild, səh.233.
[27]“Bihar”, 70-ci cild, səh.251.
[28]“Səhifeyi-Səccadiyyə”, 20-ci dua.
[29]“Bəqərə” surəsi, ayə 264.
[30]“Mizanul-hikmət”, həsəd kəlməsi.
[31]“Kafi”, 2-ci cild, səh.314.


source : MÖHSÜN QƏRAƏTİ
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment