Azəri
Thursday 28th of March 2024
0
نفر 0

DÜNYA ZÜHUR ƏRƏFƏSİNDƏ

DÜNYA ZÜHUR ƏRƏFƏSİNDƏ

Keçən fəsillərdə 12-ci imamın qeybə çəkilməsi və onun səbəbləri barəsində söhbət etdik. Allahın bu sonuncu höccəti qeybdə olmuşdur ki, zəminələr yaradandan sonra zahir olsun, dünyanı özünün birbaşa hidayətlərinin nuru ilə doldursun. Bəşəriyyət qeybət dövründə elə əməl edə bilər ki, İmam Zəman (ə)-ın zühuruna lazım olan şəraitlər mümkün qədər tez yaransın, lakin şeytana və havayi-nəfsə itaət etdiklərinə, Qur`anın düzgün tərbiyələrindən uzaq qaldıqlarına və mə`sum imamların rəhbərlik və vilayətini qəbul etmədiklərinə görə yollarını azmışlar. Onlra hər gün dünyada yeni-yeni zülmlərin bünövrəsini qoyur, zülm və haqsızlığı hər bir yerdə yayırlar. Onlar bu yolu seçməklə çox pis və acınacaqlı bir vəziyyətə düçar olurlar. Zülm və haqsızlıqla, fəsad və puçluqla dolu olan bir dünya, əxlaqi və ruhi əmniyyətdən boş olan bir dövran, mənəviyyət və paklıqdan uzaq olan bir həyat, təcavüzkarlıq və məzlum siniflərin hüquqlarının tapdalanması ilə dolu olan bir cəmiyyət qeybət dövründəki insanların əməl və rəftarlarının məhsuludur. Belə gerçəkliklər əsrlərcə öncə mə`sumların kəlamlarında xəbər verilmişdir.

İmam Sadiq (ə) öz səhabələrinin birinə buyurmuşdur: «Zülm və haqsızlığın hər yeri bürüdüyünü, Qur`anın unudulduğunu, onun həvayi-nəfs üzündən təfsir edildiyini, batil əhlinin haqq əhlindən qabağa keçdiyini, imanlı şəxslərin sükut etdiyini, qohumluq əlaqələrinin kəsildiyini, yaltaqlığın çoxaldığını, xeyir yollarına bələdçinin olmadığı və şər yollarının diqqət mərkəzində olduğunu, halalların haram, haramların isə halal olduğunu görsən; habelə, Allahın qəzəbi, (fitnə-fəsad və) azğınçılıq yolunda böyük sərmayələrin sərf olunduğunu, dövlət işçiləri arasında rüşvətxorluğun və yersiz məşğuliyyətlərin həddindən artıq heç kəsin onun qarşısını almağa cür`əti çatmadığı bir halda yayıldığını, Qur`an həqiqətlərinin eşidilməsinin camaata ağır gəldiyini, amma batil sözlərin eşidilməsinin asan olduğunu, Allahdan başqası xatirinə Allah evinin ziyarətinə təlsdiklərini, camaatın daşürəkli olduğunu (insani və ülvi duyğularının öldüyünü), əmr be məruf və nəhy əz münkər etmək istəyən bir şəxsə «bu, sənin vəzifən deyildir!» – Deyildiyini, və hər il yeni-yeni fəsad və bidətin yarandığını görsən (camaatın vəziyyətinin) bu cür olduğunu gördükdə (öz vəziyyətindən müğayat olub nəzarət altına al, nicat tapmaq və bu qarışıq vəziyyətdən xilas olmaq üçün Allahdan qurtuluş yolu istə (çünki fərəc yaxındır).»[1]

Əlbəttə, zühurdan əvvəlki dövrlər üçün belə bir qaranlıq təsvirin verilməsi o dövranın əksəriyyət təşkil edən çöhrəsindən ibarətdir, çünki məhz həmin dövrlərdə Allahla öz əhd-peymanını qoruyub-saxlayan, öz e`tiqad sərhədlərinin keşiyində dayanıb mühiti bürüyən fitnə-fəsadda həll olmayan və öz axır-aqibətini və taleyini başqalarının çirkin və yaramaz aqibəti ilə qarışdırmayan şəxslər Allahın ən yaxşı bəndələri, nur imamlarının şiələridir ki, çoxlu rəvayətlərdə onlar tə`rifə layiq görülmüşdür. Onların həm özləri pak-pakizə həyatla yaşayır həm də başqalarını paklığa də`vət edirlər. Çünki onlar yaxşılıqların yayılması, iman ətri ilə ətirlənmiş bir mühitin yaradılması yolu ilə imamın zühurunu tezləşdirə biləcəklərinə inanır və onun hökumət və qiyamının müqəddiməsini hazırlayırlar. Çünki pisliklərin əleyhinə qiyam yalnız o zaman mümkün ola bilər ki, və`dəsi verilmiş xilsakarın müəyyən qədər köməkçiləri olsun. Bu təfəkkür də zühurun tezləşməsi üçün fitnə-fəsadın (süni şəkildə) çoxaldılmasının vacibliyini irəli sürən bir ideyanın əks tərəfində dayanır. Doğrusu, görəsən bunu qəbul etmək olarmı ki, iman əhli çirkinliklərin və pisliklərin müqabilində sükut etməlidirlər ki, fəsad dünyanın hər yerini əhatə edsin və bu da zuhurun baş verməsinə şərait yaratsın?! Məgər yaxşılıqların və insani fəzilətlərin yayılması imamın zühurunu yaxınlaşdıra bilməzmi?!

Əmr be məruf, və nəhy əz münkər fərizəsi hər bir müsəlmanın danılmaz və qəti vəzifələrindən biridir ki, heç bir zaman və məkanda güzəştə gedilə bilməz. Amma görəsən, necə mümkün ola bilər ki, imamın zühurunun tezləşməsi xatirinə zülm, haqsızlıq və puçluğu yaymış olsun?!

Peyğəmbəri Əkrəm buyurur: «(Bu müsəlman) ümmətin axırında bir qövm əmələ gələcəkdir ki, onlar islamın əvvəllərindəki müsəlmanlar kimi əcr və savaba malik olacaqlar. Onlar əmr be məruf və nəhy əz münkər edir və (fitnə-fəsad) əhli ilə döyüşürlər.»[2]

Bundan əlavə, çoxlu rəvayətlərdə aşkar şəkildə qeyd olunan məsələlərdən biri də zühurdan əvvəl dünyanın haqsızlıq və zülm ilə dolmasıdır. Bu da bütün insanların zülmkar olması mə`nasına deyildir; əksinə, Allah yolu həmişə özünün ardıcıllarına malik olacaq, fəzilət ətri müxtəlif mühitlərdə hiss olunacaqdır. Buna əsasən, zühurdan əvvəlki dünya çox acınacaqlı vəziyyətə malik olmaqla yanaşı, zühurun şirin dövranı ilə sona çatacaqdır. Bu dövrün fitnə-fəsad, zülm və haqsızlıqla dolu olmasına baxmayaraq, pak olmaq və başqalarını da yaxşılıqlara də`vət etmək müntəzirlərin qəti vəzifələrindən olub, Ali-Muhəmmədin (s) fərəcinin tezləşməsində birbaşa rol oynayır.

Bu bölməni imam Məhdi (ə)-dan nəql olunan bir hədislə sona çatdırırıq. O həzrət buyurmuşdur: «Bizi şiələrimizdən ayıran şey yalnız onlardan bizə gəlib çatan və bizim xoşlamadığımız, onlara rəva görmədiyimiz əməllərdir.»[3]



[1] Kafi, yeddinci cild, səh. 28

[2] Mö`cəmu əhadisil İmam Məhdi, 1-ci cild səh 49

[3] Ehticac, ikinci cild, səh. 602

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment