Azəri
Friday 29th of March 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsi və Qur’ani-Kərimin tərifi haqda) xütbələrindəndir.

157-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsi Qurani-Kərimin tərifi haqda) xütbələrindəndir.

Allah-təala bir müddət peyğəmbərin gəlmədiyi, camaatın müxtəlif firqələrinin qəflət, azğınlıq nadanlıq yuxusunun uzandığı, möhkəm özüllərin (ilahi hökm göstərişlər) viran olduğu vaxtda peyğəmbərini göndərdi.[1] Peyğəmbər əlində olanla itaət etməli olduqları nuru təsdiqləyib etiraf etməklə camaata tərəf gəldi. O (əlində olan Həzrətin peyğəmbərliyinin sübutu, nadanlıq azğınlıq zülmətini işıqlandıran) Qurandır. İstəyin ki, dilə gəlsin.[2] Heç vaxt (Quran öz-özünə həqiqi şərhçi olmadan) dilə gəlməz, ancaq (biz Əhli-Beyt onun həqiqət sirlərini bildiyimizə görə) mən sizlərə ondan xəbər verirəm (onun elm hökmlərini bəyan edirəm). Agah olun, Qurandadır (bundan sonra) gələnin elmi, keçmişin xəbərləri (səmaların yerin, onun üzərində olanların yaradılışı, sizdən öncəkilərin vəziyyəti), dərdin (nadanlıq azğınlığın) dərmanı sizə aid olanların (dünya axirət işlərinin, xeyir ziyanların) nizama salınması.

 


Bu xütbənin (Bəni-Üməyyə, onların zülmkarlıqları hakimiyyətlərinin süqutu barədə olan) bir hissəsidir

 

O zamanlarda (Bəni-Üməyyənin camaata hakim kəsiləcəyi vaxt) zülmkarların qəm, kədər, çətinlik səfalət gətirmədikləri gildən bir ev, bir çadır ev (şəhərlərdə tikilən ev biyabanlarda salınan çadırlar) qalmayacaq. Həmin zəmanədə göylərdə onlar üçün üzr istəyən, yerdə isə kömək edən qalmayacaq. (Zülm hər yanı bürüdüyünə görə səma yer əhli qarğış edəcək. Sonra Allah-təala onların kökünü kəsib pərən-pərən salacaq. Onların hakimiyyətləri dövründə törətdikləri zülm isə onun nəticəsidir ki,) siz xəlifəliyə layiq olmayan adamı seçmisiniz (dünyada dost haqq əhlinə düşmən olduğu halda) onu özü üçün olmayan bir yerdə əyləşdirmisiniz. Allah-təala zülm edənlərdən (istər Bəni-Üməyyə olsun, istərsə qeyriləri) tezliklə intiqam alacaq, yeyiləndən yeyilənlə, içiləndən içilənlə. (Çox acı bitki olan) Hənzəlin yeyilənlərindən (acı olan) səbr ağacının şirəsinin zəhər dadan içilənlərindən. Geyilənlərdən isə qorxu libası qılınc paltarı.[3] (Çünki) onlar günah yükünü çəkən heyvan günah azuqəsini daşıyan dəvələrdir. (Buna görə ) and içirəm, bir daha and içirəm ki, Bəni-Üməyyə məndən sonra xəlifəliyi ağızdan çölə atılan sinə xıltı kimi atacaq (əldən verəcək). Ondan sonra isə onu heç vaxt dadmayıb, gecə gündüz bir-birini əvəz edənə qədər onun dadını bilməyəcək.[4]

 

158-ci xütbə

 

İmam Əli əleyhis-salamın (camaatla mehribanlıq ünsiyyət barədə buyurduğu) xütbələrindəndir.

Mən sizlər üçün yaxşı yoldaş tərəf müqabili olub sizi öz səylərimlə arxadan qorudum. (Gələcək pozğunluqdan hadisələrdən xəbərdar etdim ki, özünüzü onlara düçar etməyəsiniz.) Sizləri zillət, xarlıq kəndirlərindən zülm, sitəm zəncirlərindən (çirkin olmaqdan) xilas etdim. Bu (sizlərin etdiyiniz) az sayda yaxşılıqların müqabilində təşəkkür etdiyimə, mənim yanımda törətdiyiniz gözlərimlə gördüyüm çoxlu çirkin işlərinizə göz yummağıma görədir.[5]

 

159-cu xütbə

 

İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətləri haqda) xütbələrindəndir.  

Allahın əmri lazımi (rədd edilməyən) Onun məsləhətinə, razılığına uyğun hökm, mehribanlıq (bəlalardan, çətinliklərdən) əmin-amanlıqdır. Elm bilik əsasında (hər şeyin) hökmünü buyurur. Helm səbrlə (əfvə layiq günahı) bağışlayır. İlahi, aldığın bəxş etdiyin hər bir şeyə, məlhəm verdiyin mübtəla etdiyin xəstəliklərə görə Sənə şükrlər olsun.[6] Elə bir şükr ki, Sənin üçün ən bəyənilmiş, Sənə doğru ən sevimli, Sənin yanında ən üstün şükr olsun. Elə şükr ki, (səmada yerdə) yaratdığını doldursun, istədiyinə çatsın. Elə şükr ki, Səndən gizlədilməz hüzurunda yasaq olunmaz. Elə şükr ki, onun sayı kəsilməz, kömək yardımı yox olmaz. (Qısası, Sənə hər şükrdən üstün olan şükrlə şükr edirəm.) Deməli, ( qədər çalışsaq da Sənin Allahlığına layiq şükr edə bilmərik. Çünki) biz Sənin böyüklük əzəmətini dərk etmirik.Yalnız bunu bilirik ki, hər bir şey (imkan ehtiyaca görə) Səninlə dirçəlib, Sənə bağlıdır, Sənin yuxudan qabaq süstləşmədiyini (mürgüləmədiyini), yuxuya getmədiyini bilirik.[7] Düşüncələr Sənin əslinə zatına çatmayıb, heç bir göz Səni anlamayıb, gözləri Sən anlamısan.[8] (Bəndələrin) əməllərin hesabını saya alırsan.[9] (Günahkarları) kəkillərindən (əməllərinin cəzası üçün) ayaqlarından tutarsan.[10] Sənin yaratdıqlarından gördüyümüz, onun üçün işlətdiyin güc qüdrətdən heyrətə gəlməyimiz, onu səltənət hakimiyyətinin böyüklüyü sanaraq vəsf etdiyimiz nədir ki? Bir halda ki, bizdən gizlin olanlar, gözlərimizin görmədiyi ağıllarımızın onda durub qaldığı (dərk etmədiyi), bizimlə onların arasında pərdələrin asıldığı şeylər daha böyükdür. Hər kəs ürəyini boşaldıb (heç nəyə diqqət yetirməyib) öz ərşini (yeddi göyün üstündəki) necə yaratdığını, məxluqlarını necə xəlq etdiyini, səmalarını havada necə asılı saxladığını, su dalğasının üstünə necə bəzək vurduğunu bilmək istəsə gözləri çönüb qalar, ağlı məğlub olar, qulağı işdən düşər düşüncəsi sərgərdan qalar.[11]

 


Bu xütbənin (sözü əməli ilə uyğun gəlməyənin iddiasının rədd edildiyi, camaatın dünyaya ürək bağlamamağa peyğəmbərlərə itaətə həvəsləndirildiyi) bir hissəsidir

 

(Camaat arasında eləsi var ki, nəfsi istəklərinə tabe olaraq günahın içində itib-batmışdır. Bununla belə) öz gümanı ilə Allaha ümid bağladığını iddia edir! Böyük Allaha and olsun ki, yalan danışır! Necə ola bilər ki, ümidinin Allaha olması onun əməl rəftarında görünməsin?[12] Hər kəsin (nəyə) ümidvar olduğu əməlindən üzə çıxar, yalnız Allaha olan saf deyil, qarışıq ümiddən başqa. Hər qorxu aydın olar (onun nişanələri qorxanda görünər), yalnız Allahdan olan namünasib qorxudan başqa (qorxan kimsədə qorxudan əsər-əlamət görünmür). Böyük işlərdə ümidini Allaha bağlayır (əbədi cənnətdə yüksək məqamlarla birgə iki dünya rahatlığını arzulayır) kiçik şeylərdə (fani dünya malında ümidini) Allahın bəndələrinə bağlayır. Allahın bəndəsi ilə elə rəftar edir (təvazökarlıq itaət göstərir) ki, Allaha qarşı elə etmir. Allahın şəninə olub ki, bəndələri üçün edilən (təvazökarlıq ümid) Ondan əsirgənir? Allaha ümid bəsləməkdə yalançı olmağa qorxursan?[13] Yoxsa Onu ümid bəsləməyə layiq bilmirsən? (Əgər Onu öz ümidini doğrultmaqda aciz sanırsansa, bu, əsl küfrdür.) Allahın bəndələrinin birindən qorxan, bu qorxuya görə onunla Allahı ilə etmədiyi rəftarı edən bəndənin halı da Allaha ümidvar olduğunu iddia edən kimsənin halı kimidir.[14] Deməli, bəndələrdən olan qorxusunu nağd mövcud, Allahın qorxusunu isə nisyə vəd sanmışdır. Həmçinin nəzərində dünyaya əhəmiyyət verən, onun mövqeyi qəlbində böyük yer tapan, onu (malını) Allahdan (Allahın bəyəndiyi itaət ibadətdən) üstün tutan, yalnız ona yönələn ona (sahib olan hər kəsə) bəndəlik, itaət edən Allaha ümid bəslədiyini iddia edən kimsə kimidir. (Çünki ümidi qorxusu dünyadan, dünya sahiblərindəndir.)

Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) ardınca getmək sənə kifayət edər. Dünyanın məzəmməti, onun eybli olması, rüsvayçılıq pisliklərinin çoxluğunda sənin üçün sübut yol göstərən olar. Çünki onun ətrafı (bağlılıq sevgi) o Həzrətdən alınmış onun tərəfləri (onun hər şeyinə bağlılıq) o böyük şəxsiyyətdən qeyrisi üçün hazırlanmışdır. Südünü (onun ləzzətini) içməsi qadağan olunmuş, onun bəzək-düzəklərindən uzaqlaşdırılmışdır. Bir daha peyğəmbərin ardınca getmək istəsən, Allahla danışmış (buna görə Kəlimullah ləqəbi verilmiş) Musa əleyhis-salamın ardınca get. O demişdir: (Qurani-Kərimin Qəsəs surəsinin 24- ayəsi) رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ -Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam». Allaha and olsun, Musa Allahdan yeməyə çörəkdən başqa bir şey istəmədi. Çünki torpaqda bitən otu yeyirdi. Arıqlığına, ətinin azlığına görə otun yaşıllığı qarnının daxili dərisinin nazikliyindən görünürdü. Əgər üçüncü dəfə itaət etmək istəyirsənsə, Zəburun sahibi cənnət əhlinin xanəndəsi olan Davud əleyhis-salama itaət et. Öz əlləri ilə xurmanın liflərindən zənbillər toxuyaraq yoldaşlarına deyərdi: «Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edər? Onların puluna alınandan onun xörəyi bir arpa çörəyi idi. İsa ibn Məryəm əleyhis-salama tabe olmaq istəyirsənsə, de (yadına sal) ki, (yatarkən) daşı başının altına qoyaraq yastıq edərdi. Cod paltar geyinər, dadsız xörək yeyərdi. Yavanlığı aclıq idi (son dərəcə ac olanda yemək yeyərdi ki, onu yeməkdən ləzzət alsın əlavə yavanlığa ehtiyacı olmasın). Gecələr onun çırağı ayın işığı idi. Qışda daldalanacağı günəşin doğduğu ya qürub etdiyi yer idi. (Evi yox idi.) Onun ətirli meyvə göyərtisi yerin heyvanlar üçün bitirdiyi ot idi. onu fitnə fəsada salmağa arvadı var idi, kədərləndirməyə övladı. var-dövləti var idi ki, onu (Allaha diqqətdən) döndərsin, (dünya onun əhlinə) tamahı yox idi ki, onu xar etsin. Onun miniyi iki ayağı (piyada gedərdi), xidmətçiləri isə iki əli idi. (İstədiyi hər işi özü görürdü.)

(Peyğəmbərlərin üslubunun bəyanından əvvəl Həzrət Məhəmməd peyğəmbərin dünyaya bel bağlamamaq yolunu ümumi şəkildə bildiyinə görə, bir daha eşit:) Daha yaxşı (bütün məxluqlardan) daha təmiz olan öz Peyğəmbərinə (səlləllahu əleyhi alih) tabe ol, o böyük şəxsin ardınca get. Çünki o Həzrət tabe olan üçün itaətə layiqdir. Onunla bağlılığı olmasını istəyən üçün ən layiqli bağlılıqdır. (Onun səbri dözümü dözümlü insan üçün nümunədir.) Allah yanında ən sevimli bəndələr öz peyğəmbərlərinə tabe olub onun nişanələrinin ardınca gedənlərdir.[15] (Ancaq Həzrətin nişanəsi bu idi ki,) dünyanın tikəsini dişlərinin ətrafı ilə yeyərdi (ağız dolusu yeməzdi. Dünyada istifadə etməyə məcbur olduğundan çox istifadə etməzdi). Dünyaya gözünün ucu ilə baxardı (dünyaya heç cür ürək bağlamazdı). Bel baxımdan ən arıq qarın baxımdan dünyanın ən ac insanı idi. Dünya ona təklif olundu, (Allah-təala Cəbrailin vasitəsilə dünyanı seçməyi ona təklif etdi). O isə onun qəbulundan imtina etdi. Allah-təalanın bir şeyi (dünya sevgisini) düşmən saydığını bildikdə, o da düşmən sandı. Xar bildiyini o da xar bildi. Kiçik qərar verdiyini o da kiçiltdi. (Buna görə ) Bizdə Allah Peyğəmbərin düşmən sandığı dünya sevgisindən, Allah Peyğəmbərin kiçik bildiyi dünyanı böyütməyimizdən başqa bir şey olmasaydı belə, bunlar Allaha itaətsizlik Onun fərmanına qarşı çıxmaq üçün bəs edərdi. Peyğəmbər (səlləllahu əleyhi alih) quru yerdə (süfrə açmadan) yeməyini yeyər, bəndə kimi oturardı. (Dizi üstə oturardı ayağını ayağının üstünə aşırmazdı.) Öz əli ilə ayaqqabısının cırığını tikər, paltarına yamaq vurardı. Çılpaq uzunqulağa minər, təkinə (başqasını) alardı. Evinin qapısından surətlərin təsvir edildiyi pərdə asmışdı. Sonra arvadlarından birinə buyurmuşdur: «Ey qadın, bu pərdəni mənim gözümdən gizlət. Çünki gözüm ona sataşanda dünyanı onun bəzək-düzəklərini yada salıram». Ürəkdən (doğrudan) dünyadan uzaq durmuş, onun xatirəsini özündən uzaqlaşdırmışdı. Onun bər-bəzəyinin gözünün önündən itməsini istəyirdi ki, həmin gözəl paltardan təsirlənməsin oranın dinclik yeri olmasına inanmasın, orada ləngiməyə ümid bağlamasın. Onu (ona məhəbbəti) özündən qopararaq ürəyindən uzaqlaşdırdı (bər-bəzəklərini) gözünün önündən itirdi. (Çünki ona qarşı çox bədbin idi.) Bir şeyi düşmən bilən (kəsin rəftarı) belədir. Ona gözü sataşmaqdan, yanında adının çəkilməsindən acığı gəlir.

Allahın peyğəmbərinin (səlləllahu əleyhi alih) yolunun hər anı dünyanın pislik çirkinliklərində sənin yol göstərənindir. Çünki o Həzrət dünyada öz yaxınları (Əhli-Beyti) ilə qarın dolusu yemədi, məqam (Böyük Allahın yanında) rütbəsinin böyüklüyünə rəğmən onun bər-bəzəkləri o Həzrətdən uzaqlaşdı. Belə isə, düşünən kimsə öz ağlına müraciət edərək baxmalıdır ki, Allah-təala Məhəmmədi (səlləllahu əleyhi alih) bu vəziyyəti ilə sevdi, yoxsa xar edərək kiçik sandı? Əgər desə ki, «xar etdi», böyük Allaha and olsun, yalan danışaraq böyük böhtan atmış olar.[16] Əgər «onu sevmişdir» desə, bilməlidir ki, Allah-təala o Həzrətdən qeyrisini dünyanı ona bağışlamaqla xar etdi. Deməli, itaətkar öz peyğəmbərinə tabe olmalı, onun nişanələrinin ardınca getməli, gəldiyi hər bir yerdə ona qoşulmalıdır. (Sözləri əməlləri onun göstərişinə uyğun olmalıdır.) O Həzrətin ardınca getməsə, (dünya axirətdə) puç olmaqdan amanda qalmaz. Çünki Allah Məhəmmədi (səlləllahu əleyhi alih) qiyamətin nişanəsi (çünki ondan sonra peyğəmbər olmayacaq), cənnətin müjdəçisi əzabla qorxudan qərar verib. (Deməli, hər şeydən agah olub.) Ac qarınla bu dünyadan çölə çıxdı (onun ləzzət xoşluqlarından bəhrələnmədi) axirətə (bütün günahlardan) sağlam qalmaqla daxil oldu. Öz yolunu tapana (öz ömrünü başa vurana) Allahının dəvətini yerinə yetirənə (dünyadan gedənə) qədər daşı daş üstünə qoymadı (ev tikmədi). Deməli, Allah-təala o Həzrətin nemətinin vücudunu bizə rəhbər olmaq onun ardınca getməyimiz üçün bizə əta buyurmaqla böyük ehsan yaxşılıq etmişdir. Elə bir rəhbər ki, addımımızı onun ayağının izinə qoyaq. (Mən bütün ömrüm boyu o böyük insanın ardınca getdim. Belə ki,) Allaha and olsun, bu cübbəmə (köynəyimə) o qədər yamaq vurdurdum ki, onu tikəndən utandım. Birisi mənə dedi: «Onu (bu qədər yamaqdan sonra) özündən uzaqlaşdırmırsanmı? Dedim ki, məndən uzaq ol عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى  yəni, gecə yol gedənlərə səhər erkən təşəkkür edilər.[17]



[1] Allah tərəfindən peyğəmbər göndərilmədiyi, camaatın azğınlıq nadanlıq yoluna qədəm qoyaraq peyğəmbərlərinin sözlərini unutduqları bir vaxt, Allah Həzrət Mustafanı (səlləllahu əleyhi alih) peyğəmbərliyə seçdi.

[2] Quranı, onun vilini, nasix mənsuxunu, möhkəm mütəşabihini, zahir batin ayələrini biləndən hər istəyirsiniz soruşun ki, sizə bəyan etsin.

[3] Xülasə, Allah-təala onların nemət dövlətini əziyyət çətinliyə, şadlıqlarını qorxuya, asayişlərini döyüşdə məğlubiyyətə döndərəcək. Bu, onların dünyadakı cəzasıdır, axirətdə isə ilahi əzaba mübtəla olacaqlar.

[4] Bəni-Abbas tərəfindən məğlub edildikdən sonra bir daha hakimiyyətə gəlməyəcək bədbəxtliyə, çarəsizliyə mübtəla olacaqlar.

[5] Çünki hökmdarın yaxşı insanları mükafatlandırmaq pis əməl sahiblərini bağışlamaqdan başqa çarəsi yoxdur.

[6] Hər bir halda Sənə şükr etmək lazımdır. Çünki Sənin insandan almağın, ona bağışlamağın, sağaltmağın xəstəlik verməyin hikmət məsləhətdir. Hər biri öz-özlüyündə şükrə təşəkkürə layiq olan nemət, bəxşişdir.

[7] Qurani-Kərimin Bəqərə surəsinin 255-ci ayəsində buyurulur: لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ  «Onu yuxuqabağı süstlük, yuxu tutar. Göylərdə yerdə varsa, hamısı Onun üçündür. Onların varlığı Onun iradə qüdrətindədir».

[8] Qurani-Kərimin Ənam surəsinin 103- ayəsində buyurur: لاَّ تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَار وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ  «Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. Odur hər şeyi görən gizlinləri bilən

[9] Qurani-Kərimin Mucadilə surəsinin 6- ayəisndə buyurur: يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ «Allahın bütün bəndələri dirildəcəyi, etdikləri əməlləri onlara xəbər verəcəyi günü yada sal. Allah onların əməllərini qeydə almış, onlar isə etdiklərini unutmuşlar. Allah hər bir şeyə şahiddir

[10] Qurani-Kərimin Rəhman surəsinin 41-ci ayəsində buyurur: يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ «Günahkarlar nişanələrdən tanınacaq, kəkillərindən ayaqlarından tutulub yaxalanacaqlarQiyamətdə mələklər onları əlamət nişanələrinə görə tanıyacaq, kəkillərindən tutub arxadan ayaqlarına bənd edərək cəhənnəmə atacaqlar.

[11] Xülasə, əgər bir kimsə hər işdən əl çəkib bütün düşüncəsini xilqətin həqiqət sirlərindən yalnız birini dərk etməyə yönəltsə, heyran sərgərdan qalar. O ki qalsın onların hamısını başa düşməyə.

[12] Bu şəxs düz desəydi, Allahın razılığını qazanmağa çalışardı Onun qəzəbinə səbəb olan görməzdi.

[13] Güman edirsən ki, etinasızlıq göstərərək səni ümidsiz qoyar? Bu gümanın özü böyük xətadır. Çünki Onun fəzl rəhməti, xəbər verdiyi kimi, yaxşı əməl sahiblərini ümidsiz qoymaqdan yüksəkdir.

[14] Bəndədən qorxduğuna görə onu razı salmağa qəzəbini uzaqlaşdırmağa çalışar, ancaq Allahdan qorxmalı olduğu yerdə ürəklənərək işi başqa günə saxlayar.

[15] Onun yolunda hərəkət edənlərdir. Qurani-Kərimin Ali-İmran surəsinin 31-ci ayəsində buyurulduğu kimi: قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ De ki: «Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin günahlarınızı bağışlasın. Allah bağışlayan mərhəmətlidir

[16] Çünki Allah-təalanın Özünün sum hər xətadan ucada pak olan ən yaxşı məxluqunu xar etməsini düşünmək necə mümkündür?

[17] عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى  cümləsi rahatlıq tapmaq üçün əziyyətə qatlaşan haqda işlədilən məsəldir. Karvan yayın istisində gecələr yol gedib əziyyət çəkdikdə, səhər erkən mənzil başına çatdıqda istinin ağırlığından xilas olduqları kimi eşidənlərin təqdiri ilə rastlaşacaqlar.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfilər azyaşlı uşaqlardan istifadə edərək Suriya Əskərlərini edam etdilər
Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...

 
user comment