Azəri
Friday 29th of March 2024
0
نفر 0

İslamda zülm etmək və zülmə baş əymək yoxdur

Bağışlayan və Mehriban Allahın adı ilə


 


Ədalət ədalətdir! Ədalət gözəldir! Çünki Mütəal Allah insanın fitrətini
onun üzərində yoğurmuşdur. Ona görə də hər bir kəs zülm etməyi pisləyir və
zülmü qəbul etmək istəmir. Hətta yer üzünün ən zülmkar şəxsi belə zülmü pisləyir
və əgər bir məsələdə ona qarşı azacıq bir zülm olsa, ona etiraz edir. Mütəal
Allah da insan fitrətindən xəbərdar olduğu üçün buyurur: "Şübhəsiz, Biz
peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlara
birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət)
nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər".("Hədid"
surəsi, ayə 25.) Buradan aydın olur ki, zülm etmək və zülmə baş əyməklə mübarizə,
Allah peyğəmbərlərinin ən əsas və mühüm proqramlarından olmuşdur. Məsum
imamların (ə) da həyat tərzi və onlardan nəql olunan mübarək kəlamlar bunun
göstəricisidir. İmamlar arasında isə həzrət Əlinin (ə) və imam Hüseynin (ə) həyatı
təkcə müsəlmanlara yox, bəlkə bütün dünyaya bəlli və bütün azadlıqsevər millətlərə
örnəkdir. Zülmlə mübarizə aparmaq istəyən hər bir millət onların üslublarından
istifadə edirlər. Buna çoxlu nümunələrdən yalnız birini: Hindistan azadlıq hərəkatının
başçısının öz millətinə müraciətini diqqətinizə çatdırırıq. O demişdir: "Mən
bütün dünyanı gəzib-dolandım, müstəmləkə caynağından qurtarmaq üçün sizə böyük
bir ərməğan gətirdim. Bu ərməğan İraqın Kərbəla şəhərində azadlıqsevərlərin
qibləsinə çevrilmiş imam Hüseyn əleyhissəlamın böyük şəhidlik məktəbidir! Əgər
azad olmaq və zülmə qalib gəlmək istəyiriksə, hər bir şeyimizdən keçməyə hazır
olmalıyıq". Zülm və zülmlə qarşılaşmağın ən mühümlərini xülasə olaraq bir
neçə qismə bölmək olar: 1. Cəmiyyətin bir fərdinin tərəfindən başqa fərdə, ya fərdlərə,
ya cəmiyyətə qarşı. 2. Rəhbər tərəfindən fərdə, ya fərdlərə, ya cəmiyyətə
qarşı. 3. Fərd ya fərdlər tərifindən rəhbərə qarşı. 4. Bir millət başqa bir
millətə qarşı. 5. Bir fərd özünə qarşı. Bunların hər bir qismi Peyğəmbər (s) və
məsum imamlardan nəql olunan hədislərdə şidddətlə pislənmiş və bu əməlin dünya
və axirətdə pis aqibətindən xəbər verilmişdir. Biz də onlardan bəzilərinə yenə
ixtisarla işarə edirik. 1. Peyğəmbər (s) hər növ zülmü hər bir şəxs tərəfindən
pisləyir və buyurur: "Zülm etməkdən qorxun! Heç bir əzab zülm və sitəmin əzabı
qədər hazır və tezçatan deyildir".("Nəhc əl-fəsahə", h. 94.) Həzrət
Əli (ə) zülmü bir neçə qismə bölür və hər birinin öz hökmünü buyurur:
"Bilin! Zülm üç qismdir: bağışlanılmayan zülm, cəzasız qalmayan zülm və
bağışlanılan zülm. Amma bağışlanılmayan zülm, Sübhan Allaha şərik qoşmaqdır.
Necə ki, buyurur: "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz".("Nisa"
surəsi, ayə 48.) Bağışlanası olan zülm isə bəndənin günah etməklə özünə qarşı rəva
bildiyi zülmdür. Cəzasız qalmayan zülm isə insanların bəzilərinin digərlərinə
qarşı etdiyi zülmdür...".("Nəhc əl-bəlağə", xütbə 176.) 2. Həzrət
Rəsuli-əkrəm (s) rəhbər tərəfindən olan zülmün Allah yanında o qədər ağır cilvələndiyini
və bunun Allahın rəhmətinin yer üzünə azalmasına səbəb olmasını bəyan edib
buyurur: "Başçı və rəhbər zülm edərkən yağış azalır".("Nəhc əl-fəsahə",
h. 219.) Başqa bir hədisdə də yenə hökumət aparatını zülm etməyin aqibətindən
agah edib buyurur: "Qazi və qəzavət aparatı zülm etdikdə Allah onları öz
başlarına buraxır və şeytan onunla həmrahlığı öz öhdəsinə alır". ("Nəhc
əl-fəsahə", h. 487.) Həzrət Əli (ə) də rəhbər tərəfindən olunan zülmün
aqibətindən birini öz valisinə açıqlayır, ona camaat arasında ədalətli olmağı
tapşırır: "Ədələtli və insaflı ol, yol azmaqdan və zülmdən qorx. Çünki
insafsızlıq didərginliyə və zülm, qılınca gətirib çıxarır".("Nəhc əl-bəlağə",
hikmət. 476.) 3. Xalq da yenə haqq olan rəhbəri dəstəkləməyə və ona kömək etməyə,
göstərişlərinə əməl etməyə vəzifəlidir. Əks halda ona qarşı böyük zülm etmiş
olur. Bu hətta rəhbərdən başqa insanın özünə və cəmiyyətə qarşı zülm etməsinə səbəb
olur. Çünki haqq rəhbər yalnız haqqa əmr edir, xalqın xeyrini istəyir və xalq
üçün işləyir. Demək onu dəstəkləməmək və kömək etməmək xalqa kömək etməməkdir.
Həzrət Əli (ə) bir neçə dəfə (o cümlədən Nəhc əl-bəlağənin 218- ci xütbəsində)
buna işarə etmişdir. 4. İslamda başqa cəmiyyətlərə qarşı zülm və sitəm etmək də
qadağan olunmuşdur. Bu İslamın ilk əvvəllərində olan döyüşlərdə və Peyğəmbərin
(s) müqavilələrində açıq-aşkar görünür. İmam Sadiq (ə) buyurur: "Peyğəmbəri-əkrəm
(s) müsəlmanları döyüşə göndərərkən onları öz yanına çağırar və onlarla üzbəüzə
oturar, sonra buyurardı: "Allahın adı ilə, Allahın köməyi ilə, Allah
yolunda və Allah Peyğəmbərinin din və üslubu ilə hərəkət edin. Xəyanət etməyin,
heç kimi müsləh (ölünün qulaq, burun və s. əzalarını kəsmək) etməyin, hiylə və
məkrdən çəkinin, qoca kişiləri, qadınları və uşaqları oldürməyin. Məcbur
olmadığınız surətdə ağacları kəsməyin. Əgər müsəlmanlardan biri müşriklərdən
istər ən alçağına və ya ən üstün şəxsinə möhlət versə, o Allah sözünü eşidənə
kimi amandadır. Əgər sizin sözünüzü qəbul etsə, sizin qardaşınızdır və əgər qəbul
etməsə, onu amanda olacağı yerə çatdırın". Qeyd etdiyimiz kimi İslam
dinində zülm etmək pisləndiyi və onunla mübarizə aparıldığı kimi zülmə baş əymək
də qadağan olunmuşdur. Peyğəmbəri-əkrəm (s) bir kiçik, lakin olduqca mənalı hədisdə
hər iki tərəfi qadağan edərək buyrur: "İslamda zərər vurmaq və zərərə dözmək
yoxdur".("Üsul əl-kafi", c. 5, h. 280. "Əl-fəqih", h.
5717, "Vəsail əl-şiə", c. 17, səh. 23 və başqa mötəbər kitablarda. )
Qurani-kərim də bu barədə belə buyurur: "Nə zülm edərsiniz, nə də zülmə məruz
qalarsınız!"( "Bəqərə" surəsi, ayə 279.) Bəli, çünki Mütəal
Allah hər bir insana kəramət bəxş etmişdir və Qurani-kərimdə möminlərə izzət
bağışladığını buyurur.( "Munafiqun" surəsi, ayə 8.) Hər bir zülmü qəbul
etmək insanın öz izzətini yaddan çıxarıb, zilləti qəbul etməsinə dəlalət edir və
İslam bununla tam müxalifdir. Necə ki, bu işdə hamıya aşkar olan örnəyimiz,
imam Hüseyn (ə) buyurdu: "Heyhat, zillət bizdən çox uzaqdır". O həzrət
aşura günü döyüş meydanında belə buyurdu: "And olsun Allaha, məndən istədikləri
işi (təslim olmağı) qəbul etməyəcəyəm və Allahla qanıma bulaşmış halda görüşəcəyəm".("Mosuətu
kəlimati əl-imam əl-Hüseyn (ə)", səh. 432.) İslam dinində zalıma zülmündə
kömək etmək, hətta onun zülmünə razı olmaq, ya onun zülmünün qarşısında susmaq
zülm etmək və zülmə baş əymək hesab olunduğu üçün məhkum edilmişdir. Başqa bir
tərəfdən isə gücü çatdığı surətdə məzluma kömək etmək vacib sayılmışdır. Bu işə
həm rəhbər, həm də fərd vəzifəli bilinmişdir. Rəhbərlik: Səid ibn Qeys Həmran
deyir: İsti və yandırıcı günlərin birində Əmirəl-möminin Əlinin (ə) bir divarın
kölgəsində oturduğunu gördüm. Ondan soruşdum: Belə bir istidə nə üçün evdən
bayıra çıxmısan? Buyurdu: "Yalnız bir məzlumun köməyinə, ya bir kömək istəyənin
fəryadına yetişmək üçün evdən çıxmışam".("Bihar əl-ənvar", c.
40, səh. 113.) Fərd (və camaat): İslamda məzlumun köməyinə yetişmək o qədər
vacib sayılmışdır ki, hətta bu işdə bütün vasitələrdən istifadə edilə bilər.
İmam Sadiq (ə) buyurur: "Əgər zalım bir padşah bir şəxsi səbəbsiz döymək,
ya öldürmək , ya ona zülm etmək istəsə, siz o məzluma kömək edə bilməyəcəyiniz
surətdə orada dayanmamalısınız. Çünki möminin yanında bir möminə zülm olunsa,
ona kömək etmək vacibdir".("Bihar əl-ənvar", c. 75, səh. 17.)


Yazar : Seyyid Zahir .


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Müqəddəs Qum :“ İmam Xamneyi ” tezliklə Quma bir neçə günlük səfər ...
Sionistlərin Qüdsə qarşı xəyanətləri göz qarşısındadır
Kaliforniyada “Quran irsi və sülh müjdəsi” adlı sərgi keçirilir
İmam Əlinin (ə) hökuməti insanlar üçün həyatverici nümunədir
Lahur Quran həftəsində milli Quran nüsxələri nümayiş etdirilib
Siravlonda Quran xəttatlıq sərgisi keçirilir
Əfqanıstanda Fransa əsgərləri İslam dinini qəbul edirlər
Teləfir əməliyyatı uğurla davam edir, Həşdu Şəbi işid-çiləri darmadağın ...
Pakistanda göyərtəsində 47 nəfər olan təyyarə dağa çırpılıb
Səudiyyə Ərəbistanında "İslamın tanıdılma qaydaları" adlı beynəlxalq konfrans ...

 
user comment