Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

Xatəm kəlməsinin lüğətdə mənası və rolu

Xatəm kəlməsinin lüğətdə mənası və rolu

 

Ərəb lüğətində xatəm kəlməsi ilə leksik uyğunluğu olan az sayda bir necə kəlmə vardır. Misal olaraq, ‘’tabəə”, “hatəm” və bir necə başqa kəlmələri göstərmək olar. Bunların hammısı alət və vəsilə mənasını daşıyırlar. Xatəm, yəni  ma yuxtəmu bih,   tabəə, yəni ma yutbəu bih; ma yuxtəmu bih, yəni bir şey ki, onun vasitəsi ilə son qoyulur. Bu ayəni məşhur quran qariləri yeddiliyi qədimdən həm xatimən-nəbiyyin şəklində oxumuşlar, həm xatəmən-nəbiyyin  şəklində. Təkcə Asim xatəmən-nəbiyyin  şəkilində oxumuşdur. Asimdən başqa hamı xatimən-nəbiyyin şəkilində oxumuşdur. Onu da qeyd edək ki, bunun heç bir zərəri yoxdur ki, Quranda bir kəlməni iki şəkildə oxusunlar və hər ikisidə düzqün olsun. Əgər xatimən-nəbiyyin oxusaq, mənası aydın və sadədir: peyğəmbərlərin xətm edəni. ” Xatim” ismdir və faillik mənasını ifadə edir. Xatimən-nəbiyyin, yəni peyğəmbərlərin son qoyanı. Amma, xatəm kəlməsi həmən mənanı və anlamı daşımaqla yanaşı, əlavə bir anlamı da ifadə edir. O, əlavə anlam budur ki, burada peyğəmbərlik misiyası və nübüvvət məsələsi sona catan bir məktuba oxşadılmışdır və o məktubun müəllifi öz möhrünü məktubunun qurtaracağına vurur və sonda o möhrün vasitəsi ilə özünü tanıtdırır. Göründüyü kimi, yenədə son qoymaq mənasındadır, amma əlavə bir anlamı da vardır. O anlam budur: bu bir möhürdür ki, onunla məktub bağlandı. Bu gün görürük ki, adət başqa cürdür, məsələn, bir dəftərin səhfəsini bağlamaq istəyən vaxta, onun aşağısında xüsusi bir tərzdə xətt cəkir və imza qoyurlar ki, kimsə, səhvən, düzəliş etməsin və bir şey ona artırmasın .  Elə ki, möhr vururlar, bu möhr iki iş görür: birincisi budur ki, məktubun müəllifini, tamamən, tanıtdırır, ikincisi budur ki, artıq məktubun  bağlandığını catdırır və məktuba son qoymaq əlamətidir. Burada Xatəm əl-Ənbiya1 barəsində bu kəlməni işlədməklə catdırmaq istəyir ki, bu bir möhrdür ki, onunla  nübuvvət məktubu, nübuvvət kitabı, nübuvvət dərsi artıq sona catdı və bu onun bağlanmaq əlamətidir, belə ki, ondan sonra hər kəs, hər ad ilə gələ və idda edə (ki, bu, o məktubun ardıdır-red) məlumdur ki, saxta və yalandır. İstəyir biz o kəlməni xatəm oxuyaq, ya da xatim, islam peyğəmbərinin peyğəmbərlərin axrıncısı olmasına dəlalət etmək baxımından heç bir fərqi yoxdur. Bu Qurandan bir ayədir ki, Xatəm əl-Ənbiyanın nübuvvəti xətm etməsinə dəlalət edir.

Quranda peyğəmbərliyin sona catmasına aid başqa ayələr də vardır, əlbəttə, o ayələrdə bu kəlmələr işlənməmişdir amma, ayələrin məzmunu bu mənanı hekayət edir. Misal üçün, bir sıra ayələr buna dəlalət edir ki, bu peyğəmbərin ümməti “orta

 ümmət“, mötədil ümmətdir, ümmətlərin ən üstünüdür: وَكَذٰلِكَجَعَلْنَاكُمْ اُمَّةً وَسَطاً 2, kamil və mötədil ümmət, elə bir ümmət ki, ondan üstün bir ümmət daha mövcud ola bilməz. Bu özü də peyğəmbərliyin sona catmasını yetirir. Əgər bu peyğəmbərdən başqa bir peyğəmbər gəlsə, o peyğəmbər və o ümmət bu ümmətdən naqis ola bilməz ki. Əgər sonradan bir ümmət gəlmək istəsə, gərək daha kamil olsun, amma Quran buyurur ki, islam təlimləri ilə tərbiyyət olmuş islam ümmətindən daha üstün bir ümmət fərz olunmur.

 Habelə, Qurani-Məcidin özünə aid olan ayələrdə buyurulur: biz bu kitabı həmişəlik  

  hifz edəcək və qoruyacağıq:

 

   Biz bu zikri , bu Quranı nazil etmişik və həmişəlik onun qoruyanııyıq.”

“Qoruyuruq” nə deməkdir? Yəni, məsələn kitabxanalarda qoruyuruqmu? Nüsxələrini qoruyuruqmu? Ya bunu insanların arasında olduğu kimi qoruyuruq, canlı qoruyaraq saxlayırıq. Sözsüz, bu ikincisidir, yəni Quran həmişə insanların arasında olacaqdır, demək, aradan gedən bir kitab deyildir.

Quranda bir sıra başqa ayələr vardır ki, kecmiş peyğəmbərlərin hamısınin bu peyğəmbər haqqında müjdə verən və bu peyğəmbərə müqəddimə olmalarına dəlalət edir. Biri bu ayədir:

  

Biz bütün peyğəmbərlərə, gələcəkdə bir peyğəmbərin gəlib kecmiş peyğəmbərləri təsdiq edəcəyini bildirərək, onlardan peyman aldıq ki, hansı zamanda sizə kitab və hikmət gəlməsindən və gələcəkdə hansı zamanda bizim sizə kitab və hikmət verməyimizdən aslı olmayaraq, gərək və hökmən gərək, indidən o peyğəmbərə iman gətirə, gərək və hökmən gərək, onun gəlmək xəbərini yaymaqla ona yardım edə və öz ümmətinizin içində ona inamı təlqin edəsiniz.قَالَ اَاَقْرَرْتُمْ , siz buna israrlısınızmı?      وَاَخَذْتُمْ عَلـٰي ذٰلِكُمْ إِصْرِى  və mənim bu məsələ barəsində peymanımı qəbul edirsizmi?(yəni hazırsınızmı bu məsələ barəsində  mənimlə əhd-peyman bağlayasınız?)  $tRö‘tø%r& (#þqä9$s%

dedilər bəli biz peyman bağladıq, 

 

Allah buyurdu ki, onda hammınız şahid olun və mən özüm də şahidlərdən olacağam.

Bu qiymətli ayə

ərəb qramatikası və morfoloji təhlil baxımındanMəcməul-bəyan” kitabının müəllifinin qeyd etdiyi kimi – Quranın ən cətin ayələrindəndir, misal üçün, ərəb qramatikası baxımından ayədə işlənən لما (ləmma) kəlməsinin “ma”sı ya “mosulə”dir, ya “zamaniyyə”dir, ya da “məsdəriyyə”dir; ləma oxuyaq, “lima” oxuyaq, ya ”ləmma”? Bir nəfər ”lima” oxuyubdur, hər halda, ayədə ifadə olunan ümumi məna və məqsəd qeyd etdiyimizdir və bu həmən məzmundur ki, rəvayətlərimizdə də ona çox işarə olunmuşdur.

 Onlardan biri “Nəhcul-bəlağə”də Əli əleyhis-salamın buyurduğudur: Allah peyğəmbərlərin hamısından bu peyğəmbər üçün peyman almışdur. Yəni bütün nübuvətlər və əvvəlki şəriətlər axrıncı şəriətin müqəddimə və girişidir, bütün nübuvvətlər bu nübuvvət üçün müqəddimədir, amma bu nübuvvət bütün nübuvvətlərin əsas mətnidir. Gəlmiş bütün peyğəmbər insanları Allah və qiyamətə tərəf dəvət etdikləri və insanlarda Allah və qiyamətə iman icad etdikləri kimi, axrıncı peyğəmbərin nübüvvətinəm – baxmayaraq ki, gələcəyə aid olan bir məsələ idi – iman yaratmaq vəzifəsini də daşıyırdılar. Bizim bugünki etiqadlarımızın icində bunun oxşarı, həzrət Hoccət ibn Həsənin1 zühuruna olan imanımızdır. O, Həzrətin gələcəkdə zühur etməsinə olan bu inam qiyamətə ya həzrət Rəsulun nübuvvətinə olan imandan başqa bir şeydir. Biz indidən, gərək gələcək zamanda baş verəcək bir məsələyə iman gətirək. Bütün peyğəmbərlər sonuncu peyğəmbərin zühurunun müjdə verənidirlər, şəxsən həzrət İsa barəsində Qurani- Kərim nəql edir:

 

Həzrət İsa ibn Məryəm bəni-İsrailə buyururdu ki, mən Allah tərəfindən sizə göndərilmiş peyğəmbərəm, kecmiş kitab olan Tövratı təsdiq edirəm, Musanın nübüvvət və kitabını təsdiq edirəm və mən gələcəkdə gələcək bir peyğəmbərin müjdəcisi və xoş xəbərini verənəm, onun adı Əhməddir.

 



1 –xatəm əl-ənbiya islam peyğəmbərinin ləqəbidir, peyğəmbərlərin son qoyanı deməkdir.

2 –Bəqərə surəsi ,ayə143

[1] -Hicr surəsi, ayə 9.

[2]-Ali İmran surəsi, ayə81.

1 - Hoccət 12-ci imam həzrət Məhdinin ləqəblərindən biridir.

2 – Səf surəsi, ayə 6.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İİR XİN- C. Zərif Qədr gecələrini Vyana İmam Əli Mərkəzində keçirtdi
İmam Cə`fər Sadiq (əleyhissəlam)
Şeyx Əli Salman BMT-yə etiraz etdi BMT də Bəhreyn hakimiyyətini tənqid etdi
Osmanın dövründə:
HƏMAS Qəzza və Qərb sahilində seçkilərin keçirilməsinə səslədi
Əsgər analarına dəstək" İctimai Birliyi “Ərbəin - İkinci Aşura” adlı ...
Sionistlərin qorxduğu həyata keçdi, Sünni Müftisi: "İran İslam Respublikası ...
Səud rejiminin Yəmən xalqına qarşı cinayətləri səngimir, 9 qadın və bir ...
Almaniyanın Botrop şəhərində Aşura mərasimi
İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...

 
user comment