Azəri
Friday 29th of March 2024
0
نفر 0

Səkkizinci imam Həzrət Musa Rza (ə)

Səkkizinci imam Həzrət Musa Rza (ə)

Həzrət Musa Rzanınin (ə) atası İmam Kazim (ə), anası isə Nəcmə xatundur. O həzrət hicri 148-ci ildə, zilqədə ayının 11-də, cümə günü, Mədinə şəhərində dünyaya göz açdı. Hicri 203-cü ildə, səfər ayının sonunda, 55 yaşında ikən zəhərləndirilərək şəhid edildi. İmamın (ə) cənazəsini oğlu İmam Cavad (ə) öhdəsinə götürüb, onu Xorasanın müqəddəs “Məşhəd” şəhərində torpağa tapşırdı.

İmam Rzanın (ə) elm, fəzilət, təqva və ibadəti o qədər məhşurdur ki, qeyd etməyə ehtiyac duyulmur.

 Məkr və hiyləgərlikdə ad çıxaran Abbasi xəlifəsi Məmun qurduğu məkrli plan əsasında İmam Rzadan (ə) xəlifəliyi öhdəsinə götürməsini tələb etdi. Məmunun hiyləsindən xəbərdar olan İmam bu tələbə rədd cavabı verdi. Bunu görən Məmun onu vəliəhdliyi qəbul etməyə vadar etdi. Həzrət Rza (ə) heç bir halda dövlət işlərinə qarışmamaq şərtilə onun təklifinə müsbət cavab verdi. Daim İmam Rzanın (ə) şəxsiyyətini terror etmək fikrində olan Məmun əksər hallarda dəyirmi masalar təşkil edir, din, məzhəb alimlərini də bura dəvət edir və İmamdan (ə) bu növ məclislərdə iştirak etməsini tələb edirdi. Belə məclislərdə iştirak edən İmam (ə) din, məzhəb haqqında malik olduğu dərin elmi ilə hamını heyrətə salar və Məmunun məkrli məqsədini ürəyində qoyardı. Həzrət İmam Rza (ə) ibadətə xüsusi diqqət yetirərdi. Əksər gecələri ibadətlə keçirər, hər üç gündən bir bütün Quranı tilavət edər və bir çox hallarda gün ərzində min rəkət namaz qılardı. Bəzən də saatlarla səcdədə qalaraq dua etməklə məşğul olardu. Çox vaxt oruc tutar, ehtiyacı olanlara saysız hədiyyələr verər və bu işi gizli, xüsusi ilə qaranlıq gecələrdə həyata keçirərdi. İctimai davranış qaydalarına xüsusi diqqət yetirər, danışıq tərzi ilə digərlərini narahat etməz, nitq söylədikdə səhvə yol verməz, məclisdə ətrafında adam olduğu zaman kürəyini bir yerə söykəməz və heç vaxt ucadan gülməzdi. Sufrə salındığı zaman, xüsusilə Məşhəddə Məmunun ona vəliəhdliyi zorla qəbul etdirdiyi dövrlərdə, bütün ailə üzvlərini, hətta xidmətçilərini belə çağırar onlarla bir yerdə yemək yeyərdi.

IMAM RZA ӘLEYHISSALAMIN TӘVӘLLÜDÜ

148-ci Hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində Musəbni Cəfər əleyhissalamın evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı.

Bu körpənin adını Әli, ləqəbini isə Rza qoydular. Imamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı.

Uşaqlıq çağından etibarən atası imam Kazim (ə) ilə birlikdə idi. Imam Museyi Kazim (ə) həmişə öz əshabına belə buyurardı: «Məndən sonrakı imam, budur».

Bu barədə Məxzumi belə demişdir: Günlərin bir günündə Musəbni Cəfər (ə) bizi çağırıb «sizi dəvət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız» - deyə buyurdu.

Imamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: «Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa.»

IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI

Məsum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər. Bu barədə mərhum Səduq, Ibrahim ibni Abbasdan nəql edərək belə yazmışdır: Imam Rza əleyhissalamın, sözlə bir kimsəyə züml etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı.

Məhəmməd ibni Әbi Ibad, imam (ə) haqqında belə deyibdir: «Həzrət (ə) yayda həsirdən, qışda isə yun fərşlərdən istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi.

Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, imam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: Biz qonaqlarımızı işlətmərik».

Imamın xidmətçisi Yasir deyibdir: Imam (ə) bizə belə buyurardı: Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın». Imamın əshabından olan başqa bir nəfər isə o həzrətin əxlaqı barəsində belə deyibdir: Bir gün yad bir adam imamın evinə gəlib: «Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm» - dedi. Imam (ə) qalxıb o biri otaqa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: «Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir».

Imamdan «belə etdin ki, səni görməsin?» - deyə soruşdular. Imam (ə) onların cavabında belə buyurdu: «Belə etdim ki, gözü mənə sataşıb utanmasın».

Imamın əshabından olan Süleyman deyibdir: Bir gün həzrətlə evə getdik. Fəhlələr işləyirdilər. Orada imamın tanımadığı özgə bir kişi də var idi. Imam (ə) buyurdu: «Bu kişi kimdir?» Dedilər: Onu bizə kömək etmək üçün gətirmişik. Buyurdu: «Onunla müqavilə bağlayıb muzdunu təyin etmisinizmi?»

Dedilər: Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib etiraz etməz. Imam (ə) bu sözdən çox narahat olub buyurdu: «Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzudun təyin edin. Çünki muzdu təyin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu təyin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz.»

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment