Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan şəxslərin gördüyü xeyir əməllər məsələsidir.

GIRIŞ

Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan şəxslərin gördüyü xeyir əməllər məsələsidir.

Bu gün savadlı və savadsızlığından asılı olmayaraq, müxtəlif təbəqələr arasında belə bir sual irəli sürülür ki, müsəlman olmayan şəxslərin xeyir əməlləri Allah dərgahında qəbul edilir, yoxsa yox? Әgər qəbul edilirsə, onda insanın müsəlman olub-olmamasının nə kimi tə`siri vardır? Belə olan surətdə əsas məsələ insanın dünyada xeyir işlər görməsidir. Әgər biri müsəlman olmasa və ya heç bir dinə qulluq etməsə, ziyana uğramayıb. Yox, əgər müsəlman olmayanların xeyir əməlləri qəbul edilmirsə və onların bütün əməlləri puç olursa və Allah yanında heç bir savab və mükafat almırlarsa, bu məsələ ilahi ədalətlə bir araya necə sığır?

Bu sual eynilə Islam çərçivəsində, Әhli-beytə tabe olub-olmamaq barəsində də irəli sürülə bilər. Görəsən Әhli-beytə tabe olmayan müsəlmanın əməli Allah dərgahında qəbul edilir, yoxsa yox? Әgər qəbul edilirsə, onda müsəlmanın Әhli-beytə tabe olub-olmamasının fərqi nədir? Çünki, belə olan surətdə əsas məsələ insanın müsəlmançılığında olur və əgər kimsə Əhli-beytin vilayətini qəbul etməsə, heç bir ziyana uğramır. Amma əgər Әhli-beytə tabe olmayanın əməli qəbul deyilsə, onda bu məsələ ilahi ədalətlə necə izah edilir?

Әvvəllər ancaq filosoflar arasında və fəlsəfi kitablarda bəhs edilən bu məsələ, indiki zamanda bütün təbəqələrə sirayət edib.

Ilahi filosoflar bu məsələ barəsində belə bəhs edirdilər ki, əgər dindən xaric olan insanların hamısı ilahi əzaba düçar olsalar, onda varlıq aləmində şər çoxluq təşkil edər, halbuki əsalət və çoxluğun bədbəxtlik və şərlərlə deyil, xoşbəxtlik və xeyirlərlə olması ən qət`i və aydın əsaslardandır.

Insan varlığın gülüdür və hər şey onun üçün yaradılıb. (Әlbəttə «hər şey onun üçün yaradılıb» sözündən məqsəd, adətən dar fikirli insanların başa düşdükləri şey deyil, filosofların dedikləri düzgün məfhumdur.) Indi birdən bu insanın cəhənnəm üçün yaradılması qərara alınmış olsa, yə`ni onların əksəriyyətinin son yeri cəhənnəmdirsə, onda Allahın qəzəbinin rəhmətindən çox olmasını e`tiraf etmək lazım gəlir. Çünki, insanların çoxu haqq dindən uzaqdırlar və hətta haqq dində olanlar da əməl baxımından zəlalət və azğınlıqdadırlar. Bu məsələyə filosoflar bu nöqteyi-nəzərdən yanaşırdılar.

Təqribən yarım əsrdir ki, müsəlman və qeyri-müsəlman xalqlar arasındakı əlaqələrin asanlaşması, əlaqə vasitələrinin çoxalması və xalqların bir-birləri ilə dostluqlarının artması nəticəsində bu məsələ bütün təbəqələr, xüsusilə dırnaqarası ziyalılar arasında sual doğurur ki, görəsən saleh əməllərin Allah dərgahında qəbul olmasının yeganə şərti Islam və imandırmı?

Onlar son əsrdə yaşamış və müsəlman olmamış, amma bəşəriyyətə çox dəyərli xidmət göstərmiş ixtiraçıların həyatlarını oxuyaraq həmin alimləri mükafata layiq hesab edir, digər tərəfdən isə əvvəllər qeyri-müsəlmanın əməllərinin puça çıxmasını fikirləşdikləri üçün çox nigaran olurlar. Beləliklə, illərlə ancaq fəlsəfə dairəsində olan bir mövzu ümumi kütlə arasına qədəm qoyur və ilahi ədalətə varid edilən irad şəklində irəli sürülür.

Әlbəttə, bu irad ilahi ədalətlə birbaşa əlaqəli deyil. O, Islamın insan və onun əməlləri barəsindəki baxışına bağlıdır. Dediyimiz bu irad ilahi ədalətə belə aid olur ki, deyəsən insan, onun əməlləri və Allahın onunla bu cür rəftar etməsi barəsindəki bu nəzər və fikir, ilahi ədalət me`yarlarına ziddir.

Mən gənc tələbələrlə olan əlaqələrimdə bu sualın irəli sürülməsi ilə çox rastlaşmışam. Bə`zən soruşurlar ki, dünyanın böyük ixtiraçıları bəşəriyyətə olan bu qədər böyük xidmətlərinə baxmayaraq cəhənnəmə gedəcəklər? Məsələn, Pastor, Edison və bu kimi ixtiraçılar cəhənnəmə, ömürlərini məscidin bir küncündə keçirən bekar zahidlər isə cənnətə gedəcəklər? Allah cənnəti ancaq bizim üçün yaradıb?

Yadımdadır ki, bir gün mənim çox mö`min və dindar yerlilərimdən biri Tehrana gəlmişdi və mənimlə görüşəndə həmin məsələni soruşdu.

Həmin kişi Məşhəddə olan dəri-zöhrəvi xəstəxanasına baş vurmuşdu və orada xəstələrə səmimi qəlbdən qulluq edən xristian tibb bacılarını görəndə həyəcanlanaraq tə`sirlənmişdi. Elə oradaca zehninə bu sual gəlmiş və şəkkə düşmüşdü.

Bilirsiniz ki, dəri-zöhrəvi xəstəliklərinə tutulmuş şəxslərə qulluq etmək çox çətin, ağır və ürpəşdirici bir işdir. Məşhəddə həmin xəstəxana yaradılanda çox az həkim orada işləməyə razı oldu. Orada xəstələrə qulluq etəməyə də heç kəs razı deyildi. Qəzetlərdə həmin xəstəxanada tibb bacısı işləmək üçün qüvvə lazım olması barədə e`lanlar verildi və bütün Iranda bu işə müsbət cavab verən bir nəfər belə tapılmadı. Fransadan bir neçə nəfər «tərkidünya» xristian qız gəldi və həmin xəstələrə qulluq etməyi öz öhdəsinə götürdü.

Bu qızların, hətta ata-anaları tərəfindən atılmış xəstələrə qarşı humanist rəftar və səmimi qulluqlarını görmüş həmin şəxs, çox güclü şəkildə onların tə`siri altına düşmüşdü.

O danışırdı ki, həmin xristian tibb bacıları uzun və geniş paltarlar geyinmişdilər və əllərində bəlkə də min dənəsi olan uzun bir təsbeh var idi, işləri qurtaran kimi zikr deməyə başlayırdılar.

Həmin kişi pərişan və narahat halda soruşurdu ki, müsəlmandan başqa heç kəsin cənnətə girməyəcəyi düzdürmü?

Әlbəttə biz indi həmin xristian qızların bura hansı məqsədlərlə gəlmələrini və doğrudan da ancaq və ancaq Allaha görə və Allah yolunda qulluq etmək və ya digər məqsədlərə malik olmalarını araşdırmaq istəmirik. Bu işə çox nikbin olmadığımız kimi, bədbin də olmaq istəmirik. Məqsədimiz budur ki, bu kimi hadisələr bizim adamlarımızı ciddi bir sualla üzləşdirir.

Mən neçə il bundan əvvəl bir cəmiyyətdə söhbət etməyə də`vət olunmuşdum. Həmin cəmiyyətdə onların öz adətləri üzrə, iştirakçılara deyildi ki, əgər sualları varsa yazsınlar, münasib bir vaxtda onlara cavab verilsin. Orada sualları bir dəftərə yazmışdılar və həmin dəftəri mənə verdilər ki, söhbətimin mövzusunu onların əsasında hazırlayım. Mən gördüm ki, ən çox təkrar olunan sual budur ki, görəsən Allah müsəlman olmayan bütün insanları cəhənnəmə aparacaq? Pastor, Edison və Kox əzab əhli olacaqlar?

Mən ondan sonra bu məsələnin, camaatın fikrini özünə cəlb etmək baxımından əhəmiyyətli olmasını başa düşdüm.

Biz indi kitabın bu fəslində, Allahın köməyi ilə, məsələnin araşdırılmasına başlayacağıq. Amma həmin mövzuya daxil olmamışdan əvvəl, həmin mövzunun aydınlaşması üçün iki məsələni izah etməyimiz lazımdır.

1. MÖVZUNUN ÜMUMI CӘHӘTI

Bizim bu söhbətdən məqsədimiz şəxsi məsələləri araşdırmaq, məsələn Pastorun cəhənnəm əhli olub-olmamasını müəyyənləşdirmək deyil. Biz onun həqiqi fikir və inanclarının, mə`nəviyyatının, ruhi və əxlaqi xüsusiyyətlərinin və hətta zahiri əməllərinin nə olmasını bilə bilmərik. Bizim onunla tanışlığımız onun yalnız elmi xidmətləri səviyyəsindədir.

Bu məsələ təkcə Pastora aid deyil. Ümumiyyətlə, insanların müqəddəratı Allahın əlindədir. Heç kəsin, kiminsə cənnət və ya cəhənnəm əhli olub-olmaması barədə qəti fikir söyləmək haqqı yoxdur. Әgər bizdən məsələn, «Şeyx Mürtəza Әnsari o yüksək pərhizkarlıq, təqva, iman və əməli ilə mütləq cənnət əhli olacaq?» deyə soruşsalar, cavabımız budur ki, biz onun barəsində olan mə`lumatımız çərçivəsində onun elm və əməlində bir pislik eşitməmişik, bildiyimiz şey ancaq yaxşılıq və xeyirdir. Amma onun yüz faizlik cənnət əhli olmasını demək bizim ixtiyarımızda deyil. Insanların ruh və batinlərindən xəbərdar olan ancaq və ancaq Allahdır və O, insanların bütün gizli sirlərini bilir və varlıqların hesabı da Ona məxsusdur. Yalnız Allah övliyaları tərəfindən son müqəddəratları bildirilmiş şəxslər barəsində fikir söyləmək olar.

Bir də görürsən ki, bə`ziləri alimlərin ən fəzilətlisi və Allah dərgahına ən yaxının kim olması barəsində danışırlar. Məsələn, Ibni Tavus fəzilətlidir, yoxsa Bəhrul-Ulum və ya Şeyx Әnsari? Bə`zən imamzadələrin hansının daha fəzilətli olmasını soruşurlar. Məsələn, Allah yanında həzrət Әbdül-Әzim əzizdir, yoxsa həzrət Mə`sumə (s)?!

Bir dəfə müctəhidlərin birindən soruşmuşdular ki, həzrət Әbulfəzl üstündür, yoxsa həzrət Әli Әkbər? Sualı elmi şəkildə irəli sürüb müctəhidi cavab vermək məcburiyyətində qoymaq üçün belə yazmışdılar ki, əgər bir nəfər imamzadələrin ən fəzilətlisinə qoyun nəzir edibsə nə etməlidir? Həzrət Әbulfəzl fəzilətlidir, yoxsa həzrət Әli Әkbər?

Bu cür söhbətlərin səhv olması, müctəhid və qeyri-müctəhidin bu qism suallara cavab vermək məs`uliyyəti daşımaması mə`lum məsələdir. Allah bəndələrinin məqamlarını müəyyənləşdirmək bizim öhdəmizdə deyil və bu işi Allaha tapşırmaq lazımdır. Kimin məqamının nə olmasını Ondan başqa heç kəs bilmir və bunu Allah tərəfindən bildirilməsə, heç kəs bilə bilməz.

Islamın ilkin çağlarında müsəlmanların bə`ziləri müəyyən yerlərdə bu cür yersiz fikirlər bildiriblər və Peyğəmbər (s) onların bu işlərinin qarşısını alıb.

Osman ibni Məz`un dünyadan köçəndə, onun elə evində yaşadığı və qonağı olduğu kişinin arvadı, ənsardan olan Ummu Әla adlı bir arvad Peyğəmbərin hüzurunda Osmanın cənazəsinə xitab edərək belə dedi: Cənnət sənə halal olsun.

Peyğəmbər (s) Osman ibni Məz`unun görkəmli şəxsiyyət olması, o həzrətin özü onun ölümündə bərk ağlaması və onun cənazəsini öpməsinə baxmayaraq, həmin arvadın bu yersiz fikir söyləməsindən qəzəbləndi və qəzəbli baxışlarla ona baxaraq belə buyurdu: Haradan bilirsən? Nə üçün bilməyə-bilməyə hökm çıxarırsan? Məgər sənə vəhy olub? Məgər sən Allah bəndələrinin hesabından xəbərdarsan? Arvad deyir ki, ey Allahın Peyğəmbəri, o sizin səhabəniz və mücahid döyüşçülərinizdən olub. Peyğəmbər (s) onun cavabında diqqət edilməsi lazım olan bir cümlə buyurur:

«Mən Allahın elçisiyəm, amma mənimlə necə rəftar ediləcəyini bilmirəm.»

Bu cümlə eyni ilə, Qur`an ayələrinin birinin məzmunudur ki, buyurur:

قُلْ مَا كُنتُ بِدْعًا مِّنْ الرُّسُلِ وَمَا أَدْرِي مَا يُفْعَلُ بِي وَلَا بِكُمْ

«De ki: Mən peyğəmbərlərin birincisi deyiləm. Rəbbimin mənimlə və sizinlə nə edəcəyini bilmirəm....» (Әhqaf-9).

(Burada zehnlərdə belə bir sual yarana bilər ki, bu ayə müsəlmanlar arasında qəti və inkaredilməz olan bir şey, yə`ni o həzrətin qiyamətdə bə`zi günahkarların bağışlanmaları üçün özünün yüksək məqamından istifadə edərək onlara şəfaət edəcəyini xəbər verməsi ilə ziddir. Hətta Qur`anın «Həqiqətən Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne`mətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan! və ya «Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq....» və bu kimi bə`zi ayələri ilə də müxalifdir.

Bu iradın cavabı budur ki, yuxarıdakı hədisin məzmunundan mə`lum olduğu kimi, ayənin mə`nası belədir ki, heç kəsin müqəddərat və aqibətinin nə olacağı və hara gedib çıxacağı ona qəti surətdə mə`lum deyil. Işlərin qəti aqibətlərini ancaq Allah bilir və əgər bunları başqası da bilirsə, o, ilahi vəhy vasitəsi ilədir. Belə isə, son müqəddəratın bilinməsini rədd edən ayə, Peyğəmbər və ya hər hansı bir digər şəxsin özünə və öz əməlinə arxalanaraq müqəddəratı barəsində xəbər verməsini nəzərdə tutur. Amma Peyğəmbərin özü və ya başqalarının aqibətinin bilməsini göstərən ayələr ilahi vəhy vasitəsi ilədir.)

Buna bənzər hadisənin Sə`d ibni Məazın ölümündə də baş verməsi nəql edilib. Həmin vaxt Sə`din anası onun yatağının yanında ona bənzər bir cümlə deyəndə, Peyğəmbər (s) buyurur ki, sakit ol, öz başından Allaha aid işlər barəsində hökm çıxarma.

2. ISLAMDAN BAŞQA HEÇ BIR DIN QӘBUL DEYIL

Әsas mövzumuza girişməzdən əvvəl, aydınlaşması lazım olan digər bir məsələ isə budur ki, qeyri-müsəlmanların xeyirli işləri barəsində iki cür danışmaq olar. Bu əslində iki sualdır. Onlardan biri budur ki, Islamdan başqa digər bir din qəbul edilir, yoxsa Allah dərgahında qəbul edilən yeganə din ancaq Islam dinidir? Başqa sözlə desək, insan hər hansı bir dinə və səma elçilərinin hər hansı birinə mənsub olmalıdır və bunun hansı səma dini olması fərq etmir, məsələn müsəlman, yəhudi və ya xristian və hətta zərdüşt olmaq kifayət edir, yoxsa bütün zamanlarda haqq din ancaq və ancaq bir dindir?

Digər bir məsələ isə budur ki, biz haqq dinin həmişə ancaq bir din olmasını qəbul etdikdən sonra, haqq dində olmaya-olmaya doğrudan da yaxşı olan və haqq dinin təsdiqlədiyi bir əməli yerinə yetirən şəxsin dediyimiz əməlinin mükafatlandırılib-mükafatlandırılmayacağı barəsindəki sualla qarşılaşırıq. Başqa sözlə desək, görəsən saleh əməllərin mükafatlandırılmalarının şərti, haqq dinə iman bəsləməkdir, ya yox?

Burada söhbət ikinci məsələdən gedir.

Birinci məsələ barəsində xülasə olaraq bunu deyirik ki, bütün zamanlarda haqq din ancaq bir dindir və hamı həmin dinə tabe olmalıdır.

Ziyalılıq iddiasında olan bə`zi şəxslər tərəfindən son zamanlar yayılan «bütün səma dinləri mö`təbər olmaları baxımından bütün zamanlarda bərabərdirlər» fikri səhv bir fikirdir.

Әlbəttə, Allah peyğəmbərləri arasında heç bir ixtilaf və ziddiyyətin olmaması fikri tamamilə düzdür. Allah peyğəmbərlərinin hamısı bəşəriyyəti bir hədəf və bir Allaha doğru çağırıblar və onlar insanlar arasında ziddiyyətli firqə və qruplar yaratmağa gəlməyiblər.

Amma bu o demək deyil ki, bütün zamanlarda bir neçə haqq din var və insan bütün zamanlarda onlardan istədiyini qəbul edə bilər. Әksinə, həmin sözün mə`nası budur ki, insan bütün peyğəmbərləri qəbul etməli və əvvəlki peyğəmbərin ondan sonra gələn peyğəmbər, xüsusilə onların ən fəzilətli və sonuncusu olan Islam Peyğəmbərinin müjdəsini verməsini və sonrakı peyğəmbərlərin özlərindən əvvəlki peyğəmbərləri təsdiqləmələrini bilməlidir. Deməli, bütün peyğəmbərlərə iman bəsləmək, hər bir dövrdə zəmanə peyğəmbərinə tabe olmağımızı tələb edir və bizim peyğəmbərlərin sona çatdığı zamanda Allah tərəfindən son peyğəmbər vasitəsi ilə gətirilən son hökmlərə əməl etməyimiz zəruridir. Bu, Islam deməkdir, yə`ni Allaha təslim olmaq və Onun elçilərinin peyğəmbərliklərini qəbul etməyin zərurətlərindəndir.

Müasir insanların əksəriyyəti belə bir fikrin tərəfdarıdırlar ki, insanın Allaha ibadət edərək Onun tərəfindən göndərilmiş dinlərdən birinə mənsub olması və Onun göstərişlərini həyata keçirməsi kifayətdir, amma həmin göstərişlərin formaları o qədər də əhəmiyyət daşımır. Həzrət Isa (ə) da, həzrət Məhəmməd (s) də peyğəmbərdirlər, bizim xristianlıq dininə əsasən həftədə bir dəfə kilsəyə getməyimiz də düzdür, həzrət Məhəmmədin (s) dininə uyğun əməl edərək gündə beş dəfə namaz qılmağımız da! Bunlar deyirlər ki, əsas məsələ insanın Allaha imanının olması və ilahi proqramların birinə uyğun əməl etməsidir.

«Әl-imam Әli» kitabının müəllifi Corc Cordaq və məşhur livanlı yazıçı Cobran Xəlil və bu kimi digər şəxslər belə ideyaya malikdirlər. Bu iki yazıçı Həzrət Peyğəmbər (s) və Әmirəl-mö`minin (ə), xüsusilə Әli (ə) barəsində onlara iman gətirmiş bir şəxs kimi danışırlar.

(Corc Cordaqın danışığından belə mə`lum olur ki, o, həzrət Peyğəmbərin (s) peyğəmbərliyi və ona vəhy gəlməsinə iman bəsləyirmiş və həmçinin Әlinin (ə) tamamilə ilahi bir şəxsiyyət olmasına inanırmış. O, həzrət Әlini Həzrət Isa (ə) ilə bir sırada tuturmuş. Amma bütün bunlara baxmayaraq, o, xristianlıq dinindən əl çəkməyib. Cobran Xəlil, Әli (ə) barəsində belə deyir: «Mənim fikrimcə Әli ibni Әbu Talib dünyanın ümumi ruhu ilə əlaqədə olaraq onunla söhbət etmiş ilk ərəbdir». O, həzrət Әliyə həzrət Peyğəmbərdən (s) də çox məhəbbət bəsləyirmiş. Onun Әli (ə) barəsində çox maraqlı cümlələri var. Bu cümlə də onundur: «Әli dodaqları namaz zikr etdiyi halda öldü.» O həmçinin belə deyib: «Әli öz zamanından qabaqda olub. Mən bu sirdən baş aça bilmirəm ki, ruzigar nə üçün bə`zilərini öz zamanlarından qabaq yaradır.»

Maraqlı burasıdır ki, bu cümlə, həzrət Әlinin özünün bir cümləsinin məzmunudur. O həzrət «Nəhcül-bəlağə»nin 149-cu xütbəsində belə buyurub: «Sabah mənim günlərimi xatırlayacaqsınız və mənim fikirlərim sizə aydınlaşacaq; məni yerim boşaldıqdan və orada başqası durduqdan sonra tanıyacaqsınız.»

`ziləri soruşurlar ki, bu iki yazıçı Peyğəmbərə (s) və Әmirəl-mö`mininə (ə) belə inam bəsləyə-bəsləyə yenə də necə xristian qalıblar? Onlar əgər düz desəydilər, müsəlman olardılar, əgər müsəlman olmayıblarsa, deməli burada nə isə var və Peyğəmbərə (s) və Әliyə (ə) inam bəsləmələri barəsindəki sözlərində düzlük yoxdur.

Bu iradı tutanların cavabı budur ki, onlar Peyğəmbərə (s) və Әliyə (ə) məhəbbət bəsləmələrini bildirməkdə yalan danışmırlar. Amma onlar dinlərə bağlılıq barəsində xüsusi təfəkkür tərzinə malikdirlər. Həmin şəxslər belə fikirləşirlər ki, insanlar müəyyən bir dinə bağlanmaq zərurətində deyildirlər və onların hər hansı bir dinə malik olmaları kifayətdir. Buna görə də onlar xristian olmalarına baxmayaraq, özlərini Әlinin (ə) tərəfdar və aşiqi hesab edir və belə fikirləşirlər ki, o həzrət də onların əqidəsində olub. Corc Cordaq belə deyir: «Әli ibni Әbu Talib camaatı müəyyən bir dini qəbul etməyə məcbur etməkdən çəkinir.»

Amma biz bu ideyanı batil və puç hesab edirik. Dində icbar və məcburiyyətin olmaması tamamilə düzdür: «Dində məcburiyyət (zorakılıq) yoxdur.»

Amma bu ayə`nin mə`nası bütün zamanlarda Allahın bir neçə dininin olması və bizim istədiyimizi seçmək haqqına malik olmağımız demək deyil. Hər bir zamanda ancaq və ancaq bir haqq din var. Allah tərəfindən nə vaxt şəriət sahibi olan Peyğəmbər gəlibsə, camaat onun hidayətindən istifadə etmək və ibadətlə bağlı olan və olmayan qanun və hökmləri ondan öyrənmək vəzifəsi daşıyıblar. Bu məsələ, peyğəmbərlərin sonuncusuna kimi belə olub. Indiki zamanda da, kim Allaha tərəf yol axtarmaq istəyirsə, o həzrətin dininin qanun və göstərişlərindən istifadə etməlidir.

Qur`ani-kərim bu barədə belə buyurur:

وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ

«Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!» (Ali-Imran-85).

Burda deyilə bilər ki, ayədəki «Islam» kəlməsindən məqsəd bizim dinimiz deyil, Allaha təslim olmaqdır.

Bu e`tiraza cavab olaraq demək lazımdır ki, Islamın təslim olmaq mə`nasında olması düzdür və Islam dini təslim dinidir. Amma hər bir zamanda təslim olmağın bir forması olub və indiki zamanda təslim forması, Həzrət Məhəmmədin (s) vasitəsilə zühur etmiş həmin dinə tabe olmaqdır və Islam kəlməsi də naçar olaraq ancaq onda gerçəkləşir.

Başqa sözlə desək, Allaha təslim olmağın zərurəti Onun göstərişlərini qəbul etməkdir və mə`lumdur ki, həmişə Allahın son göstərişinə əməl etmək lazımdır və Allahın son göstərişləri son ilahi peyğəmbərin gətirdikləridir.

IMANSIZ SALEH ӘMӘL

Indi əvvəla, bizim söhbətimizin ümumi xarakter daşıması və ayrı-ayrı şəxslər barəsində danışmaq istəməməyimiz mə`lum oldu.

Ikincisi, bizim söhbətimiz haqq dinin bir və ya bir neçə olmasında da deyil. Biz haqq dinin bir din olması və hamının onu qəbul etmək məs`uliyyəti daşımasını da qəbul etmişik.

Üçüncüsü, bəhsimiz bundadır ki, bir nəfər haqq dini qəbul etmədən haqq dinin təsdiqlədiyi və bəyəndiyi yaxşı işi görmüş olsa, həmin şəxsə gördüyü yaxşı işə görə mükafat veriləcək, yoxsa yox?

Məsələn, haqq din xalqa yaxşılıq etməyi tövsiyə edərək həmin məsələni vurğulayıb. Məktəb və elmi mərkəzlər tikmək, kitab yazmaq, dərs vermək və bu kimi mədəni xidmətlər, təbabət və xəstələrə qulluq etmək və tibbi mərkəzlərin yaradılması kimi səhiyyə xidmətləri, küsənləri barışdırmaq, yoxsullar və iş qabiliyyətini əldən verənlərə kömək etmək, aşağı təbəqələrin hüquqlarını qorumaq, təcavüzkar və zor işlədənlərlə mübarizə aparmaq, məhrum siniflərin sıralarının gücləndirilməsi və peyğəmbərlərin göndərilmələrininin əsas hədəflərindən olan ədalətin bərpası, müsibət görənləri sakitləşdirmək və onlara ürək-dirək vermək və bu kimi ictimai xidmətlər hər bir din və peyğəmbərin tövsiyə etdiyi şeylərdəndir. Bundan əlavə, hamının ağıl və vicdanı da bu əməllərin gözəl və bəyənilən olmasını təsdiqləyir.

Indi sual budur ki, əgər müsəlman olmayan bir şəxs bu qism xidmətlərdən etsə, onun üçün ilahi mükafat var, ya yox? Haqq din insanlara düz və əmanətdar olaraq yalan danışmamağı tövsiyə edir, indi əgər müsəlman olmayan bir şəxsin əməlləri həmin göstərişlərə uyğun olsa, o mükafatlandırılacaqmı? Başqa sözlə desək, müsəlman olmayan şəxslərin xəyanət etmələri ilə sadiq olmaları arasında fərq var, yoxsa onların bu əməlləri bərabərdir? Söhbətimizin indiki mövzusu budur.

IKI TӘFӘKKÜR TӘRZI

Adətən ziyalılıq iddiasında olanlar tam qətiyyətlə müsəlmanla qeyri-müsəlman və hətta təkallahlı ilə müşrik arasında heç bir fərqin olmamasını iddia edirlər. Onlar iddia edirlər ki, hər bir xeyir iş görmüş, xeyriyyəçilik, ixtira, kəşf və ya digər yolla xalqa xidmət etmiş şəxs Allah tərəfindən savab və mükafat alacaq.

Onlar deyirlər ki, Allah ədalətlidir və ədalətli Allah, bəndələri arasında ayrı-seçkilik salmaz. Allah üçün bəndəsinin Onu tanıyıb-tanımaması, iman gətirib-gətirməməsinin nə fərqi vardır? Allah heç vaxt bir bəndəsinin Onunla dostluq əlaqəsi olmamasına görə yaxşı əməlinə göz yummaz və onun savabını əsirgəməz. Allahı tanıyaraq Onun elçilərini tanımayıb onlarla tanışlıq əlaqələri və dostluq peymanlarına malik olmayan bəndənin yaxşı əməllərini isə hədər etməz.

Bunların müqabil nöqtələri təqribən bütün insanları əzaba layiq bilən digər bir qrupdur. Bu qrupun fikrincə çox az insanın qəbul olunmuş əməli və yaxşı aqibəti vardır. Bunların çox sadə bir hesablamaları var. Deyirlər ki, insanlar ya müsəlman, ya da qeyri-müsəlmandırlar. Dünya əhalisinin dörddə üçünü təşkil edən qeyri-müsəlmanlar, müsəlman olmadıqları üçün cəhənnəm əhlidirlər. Müsəlmanlar da ya şiə, ya da qeyri-şiədirlər. Müsəlmanların da təqribən dörddə üçünü təşkil edən qeyri-şiələr, şiə olmadıqları üçün cəhənnəmə gedəcəklər. Şiələrin əksəriyyəti, təqribən dörddə üçünün yalnız adları şiədir və onlar özlərinin ilkin və ibtidai vəzifələri olan və bütün əməllərinin düzgünlüyü ondan asılı olan müctəhiddən təqlid məsələsi ilə tanış deyildirlər. Təqlid edənlərin çoxu da əməl əhli deyil. Buna görə də nicat əhli olan adam çox azdır.

Bu iki qrupun, yə`ni biri təqribən ümumi sülh, digəri isə ilahi qəzəb nümunəsi olan və qəzəbi rəhmətdən qabağa salan qrupların məntiqləri budur.

ÜÇÜNCÜ MӘNTIQ

Burada üçüncü bir mövqe də var və o, Qur`ani-kərimin məntiqidir. Qur`ani-kərim bu məsələdə bizə bundan əvvəl dediyimimz iki fikirdən fərqli olan yeni bir mövqe göstərir və bu üslub yalnız ilahi kitaba məxsusdur. Qur`anın nəzəri nə dırnaqarası ziyalıların puç düşüncələri ilə və nə də bizim üzdəniraq müqəddəsliyimizlə uyğun gəlir. Bu ilahi kitab xüsusi bir məntiqə əsaslanır ki, hər bir kəs onunla tanış olandan sonra bu məsələdəki düzgün sözün ondan başqa bir şey olmadığını e`tiraf edir və bu mətləb bizim bu böyük və əzəmətli kitaba olan imanımızı artırır, onun ali tə`limlərinin insanların yer kürəsi çərçivəli fikirlərindən müstəqil və səmavi olmasını göstərir.

Biz indi üçüncü məntiqə, yə`ni Qur`anın bu məsələ və onun xüsusi fəlsəfəsi barəsindəki məntiqinə yaxınlaşmaq üçün bir-birinə zidd olan həmin iki qrupun, yə`ni dırnaqarası ziyalılar və üzdəniraq müqəddəslərin dəlillərini araşdıraraq onları tənqid edəcəyik.

DIRNAQARASI ZIYALILAR

Bu qrupa daxil olanlar öz iddialarının isbatı üçün iki növ sübut, yə`ni əqli və nəqli dəlillər gətirirlər.

1. Әqli dəlil: Onların «kimliyindən asılı olmayaraq, hər bir kəsin yaxşı əməli mükafatlandırılacaq» məntiqi və əqli dəlilləri iki müqəddiməyə əsaslanır.

a) Allah-taalanın bütün varlıqlarla nisbəti bərabər və yeksandır. Allahın bütün zaman və məkanlarla da nisbəti bərabərdir. O, şərqdə olduğu kimi, qərbdə də var, yuxarıda olduğu kimi aşağıda da mövcuddur. Allah taala indiki zamanda var, keçmişdə də olub və gələcəkdə də olacaqdır. Keçmiş, indi və gələcək Allah üçün fərq etmir. Yuxarı, aşağı, şərq və qərb Onun üçün bərabər olduğu kimi, onun yaratdıqları da onun üçün yeksandırlar. Onun heç kəslə qohumluğu və xüsusi əlaqəsi yoxdur. Buna görə də Allahın bəndələrinə olan qəzəb və lütf nəzəri də yeksandır, əlbəttə bəndələrin özləri tərəfindən fərqlər mövcud olmayana qədər. (Bu sözlərin mə`nası, bütün şeylərin də Allahla bir cür nisbətə malik olmaları və onların hamısının ləyaqətinin bir olması demək deyil. Әşyaların Allahla olan nisbətləri yeksan deyil, amma Allahın onlarla olan nisbəti bərabərdir. Allah-taala bütün əşyalara bir cür yaxındır, amma əşyalar Ona yaxınlıq və uzaqlıqları baxımından bir-birlərindən fərqlənirlər. «Iftitah» duasında bu barədə çox maraqlı bir cümlə var. Həmin cümlədə Allah belə vəsf edilir: «O, uzaq olduğu üçün görünməyən, yaxın olduğu üçün pıçıltıları eşidəndir.»

Әslində biz Ondan uzaq, O isə bizə yaxındır. Maraqlıdır, necə ola bilər ki, iki şey bir-birinə yaxınlıq və uzaqlıq baxımından iki müxtəlif nisbətə malik olsun? Bəli, burada belədir, Allah əşyalara yaxındır, amma əşyalar Ona yaxın deyildirlər, yə`ni müxtəlif nisbətlərlə uzaq və ya yaxındırlar.

Bu cümlədə olan maraqlı nöqtə burasıdır ki, Allahı uzaqlıqla vəsf edəndə məxluqatın sifətlərindən olan «görmək» məfhumunu Ona misal gətiririk. Yə`ni heç kəs onu görə bilmir. Amma Allahı yaxınlıq sifəti ilə vəsf edəndə Onu öz sifətlərindən biri olan hüzur və agahlıq məfhumları ilə yad edirik. Söhbət bizim işimizdən gedəndə Allaha uzaqlıq, Onun işindən gedəndə isə yaxınlıq nisbəti veririk.

`di gözəl deyib:

Məzmunu: Yar mənə mənim özümdən yaxındır və təəccüblüsü burasıdır ki, mən ondan uzağam; mən nə edim və kimə deyim ki, yar mənim kənarımdadır, mən isə ondan uzağam.

Buna görə də Allahın yanında heç kəs səbəbsiz əziz və ya xar deyil. Allahın heç kəslə qohumluq və ya yerlilik nisbəti yoxdur və həmçinin heç kəs Onun sevgili dürdanəsi deyil.

Allahın bütün varlıqlarla nisbəti yeksan olduğu üçün, yaxşı əməlin bir nəfərdən qəbul edilərək digərindən rədd edilməsinin heç bir dəlili ola bilməz. Әməllər yeksan olsa, onların cəzaları da yeksan olacaq. Çünki biz, Allahın bütün varlıqlarla nisbətinin yeksan olmasını fərz etmişik. Deməli ədalət, Allahın müsəlman və qeyri müsəlmanlığından asılı olmayaraq yaxşı iş görmüş bütün insanları bərabər mükafatlandırmasını tələb edir.

b) Әməllərin yaxşı və pisliyi şərti deyil, həqiqi və gerçəkdir. Kəlam və «Üsuli fiqh» alimlərinin dili ilə desək, «işlərin yaxşı və pis olmaları zatidir», yə`ni yaxşı işlərlə pis işlər bir-birlərindən zatən fərqlənirlər. Yaxşı işlər zatən yaxşı, pis işlər isə zatən pisdirlər. Düzlük, doğruluq, yaxşılıq, xalqa xidmət və sairə zatən yaxşı, yalan, oğurluq, zülm və sairə isə zatən pisdirlər. Düzlüyün yaxşı, yalanın isə pis olmasının səbəbi, Allahın onlardan birinə əmr edərək digərini qadağan etməsinə görə deyildir. Әksinə, düzlük yaxşı olduğu üçün Allah-taala onu əmr edib və yalan pis olduğu üçün onu qadağan edib. Daha qısa ifadə ilə desək, Allahın əmr və ya qadağan etməsi işlərin yaxşı və pis olmalarının zatiliyindən asılıdır.

Bu iki müqəddimədən belə bir nəticəyə gəlirik ki, Allah-taala ayrı-seçkilik əhli olmadığı və yaxşı əməl onu edənin kimliyindən asılı olmayaraq yaxşı olduğu üçün, yaxşı iş görənin mükafatlandırılması zəruri və qətidir.

Pis iş görənlər və günahkarlar barəsində də məsələ dediyimiz kimidir və həmin əməlləri görənlər arasında fərq yoxdur.

2. Nəqli dəlil: Qur`ani-kərim özünün bir çox ayələrində yuxarıdakı əqli dəlildə dediyimiz mətləbi, yə`ni insanların yaxşı və pis əməllərinin cəza və ya mükafatlandırılması arasında ayrı-seçkilik olmamasını təsdiq edib. Qur`an, ayrı-seçkilik düşüncəsinə malik olan yəhudilərlə kəskin şəkildə mübarizə edib. Yəhudilər, Israil soyunun Allahın ən sevimli qəbiləsi olmasına inam bəsləyirdilər və indi də həmin fikirdədirlər. Onlar deyirdilər ki, biz Allahın oğulları və Onun dostlarıyıq, əgər Allah bizi cəhənnəmə aparsa da bizim orada qalmağımız çox məhdud bir müddət olacaqdır. Qur`an bu cür fikirləri «arzu» və «puç xülyalar» adlandırıb və onunla kəskin mübarizə aparıb. Qur`an bu cür yersiz qürurlara düçar olmuş müsəlmanları da tənqid edib. Indi Qur`anın bu barədə olan bə`zi ayələrinə nəzər salaq.

1. 

وَقَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّاماً مَّعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِندَ اللّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ بَلَى مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيـئَتُهُ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ

Onlar: «Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz» deyərlər. (Ya Məhəmməd!) Onlara söylə ki: «Siz Allahdan belə bir və`d almısınızmı? (Әgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz? Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. Iman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.»(Bəqərə 80-82).

2. Bu ilahi kitab, digər bir yerdə yəhudilərin həmin xülyasına cavab olaraq belə buyurur:

ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّامًا مَّعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِم مَّا كَانُواْ يَفْتَرُونَ فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ

«Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır. Elə isə vaqe olacağına şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman onların halı necə olacaq? O gün hər kəsə qazandığının (gördüyü əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.» (Ali-Imran 24-25).

3. Başqa bir ayədə xristianlar da yəhudilərə əlavə edilərək birlikdə tənqid ediliblər:

وَقَالُواْ لَن يَدْخُلَ الْجَنَّةَ إِلاَّ مَن كَانَ هُوداً أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

«(Yəhudilər və xaçpərəstlər) dedilər: Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək! Bu ancaq onların xülyalarıdır. (Ya Məhəmməd!) Onlara söylə: Әgər (bu iddianız) doğrudursa, dəlilinizi gətirin. Xeyr, onların dediyi kimi deyil, əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.» (Bəqərə 111-112).

4. «Nisa» surəsində müsəlmanlar da yəhudi və xristianlara əlavə ediliblər. Qur`an yersiz ayrı-seçkilik düşüncəsinin kimdən olmasına baxmayaraq, kəskin tənqid atəşinə tutur. Sanki müsəlmanlar da kitab əhlinin fikirlərindən tə`sirlənərək onların, özlərini yersiz olaraq əziz sanmaları müqabilində iddialar edirlərmiş. Qur`an bu xam xəyalları puça çıxarmaq üçün belə buyurur:

لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلاَ يَجِدْ لَهُ مِن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتَ مِن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُوْلَـئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلاَ يُظْلَمُونَ نَقِيرًا

«Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır! `min olmaqla bərabər yaxşı işlər görən kişilər və ya qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz.» (Nisa 123-124).

5. Yersiz yaxınlıq və izzətləri pisləyən ayələrdən əlavə, məzmunu Allah-taalanın heç kəsin işinin əvəzini puça çıxarmamasını bildirən ayələr də vardır.

Həmin ayələr də müsəlman və qeyri-müsəlmanlığından asılı olmayaraq, hamının yaxşı əməlinin qəbul edilməsinin dəlili hesab edilir.

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

«Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir.» (Zilzal 7-8).

Başqa bir yerdə isə belə buyurur:

 إِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ

«...Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!» (Tövbə-120).

Kəhf surəsinin 30-cu ayəsində isə belə buyurur:

إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا

«...Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!»

Bu ayələrin məzmunu elədir ki, onların ümumi hökmlərini məhdudlaşdırmaq mümkün deyil.

Üsul alimləri deyirlər ki, bə`zi ümumi hökmlər məhdudlaşdırıla bilməyən və istisna qəbul edilməzdir. Yə`ni ümumi məzmun və ifadə tərzi elədir ki, onları məhdudlaşdıraraq onlara istisna qail olmaq mümkün deyil. «Biz yaxşı iş görənin əcrini zay etmirik» deməyin mə`nası budur ki, Bizim Allahlıq məqamımız yaxşı əməli qorumağımızı tələb edir. Deməli, Allahın bir yerdə Öz Allahlıq məqamından əl çəkərək yaxşı əməlin savabını zay etməsi qeyri-mümkündür.

6. Burada başqa bir ayə də vardır ki, bu mövzuda ona çox istinad edilir və onun müddəanı aşkar tə`kid etməsi bildirilir.

إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالصَّابِؤُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وعَمِلَ صَالِحًا فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

«Şübhəsiz ki, iman gətirənlərdən - yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!» (Maidə-69).

Bu ayədə qurtuluş və Allah əzabından amanda qalmaq üçün üç şərt bildirilib: Allaha və qiyamət gününə iman və bir də yaxşı əməl! Burada, dediklərimizdən başqa digər bir şərt yoxdur.

Dırnaqarası ziyalıların bə`ziləri deyirlər ki, peyğəmbərlərin hədəfi ədalət və yaxşı işlərə də`vət olub və «hədəfi tut və müqəddiməni (vasitəni) tərk et (yə`ni onun nə olmasına elə də fikir vermə)» qanununa əsasən, demək lazımdır ki, ədalət və yaxşı işlər hətta Allah və qiyamətə qarşı kafir olan insanlardan belə qəbul edilir. Buna görə də Allah və qiyaməti inkar edib bəşəriyyətə mədəni, iqtisadi, tibbi, siyasi və ictimai sahələrdə böyük xidmətlər göstərmiş insanlar böyük mükafatlar alacaqlar.

Әlbəttə, «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir» və ya «Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!» kimi ayələrə istinad edə bilirlər. Amma həmin qism ayələr onların iddialarının əksini bəyan edir.

Indi isə digər qrupun dəlillərinə baxaq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment