Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Böyük Rəhbər: İran xalqının məqsədi imperializmin əlini ölkəsindən tamamilə kəsməkdir

Siyasi şöbə: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gün səhər xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə Gilanlı ilə görüşündə qeyd etdi ki, daimi əzmkarlıq, gözüaçıqlıq, dərin düşüncə və ayıq-sayıqlıq İran xalqını yüksəliş və tərəqqinin zirvələrinə doğru aparan başlıca amillərdir.

İQNA Quran agentliyinin Böyük Rəhbərin informasiya blokuna istinadən məlumat veri rki, Ayətullah Xamenei vurğuladı: “İran xalqı zorla sürükləndiyi, 8 il davam etmiş müharibədə özünün təşəbbüskarlığı, fədakarlığı, şücaəti və meydanlarda var olması ilə düşmənə qalib gəldiyi kimi, 8 aylıq soyuq müharibədə də, Uca Yaradanın köməyi sayəsində, nümunəvi bir məharət nümayiş etdirdi. Habelə ötən il, 9 dey tarixində Həzrət Seyiddüş-şühəda Hüseynin (ə) xatirəsinin bərəkəti, özünün əzmi, gözüaçıqlığı, müdrikliyi və ayıq-sayıqlığı sayəsində fitnəkar provokatorların büsatına son qoydu”.

 

Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkəyə tarixən miras qalmış gerilik və çatışmazlıqların aradan qaldırılması, İran xalqının layiq olduğu elmi zirvələrə yetişməsi üçün əzm, təşəbbüskarlıq və gələcəyə ümidlə baxmağa ehtiyac var. O, əlavə etdi: “Xoşbəxtlik və tərəqqi zirvələrinə ucalmağın yeganə yolu təşəbbüskarlıq, əzm və gələcəyə optimist baxışı daim qoruyub saxlamaqdır. İran xalqı ötən 30 il ərzində inkişafa və sıçrayışlı irəliləyişə qadir olduğunu göstərib”.

 

İran xalqının irəli sürdüyü şüarların qlobal mahiyyət daşıdığını, bu xalqın başlıca məqsədinin isə imperializmin əlini ölkəsindən tamamilə kəsmək olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İmperialistlərin bu xalqa qarşı aqressiyasının və qurduqları məkrli planların başlıca səbəbi də elə budur və ötən il baş verən iğtişaşlar düşmənlərin xəbis planlarının bir təzahürü idi”.

 

Ötən ilki iğtişaşlarda başlıca məqsədin zahirən haqlı, lakin yanlış mahiyyətli şüarlar səsləndirməklə xalqı çaşdırıb yolundan azdırmaq olduğununu deyən Ali Məqamlı Rəhbər bunları vurğuladı: “İran xalqı ötən ilin 9 dey günündə tamamilə spontan bir hərəkatla provokatorların arzusunu ürəyində qoydu və ağızlarının üstündən möhkəm bir yumruq çəkdi”.

 

2009-cu ilin 9 dey günündə həyata keçirilmiş tarixi qəhrəmanlığı “xalqın ayıq-sayıqlığının və uzaqgörənliyinin əlaməti” adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqının düşmənləri və xalqı İslam hökumətindən uzaqlaşdıra biləcəyini güman edənlər 9 dey gününün bu önəmli mesajını dərk etməlidirlər ki, ölkəmizdə hakimiyyət xalqın özünə məxsusdur və İslam dövlətinin həqiqi keşikçisi xalqdır”.

 

Ali Məqamlı Rəhbər əlavə etdi: “Başda ABŞ olmaqla imperialist dövlətlərin rəsmilələri İslam dövlətinə qarşı mübarizədə xəbis planlar, riyakar bəyanatlar, açıq-açığına düşmənçilik və xalqa şüarlarla müraciət etmək kimi müxtəlif metodlardan istifadə edirlər. Bütün bunlar onların hələ də İran xalqına doğru-düzgün bələd olmadıqlarını göstərir”


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Siravlonda Quran xəttatlıq sərgisi keçirilir
Əfqanıstanda Fransa əsgərləri İslam dinini qəbul edirlər
Teləfir əməliyyatı uğurla davam edir, Həşdu Şəbi işid-çiləri darmadağın ...
Pakistanda göyərtəsində 47 nəfər olan təyyarə dağa çırpılıb
Səudiyyə Ərəbistanında "İslamın tanıdılma qaydaları" adlı beynəlxalq konfrans ...
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Livanda Əl-imamul-Xomeyni əl-isalətu vət-təcdid kitabının təqdimat mərasimi ...
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
Qumda “İmam Xumeyni (r.ə) və xalqlar arasında oyanış hərakatı” adlı konfrans ...
Azərbaycanın təhsil müəssisələrində hicaba rəsmi qadağa!

 
user comment