Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İslamda Hakimiyyət

Hökumət Quranın əsas məfhum və bəhslərindən biri hesab olunur. Quranın bu sahəyə olan baxışını onun ictimai məsələlərdə, insan həyatına aid olan geniş münasibətlərində aramaq olar. Quran baxımından din nəinki dünyadan ayrıdır, bəlkə ictimai həyatla fərdi həyatın bir-birinə tam bağlı bilir. O cəhətdən bu iki məfhumu yalnız zehni təsəvvür məqamında bir-birindən ayırmaq mümkün olar. Buna görə də fərdi ibadət sayılan namaz, ictimai şəkildə (camaat namazı) icra olunanda çox-çox üstün sayılır, hətta \"cümə\" namazı sayılan namazların birində, ilk çıxış edilən iki xütbələrdən birinin ictimai-siyası olması tapşırılır. Quran baxımından hakimiyyət məfhumu müasir zamanda dünya siyasi elmlərində qeyd olunan məfhumlardan qat-qat geniş bir məna daşıyır. İslam baxımından hakimiyyət yalnız iqtidar və siyasi dairələr tərəfindən hansısa bir qanunun tətbiqi yox, bəşərin hərtərəfli təkamülü və əslində ilahi hakimiyyətin cəmiyyətdə tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir. İslamın siyasi hakimiyyətə verdiyi önəm yalnız kiminsə hansısa qayda və qanunlar əsasında hakimiyyətə gəlməsi ilə izah olunmur, İslam nöqteyi-nəzərində bütün bir millətin taleyini öz üzərinə götürmüş kəslər yüksək dərəcədə mənəvi və insani keyfiyyətlərə malik olub, daxilən ilahi qanunlarla tərbiyələnməlidirlər.Verilən bu önəmə görədir ki, İslam hakimiyyətdə məsuliyyət daşıyan şəxslərin işlərində bacarıqlı olmasını əsas şərt sayır.

Bu yazıda çalışacağıq ki, Quran təliminə əsasən İslami hakimiyyətin vəzifə və məsuliyyət dairəsinə müəyyən qədər də olsa işarə edək.

Dövlətin vəzifə və məsuliyyətini iki əsas qismə bölmək olar. Birincisi, dövlətin cəmiyyətdə ruhi, ictimai və milli asayiş və təhlükəsizliyinin təminatı. İkincisi, iqtisadi asayişin təminatı. Qurana görə İslam dövlətinin əsas vəzifəsi insanların canını, malını müdafiə etmək, onların təhlükəsizliyini qorumaq, cəmiyyətdə nizam-intizam yaratmaqdır.

Quranda \"Bəqərə\" surəsinin 246-251-ciyə qədər olan ayələrində buyurulur: Bəni İsrail tayfası Həzrət Musadan (ə) sonra müxtəlif təzyiq və hücümlara məruz qaldı. Onların bəziləri qətlə yetirilir, bəziləri əsir götürülür, bəziləri isə qul kimi satılırdı. Bunu görən Bəni İsrail tayfası öz zəmanələrinin Peyğəmbərindən (Həzrət Davud Peyğəmbərdən (ə)) cəmiyyətdə təcavüzün qarşısını almaq, nizam-intizam yaratmaqdan ötrü siyasi hakimiyyət qurmasını istəyir.

İslam dövlətinin başqa vəzifəsi İslam ümmətinin və millətlərin arasında vəhdət və birliyi qoruyub saxlamaqdan ibarətdir. Həmiçinin, ixtilafların qarşısını almaq İslam hökumətinin əsas vəzifələrindən biri hesab olunur. Allahtəala \"Nisa\" surəsinin 59-cu ayəsində insanlarin düzgün şərait əsasında müəyyən olunmuş rəhbərdən itaət etmələrinin vacib olduğunu vurğuladıqdan sonra hakimiyyətin vəzifəsini bəyan edərək cəmiyyətdə hər hansı təzad və ixtilafların yaranmaması üçün düzgün zəmin yaradılmasını tələb edir.

İslam baxımından ədalət hakimiyyətin əsas rüknü və əsasıdır. Yəni İslam qanunların insanın zahiri və batini ilə uyğunluğunu şərt sayır və qanunun insanın batini həqiqətini nəzərə almadan, sırf insanın zahiri həyatını təmin etməsini ədalətsiz sayır və bunu insan haqlarının tapdalanması hesab edir. Ədalətli qanun qüvvəyə mindikdən sonra isə onun heç bir fərq qoymadan ədalət əsasında insanlar arasında tətbiqi ədalətin sonuncu şərti kimi qəbul olunur. Belə ki, Quranın \"Sad\" surəsinin 26-cı ayəsində buyurulur: «Ey Davud (ə)! Allah səni insanlar arasında haqq əsasında, ədalətlə hakimiyyət etmək üçün təyin etmişdir.»

İlahi dünya görüşündə İslam dövlətdən insanlara daha ülvi nəzərlərlə baxmağı tapşıraraq, onlara yalnız vətəndaş gözü ilə deyil, ölkənin əsl sahibləri kimi baxmağı əmr edir, məmurları isə onların xidmətində duran, xidmət rəhbəri kimi bu böyük və mühüm məsuliyyəti Allaha görə öhdələrinə götürmüş şəxslər olduğunu bəyan edir. Məhz buna görədir ki, İslam müstəzəflərə (köməksiz-kimsəsiz, yardıma ehtiyacı olan və bəzən məlumatsız insanlar) diqqət ayıraraq onlara ehtiyaclarının təmini üçün ədalətə uyğun qayğı göstərilməsini önə çəkir və onların əlindən tutub yardım edilməsini vacib sayır. Ona görə də \"Nisa\" surəsinin 75-ci ayəsində buyurulur: «Sizə nə olub ki, Allah yolunda, zalımların arasında zülmə məruz qalmış müstəzəf qadın və kişilər, sizdən kömək diliyən zaman onların köməyinə yetişmirsiz?!»

İslam dövlətinin digər məsuliyyətlərindən biri isə cəmiyyətdə islahat aparmaqdır. Bu məsuliyyət təkcə dövlətin başında oturulanlara aid edilmir. İslam baxımından bu məsuliyyət cəmiyyətdə hər bir fərdin üzərinə düşmüş məsuliyyətdir. Bu məsələ o qədər önəm daşıyır ki, hətta Peyğəmbərlərin göndərişləri məhz bu məsələdən ötrü olmuşdur. Hər dövlətə və onun başında əyləşənlərə, fərdə tapşırıldığı kimi, özlərində islahat aparmaları ciddi surətdə tapşırılır. Belə ki, bu olmadan cəmiyyətin fəsada və zülmə sürüklənməsi labüddür. Necə ki, İmam Hüseyn (ə) məhz bu adla qiyama qalxaraq buyurdu: \"Mənim qiyamımın əsl səbəbi cəmiyyətdə islahat aparmaqdan ibarətdir\".
Cəmiyyətin hərcəhətli təhlükəsizliyi, uşaq və yeniyetmələrin təlim-tərbiyəsi İslam dövlətinin digər vəzifələrindən biridir. Belə ki, düzgün təlim və tərbiyənin olmadığı ücbatından cəmiyyət öz mahiyyətini əldən vermək təhlükəsi ilə üzləşib, bayağı basqılara məruz qala bilər.
İslam cəmiyyətin iqtisadi tələbatının təmin edilməsini İslam dövlətinin başlıca vəzifələrindən bilərək bu məsələyə diqqətsizliyi qəti olaraq yolverilməz hesab edir.
Əlbəttə, bütün bunlar İslamın hakimiyyətə olan baxışının tam təfərrüatı olmasa da, qısaca şərhidir. Gələcəkdə bu mövzuya bir daha qayıdarıq.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əl-Maidə (Süfrə) surəsi
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
Zi-hiccə ayının 10-cu günü
Əl-Maidə (Süfrə) surəsi-3
Xorasan vilayəti İslamın ilk dövrlərindən indiyədək
İlahi Peyğəmbərlər (ə.s) İmam Hüseynə (ə.s) göz yaşı töküblərmi?

 
user comment