Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Kimdir İnsan?

Varlıq aləmində həqiqəti dərk insanın özünü idrakdan keçir. Yəni insan əvvəlcə özünü, öz yaradılışını və ümumiyyətlə yaradılışının qayesi haqqında düşünməlidir. Qurani-Kərimin göndəriliş səbəbi də məhz bundan ibadətdir.Yaradılışdan məqsəd Allaha qul olmaqdır.Allaha qul olmağın ilkin yolu isə insanın özünü dərkdir, yəni özünü tanımasıdır. Qurani-Kərim, tarixi qissələri nəql etməklə insanın xüsusiyyətlərini bəyan etmişdir.
Xülasə şəkildə deyə bilərik ki, insanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, özünü necə tanımasına bağlıdır.
Biz burada, “insan” haqqındakı baxış bucağının müxtəlif yönlərini əks etdirən fikirləri təqdim edirik.
Şərqin və qərbin insana baxışı
Adətən şərq, insanı bir iş aləti kimi görmüş və bir cihaza verdikləri dəyəri insana vermişdir. Bunu edərkən də şüarları bu olmuşdur: “Hər kəs məcburiyyət ölçüsündə istehsal etməli və gücü miqdarda çalışmalıdır”. Şərqin bəzi “ideoloqları”-nın insan adlı varlığa baxışı bu şəkildədir.
Qərbin insanla bağlı görüşü isə şərqin görüşündən daha kədərlidir.Qərbdə bir müddət sonra ortadan qalxan, ancaq mənfi təsirləri cəmiyyətin şüurunda uzun müddət qalan bir neçə cərəyanlar ortaya çıxmışdır. Bu cərəyanlardan bəzilərinin insan haqqındakı fikir konsepsiyalarından ibarət olan xülasə nəzəriyyələri bu şəkildədir: “İnsanın bütün varlığı cinsi stimullara qayıdır. İnsanın bütün davranışlarının qaynağında cinsiyyət vardır”. Sonradan bu nəzəriyyə ümumiləşdirilmişdir. Belə bir düşüncəni ortaya atan tanınmış psixoloq Ziqmund Freyddir. Əcəba Freyd belə bir fikiri ümumiləşdirməzdən əvvəl İNSAN adlı bu varlığı tanımışdımı? Xeyr! Freyd insanın yaradılışdakı ali hədəfi haqqında xəbərdar olmaq istəsəydi, insanı sperma ilə məhdudlaşdırmazdı.Freyd insanı həqiqəti ilə tanısaydı, insan haqqında irəli sürdüyü bu görüş cəmiyyətdə bu ölçüdə pis izlər buraxmazdı.O halda Freydin irəli sürdüyü bu görüşün qərb cəmiyyətində və ümumi olaraq bütün dünyada buraxdığı təsirlərin hamısı onun, insanı tanımamasından qaynaqlandığını göstərir.
Vaxtilə Alman olan bir mühəndis, insanın bədənini təşkil edən maddələri müəyyən hissələrə ayırmaqla bu mövzudakı fəaliyyətini sona çatdırdıqdan sonra bu nəticəyə gəlib ki, insanın qiyməti 80 markdan ibarətdir.O, insanın bədənində neçə qram şəkər, neçə qram dəmir, neçə qram sodyum və s. olduğunu müəyyən etdikdən sonra o, öz zamanının dövlət qiymətinə əsasən bu maddələrin dəyərini də bir-bir təyin etmiş və hamısını alt-alta yazıb toplayaraq insanın qiymətini 80 mark olaraq müəyyən etmişdir. İslam mütəfəkirlərindən biri deyir ki, “Mən bu Alman mühəndisin etdiyi hesabı araşdırdıqda, Həzrət Əlidən nəql edilən bir rəvayəti xatırladım: “Bütün səyini mədəsini doldurmaq üçün səfərbər edən insanın qiyməti qarnından çıxan şeylə bərabərdir.” Həzrət Əlinin buyurduğu bu kəlam, insanlığını tanımayıb, bir ömür mədəsi üçün çalışan və nəticə etibarı ilə insani həyatını heyvaniləşdirən bir insana yönələn kəlamdır. Həzrət Əli(ə) insanın dəyəri haqqında belə buyurur: “İnanan və Allaha qarşı məsuliyyətliliyinin fərqində olan bir insan Kəbədən daha üstündür, belə bir insanın mərtəbəsi Cəbraildən daha üstündür”.
Vəhy və nəzəriyyədə insan
Əsrlər əvvəl yalnız varlıq (Allah, insan, kainat və s.) haqqında danışan, bu mövzuda nəzəriyyələr söyləyən fəlsəfi fikirlərin daşıyıcısı olan filosoflar maddəçi və metafizikaçı olaraq iki yerə ayrılmışlar və bunlar da öz-özlüklərində fikir müxtəlifliklərinə görə bir çox cərəyanlara bölünmüşlər. Bütün bu fəlsəfi və ideoloji məktəblər Allahın var olub olmaması, insan və kainat haqqında müxtəlif fikirlər irəli sürmüşlər. İslamdan əvvəlki filosofların fikir və mülahizələri nəzəriyyələr şəklində bəzi insanlar arasında qəbul edilmiş və bir çox insanlar bu nəzəriyyələrin təsiri altında qalmışlar. Hətta bu fəlsəfi məktəblərdən bəziləri İlahi peyğəmbərləri,onların gətirdikləri İlahi dini inkar etməklə yanaşı onlara qarşı düşmən mövqeyində dayanıb, xalqı bu peyğəmbərlərin gətirdikləri dinə qarşı çıxmağa və mübarizəyə səsləyirdilər. Avam, cahil və nəfsinə qul olan insanlar da belə filosofların fikirləri qarşısında bir söz söyləyə bilməyib, İlahi peyğəmbərlərə,onların gətirdikləri dinə qarşı çıxırdılar. İslam dini zühur etməzdən əvvəl heç bir fəlsəfi cərəyan Varlıq haqqında dəqiq və düzgün bir fikir yürütməmişdir. O zamanalar ideoloji məktəblər arasında Dini əsasları fəlsəfi nəzəriyyələr ilə aradan qaldırmaqla məşğul olan filosoflar da mövcud idi. Onlar öz məhdud nəzəriyyələri ilə vəhydən ibarət olan İlahi bir dinin əsaslarını aradan qaldırma istiqamətindəki fəaliyyətlərində heç nəyə nail ola bilmədilər.Çünki fəlsəfi nəzəriyyələr insan təfəkkürünün məhsulu, İlahi din isə qeyd etdiyimiz kimi vəhydən ibarətdir. İslamın gəlməsi ilə batil fikirli fəlsəfi məktəblərin varlıq haqqında söylədikləri nəzəriyyələrin çürüklüyü ortaya çıxdı. Sözsüz ki, varlığa həyat verən (Allah-Taala) bu varlığın həqiqəti haqqında doğru deyə bilər.Yoxsa bu varlığın möhtəvasına daxil olub, varlığa varlıq verəni (Allah-Taalanı) inkar edənin (bəzi filosofların) boş və çürük nəzəriyyələri əsas sayılmayacaqdır.
Qurani-Kərimdə insan
Uca Allah Öz varlığını və birliyini, insanın yaradılış qayesini gözəl və sadə bəyanla Öz kitabında (Qurani Kərimdə) bildirmişdir. Bu bildirişlər üzərində insan təfəkkür edərsə özünün yaradılış həqiqətini anlayacaq və yalnız Allaha qul olma zərurililiyinin fərqində olacaqdır.
Qurani-Kərimin, əmanətin insana təqdim edilməsi haqqındakı ayəsinin başlanğıcında belə buyurulur: “Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik.Onlar ona yüklənməkdən (götürüb özləri ilə daşımaqdan) qorxub çəkindilər.Ona insan yükləndi”. Qeyd olunan ayənin davamında isə belə buyurulur: “Həqiqətən, o, çox zalım, çox cahildir”. İnsan özünü tanımadıqda özünə zülm etməkdə davam edir. İnsan, Allah qatında yer alma imkanına sahib olduğu halda, barama qurdu kimi öz ətrafını hördüyünə, yəni yalnız fani olan dünyası üçün çalışdığına görə, İslam dinində özünə zülm edən biri kimi xarakterizə olunur. Yəni insan, İlahi əmanəti qəbul edib. Onun insanlığını qoruması və ucalıq mərtəbəsinə çatması,bu əmanətə sadiq olması ilə mümkündür. İlahi əmanətə xəyanət edənin yolu isə ayrı bir yoldur. Belə bir insanın yolu azğınlıq və nankorluq yoludur.
“Biz insanı gözəl biçimdə yaratdıq”. İnsana yaradılmışlar içərisindən xüsusi bir dəyər verilmiş və o, “gözəl biçimdə” yaradılmışdır. Lakin insan, ona verilən bu dəyərə laqeyid münasibət göstərməklə “gözəl biçim”-ini çirkinliklərə bulaşdırmış və “rəzillərin rəzili” olmuşdur. Necə ki, yuxarıdakı ayənin ardınca deyilir: “Sonra onu rəzillərin rəzili edərik”.
“Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” Qəlbi olduğu halda qavramaqdan, gözləri olduğu halda görməkdən və qulaqları olduğu halda eşitməkdən uzaq olan bir insan həqiqətən çox cahil və zalımdır.
İlahi elçilərin gəlməsindən də məqsəd, insanları İlahi sistemə tabe olmağa, yəni öz həyatlarını bu sistemlə tənzimləyib Allahın istədiyi qul olmağa doğru dəvətlərindən ibarətdir. Qurani-Kərim isə, bu yolda ən mükəmməl bir kitab olaraq insanlıq üçün yetərli bir kitabdır. İnsanı ən doğru yola istiqamətləndirən bir kitabdır ki, insanlıq, bu yola tabe olmaqla qorunar.Bu kitab insanın həyat proqramıdır. Kitabı oxuyaq ki, kitabın Müəllifini (Allahı) yaxşı tanıyaq, Onu tanıyaq ki, Onun istədiyi və razı olduğu əməlləri yerinə yetirək və bu əməllər ilə Ona daha da yaxınlaşaq və bununla da hüzur dolu bir həyata daxil olaq.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

23-cü gecə -"Cohəni gecəsi"
ABNA 13 Rəcəbin Həzrət Əlinin (ə) viladətinin ildönümü günü və “Atalar ...
İSLAMDA VƏHDƏT VƏ BİRLİYİN RƏMZİ– ƏFV VƏ GÜZƏŞT (2)
Əgər insanların pis işlərinə görə Allah cəza verməkdə tələssəydi, hamı ...
Qədr gecələrinin müştərək əməlləri
Din və nigah
Qurani-kərimi oxumağın qaydaları
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-2
Peyğəmbərimizin (s) Quran barəsində nigaranlığı
İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları NƏHCÜL-BƏLAĞƏ

 
user comment