Azəri
Thursday 18th of April 2024
0
نفر 0

Azərbaycan İslam Konfransı Təşkilatının 13-cü sammitinin Bakıda keçirilməsini təklif edib

Bu barədə Nyu-Yorkda İKT-nin üzvü olan dövlətlərinin xarici işlər nazirlərinin illik görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov adından oxunan çıxışda bildirilir.

E.Məmmədyarov nazirlər səviyyəsində görüşlər də daxil olmaqla bir sıra İKT tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycanın bu sahədə təcrübəsi nəzərə alınaraq, İKT dövlətlərinin hökumətlərindən ölkəmizin təşəbbüsünün dəstəklənməsini xahiş edib. Onun fikrincə, tədbirin Bakıda keçirilməsi Xəzər, Qara dəniz və MDB regionlarında İKT-nin rolunu və təsirini artıracaq: “Azərbaycan İslam ölkələrinin maraqlarına dəstək verən ölkə kimi, BMT-nin Baş Məclisinin 2011-ci ildə 66-cı sessiyası zamanı keçirilməsi nəzərdə tutulan seçkilərdə Azərbaycanın 2012-2013-cü illər ərzində BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin İKT üzvü olan dövlətlər tərəfindən dəstəklənəcəyinə inanır”.

E.Məmmədyarovun çıxışında İslam ümməti və İKT-nin Baş katibi Ekmaləddin İhsanoğluya Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə təşəkkür də edib.


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

FITNƏ-FƏSAD YUVASI
7 yaşlı qız bacısının ölüm səhnəsinə şahid oldu
Qurani-Kərimin rus dilində ilk tərcüməsinin nəşrinin ildönümü qeyd olundu
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Xəbər yalan imiş
ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək
Böhran Fransanı da çökdürür
İslam və çörək - ürəyi qoruyur, xərçəngin qarşısını alır
Məşhəd, İmam Rzanın (ə) ziyarət olunması təkid olunan gün

 
user comment