Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Varlıq aləminin əzəməti və sonu

QURANDA
DÜNYAŞÜNASLIĞIN
ƏSASLARI

Varlıq aləminin əzəməti və sonu

Varlıq aləminin əzəməti və sonu Qurani-Kərim baxımından maraqlı bir tərzdə bəyan edilir. Kainatın əzəmət və sonsuzluğu bəşərin diqqətini həmişə cəlb edən məsələlərdəndir.
     Quran ayələri kainatın əzəmət və sonsuzluğunu ifadə etmək üçün mübaliğə və təmsil üsulundan faydalanır. Bu əzəmət o dərəcədə geniş və əhatəlidir ki, əgər bütün ağaclar qələmə, dəryalar isə mürəkkəbə çevrilərsə yenə də bu əzəməti təsvir və bəyan etməyə qadir olmaz. Varlıq aləminin əzəməti Haqqın əzəmətindən qaynaqlanır. Allahın substansiya, ad və sifətləri bəyana sığmadığı kimi, Onun xəlq etdiyi varlıq aləmi də bu sayaq bəyana sığmaz.
     Kainatın və varlıq aləminin əzəmətini təsdiqləyən iki ayə diqqəti daha çox cəlb edir.
     Kəhf surəsi, 109-cu ayə:
     (Ya Məhəmməd! Quranda buyurulduğu kimi, sizə çox az elm verilmişdir, söyləyən yəhudilərə) de ki: «Əgər Rəbbimin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi!»
     Loğman surəsi, 27-ci ayə:
     Əgər Yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbimin sözləri (yazılıb) tükənməzdi. həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir!
     Yuxarıdakı ayələrdə varlıq aləminin əzəmətini ifadə etmək üçün kainatdakı varlıqlar «kəlmə» (söz) məfhumu ilə verilmişdir. İndi isə görək «kəlmə» dedikdə nə nəzərdə tutulur və nə üçün mövcud varlıqlar bu söz ilə ifadə edilir. «Kəlmə» sözü lüğəti məzmununa görə hər hansı mənanı daşıyan sözdür. Hər hansı məfhumu bildirən söz kəlmə adlanır. Mənasız heç bir söz yoxdur. Sözün arxasında məna və məfhum vardır. Məna və məfhum isə müxtəlif varlıq nümunələrinin adlarını ifadə edir. Sözlər danışanın batini məzmun daşıyan məqsədini çatdırır. Varlıq aləmində mövcud olan şeylər də bir növ sözlər vasitəsilə ifadə edilir. Sözlər varlığın qeybi obrazları və rəmzi kimi çıxış edir. Varlıq aləmindəki bütün şeyləri götürsək, istər onların mahiyyət və əhatə dairəsi, istər kamillik göstəriciləri və istərsə də ilkin başlanğıc (məbdə) ilə münasibəti sözlər vasitəsilə ifadə olunur. Ona görə Qurani-Kərimdə söz dedikdə bütün varlıq nümunələrinin ümumi məfhumu nəzərdə tutulur.
     Molla Sədra sözləri vücudun feyzindən maddi aləmin cismani varlıqlarına saçan işıqlı zərrəciklər adlandırır. Söz cismani mücərrəd vasitələr olaraq qeyri-maddi anlamlardır, yəni sözün məna tutumu vardır. Mücərrəd anlamlar elm və idrakın obyektiv surəti olduğuna görə, onlar ülvi aləmin mələkləri və müqəddəs ağıllar kimi çıxış edirlər. Molla Sədra «Əsrari-ayat» əsərində Kəhf surəsindəki ayələri şərh edərkən öz fikrini belə yekunlaşdırır: «Sözlər ağıl və mələklərə – yəni işıqlı rəmzlərə işarədir və vücudun rəhmət və feyzi cismani varlıqlara keçir. Sözlər varlıq aləminin məna daşıyıcılarıdır və mənadan doğur» [26].
     Burada «Qurani-Kərim insanların diqqətini bir həqiqətə yönəldir ki, varlıq aləmi heç də gördükləri və bildikləri şeylərlə məhdudlaşmır, onların təsəvvür etdikləri ilə bitib tükənmir. Varlıq aləmində bir çox şeylər vardır ki, insanlar onlardan xəbərsizdir. Xilqət aləmi o qədər geniş və əzəmətlidir ki, bəşər öz məhdud elmi ilə indiyədək bir çox həqiqətləri dərk etməmiş və gələcəkdə də dərk etməyəcəkdir.
     İnsanlar müəyyən bir çərçivə və səviyyədə varlıq aləmi haqqında məlumata malik ola bilərlər.
     Təbiət aləmi bütün əzəməti ilə yanaşı əbədi ömürə malik deyil. Kainat və onda mövcud olan bütün varlıqlar bir gün məhv olacaqdır. Göylər və Yer aləmi, Günəş və Ay, ulduzlar, dağlar və dəryalar – hamısı üçün müəyyən bir möhlət və əcəl vardır. Onlar qiyamət ərəfəsində dağılıb parçalanacaq.
     Quran ayələrinə görə, dünyanın dağılması ani bir hal kimi, gözlənilməz zərbə ilə parçalanma prosesi olaraq təsəvvür edilir. Qurani-Kərimdə aləmin dağılma prosesini bəyan etmək üçün iki sözdən istifadə edilir: «səyhə» və «nəfx».
     Yasin surəsi, 49-cu ayə:
     Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli, tükürpədici səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.
     Zumər surəsi, 68-ci ayə:
     Sur (birinci dəfə) çalınacaq, Allahın istədiyi kimsələrdən (Cəbrail, Mikail, Əzrail və İsrafildən, yaxud ərşi daşıyan mələklərdən və ya müsəlman şəhidlərindən) başqa, dərhal hamı öləcək.
     Qurani-Kərim dünyanın dağılmasını bəyan etmək üçün Göyün və Yerin, Günəş və Ayın, ulduzların, dəryaların necə dəyişməsini, hansı hallara düşməsini göz önündə canlandırır. Bu yöndə işlənən ayələri izlədikcə maraqlı bir mənzərə yaranır. Öncə Göylərin parçalanmasından başlayaq. Qiyamət zamanı Göy bütövlükdə titrəyər və çatlayar, sonra bükülər və tikə-tikə parçalanaraq Yerə tökülər.
     İndi həmin ayələri izləyək.
     Tur surəsi, 9-cu ayə:
     O gün Göy hərəkətə gəlib fırlanacaq (çalxalanacaq),
     İnfitar surəsi, 1-ci ayə:
     Göy parçalanacağı zaman;
     Haqqə surəsi, 16-cı ayə:
     Və Göy süst düşüb parçalanacaqdır!
     İnşiqaq surəsi, 1-2-ci ayələr:
     Göy yarılacağı,
     Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib Ona itaət edəcəyi zaman;
     Mursəlat surəsi, 9-cu ayə:
     Göy yarılacağı;
     Nəbə surəsi, 19-cu ayə:
     O gün Göy qapı-qapı açılacaqdır (mələklərin Yerə enməsi üçün Göydə yarıqlar açılacaqdır).
     Təkvir surəsi, 11-ci ayə:
     Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
     Ənbiya surəsi, 104-cü ayə:
     Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz vədi mütləq yerinə yetirəcəyik. (Biz, qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi vəd etmişdik. Biz onu mütləq edəcəyik).
     Rəhman surəsi, 37-ci ayə:
     (Qiyamət günü) Göy yarılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq?!)
     Tur surəsi, 44-cü ayə:
     Qiyamət günü Yer də titrəyərək, əriş-arğacı parçalanacaq, içəridə nə varsa dışraya çıxacaq. Quran ayələri Yerin dağılmasını belə təsvir edir.
     Vaqiə surəsi, 4-cü ayə:
     Yer hərəkətə gəlib şiddətlə titrədiyi;
     Muzəmmil surəsi, 14-cü ayə:
     O gün (qiyamət qopanda) Yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.
     Qaf surəsi, 44-cü ayə:
     O gün Yer ayrılacaq, onlar (torpağın altından, qəbirlərindən) sürətlə çıxacaqlar. O gün (bütün yaranmışların bir yerə toplanacağı) məhşər günüdür. Bu Bizim üçün asandır!
     Fəcr surəsi, 21-ci ayə:
     Xeyr! Yer dağılıb parça-parça olacağı;
     Zilzal surəsi, 1-2-ci ayələr:
     Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;
     Yer öz yükünü çıxardıb atacağı zaman;
     İnşiqaq surəsi, 3-4-cü ayələr:
     Yer uzanıb dümdüz olacağı;
     Qoynunda olanları bayıra atıb boşalacağı;
     Quran ayələrinə görə, qiyamət zamanı Günəş və Ay da bükülərək qaralacaq.
     Təkvir surəsi, 1-ci ayə:
     Günəş (əmmamə kimi) sarınıb-büküləcəyi (sönəcəyi) zaman;
     Qiyamət surəsi, 8-9-cu ayələr:
     Ay tutulacağı;
     Günəşlə Ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman – Qiyamət zamanı ulduzların vəziyyəti dəyişər, onlar sönərək yerə tökülər. Quran ayələri bu mənzərəni belə bəyan edir.
     Təkvir surəsi, 2-ci ayə:
     Ulduzlar (Göydən qopub yağış dənələri kimi Yerə) səpələnəcəyi zaman;
     Mursəlat surəsi, 8-ci ayə:
     Ulduzlar sönəcəyi;
     İnfitar surəsi, 2-ci ayə:
     Ulduzlar dağılıb səpələnəcəyi zaman;
     Yer üzərində dağlar da hərəkətə gələrək parçalanar və ovxalanar. Toz-torpaq Göy üzünü bürüyər.
     Tur surəsi, 10-cu ayə:
     Dağlar yerindən qopub (havada toz kimi) oynayacaqdır.
     Nəbə surəsi, 20-ci ayə:
     Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir.
     Mursəlat surəsi, 10-cu ayə:
     Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı);
     Taha surəsi, 105-ci ayə:
     (Ya Məhəmməd!) Səndən dağlar (qiyamət günü dağların nə cür olacağı) haqqında soruşarlar. De ki: «Rəbbim onları ovxalayıb havaya sovuracaq»;
     Haqqə surəsi, 14-cü ayə:
     Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman –
     Muzzəmmil surəsi, 14-cü ayə:
     O gün (qiyamət qopanda) Yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar (dağılıb) yumşaq qum təpəsinə dönəcəkdir.
     Vaqiə surəsi, 5-6-cı ayələr:
     Dağlar parça-parça olub ovxalandığı
     Və toz kimi səpələndiyi zaman
     Məaric surəsi, 8-9-cu ayələr:
     O gün Göy göyərmiş mis kimi olacaq;
     Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır
     Dəryalar da qiyamət zamanı dəyişər, bir-birinə birləşər və şölələnər.
     İnfitar surəsi, 3-cü ayə:
     Dənizlər qaynayıb bir-birinə qarışacağı zaman;
     Təkvir surəsi, 6-cı ayə:
     Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;

 

 

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük günahlar
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?

 
user comment