Azəri
Friday 29th of March 2024
0
نفر 0

Hüquqlarımızı niyə bilməliyik?

Hüquqlarımızı niyə bilməliyik?

Biliyə can atmaq və öyrənmək fitrətimizdən gəlir. Uşaqların çox sual verməsi bunun təsdiqi kimi qəbul edilə bilər. Ilk əvvəl nizamsız, amorf formada mövcud olan öyrənmək və bilmək hissi valideynlərin, daha çox bilən digər insanların və təhsilin vasitəsilə zamanla daha nizamlı hala düşür. Maraq hissinin hər şeyi bilmək tələbinə baxmayaraq insan nələrin daha yaxşı bilinməli olması barədə getdikcə daha çox düşünür. Bilinməsi vacib, daha vacib və ən vacib olan məsələlər növbələnməyə başlayır. Hüquq və hüquqlar məsələsi hər bir dövrdə Bəni-Adəmin bilmək üçün “ən vacib” saydıqlarından olmuşdur.
Informasiyanın içində itib-batan müasir insan hər istədiyini bilməyə vaxt və imkan çatdıra bilməsə də, hüquq və hüquqlarını öyrənməyə can atır. Səbəb isə sadədir: hər kəs mövcud olduğu cəmiyyətdə öz hədlərini tanımaq istəyir. Azadlığının, hərəkətinin, sözlərinin, ən ümumi mənada yaşamının hədlərini...
Bununla belə bəzən ağlımıza “hüquqlarımı bilmək nəyə lazımdır?” sualı gəlir. Təbii ki, şəxs yetkinləşdikcə həmin sualın verilməsi ehtimalı azala bilər. Ancaq ən azı özümüzü hüquqlarımızı bilməyə təşviq etmək və başqalarına da izah edə bilmək üçün məsələnin əhəmiyyətini bir daha vurğulamaqda fayda var.
Hüquqlarımızı bilmək bizə nə verir:

1.Ruhi arxayınlıq, müəyyənlik, sabitlik
Şübhəsiz edə biləcəyi hərəkətləri və onların nəticələrini əvvəlcədən görmək insana öz davranışında arxayınlıq verir ki, bu, hüquqları bilməkdən irəli gələn bir haldır. Heç kəsin xoşlamadığı nigarançılıq, qeyri-müəyyənlik və “edim, yoxsa etməyim” hissləri hüquqlarını bilən adamın beynində daha olmur.
2.Özünü müdafiə edə bilmək
Hüquqları bilmək onların pozulmasını da düzgün müəyyən edə bilmək imkanı verir. Beləliklə də mümkün pozuntu halında özünüzü daha yaxşı müdafiə edə bilirsiniz. Hüquqlarını bilməyənlər isə ümumiyyətlə düşdüyü vəziyyətdən xəbərsiz olub, ən yaxşı halda həmin vəziyyətlə barışacaqdır.
3.Digərlərinə və cəmiyyətə zərər vurmamaq
Hüquqlar həm də cəmiyyətdə fərdlərin münasibətlərini tənzimləmək üçündür. Siz nələrisə edə bilərsiniz, nələrisə edə bilməzsiniz. Edə bilmədiklərinizi ona görə edə bilməzsiniz ki, başqalarının da sizin kimi hüquqları var. Əks halda həmin başqalarının hüquqları pozulmuş, onlara zərər vurulmuş olacaqdır. Beləliklə, siz hüquqlarınızı bilərək etməli olduqlarınızı etməklə və etməli olmadıqlarınızı etməməklə digərlərinə zərərdən imtina etmiş olursunuz.
4.Lüzumsuz problemlərdən sığortalanmaq
Hüquqları bilməmək təbii ki, insanın başına problemlər və bəlalar gətirəcəkdir. Məsələn, qanuna görə mülki işlər üzrə hər bir aztəminatlı şəxsin Ali Məhkəmədə dövlət hesabına vəkillə təmin edilmək hüququ vardır. Əgər siz işinizlə bağlı Ali Məhkəməyə müraciət etməlisinizsə və vəkilə ödəməyə vəsaitiniz kifayət etmirsə, qeyd olunan hüququnuzdan xəbərsiz olduğunuz üçün ən yaxşı halda maddi çətinliyə düşəcək, ən pis halda isə Ali Məhkəməyə kassasiya şikayəti verməkdən imtinaya məcbur olacaqsınız. Razılaşın ki, şərh olunan hal lüzumsuz problem olardı.
5.Zülmü və zalımları ifşa edə bilmək
Hüquqlarımızı bilməklə insanlıq şərti olan zülmü və zalımı ifşa etmək vəzifəsini daha keyfiyyətlə yerinə yetirə bilərik. Aydın məsələdir ki, zalımlar heç vaxt “biz zalımıq” deməzlər. Əksinə, öz zülmlərinə don geyindirməyə çalışarlar. Lakin dünya nizam üstündə qurulduğundan hər bir halda zülm edənlərin kimlərinsə hüquqlarını pozması dəqiqdir. Hüquqları biləndə həmin zülmün ifşası asan, sadə camaat tərəfindən anlaşılan olur.
6.Bəhanələri kəsmək və ya höccəti tamamlamaq
Təəsüf ki, kiçik, yaxud böyük olmasından asılı olmayaraq hər birimiz bəzən qanunsuzluğun, məmur özbaşınalığının qurbanı oluruq. Nə qədər ki, hüquqlarımızı bilmirik o özbaşınalıq başqa ad altında tətbiq edilir. Amma hüquqlarımızı üzdəniraq məmura bəyan etsək, onda “bilirsən nə var? Qanun nə deyir, desin, bu məsələ mən deyən kimi olmalıdır” sözlərini eşidə bilərik. Sual verə bilərsiniz ki, nə faydası var, onsuz da hər iki halda hüquqlarımız ki pozulur. Çox faydası var. Əvvəla, o sözləri demiş məmurun vicdanını sızlatmış oluruq. Çünki, əksər hallarda o məmur özü hüququmuzu pozmaqda istəkli olmayıb, “yuxarıdakılar”ın tələbini yerinə yetirir. Ikincisi isə, nə vaxtsa, dünya və ya axirət həyatında həmin qanunsuzluq ortaya çıxdıqda o məmurun bəhanəsi qalmayacaq, onun üçün höccət tamam olacaq.

Siyahını uzatmaq da olar. Amma ehtiyac görmürəm. Məgər sadalanan bəndlər hüquqlarımızı bilmək vəzifəsini yerinə yetirmək üçün bəhanələri kəsmir?!

Məqalə İslam-Azeri.az İnternet Qəzeti üçün yazılıb.

0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK

user comment