Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Ayətullah Cənnəti AR-da anti-İslam hərəkətini pisləyib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tehranın cümə namazı xitabətçisi Azərbaycan R-nın orta məktəblərində hicabdan istifadənin qadağan edilməsi üzrə anit- İslam hərəkətini pisləyib.
Tehranın Cümə Namazı xitabətçisi Ayətullah Əhməd Cənnəti Az.R. xalqının müsəlman olduğuna və hicabda İlahi bir fərziyyə olmasına təkid edib.
Az.R-da İslamla mübarizə habelə hicabın qadağan edilməsini pisləyən Ayətullah Əhməd Cənnəti rəsmi Bakıdan bu məsələni yenidən nəzərdən keçirilməsini istəyib.

 

 

O həmçinin deyib: İİR xalqa aiddir və bu quruluşu bir təhlükə hədələyən zaman xalq dərhal mübarizə səhnəsində hazır olur.

 

 

Bu həftəki cümə namazı xütbələrində xalqın ötən il 30 dekabrdakı milyonluq yürüşlərinə işarə edən Ayətullah Əhməd Cənnəti deyib : Qeyrətli xalq belə bir gündə fitnəyə qalıb gəldi və seçkilər şəraitini quruluşa qarşı bir təhdidə çevirən müxaliflərin addımını tam ayıq sayıqlıqla \" vəhdət və iki qat həmrəylik \" fürsətinə çevirdi.

 

 

Onun sözlərinə görə, ötən il İranda keçirilin prezident seçkilərindən sonra yaşanan hadisələr Vilayəti-Fəqihin tərəfdarları və düşmənlərini müəyyənləşdirdi və əks-inqilabçı qrup ilə mömin qrupları bir-birindən ayıraraq müxalifləri səhnədən uzaqlaşdırdı.

 

 

Ayətullah Cənnəti qeyd edib ki, ötən ilki seçkilərdən sonra sübut olundu ki, hökumət İİR quruluşu əleyhdarları ilə üzləşməkdən öncə xalqın özü onları sorğu-suala çəkir.

 

 

Tehranın bu həftəki cümə namazının xitabətçisi çıxışının digər hissəsində ölkədə məqsədyönlü subsidiyalar layihəsinin həyata keçirilməsinə işarə edib . Cənab Cənnəti xalqın geniş iştirakından məmnunluq ifadə edərək bu layihəni həqiqi dəyişiklik mənasında dəyərləndirib və vurğulayıb ki, məqsədyönlü subsidiyaların əsas nəticəsi istifadə modelini düzəlti və iqtisadiyyat quruluşunda dəyişiklik və ədalətin bərqərar edilməsi onun səmərələrindən olmuşdur.

 

 

 

 

 

 

 

 

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Serilankada Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək
Ryazan şəhərində İslam mədəniyyət mərkəzi tikiləcək
Malaziyalılar “Qurani Kərim”in yandırılmasına kəskin etiraz etdilər
Ali Xəlifə rejimi Ayətullah Şeyx İsa Qasimin ofisinə hücum etdi
MÖVSÜM SƏMƏDOVUN MƏHKƏMƏSİNİN VAXTI MÜƏYYƏNLƏŞDİ
Şiə Ruhanilərinə qan utduran əliyev rejimi silahlı insidentd törədən ...
“Ərəb baharı”nın anası səs verdi
FITNƏ-FƏSAD YUVASI
7 yaşlı qız bacısının ölüm səhnəsinə şahid oldu
Qurani-Kərimin rus dilində ilk tərcüməsinin nəşrinin ildönümü qeyd olundu

 
user comment