Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

RİSALƏTİN HƏDƏFLƏRİ


Öz istəklərini düzgün qavramaqda insanın zəifliyi və çaşqınlıq təhlükəsi vəhyi zəruriləşdirir. Vəhy olmadan insan bu istəklərini və fitri istedadlarını təmin etməyə qadir deyil. Ona görə də istər fərdi, istərsə də ictimai baxımdan insan vəhyə möhtacdır. Məqsəd və yolu tanımaqda, bu yolu keçməkdə ilahi göstərişlər zəruridir.
 əgər insan özbaşına buraxılarsa, nəf istəkləri onu həqiqətdən uzaqlaşdırır. Buna əsasən vəhyin səbəblərini üç qrupda təhil etmək olar. Onlardan ikisi ümumi risalətə aiddir. Üçüncüsü isə xüsusi peyğəmbərliyə, bəşər həyatının ictimailəşməsi dövrünə xasdır. Ümumi əhatəli iki səbəb bunlardır.
 1-Paklanma (təzkiyyə)
insanını paklanması üçün üç yönümdə – eti-qadi, əxlaqi və rəftar yönümündə vəhy yol göstərir. Etiqadi baxımdan insan şirk və küfr və nifaqa düçardır. Əxlaqi yönümdən insan alçaq xarakterli, rəzil ola bilər. Rəftara gəldikdə isə kobudluq insanın yaxasından əl çəkmir. Peyğəmbərlər (s) insanları bu üç cəhətdən paklandırmaq üçün gəlmişlər. Məqsəd insanları şirkdən tövhidə, alçaq sifətlərdən bəyənilmiş sifətlərə, kobudluqdan alicənəblığa dəvət etməkdir. İnsanın daxilində iki meyllər qoyulmuşdur. Onun iki rəhbər idarə edir – biri nuraniyyətə doğru, digəri zülmətə!
 Peyğəmbərlər insanları paklıq və təqvaya dəvət edirlər. Onlar tövhid və fəzilət bayraqdarıdırlar. Onlar ilahi təlim yolu ilə insanlara ən pis çirkinlik olan şirk və küfrdən nicat yolunu göstərir, onları günah və ətalətdən azad edirlər. «Bu Peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti öyrədər». («Cumuə» 2). Bu ayə peyğəmbərlərin ali məqsədini gözəl işıqlandırır. Belə təbirlər Quranda çoxdur. Daha bir ayə: «Sənə səmavi bir kitab nazil etdik ki, xalqı qaranlıqdan nura çıxarasan» («İbrahim» 1). Dinin gəlişində məqsəd budur ki, insanlara nuarniyyət bağışlansın və onların fitri istedadları çiçəklənsin.
 2-Son xəbərdarlıq (itmame höccət)
Peyğəmbərlərin digər bir məqsədi insanlara son xəbərdarlıqdır. Çünki insanın sonu iki ünvandır: Səadət və bədbəxtlik. Ya «rəhmət, gözəl ruzi və cənnət gözləyir» («Vaqeə» 89), ya da «ona qaynar su ziyafəti veriləcək» («Vaqeə» 93). Sözün qısası, insan nəhayətdə ya mükafat, ya da cəza almalıdırsa, son xəbərdarlıq etmədən cəzalandırmaq ağıl və hikmətə uyğun deyildir. Əvvəlcə, doğru yol göstərilməlidir. Əgər bir şəxs bu göstərişdən sonra əyri yola qədəm atarsa və ilahi qəzəblə üzləşərsə, Allaha qarşı sözü ola bilməz. «Biz peyğəmbər göndərib, vəhyi çatdırmadan günahkarları cəzalandırmarıq» «İsra» 15). Batil həqiqətdən seçilməlidir. Məlum olmalıdır ki, bir şəxs əyri yolu seçirsə, səbəb öz inadıdır. «Həqiqət yolu əyri yoldan tam seçilmişdir» («Bəqərə» 256).
 Bu göstərişlərin məqsədi odur ki, cəza günü Allaha qarşı bəhanə olmasın. İlahi peyğəmbərlərin gəlişi ilə insanlara deyiləcək söz sona yetir. Peyğəmbərlər hidayət məşəlçisidirlər. Onların dəvətinə məhəl qoymayan şəxs cəzalanacaq və o şəxs özünə zülm etmişdir. Allah kimsəyə zülm etməz. Günahkarlar özləri-özlərini cəzalandırırlar. «Allah onlara zülm etmir, özləri-özlərinə zülm edirlər» («Nəhl» 33). Beləcə son xəbərdarlıq peyğəmbərliyin səbəblərindəndir.
3-SİYASİ RƏHBƏRLİK
İnsanın özünün ödəməyə qadir olmadığı ehtiyaclarını din ödəyə bilirsə, o dinin mənası var. Bəşər həyatı ictimailəşdikdən sonra bu həyatın davamı və nizamlanması üçün siyasətə ehtiyac yarandı. İctimai həyat siyasi əsaslarsız yaşaya bilməz. Nizamsızlıq bu işə əngəldir. Ona görə də siyasətin rolunu bütün cəmiyyətşünaslar qəbul etmişlər. Əlbəttə siyasətin hüquq, demokratiya və s. sahələri üzrə geniş müzakirələr zəruridir. Amma bu məsələ mövzumuzdan kənardır.
 Mövzuyla əlaqəli sual budur ki, cəmiyyətin siyasi quruluşu hansı yolla formalaşmalıdır? Bu işdə ilahi vəhyə ehtiyac varmı? Yoxsa insan təcrübə, ağıl, çalışmaq yolu ilə bu məqsədə nail ola bilər? əgər insan bu işi bacarsaydı, hökumət və siyasət peyğəmbərlərin məqsədlərindən olmazdı. Beləcə, çarəsiz olaraq vəhyə üz tutulur. Vəhy digər hüquqlar, əhkam kimi siyasi hüquqlar da təqdim etməlidir. Mövzunun bir qədər aydınlaşması üçün bəzi uyğun baxışlara toxunuruq.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ
Rüşvətə bürünmüş \"ədalət\"
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
IMAM ӘLIYYӘN-NӘQI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Quranın dünya görüşü
Qulun duası

 
user comment