Azəri
Friday 19th of April 2024
0
نفر 0

Müsəlman Tələbələrin Quran müsabiqəsində itşirakım üçün əsl səbəb İranlı qarilərin gözəl tilavəti idi - Şueyşə

Beynəlxalq şöbə: Misirin Qarilər Birliyinin baş katibi və bu ölkənin “Şeyxul-Qurra” sı ləqəbini daşıyan Əbuleyneyn Şueyşə bildirib ki, İranlı qarilərin cazibəli və gözəl tilavəti və Quran sevər İrana olan məhəbbətim Müsəlman Tələbələrin III dövr Beynəlxalq Quran müsabiqəsində (III dövr MTBQ) Ali Nəzarət Şuranın sədri kimi iştirakıma səbəb idi

Şueyşə Məşhəddə keçirilən bu müsabiqə çərçivəsində İQNA Quran agentliyinə verdiyi müsahibədə deyib ki, mən yaşlı olduğum üçün çox az səfər edirəm və çox az ölkələrdə müsabiqələrə hakim kimi qatılıram lakin İranı mən çox sevirəm və bu torpağın qarilərinin maraqlı və gözəl tilavəti məni özünə heyran edib, elə bu və bir də ki bu ölkəyə olan məhəbbətim məni İrana tərəf çəkir.

O əlavə edib ki, İranlı qarilər baxmayaraq ki, Ərəb dilində danışmırlar lakin Quranı çox gözəl və diqqətlə tilavət edirlər və vəqf, ibtida, hərflərin məxrəci, skun və digər təcvid qaydalarını diqqətlə riaət edirlər.

Şueyşə Müsəlman Tələbələrin Quran müsabiqəsini indiyədək müşahidə etdiyi ən yaxşı və seçilən müsabiqələrdən biri olduğunu vurğulayıb və bu müsabiqənin İslam dininin simasının parıldaması və Quran məktəbinin geniş yayılmasında əhəmiyyətli bir addım olduğunu deyib.

O Müsəlman Tələbələrin Quran Bİrliyinin təsis olunması təklifi ilə çıxış edib. “Müsəlman tələbələr bu birlik vasitəsi ilə bir – birləri ilə əlaqələrini inkişaf etdirə bilər. Ona görə kİ, əgrə biz müsəlmanlar Quran ətrafında birləşsək heç bir güc bizim aramızda ixtilaf yarada bilməz”,-deyə Şueyşə deyib.

Qeyd edək ki, III dövr MTBQ müsabiqəsi yanvarın 10-11-də İranın Məşhəd şəhərində keçirilib. Müsabiqədə dünyanın 40 ölkəsindən qari və Quran hafizi iştirak edib.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

MÖVSÜM SƏMƏDOVUN MƏHKƏMƏSİNİN VAXTI MÜƏYYƏNLƏŞDİ
Şiə Ruhanilərinə qan utduran əliyev rejimi silahlı insidentd törədən ...
“Ərəb baharı”nın anası səs verdi
FITNƏ-FƏSAD YUVASI
7 yaşlı qız bacısının ölüm səhnəsinə şahid oldu
Qurani-Kərimin rus dilində ilk tərcüməsinin nəşrinin ildönümü qeyd olundu
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Xəbər yalan imiş
ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək

 
user comment