Azəri
Thursday 26th of November 2020
  784
  0
  0

"Həcc"-dən "Alma"-ya etiraz

 

Bazar ertəsi, 01 Noyabr 2010 12:28

    “Həcc” dini-elmi jurnalı peyğəmbərimizin təhqirinə qarşı etiraz etdi.

    Bir dövlətin, bir millətin gələcəyi, onun yükünü daşıyan gənclərdir. Dövlətin gələcəyi, onun yetişdirdiyi gənclərin potensial imkanlarından, dünya görüşünün zənginliyindən, vətənə, millətə, mənəvi dəyərlərinə məhəbbətindən qaynaqlanır. Bugünün əldə kitab ali təhsil ocaqlarının auditoriyalarındaında parta arxasında oturan gənci sabahın dövlət xadimi, yüksək siyasi arenalarda dövlətin siyasi, iqtisadi və s.. problemlərini həll etməyə qadir bir şəxsiyyəti deməkdir.
    Gələcəyimizin qarantı olan gənclərimizin yüksək ali keyfiyyətləri mənimsəməsi və bu resurslara tam malik olması bilavasitə ziyalıların və xüsusilə müəllimlərin öhdəsindədir.

    Ali keyfiyyət məfhumu təkcə savad və biliklə kifayətlənmir. Yüksək intellektə malik olan insanın savad və dünya görüşü ilə bərabər onun məslək, əqidə, etiqad, müqəddəslərə inam, milli mənəvi dəyərlərinə sadiqliyi və digər bu kimi müqəddəs keyfiyyətlərə sahib olması, bunları özündə əks etdirməsi əsas şərtlərdən hesab olunur.

    Bəs görəsən bu gün min bir arzu və himmət ilə ali təhsil ocaqlarında təhsil alan Azərbaycan gənci qeyd etiyimiz yüksək əxlaqi dəyərləri, özlərinə nümunə hesab edən müəllim və professor heyətindən əldə edə bilirmi? Ali təhsil ocaqlarının müəllimləri, bu gün onların qarşısında, parta arxasında oturan sabahın ziyalılarına, millət vəkillərinə ən əsas sabahın azərbaycanlısına nə dərəcədə nümunə olur, onlara vətənin tarixini, milli mənəvi dəyərlərini aşılaya bilirlərmi?
    Bu yaxınlarda “Alma” adlı bir qəzetdə İslam dininin banisi, Tanrının bəşəriyyəti hidayət etmək üçün göndərdiyi elçisi Həzrəti Məhəmməd haqqında yayımlanan təhqiramiz bir məqalə məni də bir müsəlman, bir azərbaycanlı kimi narahat etdi. Əlbəttə ki, narahat etməyə bilməzdi. Qəzetin 13-cü səhifəsində Peyğəmbərimizin həyat və fəaliyyətinə, hətta utanmadan onun ailə məsələlərinə təhrifedici yolla müdaxilə etməkdən belə çəkinməyən Tural Qurbanlı adlı əli qələm tutmayan şərəfsiz bir yazar müəslmanların dini heysiyyatına zərəbələr endirdi. Bu dindən, imandan, mənəvi dəyərlərdən çox uzaq olan “yazar”, insanlığın iftixar tablosunun ona yaraşmayan karikaturasını belə dərc etmişdir. Dəfələrlə qeyd etdiyimiz qəzetdə Ağalar Məmmədov adlı şəxs də bu tip yazıları ilə çıxışlar edirdi. Qeyd edək ki, Ağalar Məmmədov Xəzər Universitetində müəllim işləyir və vəzifəsindən sui istifadə edərək gənclərimizi allahsızlığa dəvət edir, İslam dini haqda yanlış məlumatlar verir.
    Əlbəttə bu kimi təxribat xarakterli yazılara dünyanın müxtəlif mətbu orqanlarında rast gəlmişik və müqəddəs dinimizin şərəf- ləyaqətini daim müdafiə etməkdən çəkinməmişik, bir çox əsli bilinməyən “haramzadə”lərə lazımi cavablar vermişik. Lakin Azərbaycan mətbuatında belə bir addım atmağa, öz tarixinə, ata-baba inancına naxələf çıxmağa cürət edən və adı kimi, özü və fəaliyyəti mənasız çalarlara söykənən “Alma” qəzetinin bunu dərc etməsi bizim millətimizlə və dövlət siyasətimizlə ziddiyyət təşkil edir. Çünki Azərbaycanın 98% İslam dininə inanır, onun dini dəyərlərinə riayət edir və ən azından ehtiramla yanaşır.

    Bu məqaləmdə onların iddia etdiyi fikirlərin yanlışlığını sübut edəcək dəlillər gətirmək firim yoxdur. Çünki dəfələrlə onların iddialarına qarşı kifayət qədər elmi sübutlar gətirmişik. Lakin “çe fayda kor tutduğunu buraxmaz” demişlər.

    Tarix boyu başı həmişə qalmaqallarda olan yazıq millətimiz. Azadlığının, inancının, namusunun müdafəsi yolunda bir savaşdan qurtulmamış digərinə sinə gərən xalqımız indi də daxili düşmənləri, inanc və hissiyyatına ləkə yaxmaq istəyən casusların hücumuna məruz qalıb. Bir tərəfdən azadlığı uğrunda canını Allaha qurban verən Mübariz İbrahimov kimi imanına sadiq qəhrəmanları görəndə fəxr edirik ki, bu xalqa mənsubuq. Digər tərəfdən isə “Armud” üzr istəyirəm “Alma” qəzetində müqəddəslərə atdığı böhtanları ilə rekalm olmaq istəyən Turan Qurbanlı, Xəzər universitetinin auditoriyalarında İslam dini əleyhinə öz mənasız fikirləri ilə gələcəyimizi mənəviyyatsızlığa dəvət edən Ağalar Məmmədov kimilərin sorağını eşidəndə şəhidlərimizin qanına heyfimiz gəlir.

    Tural “bəy” sənin təhqir etdiyin Allahın elçisi Məhəmməd (s) ın və onun həyat yolunun davamçılarının hesabına bu gün dinc və asayişdə yaşayırsan. Sən “Alma” qəzetində xalqımızın dini inancını təhqir et, qoy sənin yerinə Allaha və Onun Rəsuluna sadiq qalanlar bu yolda şəhadət mərtəbəsinə yüksəlsinlər. Əslində nə sən nə də cəhənnəmə vasil olmuş ustadın Turan Dursun kimilər bu mərtəbəyə layiq deyilsin. Çünki Cənnət Allah və Rəsulunu sevənlər üçün hazırlanıb. Bu şərəflilərin məqamıdır. Sənin kimilər üçün isə Allahın cəzası olaraq Cəhənnəm atəşi tükənməzdir.

    Sənin təhqir etdiyin Allah və Həzrət Məhəmməd (s) ə inananlar, onun yolunun davamçıları, sonunda şərəfsizlərə heç bir vəchlə qismət olmayacaq belə bir iz qoyurlar. Oxu və utan!

    “Canım atam və anam, məndən sarı darıxmayın, inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.- İbrahimov Mübariz”.

 

  784
  0
  0
امتیاز شما به این مطلب ؟

latest article

İlahi kitabda hər rətb və yabis var, kitabdan məqsəd, mövcud Quandırmı? Rətb və ...
Təvəssül
İslamda "pak göz"ün dəyəri
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
Sevgililər Günü olan İmam Əli ilə Xanım Fatimənin (ə) İzdivacının ildönümü mübarək!
MÜCIR DUASI
Nə üçün həzrət Əlinin (ə) adı Quranda yazılmayıb?
Mursəlat" surəsi
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
Ruh oxşayan hədislər

 
user comment