Azəri
Monday 27th of June 2022
2333
1
نفر 0

İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)

İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)

 

 

1. İslam ümmətində parçalanma zamandan başlanıb?

2. İslam ümmətində firqələrə bölünmənin əsas səbəbi nədir?

 

 

İslam tarixində İslam ümmətində ixtilafların kökünü araşdırmaqla, burada ümmətlərin dinlərin parçalanmasının əsas səbəblərindən hansı birinin daha ᾿sirli olmasını başa düşmək olar.

Bu bundan sonrakı dərs İslam ümmətində firqə məzhəblərin yaranmasının ən mühüm səbəblərini bəyan edir.

PEYĞƏMBƏRİN (S) DÖVRÜNDƏ İSLAM ÜMMƏTİ ARASINDA MÖVCUD OLAN İXTİLAF

İslam ümməti arasında ilk ixtilaf, məhz Peyğəmbəri-Əkrəmin (s) zamanında yaranmışdır. Peyğəmbər (s) həyatı boyu, xüsusilə Mədinədə İslam cəmiyyəti təşkil etdikdən sonra bir çox çətinliklərlə rastlaşmışdı. Şəxsi mənafeyinə görə ya əvvəlki mövqeyini qoruyub saxlamaqdan ötrü zahirdə İslam dinini qəbul edən münafiqlər, eləcə təfəkkür tərzləri müqəddəs din qanunları ilə uyğun gəlməyən ᾿zi səhabələr o Həzrətlə (s) açıq-aşkar müxalifətə başlayırdılar. Bu ixtilaflardan bir neçəsini qısa şəkildə izah edirik:

1. «Hüdeybiyyə» sülhü bağlanan zaman[1] Peyğəmbərin (s) çıxardığı qərarların həqiqi mahiyyətindən, bu müqavilənin gələcək ᾿sirlərindən İslamın genşlənib qələbə çalacağından xəbərsiz olan ᾿zi səhabələr müxalifətə başladılar hətta bu müqaviləni pozmaq üçün bir neçə dəfə qılınc da çəkdilər. Amma onlar o həzrətin ciddi reaksiyası ilə qarşılaşıb sakit oldular. Bu müqavilə imzalandıqdan sonra onların üzündə daxili gərginlik narahatçılıq hissi aydınca sezilirdi. Onlar Peyğəmbərin (s) bu işinə şəkk-şübhə ilə yanaşırdılar.[2]

2. Taif müharibəsinin qənimətləri bölüşüdürülən zaman, Peyğəmbəri-Əkrəm (s) onun bir qismini Qüreyşin təzə müsəlman olmuş başçılarını İslama qarşı rəğbətləndirmək üçün onlara payladı. Bu məsələ Ənsar tərəfindən narazılıqla qarşılandı, hətta o yerə çatdı ki, Zulxuveysirə Təmimi tam həyasızlıqla o Həzrətə dedi: «Ədalətlə rəftar et, ey Məhəmməd! Sən ədalətli görmədin

Peyğəmbər (s) narahat halda buyurdu: «Əgər mən ədalətlə rəftar etməsəm, onda daha kim adil olar

Bu hadisədə Peyğəmbəri-Əkrəmin (s) verdiyi izahların onları razı salmasına tutduqları iradların aradan qalxmasına baxmayaraq, Zulxuveysirə Təmimi əvvəldə olduğu kimi, yenə öz mövqeyindən əl çəkmirdi. Nəhayət, Rəsuli-Əkrəm (s) onun barəsində buyurdu: «Bu şəxsin çoxlu ardıcılları olacaq ki... Ox kamandan çıxdığı kimi, onlar da dindən çıxacaqlar».

Peyğəmbərin (s) əvvəlcədən xəbər verdiyi kimi o, Əlinin (ə) xilafəti dövründə xəvaric dəstəsinin başçısı oldu.

3. Mədinə münafiqlərinin Peyğəmbəri-Əkrəmlə (s) olan müxalifətləri onun işlərində törətdikləri maneələr o qədər çox idi ki, hətta onlar o Həzrəti (s) Mədinədən çıxarmaq üçün tədbir tökmüşdülər. «Münafiqun» surəsi münafiqlərin vəsfində onların müxalifətləri ilə əlaqədar nazil olmuşdur.

Peyğəmbərin (s) qəbul etdiyi qərarlar, gördüyü tədbirlər İslami göstərişlərə qarşı ᾿zi müxalifətçiliklərin meydana gəlməsinə baxmayaraq, o həzrətin xalq arasındakı nüfuz, şəxsiyyət məqamının əzəməti, həmçinin başqalarının hökumət qüdrətə çatması üçün şəraitin olmaması elə bir səviyyədə idi ki, bu ixtilaflar İslam ümməti arasında təfriqə yaranmasına imkan vermirdi. Amma Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra məşhur səhabələr arasında ixtilafların genişlənməsi üçün şərait yarandı. Qeyd etmək lazımdır ki, ixtilafların büruz etməsinin ilkin zəminəsi Peyğəmbər (s) ölüm yatağında olduğu zaman sür᾿ətlə inkişaf etməyə başladı. Səhabələr arasında müxalifət çəkişmələrin o həzrətin fərmanından imtina etməyin əsas hissəsi məhz həmin zamanla əlaqədardır. Tarixi mənbələrdə nəql olunan ᾿lumatlara əsasən, ən ciddi qarşıdurma aşağıda qeyd olunan iki hadisə ilə bağlıdır:

A). Əbu Əbdüllah Məhəmməd ibni İsmail Buxari ᾿təbər sənədlərə istinad etməklə, Əbdüllah ibni Abbasdan belə rəvayət edir:

Peyğəmbəri-Əkrəm (s) vəziyyətinin ağırlaşdığını görüb belə buyurdu:

«Mənə kağız-qələm gətirin, sizin üçün elə bir şey yazım ki, məndən sonra yolunuzu azmayasınız».

Bu zaman Ömər ibni Xəttab dedi:

«Şübhəsiz, Peyğəmbərin xəstəliyi şiddətlənmişdir, Allahın kitabı bizə kifayətdir

Bu sözdən sonra Peyğəmbərin (s) ətrafında toplanan səhabələr arasında mübahisə başlandı. İş o yerə çatdı ki, Peyğəmbər (s) narahat olub buyurdu:

«Qalxın ayağa, evdən çıxın! Mənim yanımda mübahisə etməyiniz yaraşmaz

İbni Abbas bu əhvalatı nəql edikdən sonra deyir:

«Bu işdən doğan ən böyük müsibət bu oldu ki, bizimlə Rəsuli-Əkrəmin (s) yazısı (vəsiyyəti) arasına ayrılıq salındı».[3]

B). Peyğəmbəri-Əkrəm (s) Təbuk müharibəsindən qayıdandan sonra romalıların hücum təhlükəsini ciddi hesab etdiyinə görə İslam qoşununu döyüş hazırlığı vəziyyətində qoruyub saxlayırdı. O həzrət (s) həyatının son anlarında ordunu yenidən təchiz etdi, onun sərkərdəliyini Üsamə ibni Zeydə tapşırdı, mühacir ənsar da daxil olmaqla, bütün müsəlmanlara qoşunla birlikdə yola düşmək əmrini verdi. Həzrət (s) buyurdu:

«Üsamənin ordusunu lazım olan hər bir şeylə təchiz edin! Ondan imtina edənlərə Allah ᾿nət etsinSəhabələrin böyük əksəriyyəti bu fərmanı qəbul edib Üsamə ilə birgə hərəkət etdilər. Amma onlardan ᾿ziləri Peyğəmbərin (s) xəstəliyini bəhanə gətirib əmrdən imtina etdilər dedilər ki, biz heç vaxt sizi bu vəziyyətdə tərk edib gedə bilmərik. Bununla da onlar Üsamənin başçılığı ilə hərəkət edən orduya qoşulmaqdan imtina etdilər.[4]

Peyğəmbərin (s) vəfatından sonra ixtilaf çəkişmələr şiddətləndi. Mühacir ənsar arasında o həzrətin harada dəfn olunması məsələsilə bağlı mübahisə qarşıdurma yarandı. Bundan əlavə, İslam ümməti içrə ən çox ixtilaf yaradan məsələ Peyğəmbərin canişinliyi imamət məsələsi idi. Hətta deyilmişdir ki, «üsulidin məsələlərinin heç birində imamət qədər qan tökülməyib, yaxud qılınc çəkilməyib

Peyğəmbəri-Əkrəmin (s) vəfat xəbəri yayılanda Əmirəl-᾿minin Əli ibni Əbi Talib (ə) Bəni-haşim qəbiləsi səhabələrdən bir neçə nəfərlə birlikdə o Həzrətin dəfn mərasimi üçün hazırlaşırdı. Bununla eyni vaxtda ənsar mühacirlərdən bir qrupu «Bəni-Saidə» səqifəsi adlı bir yerdə toplaşıb Peyğəmbərin canişinlik ümmətə rəhbərlik vəzifəsinin kimə verilməsi barədə mübahisə edirdilər. Ənsarın nəzəri bu idi ki, gərək ənsar mühacirdən hər biri özü üçün bir əmir rəhbər ᾿yin etsin. Onlar özləri üçün ᾿d ibni Übadəni rəhbər ᾿yin etmək istəyirdilər. Amma Əbu Bəkr Ömərin oraya gəlişi onların o yığıncaqdakı çıxışı vəziyyəti tamamilə dəyişdirdi. Ömər ibni Xəttabın ardınca Səqifədə olanların hamısı Əbu Bəkrə bey᾿ət etdilər beləliklə o, Rəsuli-Əkrəmin (s) ilk xəlifəsi e᾿lan olundu. Ömər ibni Xəttab bu seçkinin gözlənilmədən, heç bir araşdırma aparılmadan düşünülmədən olması haqda deyirdi: «Həqiqətən Əbu Bəkrə edilən bey᾿ət araşdırma aparılmadan düşünülmədən baş verən bir idi ki, Allah müsəlmanları onun şərindən qorudu. Bundan sonra hər kim belə bir tutsa, onu öldürmək lazımdır. Ümumiyyətlə, müsəlmanlarla məşvərət etmədən başqasına bey᾿ət edən şəxs həm özünü həm qarşı tərəfi təhlükəyə salır, onların hər ikisi öldürülməlidir[5]

Amma Bəni-haşim qəbiləsi səhabələrdən ᾿ziləri imamət rəhbərlik vəzifəsinin Allah tərəfindən ᾿yin olunan bir məqam olduğunu, imamın yalnız Allahın əmri ilə seçildiyini dəlil gətirərək, Əbu Bəkrin belə bir şəkildə xəlifə seçilməsinə e᾿tiraz edirdilər. Onlar inanırdılar ki, Peyğəmbər (s) Allahın əmri ilə aşkar buyuruqlarla Əlini (ə) özünə canişin xəlifə ᾿yin etmişdir.

Bu ixtilafdan sonra İslam ümmətində ən böyük təfriqə parçalanma yarandı; müsəlmanlar iki yerə ayrıldılar, sünnü şiə məzhəbi formalaşmağa başladı. İmamət xilafət məsələsi ətrafında aparılan həmin bölgü bu vaxta qədər İslam xalqları arasında meydana gələn ən böyük qruplaşma hesab olunur. Birinci qrupun, ᾿ni sünnülərin əqidəsinə görə, imamət məsələsi Peyğəmbərə (s) xəlifə olmaq mənsəbidir; yalnız İslam cəmiyyətinin idarə olunması, onun nizama salınması məqsədini güdür şura yolu ilə ᾿yin olunur.

İkinci qrupun, ᾿ni şiələrin əqidəsinə görə isə, imamət məqamı peyğəmbərlik vəzifəsinin davamı olaraq, Allah tərəfindən müəyyənləşir; heç bir şəxs bu ilahi vəzifəyə vəhydən başqa bir yolla nail ola bilməz. Şiələr inanırlar ki, Peyğəmbərin (s) canişinləri olan bütün ᾿sum imamlar Allah tərəfindən ᾿yin olunmuşdur o Həzrət hələ sağ ikən onların hər birinin adını aşkar şəkildə zikr etmişdir.

Əbu Bəkrin xəlifə İslam ümmətinin rəhbəri seçilməsinin ardınca digər ixtilaflar da yarandı. Bu ixtilaflar get-gedə dərinləşdi üçüncü xəlifə Osman ibni Əffanın dövründə elə bir həddə çatdı ki, xəlifə camaat tərəfindən öldürüldü.

Əmirəl-᾿minin Əlinin (ə) xilafəti dövründə İslam ümmətində yeni qruplaşmalar yaranmağa başladı. Gələn dərsdə bu haqda, eləcə müsəlmanlar arasında yaranan təfriqələrin digər səbəbləri barədə araşdırma aparacağıq.

SUALLAR TAPŞIRIQLAR

1. Peyğəmbəri-Əkrəmin (s) sağlığında müsəlmanların arasında ixtilaflar necə baş verirdi?

2. Peyğəmbər (s) xəstələnən zaman səhabələr hansı mühüm məsələyə görə bir-birləri ilə mübahisə edirdilər?

3. Müsəlmanların Peyğəmbərin (s) canişinliyi ilə əlaqədar iki mühüm nəzəriyyəsini bəyan edin.



[1] Bu sülhdə müşriklərin istəklərinə daha çox diqqət yetirilmişdi onların tələbləri daha qabarıq şəkildə əks olunmuşdu.

[2] İbni Hişam, «Əs-siyrətun-nəbəviyyə, 3- cild.

[3] «Səhihi Buxari, Elm kitabı»; «Səhihi Müslim, 2-ci cild»; «Əhməd ibni Hənbəl, Müsnəd, 1-ci cild»; «İbni ᾿d, Təbəqatul-Kubra, 2-ci cild»; «Şəhristani, Miləl Nihəl, 1-ci cild».

[4] «İbni Hişam, Əs-sirətun-nəbəviyyə, 2-ci cild»; «Şəhristani, Miləl Nihəl, 1-ci cild».

[5] «Şəhristani, Miləl Nihəl, 1-ci cild».

2333
1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:
لینک کوتاه

latest article

İmam Hüseyn (ə) haqqında hədislər
Sаnki Onu görürsәn”
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTİ
İMAM SƏCCADDIN (Ə) HƏYATI BARƏDƏ QISA MƏLUMAT
Xəstəliklər insanı günahdan təmizləyər
Əgər Allahdan qorxmursansa...
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Bu gün həzrəti Rüqəyyənin Şəhadətinin ildönümüdür
Quranın müqəttiə hərflərinin mənası nədir?
İslamda Hakimiyyət

 
user comment

Tori
Fell out of bed feeilng down. This has brightened my day!
پاسخ
0     0
2011-08-05 03:33:06