Azəri
Friday 19th of April 2024
0
نفر 0

SEKULYARİZM

 
Digər düşüncə sahiblərinin son dövrə məxsus baxışlarından biri sekulyarizmdir. Adı dillərdə, qələmlərdə tez-tez xatırlanan bu baxış bəzi qərb ziyalıları tərəfindən təsdiq edilir. Qərb fəlsəfəsində də bu barədə söhbətlər var. Amma bu baxışın istəklərini yalnız qərbə aid etmək olmaz. Sekulyarizm təcrübə və dünyəvi biliklərin göstərişlərinə əsaslanaraq cəmiyyətə siyasi rəhbərliyi icti-mai təcrübənin öhdəsinə buraxır.
 Bu inama görə siyasət tamamilə insan işidir. Onun sənət və texnologiya kimi bəşər elmində məhdudlaşdırır, dini məsuliyyət və risalətlə əlaqələndirmirlər. Ona görə də dini siyasətdən ayrı bilirlər və dinsiz təbirlərdən istifadə edirlər. Sekulyarizm əsasən hökumət dindən faydalanmır və siyasi quruluş dini ölçülərə əsaslanmır.
AXİRƏTÇİLİK
Digər bir dəstə dinə yad münasibətdə olmasa da, dində yadmünasibətlidir. Demək olar ki, onların düşüncəsi qərb mədəniyyətinin mütləq azadlıq ideyasından təsirlənmişdir. Onlar dini seçim adı altında dini bir başqa cür izah edirlər. Siyasi əsaslar haqqında deyirlər: «Bu işə müdaxilə etmək dinə yaraşmaz. Dinin hədəfi daha da böyükdür. Dinin məqsədi insanın səadəti, əqidəsinin islahı, axirətdir. Dinin sadə işlərə qarışmağa ehtiyacı yoxdur. Din axirət məsələsidir. Dinin mühüm məsuliyyəti vardır və bu məsuliyyət axirət həyatının təmini əbədi həyatdır. İlahi peyğəmbərlərin də həyatı buna misaldır. Peyğəmbərlər icraat və siyasi işlərə qarışmamışlar. Peyğəmbərdən (s) sonra imamlar (ə) da siyasi işlərə müdaxilə etməmişlər. Dini mənbələrdə də siyasi məsələlərə toxunulmur. Quran peyğəmbərlərin məqsədi kimi insanların in-am və əxlaqının islahını göstərir. Siyasətin dindən olması heç bir rəvayətlə təsdiqlənməmişdir. Din insanlara əkinçiliyi öyrətmədiyi kimi, siyasəti və idarəçiliyi də öyrətmir!
 Siyasətə münasibətdə bu iki baxış arasında elə bir fərq yoxdur. Hökumət haqqında danışılanda bunun dini məsuliyyət bilmirlər. Əslində hər ikisinin şüarı dini siyasətdən ayrı bilir. Bununla belə onlar arasında mövzumuza aidiyyatı olmayan fərqlər də vardır.
3-XALQÇILIQ
Bəzilərinin dini rəng vermək istədikləri, bəlkə də dini hövzələrdə havadarları olan üçünüc baxış dini siyasət, təcrübəyə əsaslanma və xalqın iştirakının sintezidir. Bu baxışa görə cəmiyyətə siyasi rəhbərlik peyğəmbər və ya məsum imam zamanında onların işidir. Lakin imamın olmadığı bizim dövrümüz kimi bir dövrdə siyasi rəhbər dini göstərişlər əsasında xalq tərəfindən seçilməlidir. Hökumət və hakimin seçilməsində başlıca rol xalqa məxsusdur. Dini göstərişlər siyasi rəhbərin şərtlərini aydınlaşdırmaqdır. Bu vaxt rəhbərliyin əsası xalqın seçkisi ilə formalaşır və bu seçki rəhbərin təyini üçündür. Bu vaxt xalqa rəhbərlik xalq tərəfindən olur. Bu rəhbərlik əslində xalq tərəfindən tapşırılır və demək olar ki, millət vəkilliyi kimidir. Bu hökumət xalqa uyğunlaşdırılmış ilahi hökumətdir. Əlbəttə ki, bu baxışın prizmasından hər şey din çərçivəsində görünür və siyasi hakimiyyət ilahi bir hakimiyyət olur. Bu baxışı qəbul etməklə islamiyyət və siyasi quruluş arasında uyğunluq yaranır. Bu üç baxış arasında üçüncü baxış əvvəlki iki baxışdan əsaslı şəkildə fərqlənir. Əvvəlki iki baxışa görə siyasi hakimiyyətin dinə ehtiyacı yoxdur və siyasi əsaslar xalqın istəyinə uyğun formalaşır. Lakin üçüncü baxışa görə siyasi hakimiyyət dinin təsdiqi ilə reallaşa bilər və onun fəaliyyəti dini ölçülərlə nizamlanır. Bu üç baxışın oxşar, müşrətək cəhəti budur ki, hər bir siyasi quruluşun formalaşmasını xalqın ixtiyarına verir və xalqın seçkisini əsas götürür.
 Birinci və ikinci baxışdan bu günkü baxımdan hansısa hüquqi əsaslar mövcud olar bilər. Lakin bu baxışlarda dini ölçülərdən danışmağa belə dəyməz. Lakin üçüncü baxışı kimsə qaydaya salmaq, onu sübut etmək istəsə, yol tapa bilər. Bu dini siyasi quruluşla demokratiyanın birliyi və siyasi səhnədə xalqın iştirakı ilə mümkündür. (son cümlənin mənası?).
4-VİLAYİ HÖKUMƏT
Dördüncü baxışa görə hökumətin təşkili və dini-siyasi əsaslar «vilayi»dir. Bu baxış cəmiyyətin siyasi əsaslarını insanın ictimai həyatının zərurətlərindən bilir. Bəşər bu ehtiyacı təmin etməyə qadir deyil. Onun üsulunu, rəhbərlərini də Allah-taala təyin etməlidir. Bu baxışa görə siyasi hakimiyyət Allahın təsdiqi ilə qanuniləşir və bu işdə xalqın seçiminin heç bir rolu yoxdur. Lakin bu işin gerçəkləşməsi və qəbulu xalqın öhdəsinədir.
 Bu baxışın nəzərincə dini hökumət quruluşunu qəbul edən əksəriyyətin (məhşur şiə fəqihlərinin) rəyinə uyğun xalq üzərində Allah hakimiyyəti qurulmalıdır. Bu quruluş xalqın hüquqlarını və azadlıqlarını demokratiyadan dəfələrlə üstün təmin edir. Bu quruluşun təşkilində yox, qəbulunda xalqın xüsusi rolu qeyd edilir. Bəs bu hakimiyyətin respublika, demokratiya, seçkilərlə nə kimi əlaqəsi vardır? Bu barədə geniş söhbət bizim mövzumuzdan kənardır. Sadəcə, dördüncü baxışı – siyasi hakimiyyətin vəhy yolu ilə təyininin sübutu üçün dəlillər gətirəcəyik. Bu dəlillərdən əvvəl bir neçə mühüm nöqtəyə diqqət yetirməklə yolu hamarlaşdıracağıq.
1-SİYASİ ƏNƏNƏLƏRİN İSƏTYİR
əvvəlcə aydınlaşdırılmalıdır ki, siyasi ənənələrin vəzifəsi nədir? Cəmiyyət hökumət quruluşundan nə gözləyir? Bu ehtiyacı bəşəri bir hökumət quruluşu təmin edə bilərmi, yoxsa dini bir quruluşa ehtiyac var? Bəziləri xalqın siyasi quruluşdan istəklərini belə bəyan edirlər: Siyasi quruluşun vəzifəsi cəmiyyətin mədəni, ictimai və iqtisadi istəklərini təmin etməkdir. Yəni rəhbərlik cəmiyyəti hərtərəfli təkamülə doğru aparmalıdır. Bəndlər tikilməli, əkinəcəklərə su verilməli, heyvandarlığa yardım göstərilməli, mədənlər çıxarılmalı, sağlamlıq üçün tədbirlər görülməli, elm və sənətin, texnologiyanın tərəqqisinə nail olmalı, aclıq və yoxsulluq aradan qaldırılmalı, mədəni və iqtisadi dirçəliş əldə edilməlidir. Nəhayət xalqın rifahı və cəmiyyətin tərəqqisinə nail olunmalıdır.
 Başqa sözlə, siyasi ənənələr xalqı rifaha çatdırmalıdır. Belə bir siyasi hakimiyyət altında xalq istədiyi zaman ilahi dinə qovuşa bilər, həm dünya, həm də axirət səadətinə çatar. Ona görə də ictimai və siyasi tədbirdə ilkin olaraq siyasi hakimiyyət cavabdehdir.
əgər bir quruluş bütün bu sadalananlarla kifayətlənsə idi, digər əvvəlki iki ideologiyanın nümayəndələri etiraz edərdilər ki, bütün bu deyilənlərin vəhyə nə dəxli var və vəhy nəyə gərəkdir? (İctimai təcrübəyə əsaslanan yollar bəşəriyyətin vəhyə olan ehtiyacını aradan qaldırır).
VİLAYİ HÖKUMƏTİN MƏQSƏDİ
Amma belə də deyən olar ki, yuxarıda sadalanan vəzifələr siyasi quruluş üçün kifayət deyil. Cəmiyyətin rəhbərliyi ilahi sifətlərin, ilahi göstərişlərin ifadəsi olmalıdır. Rəhbər ilahi sifətlərin təcəllisi, Allah xəlifəsi olmalı, Allahı əks etdirən güzgü kimi bərq vurmalıdır. İlahi rəhbər cəmiyyətin etiqad və əxlaq saflığını qorumaqdan əlavə siyasi və ictimai rəhbərlik vəzifəsini də daşıyır. Çünki cəmiyyətin paklığı məqsədinə çatmaq üçün cəmiyyətdə din çiçəklənməlidir və dinin cəmiyyətdə gerçəkləşməsi ləyaqətli insanlar hesabına mümkündür.
 Başqa sözlə, siyasi hakimiyyətin işi təkcə şəhər salma deyil. Siyasətin məqsədi həqiqi insanlar yetirməkdir. Bu isə dünyəvi biliklərlə yox, başlanğıc və məadı işıqlandıran vəhy yolu ilə mümkündür. Hökumət cəmiyyəti ilahi və insani dəyərlərə sövq etməlidir. Bu məqsədin əldə edilməsi üçün hökumətin iş üsulunda, rəhbərin və icraçının təyinatında din iştirak etməlidir. Siyasi quruluş insanların fitri istedadlarını çiçəkləndirməlidir. Vəhy göstərişi olmadan bu məqsədə nail olmaq qeyri-mümkündür. Belə bir hökumətin məqsədinə yetişməkdə insan fikri və təcrübələr acizdir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR
Tİlavәt zamanı dİnlәmә vә sükut
QİRAƏT ZAMANI ARAMLIQ
Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir

 
user comment