Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Kərbəla və azadlığın mahiyyəti

Bağışlayan və mehriban Allahın adı ilə

 

 

 

"Azadlıq" elə bir məfhumdur ki, onu ən çox siyasətçilər öz layihələrində işlətmiş, ona müxtəlif mənalar vermiş, ondan müxtəlif istifadələr etmişlər. Bəziləri öz dünyagörüşləri, bəziləri də niyyətləri, ya nəfs istəkləri əsasında tərif vermişlər. Bəziləri azadlığı mütləq bilmiş, bəziləri də onun müəyyən çərçivədə olduğunu demişlər. Amma bir şey məlumdur ki, hətta azadlığa azad deyib, onu tamamilə mütləq sayanlar özləri də öz sözlərinə inanmamış və təsdiq etməmişlər. Məsələn, onlardan soruşduqda ki, əgər düşmən bir ölkənin torpaqlarına təcavüz etsə, hamı müdafiəyə qalxsa, amma bir nəfər desə “mən azadam, düşmənlə mübarizə etmirəm, ya hətta istəyirəm düşmənə kömək edim” – bunun hökmü nədir? Şübhəsiz ki, onun cəzalanmasını hökm edirlər. İslam, Allahın insanlara verdiyi azadlığı onlara qaytarmaqla yanaşı, azadlığa məna da vermişdir. Amma biz bu bəhsdə azadlığa yalnız İmam Hüseynin (ə) nəzərindən baxmaq istəyirik. Əlbəttə, İmam Hüseyn (ə) azadlığa xüsusi bir tərif verməmişdir, lakin onun üçün bizə meyarlar göstərmişdir. Həmin meyarlarla azadlığın məfhumunu asanlıqla başa düşmək olar. Başqa sözlə desək, İmam Hüseynin (ə) Kərbəla qiyamınin fəlsəfəsi, İslam maarifinin, o cümlədən azadlıq məfhumunun təfsir və açıqlamasıdır. 1. Azadlıq - zülmlə barışmamaq İmam Hüseynin (ə) qiyamının əsas hikməti, onun zülmə heç cür göz yuma və onunla uyuşa bilməməsi olmuşdur. Yəni o həzrət, Allah qanunları çərçivəsində əməl etməyi eyni azadlıq bilmiş və başqalarının bu çərçivədən çıxmaqla insanlara zülm etməsinə razı olmamışdır. İmam Hüseyn (ə) azadlıq üçün heç bir hədd tanımayan, hər bir zülmü müsəlmanlara rəva bilən Yezid kimi bir zalıma beyətə dəvət edən şəxsə belə cavab verdi: "Xeyr! Heç vaxt! And olsun Allaha, beyət əlimi zəlil adamlar kimi onlara (Yezid və onun kimilərə) uzatmayacağam və onlarla mübarizədən qullar kimi qaçmayacağam. Mənim sığınacaq yerim yalnız Allahdır". O həzrət zülm bayrağı altında yaşamağı, azadlığın insan əlindən alınması hesab etmiş və möminləri agah edərək zülmlə həmişə mübarizədə olmağa səsləmiş, bu yolda ölümü belə yaşamaqdan üstün bilmişdir: "Görürsünüz ki, necə bir zaman bizə üz gətirib, dünya dəyişərək pisliklərə tərəf üz tutub. Yaxşılıqlar və dəyərlər hər gün azalır... Görmürsünüz ki, haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə şəraitdə möminlər haqq yolu tutmalı və Allahla görüşə meylli olmalıdırlar". 2. Azadlıq - zillətdən uzaq olmaq İmam Hüseynin (ə) nəzərincə, Allahın azad yaradaratdığı və bu azadlığı qorumaq üçün izzət bağışladığı insan, heç zaman zilləti qəbul etməməlidir. Çünki azadlıq və zillət bir-birinin antonimidir və azadlığın mənası zillətə boyun əyməməkdir. Necə ki, İmamın (ə) bu məşhur şüarı həmişə azadlıq məfhumunun ardınca olanları özünə cəlb edir: "Heyhat, biz heç vaxt zilləti qəbul etmərik". Həqiqətən, İmam (ə) Kərbala hərəkatında azadlığı elə aydın və dolğun açıqlamışdır ki, şərh verməyə ehtiyac qalmamışdır. O həzrət bir xütbəsində izzətlə ölməyi zillətlə yaşamaqdan üstün bilir və buyurur: "Mən zalımlarla yaşamağı sıxıntı və əziyyətdən başqa bir şey bilmirəm". 3. Azadlıq – dünyapərəst olmamaq İmam Hüseyn (ə) dünyəvi istək və arzulara bağlı olmamağı azadlığın başqa bir meyarı kimi tanıtdırır və buyurur: "Camaat dünyanın quludur və dindən yalnız bir ad dillərindədir. Hər nə qədər ki, yaşayışları yaxşıdır, dinin ətrafına dolanırlar, amma acı bir hadisə ilə imtahana çəkildikdə dindarlar azalırlar". Dünya istəkləri ardınca gedərək özünü ona qul edən insan, həqiqətdə azad deyildir və qulluq zəncirini boynyna salmışdır. Ona görə də İmam (ə) dünyaya bağlı olmayanları tərifləmiş, onları azad insan adlandırmışdır: "Yer üzündə günəşin işıq saçdığı şərqdən qərbə, dənizdən səhraya, dağdan hamar yerə kimi hər bir şey Allah övliyası və Onu tanıyan şəxsin nəzərində tez ötüb keçən kölgə və dəyərsiz şey kimidir ki, ona ürək bağlamağa layiq deyildir. Azad şəxs, o kəs deyilmi ki, qazan dibində qalmış artıq kimi dəyərsiz dünyanı öz əhlinə tapşıra və özünü heç bir dəyəri olmayan dünyaya satmaya?! Bilin ki, cənnətdən başqa heç bir şey sizin qiymətiniz ola bilməz. Hər kəs dünyaya bağlansa və təkcə elə həmin bu dünyaya razı olsa, çox dəyərsiz bir şeyə razı olmuşdur".

 

Yazar : Seyyid Zahir


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Səudiyyəlilər Yemenlə əlaqədar həyasız açıqlama verdi
Livan İslami Amal Cəbhəsi Əqsa məscidindəaparılan qazıntı işləri haqqında ...
Hindistanda Həzrəti Fatimə Məsumə (s) adına Hüseyniyyə açıldı
Başqırdıstanda ilk İslam kitabxanası açılır
Şiə ilə sələfinin fərqi - Yəmən Şiələri əsir tutduqları yaralı Səudiyyə ...
Əhmədinejadın bölgə ölkələrinə tövsiyəsi
Britaniyada “Milyoner” verilişinin aparıcısının qızı İslamı qəbul edib
Somaliyə kömək məqsədilə İslam cəmiyyətlərinin həmrəyliyinə çağırış
Səduddin Həririnin qızı başıaçıq Həcc mərasimini yerinə yetirməklə Ali ...
Diyarbəkirdəki Türklər, Ermənilərə "evinizə xoş gəldiniz" dedi

 
user comment