Azəri
Friday 19th of April 2024
0
نفر 0

Bu da həmin xütbənin bir hissədir

Bu da həmin xütbənin bir hissədir

 

(Bəni-Üməyyənin xalqa hakim kəsiləcəyini, onun hakimiyyətinin tezliklə məhv olacağını xəbər verir.)

(Bəni-Üməyyə xalqa hakim kəsilib şəhərləri ələ keçirəcək, Allaha ibadət edən kişiləri öldürüb arvadlarını əsir, mallarını qarət edəcək. Onların zülmünə, sitəminə qarşı qiyam edənlər məğlub olub öldürüləcəklər.) Güman edən (zahiri görən dünyapərəst) dünyanın (dəvə bəndə bağlandığı kimi) Bəni-Üməyyənin əlinə keçdiyini, xeyrini onlara verdiyini, onları saf təmiz suyuna saldığını, (xülasə, dünya onlara məxsusdur başqaları ondan bəhrələnmir) qamçı qılınclarının (onların törətdiyi qətl, qarət cürbəcür çətinliklərin) bu ümmətin başının üstündən çəkilməyəcəyini zənn edəcək. Halbuki bunu güman edən səhv düşünmüşdür. Bəni-Üməyyənin hökuməti, dünya həyatından bəhrələnmələri azacıq dadılıb sonra (hələ içilməmiş) hamısı çölə atılan (ağızdakı) su kimidir. (Tezliklə onların zülm sitəm əli kəsiləcək, başqaları onlara hakim olacaq, dövlətləri məhv olacaq.)

 

87-ci xütbə

 

İmam Əli əleyhis-salamın (camaatı dində ixtilafa, batil inanclara, fikirlərə etimadı tənqid etdiyi peyğəmbərə, İmama itaət etməmələrinə görə qınadığı) xütbələrindəndir.

Böyük Allaha həmd şükrdən, Xatəmül-ənbiyaya salamdan sonra (bilin, dünyanın adəti budur ki): Pak münəzzəh Allah heç vaxt zəmanənin asilərini möhlət vermədən xoş güzəran keçirmədən həlak etmədi, heç bir ümmətin (peyğəmbər ümmətinin) sümüyünün əyriliyini (yaşayışlarında) çətinlik əziyyət olmadan düzəltmədi. (Belə isə siz zülmkarların zülmünə dözün Allahın onların zülmkar əlini qısaldacağı günü gözləyin.) Üz tutduğunuz (qarşılaşdığınız) çətinliklərdə, böyük işlərdə arxada qoyduğunuz (qurtulduğunuz) çətinliklərdə ibrət vardır.[1] (Lakin) hər qəlb sahibi ağıllı deyil (ki, həqiqətləri anlasın), hər qulağı olan (haqqı) eşitməz, hər baxan göz görməz (ki, ruzigarın hadisələrindən ibrət alsın).[2] Dini dəlilləri bir-birinə zidd olan bu müxtəlif firqələrin səhv işlərinə xətalarına (onlar hər bir işdə öz dəlillərinə əsaslanırlar), heç bir peyğəmbərin yolunu davam etdirməmələrinə, heç bir canişinin əməlinə tabe olmamalarına (əgər tabe olsaydılar, dinlərində ixtilaf olmazdı, ilahi əzabdan xilas olardılar), qeybə (Allaha Qiyamət gününə) inanmamalarına, pislikdən (haram şübhəli şeylərdən) çəkinməmələrinə necə heyrətlənməyim?![3] Şübhələrə (onlar üçün naməlum olanlara öz nadürüst rəylərinə əsasən) əməl edib nəfsi istəklərinə tabe olurlar. Onlar arasında yaxşı bəyənilmiş özlərinin yaxşı bildikləridir, onların nəzərində pis bəyənilməyən isə özlərinin pis hesab etdikləridir. Çətinliklərdə sığınacaqları, pənah yerləri özləridir.[4] Örtülü işlərdə (ilahi elmlərdə) öz (nadürüst) rəylərini (hətta ağıla zidd olsa belə,) əsas götürürlər. Sanki onlardan hər biri (dini məsələdə) gördüyü hər bir şeydə (bəyan etdiyi hər bir məsələnin hökmündə) özü özünün qırılmaz iplərdən möhkəm dəlillərdən yapışmış İmamıdır (onlara istinad edir, öz nadürüst rəyinə əsasən ictihad etdiyi hər bir hökmün ilahi hökm kimi olduğuna inanır).

 

88-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin besətindən, cahiliyyət dövründən danışdığı camaata moizə etdiyi) xütbələrindəndir.

Allah-təala peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri peyğəmbərliyə seçdi.[5] Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi.[6] Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu.[7] Hidayət qurtuluş nişanələri məhv olmuş, həlakət bədbəxtlik bayraqları aşkara çıxmışdı.[8] Dünya öz əhlinə pis nəzərlərlə baxaraq onu istəyənlərə üzünü turşutmuşdu. (Hər cür çətinliyə mübtəla olmuşdular bir an rahatlıqları yox idi.) Səmərəsi fəsad puçluq, yeməyi isə murdar ət idi.[9] Şüarı qorxu xof, yolları qılınc yolu idi.[10] İbrət götürün, ey Allah bəndələri! Öz atalarınızın, qardaşlarınızın (indi) girov giriftarı olduqları (qiyamət günündə) nadürüst inanclarını çirkin əməllərini yada salın! (Ondan xilas olmaq üçün heç bir çarələri yoxdur.) Öz canıma and olsun ki, sizin zəmanənizdən onların dövranına qədər uzun vaxt ötməmişdir, sizinlə onların arasından illər, əsrlər keçməmişdir. Siz bu gün onların bellərində olduğunuz vaxtdan (o qədər ) uzaqda deyilsiniz.[11] Allaha and olsun! Həzrət Peyğəmbər ata-babalarınıza mənim bu gün sizlərə xatırlatdıqlarımdan başqa bir şey eşitdirmədi. (Buna görə Allaha, Peyğəmbərə qarşı çıxmaq üçün «bizlərə təbliğ etməyə bir kimsə yox idi» deyə bilməzsiniz.) Bu gün sizin qulaqlarınız dünən onların qulaqlarının olduğundan zəif deyil.[12] O zaman onların gözləri iti deyildi bu dövrdə sizlərə verilən ürək gözlər kimi ürəklər verilmişdi.[13] Allaha and olsun! Siz onlardan sonra onların bilmədikləri bir şeyi görüb bilmədiniz, onların məhrum olduğu, bəhrələnmədikləri bir şeyə sahib olmadınız.[14] (bu itaətsizlik nəticəsində) bəlaya (Müaviyə Bəni-Üməyyənin fitnə-fəsadına) ürcah oldunuz. (Bu bəla dikbaş bir dəvə kimidir ki,) cilovu cövlan edən, yüyəni boşdur (belə bir dəvəyə minən təhlükəyə yaxın olar). Günahkarların yığdıqları şey (sərvət məqam) sizi aldatmasın. (Təsəvvür etməyin ki, həmişə belə olacaq.) Çünki o, müəyyən bir vaxta qədər düşən kölgə kimidir (həmişəlik qalmayacaq tezilklə yox olacaq). 

 

89-cu xütbə

 

İmam Əli əleyhis-salamın (Haqq-təalanın bir sıra sifətlərini zikr etdiyi, xalqa axirət səfərinə azuqə toplamağa dair nəsihət verdiyi) xütbələrindəndir.

Həmd olsun Allaha ki, gözlə görülmədən (ağılla, nişanələri vasitəsilə) tanınmışdır. (Çünki vücudu mümkün olanı gözlə görmək olar. Heç bir hədlə məhdudlaşmayan vücudu vacib olanı isə görmək olmaz.) Düşüncə fikir işlətmədən (aləmləri) yaradandır.[15] O, elə bir Allahdır ki, göylər bürclərə, mənzillərə böyük qapıları olan hicablara (cazibə itələmə qüvvəsinin köməyi ilə bir-birinə cəzb edilməyən atmosferdəki asılı kürələr) malik olmadığı vaxt O həmişə olmuşdur, vardır bərqərardır. Qaranlıq gecə, sakit dəniz, enli yolları olan dağ (iki dağ arasındakı böyük dərələr), əyri-üyrülükləri olan (hər tərəfə çıxışı olan) geniş yol, döşənmiş yer üzü, güc-qüdrət sahibi məxluqun olmadığı vaxtda da (O) var idi. Odur misli oxşarı olmayan məxluqatı yaradan (heçdən yoxluqdan varlıq yaradan) ixtira edən, (məhv olduqdan sonra) onların varisi, bərqərar var olan. Odur məxluqatın budu onların ruzi verəni. Günəş ay onun rizası ilə (iradəsinə hikmətinə uyğun) hərəkət edir (O) hər bir təzəni köhnəldir, hər uzağı yaxınlaşdırır. (Onların dövr etməsi ilə hər şeyin ömrü sona yetər, məhv yox olar). Məxluqun ruzisini bölüb, nişanələrini, işlərini nəfəslərinin sayını, gözlərinin xəyanətini (gizlincə, rəmzlə ya işarə ilə baxmaqlarını), onların sinəsində gizlənənləri (fikirlərini, düşüncələrini), analarının bətnində yerləşdikləri zahir olduqları (dünyaya gəldikləri) yeri, onların işlərini (əvvəldən axıra qədər onların bütün cüzi külli halətlərini) lap sonuna qədər bilir. Odur rəhmətinin genişliyilə yanaşı düşmənlərə əzabı ağır olan rəhməti dostlarını bürüyən Allah. (Heç bir onu başqa bir işdən saxlamır.) Ona qarşı çıxana qəhr edər. Onun əleyhinə olanı həlak edər, Ondan uzaqlaşanı xar edər, Onunla düşmənlik edənə qalib gələr. Ona təvəkkül edən hər kimsəni qane edər (hər kəs öz işini Ona tapşırsa, onun dünya axirət işlərini yerinə yetirər), Ondan (bir şey) istəyənə əta edər, Ona borc verənə (Onun yolunda öz malından keçənə) Öz borcunu ödəyər.[16] Ona şükr edənləri mükafatlandırar. Ey Allah bəndələri, (Axirətdə əməl tərəzisində) çəkilməmişdən qabaq özünüzü (dünyada ədalət tərəzisində) çəkin (doğru yola qədəm qoyaraq Allaha Peyğəmbərə itaət edin). Sizinlə hesab-kitab çürüdülməmiş (çarəsiz qalmamış) özünüzdən hesab sorun (öz çirkin əməllərinizdən peşman olub tövbə edin). Boğazlarınızın yolu daralmamış tutulmamış (ölüm yetişməmiş) nəfəs alın ( qədər ki, sağsınız, fürsəti əldən verməyin) sizi zorla, kobudluqla (axirətə) aparmamış müti olun. Bilin ki, özünə kömək olmayan kimsəyə öz tərəfindən öyüd verən, (günahdan) çəkindirən olmasa (Allah ona kömək etməz, ağlını «Əmmarə» nəfsinə qalib gəlmək üçün gücləndirməz), başqasından ona qadağa qoyan nəsihətçi çıxmaz.[17]

 


90- xütbə

 

İmam Əli əleyhis-salamın «əl-Əşbah» adı ilə məşhur olan xütbəsidir.[18] Bu, böyük əzəmətli xütbələrdəndir. (İmam əleyhis-salam bu xütbəni ona görə buyurmuşudur ki,) bir nəfər o böyük şəxsiyyətdən Allahı sanki aşkar görürmüş kimi vəsf etməyi xahiş etmişdir. Həzrət bu xahişdən (böyük Allahı cisimlərə xas sifətlərlə təsvir etməyin mümkünlüyünə xahiş sahibinin inanmasından) qəzəbləndi.

Məsədə ibn Sədəqə Həzrət İmam fər Sadiq ibn Məhəmməd əleyhimas-salamdan bunları nəql edir: Əmirəl-möminin əleyhis-salam Kufədə minbərdə bu xütbəni ona görə bəyan etmişdir ki, bir kişi Həzrətə yaxınlaşaraq dedi: «Ya Əmirəl-möminin! Allahımızı bizlərə elə vəsf et ki, Ona olan məhəbbətimiz elmimiz artsın». İmam əleyhis-salam (belə cahil sualdan) qəzəbləndi camaatı hamılıqla namaza çağırdı. Camaat o qədər yığışdı ki, məscid doldu. O Həzrət rəngi dəyişmiş qəzəbli halda minbərə qalxaraq böyük Allaha şükr edib Həzrət Peyğəmbərə (səlləllahu əleyhi alih) salam salavat göndərərək buyurdu:

Həmd olsun Allaha ki, əta etməyi kəsməsi bağışlamaması malını, dövlətini artırmaz, səxavət bəxşişi sərvətini azaltmaz. Çünki (bəndələritək əta bəxşişi topladıqlarından verməz, əta etdiyini yaradar. Buna görə İmam əleyhis-salam buyurur:) Allahdan başqa hər bir bəxşiş edənin malı azalar. Haqq-təaladan başqa bəxşişi kəsən hər kəs pislənilməlidir.[19] Odur böyük nemət, nəsib bəhrələri (Öz bəndələrinə) ehsan edən. Yaradılmışlar Onun böldüyü payı yeyənlərdir, (Allah) onların rüzisinin zəmanətçisidir. (Varlıqları onun üzərində qurulan) yediklərini nəsib etmiş müəyyənləşdirmişdir. Ona yol tapmaq (hidayət olmaq) istəyənlərə, Onun dərgahında olanlar üçün çalışanlara (peyğəmbər vəsilərin əxlaqına, sözlərinə əməl etməklə əldə olunan əbədi cənnət səadətin) yolunu aydın işıqlı etmişdir. Ondan istənilən şeydəki əta bəxşişi, istənilməyən şeydəki ehsanından çox deyil.[20] İlk olan (mövcud olan hər bir şeyin başlanğıcı) Odur. Deməli, Onun üçün bir başlanğıc olmayıb ki, Ondan öncə nəsə olsun. Son olan (fani olan hər şeyin qayıdış yeri) Odur. Deməli, Onun üçün bir qayıdış yoxdur ki, Ondan sonra bir şey olsun.[21] (İnsanların onun vasitəsilə əşyanı gördüyü) gözlərin bəbəklərinin Ona çatmasına (Onu zahiri gözlə görmələrinə) Onu dərk etməsinə mane olan Odur.[22] Onun üçün ruzigar dəyişməz (əmrinə zidd rəftar etməz) ki, halında (qüdrət gücsüzlük, yoxsulluq varlılıq, sağlamlıq xəstəlik bu kimi) dəyişikliklər olsun. Bir yerdə deyil ki, köçmə (bir yerdən başqa yerə) hərəkət Ona rəva olsun.[23] Dağ mədənlərinin nəfəs çəkə-çəkə çölə çıxartdığı saf gümüşü, xalis qızılı dənizlərin gülə-gülə aşkar etdiyi sədəfləri, (camaatın böyük əziyyətlə əldə etdiyi) yup-yumru dürr mirvarini, (dəniz bitkisi olan) mərcan salxımlarını (xülasə, yerdə dənizdə olan xəzinə mədənlərin hamısını bir nəfərə bəxş etsə) bağışlasa, Onun bəxşiş səxavətinə təsir etməz, Onun nemətlərini tükəndirməz. Camaatın istəklərinin tükəndirə bilmədiyi (bəşəriyyətin xəbərsiz olduğu) sonsuz gizli nemətlər Ondadır. Çünki O, elə bir səxavət sahibidir ki, istəyənlərin istəkləri Onun bəxşişini azaltmaz, israrlarla istəyənlərin diləkləri Onda xəsislik yaratmaz (çünki paxıllıq nöqsan mümkünə xasdır, vacibə aid deyil).[24]

Ey sual verən, (düşüncə əsasında Allahı vəsf etmək istəsən) nəzər sal Quranın sənə göstərdiyi (öyrətdiyi) yolla Onun sifətlərindən hər birinin ardınca get. (Allah-təalanı həmin sifətlə vəsf et). Quranın hidayət nuru ilə aydınlığa (səadətə, qurtuluşa) çıx. Şeytanın səni öyrənməyə vadar etdiyi kitabda (Qurani-Kərimdə) onu bilmək sənə vacib qılınmadığı, Həzrət Peyğəmbər doğru yol göstərən İmamların sünnəsində izi-tozu olmayan (bəyan edilməyən) sifətlər barədə elm biliyi Allahın öhdəsinə burax. (Onu öyrənməyə, ona inanmağa çalışma.) Bu, Allah-təalanın sənin öhdənə qoyduğu haqqın son həddidir (ki, Onu Qurani-Kərimdə, Həzrət Peyğəmbərin, doğru yol göstərən İmamın hədislərində bəyan edilmiş adlar sifətlərlə çağırasan, vəsf edəsən).[25] Bunu bil ki, elm bilikdə qüvvətli möhkəm olanlar (pak İmamlar əleyhimus-salam) o kəslərdir ki, örtülü, pərdəli olan təfsirlərin bilmədikləri barəsində etirafları onları örtülü şeylərin qarşısında asılmış qapılara girməkdən ehtiyacsız etmişdir. Allah-təala da onların elm biliklərinin əhatə etmədiyi şeylərə çatmaqda acizilk gücsüzlüklərini etiraf etmələrini mədh etmiş onların həqiqət zatı barədə danışıb, bəhs etməyi əmr etmədiyi bir şey haqda düşünməmələrini dönməzlik mətanətlilik adlandırır.[26] Belə isə sən Quranın göstərdiyi yolla kifayətlən (qavrayışına uyğun gəlməyən, bilməli olmadığın şeylər haqqında düşünmə). Pak nöqsansız Allahın əzəmətini böyüklüyünü öz ağlınla ölçmə ki, həlak puç olarsan. (Çünki) O, elə güclüdür ki, əgər bütün xəyallar Onun qüdrət gücünün sonunu tapmaq üçün can atsalar, şeytani vəsvəsələrə bulaşmamış düşüncə fikirlər qeyb görünməyən aləmlərdə padşahlığının son həddinin böyüklüyünə varmaq istəsələr, ürəklər sifətinin keyfiyyətini, necəliyini tapmaq üçün Ona heyran vurğun olsalar, ağıllar sifətlərinin həqiqəti aşkar olmadığına görə zatının əslini başa düşmək üçün çox maraqlansalar, (ağıllı insanlar düşüncələrini işlətsələr) Allah-təala, (gücü qüdrəti) həlakət yolunu, qeyb aləmlərinin qaranlıqlarını keçərək (hər yerdən əli üzülərək) ixlasla Ona üz tutmuş olsalar belə, onların ağıl düşüncələrini geri döndərər. (Bu təhlükəli yolları keçib bir yerə çatmadıqda Onun zatının, sifətinin həqiqətini dərk etmələri) qadağan edilib geri qayıtdıqları vaxt bu yola düşməyin səhv olduğunu, Onu tanımağın dərinliklərini dərk edilmədiyini, Onun izzət böyüklüyünü ölçməyin ağıl, düşüncə sahiblərinin ürəklərindən belə keçmədiyini (Onu tam dərk etməkdən söhbət belə gedə bilməz) etiraf edərlər. Odur oxşarı yaradılmamış, surət örnəkdən iqtibas etmədən, özündən əvvəlki xaliq buddan nümunə götürməyə ölçü əndazə olmadığı halda məxluqatı xəlq edən.[27] Öz padşahlığının güc qüdrəti, Onun hikmətinin nümunə nişanələrinin (dilə gələrək) dediyi qəribəliklər, mövcudatın (başqasına) olan ehtiyacları, öz qüdrəti ilə onları ayaq üstə saxlamalarını etiraf etmələri kimi zəruri sübut qəti dəlilləri bizə göstərdi bizi Onu tanımağa yönəltdi. Onun sənətinin nümunələri hikmətinin nişanələri yaratdığı bütün şeylərdə aşkardır. Beləliklə, yaratdığı hər bir şey (cansız şeylər bitkilər kimi) dilsiz olsa belə (zahirdə bir şey deməsələr ), Onun varlığına dəlil sübutdur. (Bu mövcudatın) nəzmi, nizamı Onun xaliqliyinin bariz sübutu, Onun yaratmasına möhkəm (ağıla əsaslanan) dəlildir. (İndi Onun bütün məxluqatın yaradıcısı olan yeganə misilsiz Allah olması aydınlaşdığı vaxt, Onun paklığı müqəddəsliyi barədə buyurur:)

Şəhadət verirəm ki, Səni öz yaratdığın müxtəlif üzv, bir-birinə birləşmiş, Sənin hikmətinin uzaqgörənliyi, nizamı ilə (dərinin ətin altında) gizlənən kiçik oynaqları olan məxluqata bənzədən əslində həqiqətən Səni tanımamış, Sənin bənzərin, oxşarın olmadığına yəqinlik əldə edə bilməmişdir. (Cism təsəvvür etmişdir. Cismin isə yeni yaranış, yox olma imkan tələbatı vardır.) Sanki bütpərəstlərin (qiyamət günündə) ibadət etmiş olduqları bütlərə nifrət edərək تَاللهِ إن كُنّا لَفِى ضَلالٍ مُبينٍ إذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعالَمِينَ  «Allaha and olsun ki, sizi aləmlərin Rəbbinə bərabər tutduğumuz zaman biz haqq yoldan açıq-aydın azmışdıq» deyəcəklərini eşitməmişdir. (Qurani-Kərimin Şuəra surəsinin 97-98-ci ayələri.) Yalan söylərlər Səni bütlərinə bənzədib öz əbəs düşüncələrinə görə yaradılmışlar kimi qələmə verərək fikirlərində Səni hissələri olan cism kimi güman edərək öz naqis ağılları ilə Sənin üçün müxtəlif məxluqlar kimi miqdar, ölçü olduğuna inanaraq Səni (məxluqlarla) bərabərləşdirənlər. Şəhadət verirəm ki, Səni yaratdığın bir şeylə bərabər bilən Səndən üz döndərmişdir. Səndən üz döndərən isə Sənin tərəfindən nazil edilmiş, açıq-aydın ayələrə, bütün bunları (Sənə bənzər oxşar bilənlərin küfrünü) bəyan edən Sənin aşkar dəlil sübutlarının (əqli əsaslandırmaların) hökmünə (qarşı) kafirdir.[28] Şəhadət verirəm: Sən elə bir Allahsan ki, Sənin üçün ağıllarda son nəhayət yoxdur. Buna görə düşüncələrin mənşəyində keyfiyyət necəliyə malik deyilsən, ağıllarda düşüncələrdə bir hədlə hüdudlanmazsan yerdən yerə dəyişməklə vəsf edilməzsən. (Çünki məhdudiyyət dəyişiklik mümkünül-vücudun tələbatlarındandır.)

 



[1] Sizi agah edir ki, Allah heç bir qövmü çətinlikdə qoymaz, sonunda zülmkarları əldən salar, hər bir müsibət bəlanın bir sonu vardır

[2] Məlumdur ki, həqiqətləri dərk etmək üçün heyvanların malik olduğu ürəklər, qulaqlar gözlər deyil, ayıq ürəklər, eşidən qulaqlar, görən gözlər lazımdır.

[3] Qeybə inansaydılar pislikdən çəkinsəydilər, dinlərində ixtilafa səbəb olan öz nadürüst dəlillərinə əsaslanmazdılar.

[4] Çətin hökmlərin həllində özlərinə müraciət edir, Allah Peyğəmbərin buyurduqları ilə zidd olsa belə, öz rəylərinə uyğun rəftar edirlər.

[5] Çünki Adəmin vaxtından Həzrət İsaya peyğəmbərlik verilənə qədər camaatı doğru yola yönəltmək üçün Allah-təala bir-birinin ardınca peyğəmbər göndərərdi. Həzrət İsanın vaxtından Həzrət Mustafaya peyğəmbərlik verilən vaxta qədər beş yüz il müddətində isə heç kəsə peyğəmbərlik verilməmişdi.

[6] Çünki bir peyğəmbər yox idi ki, xalq hidayət qurtuluş işığı olan ilahi elm maarifi ondan öyrənsin.

[7] Elm, hidayət ağacını xəzan bürümüşdü camaat səadət, nicat yoluna qədəm qoymurdu, xeyir-yaxşılıq qalmamışdı.

[8] Haqq doğru yolu göstərənlər aradan getmiş, azğınlığın önündə gedənlər başına keçmişdilər.

[9] O dövrün əhalisinin həyatı pozğunluqla dolu idi. Sıxıntının çoxluğuna görə ərəblərin əksəriyyətinin xörəyi murdar ət idi ya qarətlə, bir-birinin malını oğurlamaqla dolanırdılar ki, bu da murdar ətdən geri qalmır.

[10] Həmin dövrün insanları həmişə narahat nigaran idilər, bir-birini öldürməklə, döyüşməklə məşğul idilər. Xülasə, fitnə-fəsad, nadanlıq, azğınlıq çarəsizlik bütün dünyanı başına almışdı ki, Haqq-təala  onları doğru yola yönəltmək, dünya axirət səadətlərini bərqərar etmək üçün Həzrət Məhəmmədə peyğəmbərlik verdi.

[11] Siz vaxtca onlara yaxınsınız. Dünyadan köçmələri sizdən uzaqlaşmarından az vaxt keçməsinə baxmayaraq, onların ruzigarlarını unutmağınızın, yada salmamağınızın səbəbi nədir?

[12] Buna görə üzrxahlıq edə bilməzsiniz ki, ata-babalarımız bizdən daha yaxşı eşidən olublar, Peyğəmbərin sözünü eşidiblər biz sənin sözlərini eşitmirik.

[13] Buna görə deyə bilməzsiniz ki, biz kor idik onlar Peyğəmbəri gördükləri kimi biz səni görmürdük ya ürəklərimiz onlar ürəkli olduqlarına görə Peyğəmbərin sözlərini başa düşdükləri kimi ayıq deyildi ki, sənin sözlərini başa düşək.

[14] Sizə öyrədilənləri onlara da öyrətdilər, sizə əta etdiklərini onlara da əta etdilər. Siz onlardan üstün olmadığınız halda Allaha, Peyğəmbərə zamanın İmamına itaət etməmənizin səbəbi nədir?

[15] Belə ki, naməlum şeylər barədə düşünmək lazım gəlir. Vacibin zatında cəhalət nadanlığı olması qeyri-mümkündür. Deməli, heç bir şey ona qaranlıq deyil ki, onu başa düşmək üçün düşünməli olsun.

[16] Dünya axirətdə onun əvəzini verər. Onun yolunda malımızdan keçməyimizin verilən borc kimi izah edilməsinin məqsədi borcun qaytarılmağı vacib olduğu tək budur ki, Allah yolunda maldan keçməyin bir əvəzi olduğunu bilək.

[17] İnsan özünə öyüd verib doğru yola, qurtuluşa hazır olmasa, başqalarının sözünün ona xeyri olmayacaqdır. Bu cümlədə ona işarə olunur ki, Allahdan nəfsi islah etmək, şeytanı dəf etmək üçün kömək istəmək hər halda vacib lazım olsa da, kimsənin itaətə ya üsyana məcbur edilməsi demək deyil. Çünki belə olsa, cəbrə gedib çıxar.

[18] «Əşbah» sözü ərəbcə şəxslər deməkdir bu xütbədə mələklərin, heyranedici məxluqatın təsnifatı verildiyinə, onların necə xəlq olunması bəyan edildiyinə görə belə adlandırılmışdır.

[19] Çünki bəxşişi kəsmək ya yoxsulluq xofuna, qorxusuna görə, ya da xəsislik alçaqlığa görədir. Ancaq bəxşiş Allah-təalanın xəzinələrində kəm-kəsir yaratmaz ki, yoxsulluqdan qorxsun. Allah paxıllıq, xəsislik bu kimi rəzil sifətlərdən pak, nöqsansız olduğuna görə Onun əta etməməsində bir hikmət məsləhət var. Deməli, bəndələrinə nəyisə əta ya qadağan etsə, hər iki halda bəxşişdir. Bir kişi Həzrət İmam Rza əleyhis-salamdan soruşdu ki, səxavətliliyin mənası nədir? O böyük şəxsiyyət buyurdu: «Sənin sözünün iki mənası var. Məxluq barədə soruşmuş olsan, səxavətli o şəxsdir ki, Allah ona vacib etdiyini yerinə yetirsin. Xəsis isə Allahın ona vacib etdiyi işlərdə xəsislik edəndir. Əgər Allahı nəzərdə tutursansa, O, səxavətlidir, istər əta etsin, istər etməsin. Əgər bəndəyə nəyisə əta edibsə, bəndənin ona haqqı çatıb onda olmayıb. Əgər nəyisə qadağan edib verməyibsə, deməli, onun haqqı deyildi.

[20] Çünki vacibul-vücudun səxavət sifəti mərhəmət qüdrət sifəti kimidir, heç vaxt artıb-azalmaz. Belə olarsa, az bağışladığına qarşı xəsislik etmiş olar. Allah isə xəsislikdən pak nöqsansızdır. Əgər kimsə ağzını açıb bir şey istəməsə belə, onun ehtiyacından xəbərsiz deyil. Hər kəsə onun istedad qabiliyyətinə görə haqqı olan qədər verər. Ona görə bəndəyə Allahına dua edib ona daha çox bəxşiş ehsan istəməsi əmr edilib ki, dua istək bəndənin istedadının, qabiliyyətinin artaraq daha çox bəxşiş ehsana layiq olmasına gətirib çıxarar.

[21] Deyə bilmərik ki, axırdan öncə əvvəldir ilkdən sonra axırdır. Çünki Onun zatında törəmə sifətləri yoxdur ki, onlardan bəziləri digərlərindən önə keçsin. Bu barədə altmış dördüncü xütbədə şərh verilib.

[22] Çünki görünmək başa düşülmək üçün Ona bir yer, məkan təsəvvür etmək mümkün deyil. Hər şeyə üstün, qalib olduğuna görə hissiyyata, idraka məğlub olmur. Qırx doqquzuncu xütbənin şərhində bu mənaya toxunulmuşdur.

[23] O, ruzigarı məkanları xəlq edəndir. Onun Özü üçün halət məkan dəyişikliyi qeyri-mümkündür.

[24]Allaha həmd şükr etdikdən sonra İmam əleyhis-salam sual verənə öz səhv xətasını başa salmaq, Allah-təalaya layiq mədh şükrləri ona, toplaşanlara orada olmayanlara öyrətmək, onları Haqq-təalanın zatı sifətləri barədə düşünməkdən çəkindirmək üçün sözünə davam verərək yuxarıdakıları buyurur.

[25] Məsələn: Qurani-Kərimdə, hədislərdə Allah-təalanın «səmi», «bəsir», «əlim» «cəvad», yəni, eşidən, görən, bilən səxavətli olduğu göstərildiyinə görə bunları bilib inanmaq vacibdir. Ancaq Quranda, dua hədislərdə Onun haqqında «lamis» «zaiq», yəni, dadan toxunub hiss edən sözləri işlədilmədiyinə görə bunları işlətmək düzgün deyil onlara inanmaq haramdır. Qurani-Kərimin Əraf surəsinin 180-ci ayəsində buyurulur: «وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ» «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırın. Onun adları barəsində yolunu azanları, yəni, Ona layiq olmayan, Onun barəsində işlədilməsi etiqad olunması doğru olmayan adlar vəsflərlə adlandırıb vəsf edənləri tərk edin. Onlar tezliklə etdikləri əməllərin cəzasını alacaqlarHəzrət Sadiq əleyhis-salam buyurur: «Cəhalət nadanlığına görə Allahın adlarını dəyişib Ona özündən adlar qoşan şəxs müşrik olar. Bilməz, bununla küfr edər yaxşı gördüyünü sanarQısası, Quran hədislərdən çıxan nəticə budur ki, Allah-təalanın adları dəyişməzdir. Yəni, əqli cəhətdən doğru mənalı olsa belə, Onu Quran, hədis dualarda işlənməyən hər hansı bir adla adlandırmaq, vəsf etmək qadağan haramdır.

[26] Onlara «elm bilikdə qüvvətli mətanətli olanlar» deyə xitab edir. Çünki öz hədlərini aşmamışlar həqiqətini, zatını dərk etməli olmadıqları şeylər barədə dərindən düşünmürlər. Qurani-Kərimin Ali-İmran surəsinin 7-ci ayəsində buyurulur: «هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ» «Sənə Quran nazil edən Odur. Onun bir hissəsi aydın nişanələr möhkəm, yəni, aydın aşkar mənaya malik ayələrdir, digər qismi isə mütəşabih ayələrdir. Yəni, zahirinə əsasən mənası aydın olmayan ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Onların həqiqi izahını Allahdan elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Halbuki elmdə qüvvətli olanlar onların izahını bilsələr : «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir»,-deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Onun kəlamında ziddiyyət təzad tapılmaz».

[27] Çünki Ondan əvvəl xaliq olmamışdı ki, surət yaratsın, ölçü əldə etsin O da həmin surətə, əndazəyə əsasən məxluq yaratsın.

[28] Sənin tək olan Allah olduğuna inanmır: Qurani-Kərimin Fussilət surəsinin 9-cu ayəsində buyurulur: «قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ذَلِكَ رَبُّ الْعَالَمِينَ» «De ki, siz yeri iki gündə yaradan Allahı inkar edir, Ona şəriklər qoşursunuz? O ki aləmlərin Rəbbidir!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...
İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü
Allah vəhyinin mütərcimləri
IMAM HÜSEYN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
İmam Həsən Əskərinin (ə) Əli ibn Babəveyhə məktubu
MÜBARIZƏ VƏ CIHAD ALOVU (2)
Həzrət Əlinin (ə) haqsılığa münasibəti
Peyğəmbər (s) - Şölələnən çıraq
Məhərrəm

 
user comment