Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Rəcəb ayının mühüm hadisə və əməlləri

 Bu ay hicri-qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Bu ay bərəkətli və müqəddəs aydır. Hətta cahiliyyət dövrünün ərəbləri də bu aya ehtiram edib, bu ayda müharibə etməz və qan tökməzmişlər. Bu ayda oruc tutmaq savabdır. Bu ayda Allah-taala bəndələrini öz rəhmətinə qərq edir.   Möminlərin ağası həzrət İmam Əli (ə) bu ayı oruc tutardı. O həzrət bu ayın barəsində buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı və Ramazan Allah-taalanın ayıdır”.
Rəvayətdir ki, həzrət Əli (s) ilin dörd gecəsini yalnız ibadətlə keçirər və bu gecələri ibadət etməyi özünə vacib etmişdi:
1- Rəcəb ayının birinci gecəsi; 2- Şəban ayının 15-ci gecəsi; 3- Fitr bayramının gecəsi; 4- Qurban bayramının gecəsi;
Rəcəb ayında baş vermiş mühüm hadisələr
1) İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə minmiş və öz qövminə bu günü oruc tutmağı əmr etmişdir. Bəs hər kəs bu günü oruc tutarsa od ondan bir illik yol məsafəsində uzaqlaşacaqdır.....” 
2) İmam Baqir (ə) hicrətin 57-ci ili, Rəcəb ayının biri və cümə günü anadan olmuşdur.
3) Hicri-qəməri tarixinin 254- cü ili Rəcəb ayının üçündə İmam Əbul-Həsən Əli bin Məhəmməd Hadi (ə) 41 yaşında ikən vəfat etmişdir.
4) Bəzi rəvayətlərə əsasən İmam Əbul-Həsən Əli bin Məhəmməd Hadi (ə) bu ayın ikinci günü anadan olmuşdur. Bəziləri isə O həzrətin Rəcəbin beşinci günü dünyaya gəldiyini qeyd etmişlər.
5) Əbu Cəfər əs-Sani İmam Məhəmməd bin Əli  hicrətin 195- ci ili Rəcəb ayının onunda anadan olmuşdur. O həzrətin qırxdan çox ləqbi vardır ki, bunlardan ən məşhurları: Təqi və Cavaddır.
6) İmam Əli (ə) "Amul-fil"in (Fil ili) 30-cu ili, bu ayın 13-də, cümə günü, hicrətdən 23 il və Peyğəmbərin risalətindən 12 il qabaq Kəbədə dünyaya göz açmıdır.
Atası Əbu-Talib və anası Fatimə bint Əsəddir. O həzrətin otuza yaxın övladı olmuşdur ki, onlardan beş nəfəri (Həsən, Hüseyn, Zeynəb, Ümmü-Gülsüm) həzrət Zəhranın (s) övladlarıdır.
İmam Əlinin (ə) Ümmül-bənin adlı xanımından da dörd oğlu (Abbas (Əbəlfəzl), Cəfər, Osman, Abdullah) olmuşdur ki, hər dördü Kərbəlada şəhid olmuşdur.
7) Rəcəb ayının 15-ci günü Peyğəmbər Əbi-Talib dərəsindəki iqtisadi mühasirədən çıxdı.
8) Hicrətin 15-ci ili Rəcəb ayının 15-cü günü Peyğəmbər Əli ilə (ə) həzrət Fatiməni (s) evləndirdi. Bəzi rəvayətlərə görə bu zaman həzrət Zəhranın (s) 13 və bəzi rəvayətlərə görə isə 9 ya 10 yaşı olmuşdur.
9) Bu ayın on səkkizinci günü Peyğəmbərimizin (s) oğlu İbrahim vəfat etmişdir.
10) Bu ayın iyirmi birinci günü Müaviyə bin Əbu-Süfyan cəhənnəmə vasil olmuşdur.
11) Xeybər qalalarının həzrət Əlinin (ə) əli ilə fəth olunması hicrətin yeddinci ili bu ayın iyirmi dördünə təsadüf edir.
 12) Doqquzuncu məsum, yeddinci imam Əbul-Həsən Musa bin Cəfər əl-Kazim hicrətin 183- cü ili, bu ayın iyirmi beşində 55 yaşında ikən, Əbbasi xəlifəsi Harun ər-Rəşidin tərəfindən Bağdad şəhərinin zindanlarının birində zəhərlənərək, şəhid edilmişdir.
O həzrətin müqəddəs məzarı İraqın Kazimeyn şəhərindədir.
İmam Kazım (ə) hicrətin 128-ci ili Səfər ayının səkkizi Mədinə şəhərində dünyaya göz açmışdır. Atası İmam Sadiq (ə) və anası Həmidə adlı bir xanım olmuşdur.
Tarixçilərin yazdığına görə O həzrətin 37 övladı olmuşdur. Bəziləri bu rəqəmi hətta 60 da çatdırmışlar. Onlardan ən məşhurları İmam Rza (ə) Məşhəddə, Həzrət Məsumə (s) Qum şəhərində və Həzrət Həkimə (s) Bakı şəhərinin girəcəyində (Bibiheybət) dəfn edilmişlər.   Rəvayətdir ki, hər kəs bu günü oruc tutarsa, bu oruc onun iki yüz illik günahlarının kəffarəsi sayılacaqdır.
13) İbni Əyyaşın fkirincə Peyğəmbərin (s) əmisi və imam Əlinin (ə) atası həzrət Əbi Talib (ə) bu ayın iyirmi altısında vəfat etmişdir. 
14) Hicrətdən 13 il öncə, bu ayın iyirmi yeddisi həzrət Məhəmməd bin Abdullah (s) peyğəmbərliyə seçilmişdir.
15) Peyğəmbərin (s) əmisi Abbas bin Ədül-Müttəlib hicrətin 32-ci ili bu ayın 12- ci günü vəfat etmişdir.
16) Hicrətin 62-ci ili Rəcəb ayının 15- cü günü Həzrət Zeynəb (s) vəfat etmişdir.
Mənbə:
1)     Təqvime ibadiye Şiə (Şiənin ibadi təqvimi), Mehdi Mehrizi.
2)     Bəharul-ənvar, Əllamə Məclisi.
3)     Əl-İrşad, Şeyx Müfid.
4)     Əl-Ğədir, Əllamə Əmini.
5)     Müntəhəl-amal, Şeyx Abbas Qumi.
6)     "Nurul-Cinan" dua və əxlaq elektiron kitabxanası
Hazırladı: Mirmhəhəmməd Bəşirov.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
İSLАM PEYĞƏMBƏRİNİN (S) MÖVLUDUNDАN İMАM MEHDİNİN (Ə. C.) QEYBƏ ...
Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI

 
user comment