Azəri
Tuesday 17th of May 2022
186
0
نفر 0

Islami rəvayətlərdə bayram günləri

Islami rəvayətlərdə bayram günləri

Quranın bayram haqqında buyurduqlarını aydınlaşdırdıqdan sonra bu kitabın hüdudlarından xaric olan zaman tələb etdiyinə görə, bu mövzunu tarix və hədislərdə araşdırmaq zərurəti duyulur. Lakin İmamların (ə) nöqteyi- nəzərində bayramın mahiyyətinin necəliyini Əlidən (ə) nəql olunan rəvayətlə göstəririk:

"انَّمَا هُو عِيْدٌ لِمَن قَبلَ اللهُ صيامَه وَ شَكَرَ قيامه و كُلُّ يَوْمٍ لا يُعصَى اللهُ فِيه فَهُوَ عِيد"[1]

“Bu, Allahın orucunu qəbul edib namazına təşəkkür etdiyi şəxsin bayramıdır. Allah fərmanından kənara çıxılmayan hər gün bayramdır”.

Ümumiyyətlə, hədis alimlərinin düzgünlüyünü təsdiqlədiyi - İmamlardan (ə) nəql olunmuş - rəvayətlər İslamda dörd bayramın olduğunu təkid edir: Qurban bayramı, Fitir Bayramı, Cümə günü və Qədir Xum bayramı.

Xatırlatmaq lazımdır ki, şiə və sünnülər yalnız sonuncu bayram haqqında ixtilafa düçardılar. Yalnız şiələr bu günə izzətli və əzəmətli surətdə əhəmiyyət verirlər. İmam Sadiq (ə) bu bayramı bütün bayramlardan böyük, daha fəzilətli hesab edərək öz davamçılarına dörd işi vəzifə təyin edir: Allahı zikr etmək, oruc tutmaq, ibadət etmək, Məhəmməd və Ali Məhəmmədi əzəmətlə xatırlamaq.

Sonra Həzrət (ə) davam edərək buyurur: Bu, yalnız Peyğəmbərin (s) Əliyə (ə) sifariş etdiyi gün deyil, əslində digər peyğəmbərlər də öz vəsilərini belə günləri bayram etməyə çağırırdılar.[2]

Beləliklə, Allah, Peyğəmbər və İmamların adı və xatirəsi ilə keçirilən bayram və şənlik məclislərini qeyri-şəri və qanunsuz hesab etmək olmaz.

Həzrət Əli (ə) Qədir Xum bayramının cümə gününə təsadüf etdiyi vaxt: “Bu gün iki bayram bir yerdə cəmlənmişdir” deyə buyurmuşdur.[3]

Marudinin dediklərindən

Altıncı əsrdə yaşamış Əbu Əli Marudi Bəni Abbas hakimiyyəti dövründə yüksək məqam sahibi olmuşdur. O, ölkədə hökumət sistemi, camaat qarşısındakı vəzifələri barəsində danışarkən bayramlar haqqında belə yazır:

“Hökumətin vəzifələrindən biri Cümə və bayram günlərində ibadətin təşkil olunmasına xüsusi diqqət yetirilməsi, cihada aid olan məsələlərdə və onların şərtlərinə toxunulmamasına səy göstərməsidir. Çünki, bunlar Allaha məxsus hüquqlar olduğu üçün mühafizə olunması gərəkdir”.[4]

Marudinin dedikləri o zamanın xəlifələrinin də bayramların keçirilməsinə diqqətlə yanaşdıqlarını çatdırır. Yoxsa bayramlar və onların şərtləri haqqında danışmaq bihudə iş olardı”.[5]

Vahabilərin bayram və əza məclislərinə olan həssaslıqlarının dəlili

Keçən mövzuların mütaliəsindən sonra bir sıra suallar meydana çıxır: Nə üçün vahabilər bayram və əza məclislərinin qurulmasına həssasdırlar? Nə üçün onlar bu qədər müsəlmanı belə məclislərdən çəkinmələrinə vadar edirlər? Müsəlmanların öz peyğəmbərlərinin doğum yaxud besət günündə şadlanmalarının, o əziz şəxsin vəfat günündə ağlamalarının nə eybi vardır? Birincisi, əgər onlar bu mövzuda rəvayətlərin yoxluğunu bəhanə gətirirlərsə, bu işlərin Peyğəmbərin əmri, yaxud sərəncamına ehtiyacı olan ibadi xüsusiyyəti daşımasını xatırlatmaq lazımdır. Ikincisi, Peyğəmbərin səhabələri və davamçıları belə məclislərin qurulmasını haram hesab etməmişlər. Şiə kitablarında günah olmadığı surətdə belə mərasimlərin keçirilməsinin mümkünlüyünə hökm vermişlər.

Bəzi yazıçılar vahabilərin zidd mövqelərinin dəlilini belə göstərmişlər ki, məbada Qədir Xum bayramı üçün edilən şadlıqlar Kərbəla müsibəti kimi hər yerə yayılıb rövnəqlənsin.

 



[1] “Nəhcul Bəlağə”, Qısa kəlamlar 427.

[2] “Əl Qədir”, 1-ci cild, səh. 286.

[3] “Əl Qədir”, 1-ci cild, səh. 284.

[4] “Əhkamus soltaniyyə”, “Vilayət məzalim”

[5] Bayramlar haqqında daha çox məlumat almaq üçün: Nəviri “Fununul ədəb”, 1-ci cild, səh. 177, Müqrizi, “Xətət”, 2-ci cild, səh. 222, Əllamə Əmininin “Əl Qədir” 1-ci cild, səh. 288-ə müraciət edin.

186
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:
لینک کوتاه

latest article

İFTİDA – QADININ BOŞANMA HAQQI
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
Tövbənin şərtləri və nəticələri
ABŞ YƏHUDİ-MASON RUHUNUN KRİSTALLAŞMASI
QEYBƏT VƏ PİSLİYƏ DANIŞIQ XƏSTƏLİYİNİN MÜALİCƏSİ
Mәhrәm vә nаmәhrәmlik mәsәlәlәri
Həyatda olanlara təvəssül edib yardım diləmək
Allah bütün kamal sifətlərə malikdir
SƏHİFEYİ-SƏCCADİYYƏ DUALARI
HƏZRƏT İSA (Ə) VƏ MƏRYƏM

 
user comment