Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən önə keçdiyi və Fərata çıxış yolunu bağladığı, ondan su götürmələrini qadağan etdiyi vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır.

51-ci xütbə

 

Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən önə keçdiyi Fərata çıxış yolunu bağladığı, ondan su götürmələrini qadağan etdiyi vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır.

Müaviyənin qoşunu (Fəratın mənsəbini tutmaq sizi ordan su götürməyə qoymamaqla) sizlərlə döyüşmək istəyir. Belə olduqda siz ya zəlillik rəzilliyi boynunuza alaraq şücaət şərəfinizi əldən verməli (acizlik gücsüzlüyünüzü bildirməli, susuzluqdan əlacsız qalaraq, özünüzü düşmənə təslim etməlisiniz), yaxud da sudan doymanız üçün qılınclarınızı (onların) qanı ilə doydurmalısınız. Deməli, əgər məğlub olsanız (əsl) ölüm sizin həyatınızda, (düşmənə) qalib gəlsəniz (həqiqi) həyatınız ölümünüzdə olacaq (şərəfli başıuca ölüm, rəzillik zillət içində yaşamaqdan yaxşıdır). Agah olun ki, Müaviyə az sayda azğın nadanı döyüşə gətirib[1]  (Osmanın qanının alınmasını bəhanə edəcək) işin həqiqətini (hakimiyyət rəhbərliyi əldə etmək üçün müharibə apardığını) onlardan gizlətmişdir ki, onlar öz boğazlarını ölümün (oxlarının) hədəfinə çevirsinlər. (Nadanlıqlarına azğınlıqlarına görə ölümə hazırdırlar.)

 

52-ci xütbə

 

İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı ona əhəmiyyət verməmək, camaatın axirətə təşviqi, savab, əməlin cəzası Haqq-təalanın nemətlərinin böyüklüyü haqda) xütbələrindəndir.

(Bu xütbə daha öncə bir rəvayətin əsasında nəql olunmuşdur. Burada iki rəvayət arasında olan fərqə görə, başqa bir rəvayətə əsasən nəql edirəm.)

Agah olun, dünya faniliyə məhvə doğru getməkdədir (onda müşahidə olunan dəyişikliklərə görə) sonun yetişdiyini elan etmişdir. Onun (gənclik sağlamlıq kimi) xoşluğu daimi qalmır sürətlə (öz əhlindən) üz döndərir. Öz sakinlərini fənalığa yoxluğa sürükləyir, qonşularını (qəbristanlığa tapşırmaq üçün) ölümə doğru qovur: (Cavanın qocalması sağlamlığın xəstəliklə əvəz edilməsi kimi vasitələrlə) şirinliyi acıya çevrildi, saflığı qaraldı. (Onda hər an sürətli dəyişikliklər baş verirsə, ondan faydalanmaq müvəqqətidirsə, dünyaya ürək bağlamaq lazım deyil.) Bu dünyadan (hər kəsin ömrü baxımından) kiçik müşkün dibində qalan az çöküntü tək çöküntüdən (bir neçə gün) ya Məqlə qurtumu[2] qədər bir qurtumdan (az bir vaxtdan) başqa bir şey qalmayıb. (Ömürlərindən az bir müddət qalan, dünyaya) təşnə həmin çöküntünü ya Məqlə qurtumunu sorsa, (dünyaya ürək bağlayıb, axirətə göz yumsa) susuzluğu yatmaz (nəzərdə tutduğu faydanı götürə bilməz). Ey Allah bəndələri, (dünya sizinlə belə rəftar etdiyi halda) sakinlərinə zaval yoxluq labüd olan bu saraydan köçməyə hazırlaşın. Arzu sizləri üstələməsin, orada yaşadığınız müddət nəzərinizdə uzun görünməsin (yersiz arzulara arxalanmayın sizi qəflətən haqlayan ölümdən qafil olmayın). Allaha and olsun, əgər balası ölmüş dəvə kimi nalə çəksəniz, göyərçin kimi ötsəniz, dünyanı tərk edən rahib tək fəryad çəkərək zarısanız Onun yanında məqam mövqe baxımından yaxınlaşmaq üçün, yaxud yazılmış Onun mələklərinin qeydə aldığı günahın bağışlanması üçün Allah yolunda malınızdan, övladlarınızdan keçsəniz, mənim, böyük Allah tərəfindən sizə veriləcəyinə ümidvar olduğum savabın müqabilində həqiqətən azdır. (Eyni zamanda) bunlar mənim sizlər üçün qorxduğum Onun əzabının müqabilində azdır.[3] Allaha and olsun! Əgər Haqq-təalaya şövqdən ya onun qorxusundan ürəkləriniz közərsə, yaxud gözlərinizdən qan axsa dünya durduqca bu minvalla yaşasanız belə, sizin əməlləriniz cidd-cəhdli səyləriniz Allahın sizə əta etdiyi böyük nemətlərə, sizləri imana yönəltməsinə bərabər olmaz.

 

Bu xütbənin bir hissəsi
Qurban bayramı qurbanlıq heyvanın
xüsusiyyəti barədədir

 

Qurbanlıq heyvanın şərtlərindən biri budur ki, qulağı bütöv (kəsilmiş deşilmiş olmasın), gözü sağlam olsun. Qulağında gözündə eybi olmasa, qurban doğru səhihdir. Buynuzu sınmış olsa (qurbanlığa yaramır, ayağı sınmış qoyun kimidir ki,) qurban kəsilən yerə gedəndə axsayar. (Ayağı buynuzu sınmış qoyunu qurban kəsmək düzgün deyil. Seyyid Rəzi buyurur:) Mənsək (ibadət yeri mənasını versə ,) burada qurban kəsilən yer mənasında işlənmişdir.

 



[1] Müaviyənin qoşunu çox olsa da, onlar azsaylı dəstəyə bənzədilib. Onların müharibə elmini bilməmələrinə işarə olunur.

[2] Ərəblərin adətinə görə, susuz şəxslər səhrada az miqdarda su tapsaydılar xırda çınqılları bir qaba yığar, üstünə onun üzərini örtəcək həddə su tökərdilər. Sonra, onların hər biri susuzluğunu yatırmaq üçün lazım olan qədər həmin sudan içərdi. Beləliklə , azacıq suyu da öz aralarında bölərdülər. Həmin daş çınqıllara «məqlə» deyilir.

[3] Mənim sizə əmr etdiyim Allaha ibadətin savab mükafatı, onun istəyərkən yalvarıb, zarıdığınız ibadətinə mükafatından dərgahına yaxınlıq vasitəsi kimi əl atdığınızdan daha artıqdır. Mənim sizləri çəkindirdiyim günahın cəzası, onun bağışlanması üçün ah-nalə etdiyiniz, yas tutduğunuz günahdan daha ağırdır. Xülasə, Allaha ibadət bəndəliyin mükafatı, Ona itaətsizlik günahın cəzası barədə mənim bildiyim, sizin qavrayışınızdan, idrakınızın hüdudlarından kənardır. Deməli, əmr etdiyimə çalışın çəkindirdiyimdən gözünüzü çəkin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi
Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu
Azərbaycan Xalqının Tarixini məhv edən rejimdə Rəsulzadənin Stalini gizlətdiyi ...
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur
Vəhhabilər Nigeriyada Məscid partladılıb, 22 nəfər həlak olub
XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə

 
user comment