Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

İSLAM ŞƏRİƏTİNDƏ SAĞLAMLIQ VƏ UZUN ÖMÜRLÜLÜK ELMİ VƏ TİBBİ SÜBUTLARLA

İSLAM ŞƏRİƏTİNDƏ SAĞLAMLIQ VƏ UZUN ÖMÜRLÜLÜK ELMİ VƏ TİBBİ SÜBUTLARLA

QISA ÖMÜRLÜLÜYÜN AMİLLƏRİ

1. Qohumlarla əlaqəni kəsmək
     2. Yalandan and içmək
     3. Yalan danışmaq
     4. Zina (bu haqda elmi bəhs bəyan edildi)
     5. Müsəlmanların yolunu bağlamaq
     6. Haqsız rəhbərlik etmək
     İmam Səccad (ə) buyurub: «İnsanı məhv etməyə tələsən günahlar əlaqəni kəsmək, yalan and, yalan danışmaq, zina, müsəlmanların yolunu bağlamaq və haqsız rəhbərlik etməkdir».
     7. Leş (cəmdək) yemək
     İmam Sadiq (ə) buyurub: «Leşə yaxınlaşaraq onu yemək bədənin zəifləməsi, cismin arıqlaması, gücün süstləşməsinə səbəb olar. Leş yeyən insan, qəfildən ölər». («Böyük günahlar», c.2, səh. 156 – Leşin cismi zərərləri haqda daha artıq məlumat üçün, həmin kitabın «Cəmdək» haqqındakı bölməsinə müraciət edin.)
      («Cəmdək» mövzusunda bu barədə elmi söhbət edildi).

     8. Yaşlı insanlarla cinsi əlaqədə olmaq
     Əmirəlmöminin Əli (ə) buyurub: «Qocalarla yaxınlıq etmək insanların ömrünü məhv edir və sağlam insanları xəstələndirir». («Həkim tibbi», səh.125)
     Sədəqə, ziyarət və digər işlərin uzun və qısa ömürlülüklə əlaqəsi
     Sağlamlığın və ömrün az ya çox olmasının, İmam Hüseynin ziyarəti, yalandan and içmək, daim dəstamazlı olmaq, sədəqə və buna bənzər işlərlə nə əlaqəsi ola bilər?
     Dünyanın bir çox müasir alimləri gördüklərini maddiyyat eynəyi ilə müşahidə edirlər. Təsəvvür edə bilmirlər ki, bu dünyada gözlə görünməyən, hiss edilməyən və dərk olunmayan həqiqətlər də var ki, öz növbəsində bu işlərdə təsirli rolu var. Doğrudur ki, bizim üçün də adi yollarla dərk olunan deyil, amma bizimlə onlar (müasir alimlər) arasında fərq var. O da budur ki, biz dinin böyük rəhbərlərindən və hörmətli İmamlarımızdan bir şey eşitdikdə başa düşürük ki, onlar bu mətləbi ilahi yolla əldə ediblər və şübhəsiz bunların hamısı danılmazdır. Bunu da qeyd etmək lazımdır ki, dünyanın bir çox alimləri Allaha və bu dünyanın digər gizli həqiətlərinə inanaraq ən çox bu dünyanın mürəkkəb sirləri qarşısında öz acizliklərinə etiraf edirlər. Bunun üçün alimlərdən bir neçə sözü müddəamıza sitat gətiririk.
     

ALİMLƏRİN SÖZLƏRİ


     1. Muris Moterlinq
     O, tanınmış yazıçılardan və Avropanın böyük alimlərindən biridir. Onun ilk kitabı Nobel mükafatına layiq görülmüşdür. Məşhur Filosof Breksul onun barəsində deyir: «Əgər biz Moterlinqə əsrimizin Sokratıdır desək, Sokratı yüksəltmiş və Moterlinqi kiçiltmiş olarıq». O, 20-yə yaxın fəlsəfi kitab və elmi məqalələr yazmışdır. Kitabların hər biri orta hesabla 150 dəfə çap olunub və dünyanın müxtəlif dillərində tərcümə olunmuşdur. Moterlinq deyir: «Mən nə qədər təkrar etməliyəm ki, heç nə bilmirəm və nə qədər deməliyəm ki, heç kim heç nə bilmir. Əgər kimsə nə isə bilsəydi, bildiklərini indiyədək hamıya demişdi. Hamı da dünyanın sirrindən xəbərdar olardı. Elə buna görə də, xilqət, dünyanın sirləri və onun sonu haqqında nə deyiriksə, fikrimizə gələn düşüncələrdir. Öz fikrimizə əsasən də bu məsələlər haqqında nəzər veririk. Bir gündən sonra dediklərimiz zehnimizdə süstləşərək dəyərsizləşir». («Günahın cəzası», c.2, səh.5 və 6)
     2. Abeyburinin sözləri
     O, deyir: «Çevrənin radiusu artdıqca sahəsi dəfələrlə böyüdüyü kimi, bizim də məlumatımız artdıqca məchullarımız qat-qat çoxalır. Çox təəssüflər olsun ki, qürurlu və özümüzdən razı olmağımıza baxmayaraq dizlərimizi yerə qoyaraq bu barədə heç nə bilmədiyimiz və varlığın sirrindən xəbərimizin olmadığını etiraf etməyə məcburuq. Həyatla ölüm, xilqətin fəlsəfəsi və bir çox başqa işlər hələ bizim üçün müəmmalı olaraq qalır. Ola bilsin bu tezliklə kəşf olunmasın. Nə üçün uzağa gedirik. Biz hələ özümüzü tanımırıq. Bilmirik kimik, təbiətlə nə əlaqəmiz var, hardan gəlmişik və sonda əjdaha kimi bütün insanları özünə tərəf çəkən o qorxulu zindanın qəbr qapısından hara gedəcəyik?
     Bəli biz heç nə bilmirik və bütün bu işlərin üzərinə sual işarəsi qoymağa məcburuq. («Günahın cəzası», c.2, səh.7)
     3. Aleksis Karlın sözləri
      Nobel mükafatına layiq görülmüş bu fıransalı bioloq öz «İbadət» kitabında deyir: «Bəzən ibadətin heyrətləndirici təsiri olur. Elə xəstələr olub ki, təxminən bir anlığa cüzam, xərçng, böyrək çürüməsi, xroniki yaralar, ağ ciyər və sümük vərəmindən şəfa tapırlar. Belə şəfa tapanlar təxminən həmişə birdir. Şiddətli ağrıdan sonra bir neçə dəqiqə ərzində şəfa tapır və ən çoxu bir neçə saatdan sonra xəstəliyin təsiri məhv olur. Onun cismi və anatomik yaraları da sağalır. Bu möcüzə o qədər sürətlə xəstəyə öz sağalmağını qaytarır ki, hətta bu gün cərrahlar və fizioloqlar təcrübə boyu müşahidə etməyiblər..». («Günahın cəzası», c.2, səh.21)
     Həmin yazıçı «İnsan naməlum varlıqdır» kitabında bir sıra məsələlərdən sonra deyir: «Ola bilsin bizim üçün bu xariqüladə məsələlərin səbəblərini öz elmi axtarışımızla dərk edək». («Günahın cəzası», c.2, səh.23)
     Böyük alimlərin yaradılış və dünyada baş verən hadisələr qarşınızda öz acizliklərini etiraf etmələrindən əlavə özümüz də əyani surətdə müşahidə edirik ki, dünyada adi insan dərki ilə izah oluna bilməyən bir çox fövqəltəbii hadisələr baş verir. Ona görə də bir şeyin səbəbini ağılla dərk edə bilmədikdə onu inkar etməməliyik (necə ki, bu kitabda qeyd olunmuş bir çox rəvayətləri əvvəl başa düşmək olmur. Amma elmi tədqiqatlardan sonra müəyyən qədər dərk olunur). Onun səbəbini dərk etmədiyimizi deməliyik. İndisə minlərlə dərk olunmayan qeyri adi işlərdən ikisinə işarə edirik.
     1. Şeyx Həsənəli Noxudəki və su quyusu
     Bizim evimizə yaxın bağı olan Tehranın hörmətli tacirindən bir nəfər, bizim üçün belə bir əhvalat danışıb: «Biz bu bağı alarkən su sarıdan çətinlik çəkirdik. Su xətti də yox idi. Bu səbəbdən də məcbur olduq ki, bağda çox da dərin olmayan bir su quyusu qazaraq su matorunun köməyilə bağı suvaraq. Amma haranı qazırdıqsa, su çıxmırdı. Bu iş üçün xeyli xərc çəkməyimizə baxmayaraq yenə də bir nəticə əldə edə bilmədik.
     Bu müddət ərzində 8-ci imam həzrət Rzanı (ə) ziyarət etmək qəsdilə Məşhədə getdim. Mərhum hacı şeyx Həsənəli Noxudəki ilə çoxdankı tanışlığımıza görə onu görməyə getdim. Sohbət əsnasında Şəmiran bağında çoxlu su quyuları qazmağımız və heç bir nəticə ala bilməyərək ziyana düşməyimiz barəsində o mərhuma danışdım, ondan kömək istədim. O mənə dedi: «Mənim sənə tapşıracağım işi Tehrana qayıdandan sonra etsən bu tapşırığa əsasən bağın harasını qazsan ordan su çıxacaq və bir də heç vaxt qurumayacaq. Nə qədər istəsəniz o sudan istifadə edin. Sizə kifayət edər.
     Bu şərtlə ki, camaatın, yoldan keçənlərin və qonşuların da o sudan istifadə etmələri üçün bağın kənarında bir kran qoyasan. Şərti qəbul etdim. O, balaca bir kağız götürüb onun üzərinə dua yazdı. Mənə verərək dedi: «Haranı istəsəniz qazın. Əvvəlcə bu kağızı qazmaq istədiyiniz yerə qoyun, daha sonra qazıntıya başlayın. Suya yetişdikdə, bu kağızı quyuya atın.
     Mən Tehrana qayıtdıqdan sonra onun tapşırıqlarını yerinə yetirdim. İndi neçə illərdir ki, il boyu o quyunun suyundan istifadə edirik. Bəzən də yayda hər gün saatlarla su matoru ilə o quyudan su çəkməyimizə baxmayaraq heç bir damcı da o sudan azalmır. O mərhumun göstərişinə əsasən bağ divarının arxasında kran qoymuşuq ki, bütün camaat o sudan istifadə etsin. («Günahın cəzası», c.2, səh.25)
     2. Asketlə qatarın hekayəsi
     Misir jurnallarından biri materialist alimlərindən birinə xitab edərək deyir: «Ey alimlər, neçə il bundan qabaq baş vermiş hadisə, hansı elm və qanunla uyğun gəlir? Bunu necə dərk edirsiniz?» Daha sonra aşağıdakı hekayəni nəql edir:
     «12 il bundan öncə Hindistan şəhərlərinin birində, asketlərdən olan kasıb bir kişi qatara minir. Bir-iki dayanacaq ötəndən sonra adət üzrə qatar rəisi biletləri və sərnişinləri yoxlamaq üçün vaqonları gəzir. Bu kasıb kişiyə çatdıqda ondan bilet tələb edir. Asket biletinin olmadığını bildirir. Qatar rəisi: – qatarın pulunu ver sənin üçün bilet verim – deyir. Asket deyir: «O da yoxumdur».
     Qatar rəisi növbəti dayanacaqda asketi düşürmək üçün qatarın işçilərinə göstəriş verir. Qatar növbəti dayanacağa yetişir. İşçilər kasıb asketi düşürmək üçün onun yanına gəlirlər. Asket onlara üz tutaraq deyir: «Məni düşürsəniz qatar hərəkət etməyəcək». İşçilər istehza ilə gülərək onu qatardan düşürürlər. Asket yaxınlıqdakı təpəyə gedir. Təpənin üstündə səpələnib oturaraq gözlərini qatara dikir. Qatarın işçiləri öz işlərini bitirdikdən sonra qatarın fitini çəkirlər. Sərnişinlər fit səsini eşitdikdə qatara daxil olurlar. Maşinist fiti çəkərək hərəkət düyməsini basaraq tormozu buraxır. Amma qatarın tərpənmədiyini müşahidə etdikdə heyrətə gəlir. Bir qədər o tərəf bu tərəfə baxaraq, qatarın vint və qaykalarını yoxlayır. Hamısının öz yerində olduğunu görür. Bununla belə qatarın nə üçün hərəkət etmədiyini başa düşə bilmir. Yavaş-yavaş qatarın və dayanacağın işçiləri və rəisləri yerə enərək mexanik gətizdirirlər. Nə qədər çalışırlarsa da bir nəticəyə gələ bilmirlər. Lokomotivin texniki qüsura düçar olduğunu və elə bu səbəbdən də qatarın hərəkət etmədiyini zənn edirlər. Bunun üçün başqa bir lokomotiv gətizdirib qatara qoşurlar. Bu lokomotivin də tərpənmədiyini gördükdə təəccüblənirlər. Nəhayət işçilərdən biri deyir: «Ola bilsin qatardan düşürdüyümüz o kasıb kişinin işidir. Qatardan düşərkən «Məni düşürsəniz qatar hərəkət etməyəcək» – dedi. Bəlkə də o kişi asketdir və elə iş görüb ki, qatar tərpənmir». Beləliklə kasıb kişini axtarmağa başlayırlar. Onu yaxındakı təpədən tapırlar. Yanına gəlib üzrxahlıq etdikdən sonra, xahiş edirlər ki, pulsuz hara getmək istəyirsə qatara minsin. Amma o qəbul etməyərək deyir: «Nə vaxt qanun çıxarsanız ki, bu gündən etibarən hər bir kasıb asket istədiyi vaxt bir şəhərdən digər şəhərə pulsuz aparacaqsınız, qatara minərəm». Qəribə çətinliklə üzləşmişdilər. Nəhayət asketin təklifini qəbul edərək bu barədə ona söz verdikdən və sərnişinlər və işçilər xeyli təkid etdikdən sonra asket qalxaraq qatara mindi. Qatara daxil olmağı ilə qatar hərəkət etdi». («Günahın cəzası», c.2, səh.26)
      Sonda qeyd etmək istərdim ki, bu yazı ilə oxucuların əhkama qarşı olan əqidələrinin artacağına və İslamın hərtərəfli, qlobal din olduğunu dərk edəcəklərinə ümidvaram. Elə bir din ki, heç bir din və elm onunla müqayisə edilə bilməz.
     

 

 

 

 

İSLAM ŞƏRİƏTİNDƏ SAĞLAMLIQ VƏ UZUN ÖMÜRLÜLÜK ELMİ VƏ TİBBİ SÜBUTLARLA
YEDDİNCİ FƏSİL

ELMİ SÜBUTLARLA HƏDİSLƏRDƏ UZUN VƏ QISA ÖMÜRLÜLÜYÜN FAKTORLARI

RƏVAYƏTLƏRDƏ ÖMRÜN UZUN OLMASININ AMİLLƏRİ


     Rəvayətlərdə ömrün uzanmasına səbəb olan bir neçə amilin adı çəkilib. Onlardan bəzilərinə qısa şəkildə işarə edirik. Qeyd etmək lazımdır ki, öz məhdud elmimiz səviyyəsində onların bir sıra elmi dəlillərinə işarə edirik. Elmi dəlillər hələ kəşf olunmayan onlardan digərlərinə isə toxunmuruq, amma bu hissənin sonunda bu barədə söz açacağıq. Rəvayətlərdə ömrün uzun olmasının amilləri aşağıdakılardan ibarətdir:
     1. Səhər yeməyinin tez yeyilməsi
     Doktor Şəhid Paknejad yazır: «Qidaşünaslıq («Dietologiya») kitablarında çox təəcüblü mətləblər görürəm. Sanki, 14 əsr bundan əvvəl İslamdan köçürülüb. (Misal üçün, yazılır ki,) Acmamış yemək yeməyin və doymamış əlinizi yeməkdən çəkin. Yatdıqdan və istirahət etdikdən sonra yaxşı yeyin. Yedikdən sonra isə yorğan-döşəyə tərəf getməyin.
     Ən üstün yeməyiniz səhər yeməyi üçün seçib sübh tezdən yeyin və s. Çazçucil adlı dietoloqun «Səhər yeməyi mühüm qidalardandır» - sözü düzgün fikirdir. Siz sübh çağı yaxşıca yeməyə adət etməmişsinizsə öz sağlamlığınızı və iş həcminizi təhlükəyə almış olursunuz. Səhər yeməyini az yeyənlər və ya ümumiyyətlə yeməyənlər karans (vitamin çatışmazlığı) xəstəliyinə başqalarından daha çox məruz qalır, öz işlərində çox səhvə yol verir və təhsildə az müvəffəq olurlar. Diqqət etməli məsələlərdən biri də budur ki, dietologiya üzrə mütəxəssislər yetərincə istirahətdən sonra yeyilən yeməyi çox faydalı bilirlər. («İlk universitet, son peyğəmbər», c.3, səh.288)
     2. Münasib ayaqqabı
     Görəsən ideal ayaqqabı seçməyin şad və uzun ömür yaratmaqda nə kimi təsiri var ki, İmam onun qida maddələrindən sonra son dərəcə əhəmiyyətli olduğunu bildirib?
     Bu sualın cavabında demək lazımdır ki, bədənin müvazinətini qoruyan onurğa sütunudur. Onurğa sütununun əyilməsi bağırsaqların pozulması və narahatlıqlarına gətirib çıxarır. Bunların hamısı ayaqqabı seçimindən irəli gəlir. Bu halda yaxşı ayaqqabının təsirini biləcəksiniz. («İlk universitet, son peyğəmbər», c.18, səh.251) Başqa məsələlərdə, o cümlədən: ayaqqabının şadlığa səbəb olacaq rənginə, çəkisinə, havasını dəyişmək üçün ayaqqabının açıqlığına, dabanına, pəncəsinə və sair kimi işlərə diqqət etmək lazımdır. Narahat ayaqqabıların törətdiyi zərərlərlə yaxından tanış olmaq üçün, onlardan bəzisinə işarə edirik.
     

Dar uclu ayaqqabılar


     İndiki zamanda kişilərin saçları nə qədər çox pırtlaşırsa (mod üçün) qadınların ayaqqabılarının ucları bir o qədər daralır. Səbəbini soruşanda, bütün təqsirləri «mod» adlı sözün üzərinə atırlar. Bunuda qeyd etmək lazımdır ki, kişilərin ayaqqabıları heç də qadınların ayaqqabılarından geri qalmır. Get-gedə də ayaqqabıların ucu, quşların dimdiklərinə bənzəyir. Sanki, kişilərlə qadınların geyim tərzini müəyyənləşdirmək «dəbin» üzərinə qoyulmuşdur. Tərslikdən modelyerlər heç də insanların sağlamlıqları barəsində düşünmürlər. Beləliklə bunların zərərini çəkmək, belə geyimlərdən istifadə edən insanların üzərinə düşür.
     Bu cür ayaqqabılardan istifadə edən bəzi insanların dəlilləri budur: «Bəs necə ola bilər, bu qədər insanlar belə ayaqqabıları geyinirlər, amma xəstələnmirlər»? Hansı ki, bu cür insanların özlərindən soruşsanız, çoxlu acı xatirələr danışa bilərlər. Misal üçün, həmin xatirələrdən biri belədir: «Burunu dar ayaqqabılar yeni moda düşmüşdü. Mən də gedib onlardan birini alaraq bütün günü geyib gəzdim və özümü göstərdim. Sabahsı gün yenidən ayaqqabımı geymək istəyəndə baş barmağımda güclü ağrı hiss etdim. İlk öncə çoxda əhəmiyyət vermədim. Amma gördüm dözə bilmirəm. Ayağıma baxanda qızardığını gördüm. Ev ayaqqabısıyla həkimə getməyə məcbur oldum. Həkim, dırnağımın ətin arasına girdiyini və onu hökmən çıxarmaq lazım olduğunu dedi».
     

Dar uclu ayaqqabıların zərərləri


     1. Dırnağın ətin arasına girməsi
     Bu dar ayaqqabıların geyilməsindən irəli gəlir. Bu da baş barmaqda yayılmış zərərlərdəndir. Bu xəstəlik də fiziki sıxıntılar səbəbindən adətən dırnaqkənarı toxuma sıxılır və dırnaq, toxumalara daxil olur. Adətən bu ağrı şiddətli olur və get-gedə infeksiya edir. Bunun qarşısını almaq üçün dırnaqları düzgün tərzdə kəsmək və dar ayaqqabılardan çəkinmək lazımdır.
     2. Baş barmağı həmişəlik ikinci barmağa tərəf əyilməsi
     Bu çatışmazlıq «Elqus» və «Halus» adlanır.
     Səudiyyə Ərəbistanı alimləri tərəfindən aparılmış axtarışlar göstərib ki, qadınlar arasında Halus və Elqus xəstəliyi həmişə ucu dar ayaqqabı geyinmək nəticəsində yaranır.
     Beləliklə də deyəcəksiniz ki, uclu ayaqqabı geyinənlər məgər neçə nəfər Halus və Elqus xəstəliyinə tutulub ki, bu qədər onun barəsində səs-küy qalxıb?
     Bu sualın cavabında Səudiyyə Ərəbistanı ər-Riyaz şəhərinin «Məlik Səud» unversitetinin müəllimi Əbdülvəhhab deyir: «Uzun müddət ucu dar ayaqqabı geyinən insanların təxminən 81 faizi sonda Elqus və Halus xəstəliyinə tutulurlar.
     3. Ayaq döyənəyi, qabar və barmaqların əyilməsi belə ayaqqabıların ziyanlarındandır. («Səlamət» həftəlik jurnalı»)
     

Hündürdaban ayaqqabıların zərərləri


     Bu ayaqqabılarda burnu dar ayaqqabılar kimi ziyanlarla dolu dur. Onlardan bəzilərinə işarə edirik.
     A. Topuqun burxulması və sınması
     Bəlkə də bəzi qadınlar fikirləşirlər ki, 10 santimetirlik daban üstündən yıxılmamaq üçün bacarıq lazımdır və bir çox qadınlarda bu bacarıq olmadığı üçün yıxılırlar. Lakin yadda saxlamaq lazımdır ki, hündürdaban ayaqqabıların ziyanları təkcə topuğun burxulması və ya sınması deyil, çünki, hətta bütün ömür boyu 10-15 santimetir hündürlükdə olan ayaqqabıların üzərində gəzsəniz və heç vaxt yıxılmasanız yenə də onun başqa ziyanları ilə üzləşəcəksəniz .
     B. Baldır əzələlərinin gödəlməsi
     Qadınların 6 aydan çox ardıcıl olaraq hündürdaban ayaqqabılarda gəzməsi baldır əzələlərinin gödəlməsinə səbəb olar.
     Bu hadisənin nəticəsi ayağın əyri-üyrü olması və boyun balacalaşması deyil ki, bəzi hündürdaban ayaqqabı geyinən qadınlar desinlər: «Heç bizim ayağımızın əzələsi balacalaşmadı». Əksinə bu işin nəticəsi, pəncə qövsünün xarab olmasıyla qurtarır. Demək lazımdır ki, adətən insanlar ayaqlarının altının düzləşməsini hiss etmirlər. Amma mütləq sonralar ayağın altının düzlüyündən yaranan bel ağrıları onu incidəcək.
     C. Dizlərin gücə düşməsi
     Harvard universitetinin alimləri tərəfindən aparılan tədqiqatların nəticəsinə əsasən, enli və dikdaban ayaqqabılar dizlərə düşən gücün miqdarını 26 faiz artırır. Eləcədə dar və dikdaban ayaqqabılar dizlərə düşən gücün təsirini 22 faiz artırır.
     Q. Diz oynağının artrorz
     Diz oynağının sümükləri arasındakı, qığırdaq diz oynağı mayesinə bağlıdır. Belə ki, bu qığırdağın qidası, həmin maye vasitəsilə əmələ gəlir. Oynaqlara çox güc düşdükdə həm qığırdağa artıq təzyiq olur, həm də onun oynaq suyundan aldığı qidası çətinləşir. Zaman kedikcə bu hadisə diz oynağında artrorzun yaranmasına səbəb olur.
     D. Bel ağrısı
     Dabanın hündürlüyü 2 sm-ə qədər standarddır. Bu miqdardan hündür olarsa, yol gedərkən bədənin çox çəkisi ayağın qabaq hissəsinə düşdüyündən, bel əzələlərinin və ya dizin arxa nahiyəsi çəkildiyi üçün bel ağrısına və diz oynağının ağrılarına səbəb olar.
     3. Borclu olmamaq
     Ömrün az olmasının səbəblərindən biri də borcun çox olmasıdır. Ona görə ki, əsəb gərgintiləri insana güc gəlir. Bu əsəb gərginlikləri özü bir çox ölümün amilidir. Çox zamanlar borclu insan öz borcunu vaxtında qaytara bilmir. Bunun özü də müxtəlif xəstəliklərə səbəb olur.
     «İslam və müasir tibb» kitabının yazarı doktor Əbdüləziz yazır: «Əsəb gərginliklərinin təsiri, borcunu qaytarmağa qüvvəsi olmayan zaman baş verir».
     Belə vəziyyətdə olan insanların sonunun şəkər xəstəliyi, qan təzyiqinin artması, mikroinfarkt və hətta dəlilik gətirən qan azlığı ilə bitməsini müşahidə etmişik.
     Çünki, əsəb gərginliyi bu vaxt cisimdə «adranalin» maddəsini artırır. Bu isə qan təzyiqinə və «Bankryas» sızmasına bais olur.
     4. Cinsi əlaqədə az olmaq
     Məkruh işlərdən biri də həyat yoldaşı ilə çoxlu əlaqədə olmaqdır. Bu iş müxtəlif xəstəliklərə və tez qocalmağa səbəb olur.
     Aristoteldən soruşurlar: «Nə vaxt yaxınlıq edək?»
     Deyir: «Nə vaxt zəif olmaq istəsən».
     «Yaz çiçəyi» («Zəhr ər-Rəbi») kitabında bir nəfər müdrik insandan soruşurlar: «İnsan nə qədər yaxınlıq edə bilər?» Deyir: «İldə bir dəfə» Deyirlər: «Əgər səbr edə bilməsə?» Deyir: «Ayda bir dəfə Deyirlər: «Əgər özünü saxlaya bilməsə?» Deyir: «Həftədə bir dəfə». Deyirlər: «Əgər qarşısını ala bilməsə?» Deyir: «Sperma insanın canıdır, nə vaxt ürəyi istəsə onu bədəndən çıxarsın».
     5. Daim dəstamazlı olmaq
     Allahın Rəsulu buyurub: «Həmişə dəstamazlı olun ki, Allah-Taala ömrünüzü uzatsın». («Mizan əl-Hikmənin müntəxəbi», c.2, səh.734)
     Bu məsələdə insan düçüncəsinin dərk etməyə qadir olmadığı mənəvi bir sirrin gizlənməsindən əlavə, sağlamlıq gətirən və nəticədə ömürün uzun olmasına səbəb olan gigiyenik faydaları var.
     «İslam və müasir tibb» kitabının müəllifi doktor Əbdüləziz bu barədə deyir: «Dəstəmazın tibbi baxımdan da faydaları var. Bu mənada ki, gün ərzində ağızın bir neçə dəfə təmizlənməsi diş və damağ xəstəliklərinin qarşısını olmaq üçün mühüm vasitədir. Eləcə də bururun soyuq suyla yuyulması (Ağız və burunun yuyulması ilə dəstəmaz arasında nə kimi əlaqənin olması soruşularsa deməliyəm ki, dəstəmazdan öncə üç dəfə ağız və buruna su alaraq yaxalamaq müstəhəbdir. Burunu su ilə yaxalamaq, buruna daxil olan bir növ qurdun aradan getməsinə səbəb olur. Eləcə də soyuq su ilə dəstəmaz almaq da şəriətdə müstəhəb hesab edilir.) dəfələrlə qrip olmağın qarşısını almaq üçün ən yaxşı üslubdur. Digər tərəfdənsə bu iş (suyla burunun yuyulması) vaksenlə peyvənd etmə kimi təsirli və faydalıdır. Son zamanlar bu barədə burun mütəxəssisləri elmi tədqiqat aparıblar.
     Əl-üzün yuyulmasının faydaları aydındır. Çünki, üz və bədənin başqa üzvülərini adətən dəri və iltihab xəstəliklərinə tutularkən gün ərzində bir neçə dəfə yumaq sağlamlığı təmin etmək üçün ən yaxşı vasitədir.
     Son zamanlar aşkar surətdə məlum olub ki, əksər mikroblar dəridə yaranan çatların vasitəsilə bədənə daxil olur. Parazitlərin də həmin yolla bədənə daxil olması sübut olub. Şübhəsiz ki, ardıcıl yuyulma bu növ xəstəliklərin qarşısını almaq üçün ən təsirli və sadə yoldur. Çünki, dərinin üst qatı mikrobların bədənə daxil olmasının qarşısını alır. Yalnız dəridə çat olarsa mikrob bədənə girir. Bu zaman dəri öhdəsinə düşən işi əldən veriri və mikroblar bədənə rahat daxil olur. Bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, dəri çatının ən mühüm amili onun cod və xarab olmasıdır. Bunun da səbəbi natəmizlikdir.
     Amma ağız yolu ilə bədənə daxil olan mikroblar yalnız əllərin bulaşıq olmasından irəli gəlir. Əllər həmişə yuyulmuş və təmiz olarsa, təbiiki, xəstəliklərin qarşısını almaq üçün ən yaxşı vasitə olar. («İslam və müasir tibb»)
     6. Yaxınlarla (ata, ana, bacı, qardaş və s.) ünsiyyət yaratmaq
     İmam Sadiq (ə) bir neçə vasitəylə Peyğəmbərdən (s) nəql edir: «Yaxınlarla ünsiyyət evləri abad və ömürləri uzun edər. Hətta bu işi görənlər yaxşı adam olmasa belə». Başqa rəvayətdə buyurur: «Yaxınlarla ünsiyyət qiyamət gününün sorğusunu asan edər və pis ölümdən qoruyar».
     İmam Sadiqin (ə) səhabələrindən biri olan Hənnan ibn Sədir deyir: «Mən bir neçə nəfərlə İmam Sadiqin (ə) yanında idim. Bizim aramızda Meysər adlı bir nəfər yaxınlarla ünsiyyətdən söz saldı. Imam Sadiq (ə) ona dedi: «Ey Meysər, bu vaxta qədər neçə dəfə sənin ölümün çatıb. Amma hər dəfə yaxınlarla ünsiyyəti kəsmədiyinə görə Allah-Taala sənin ölümünü təxirə salıb. Ömrünün uzun olmasını istəyirsənsə ata-anana yaxşılıq et». («Günahın cəzası», c.2, səh.12)
     Bu işin ömrün uzun olmasındakı rolunun elmi dəlillərindən biri, cəmiyyətin insana qoyduğu təsirdir. Bu kitabın bir neçə yerində ona işarə olunub. Bütün bunlardan əlavə, İsveçdə 29 yaşdan 74 yaşadək 17000 insanın üzərində aparılan 6 illik tədqiqata əsasən, bu insanların arasında daha çox təklik sevənlər, digərlərindən dörd dəfə çox vaxtsız ölümə məruz qalırlar. Habelə Pensilvaniyada Karenci Lun universitetinin müəllimi Şeldun Kuhən tərəfindən aparılmış axtarış göstərib ki, ailə və dostlarla ictimai bağlılıq, insanı infeksiyalı xəstəliklərdən qoruyur. («Ailə sağlamlığı», birinci il, 3-cü sayı, qış 138 (h.ş))
     7. Gözəl davranış və yaxşılıq (xüsusilə də valideynə)
      İmam Sadiq (ə) buyurub: «Dünyada xalqla gözəl darvranışla həyat sürən insanların ömrü təbii ömürlərilə yaşayanlardan çoxdur». («Günahın cəzası», c.2, səh.12)
     Eləcə də buyurub: «Kim ailəsilə yaxşı davranarsa ömrü uzanar».
     8. Sədəqə vermək
     Başqa bir rəvayətdə Allahın Rəsulu buyurub: «Sədəqə verin və öz xəstəliklərinizi sədəqə ilə sağaldın. Çünki, acı hadisələrin və xəstəliklərin qarşısını alaraq sizin ömrünüzü və yaxşılıqlarınızı artırar».
     9. İmam Hüseynin (ə) məzarını ziyarət etmək
     İmam Baqir (ə) buyurub: «Bizim ardıcıllarımıza İmam Hüseynin (ə) qəbrini ziyarət etmələrini tapşırın. Çünki, o həzrəti ziyarət etmək ruzini artırar, ömrü uzadar və pislikləri uzaqlaşdırar». («Mizan əl-Hikmənin müntəxəbi», c.2, səh.735)
     10. Yaxşı niyyət
     İmam Sadiq (ə) buyurub: «Kim yaxşı niyyətdə olarsa, ömrü uzanar». (Həmin qaynaq)
     Axırıncı qeyd olunan bir neçə məsələ ən üstün mənəvi təsirlərdən əlavə ruhi təsirlərə də malikdir. Bu da insanın ruhi aləminin dəyişilməsinə səbəb olur. Nəticə etibarı ilə, ruhla cisim qarşılıqlı əlaqədə olduğu üçün insan bədəni sağlam qalaraq ömrü uzanır.
     11. Əfv Etmək
      İslam Peyğəmbəri buyurur: «Əfvi, güzəşti çox olan şəxsin ömrü uzun olar». («Məcalis əl-Muhibbin», c.1, səh.435)
     

Əfv etmək və müasir elm


     Tədqiqatlar güzəşt etməyin ən azı iki işdə təsiri olduğunu göstərirlər. Birincisi: intiqam almaq vəziyyətinin stressini azaldır. Belə ki, bu stress töhmət, qəzəb, düşmənçilik, nifrət, inciklik və qorxunun (inciməkdən ya yenidən təhqir olmaq qorxusunun) nəticəsidir. Bu hisslər qan təzyiqinin artması və hormonların dəyişməsi kimi fizioloji nəticələrə səbəb olur. Bu da ürək, damar xəstəliklərinə, bədənin təhlükəsizlik sisteminin korlanmasına, yaddaş və əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tədqiqat fondunun icraçı müdiri Ort Vortinqton, bağışlamaq barəsində deyir: «Siz hər dəfə intiqam hissi keçirəndə, öz sağlamlığınız üçün bir çətinlik yaradırsınız». («Səlamət» həftəlik jurnalı)
     Güzəştin digər faydaları olduqca incədir. Tədqiqatlar dostları, qonşuları və ailəsi ilə güclü ictimai əlaqə yaradanların tənha yaşayan insanlardan daha sağlam olduqlarını göstərir. Əfv etməyən insanlarsa öz yaşayış əlaqələrinin əldən çıxmasına görə qibtə edirlər.

 

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment