Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İMAMDAN QISA KƏLAMLAR

İMAMDAN QISA KƏLAMLAR

1.      Mömin sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar.

2.      Allaha and olsun ki, məni mömindən başqa heş kim sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz.

3.      Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir.

4.      Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur.

5.      Müsəlman müsəlmanın aynasıdır. Əgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin.

 HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİ

Nəhrəvan müharibəsindən sonra “xaricilər” adlı bir dəstə Məkkədə hər gün yığıncaqlar edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mənası yoxdur. İslam hökümətini devirib qardaşlarımızı öldürən adamları adamları məhv etməliyik. Əvvəlcə Əli, Müaviyə və Əmr ibn Ası öldürmək lazımdır. Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda ibn Mülcəm (lən). Ayağa qalxıb “mən Əlini öldürəcəyəm”, - dedi. Daha sonra Əmr ibn Bəkr Təmimi “mən də Əmr ibn Ası öldürəcəyəm”, - soylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı. Onların üçü də and içib mübarək Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasıb vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər olsun ki, o iki nəfər işlərində müvəffəq olmadılar, amma İbn Mülcəm (lən.) müvəffəq oldu.  İbn Mülcəm (lən.) Kufəyə gəlib Əlinin (ə) düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı. Bir gün Əli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. İbn  Mülcəm (lən.) özünü gizlətmək istədisə də, Əli (ə) onu görüb belə buyurdu:”Kufəyə nəyə gəldiyini bilirəm”.  Bu sözləri eşidən İbn Mülcəm (lən.) qorxdu və ayaqları titrəməyə başladı. Həzrət Əliyə (ə) belə dedi: “Ondan ey Əli, əmr et ki, məni öldürsünlər, ya zindana atsınlər”.  Əli (ə) ona baxıb belə dedi:”Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilərəm, amma islam dini öldürmə və cinayətdən  qabaq qısası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən”. Nəhayət, hicri 40-ci ilin Ramazan ayının 19-da İbn Mülcəm (lə) namazda səcdə halında olan Həzrət Əlinin (ə) başına zəhərli bir qılınc vurdu. Bununla da təqvə və iman dağı olan Həzrət Əlini (ə) şəhid edərək islam dünyasını matəmə qərq etdi. Həzrət Əlinin (ə) mehrabdakı “and olsun Allaha ki, artıq feyza çatdım” səsinin dalınca Cəbrail mələyin səsi yüksəldi:”Vallahi, hidayət sütunları yıxıldı və Əli şəhid adildi.” Camaat Əlinin (ə) qatilini tutub imam Həsən-Müctəbaya (ə) təhvil verdilər. İmamın yaralı bədənini isə öz evinə apardılar. İmam Əli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: “Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Əgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.” Amma əfsus ki, Əli (ə) daha yaşamadı Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəfəşrəf şəhərində torpağa tapşırıldı.

 

HƏZRƏT FATİMƏNİN ŞƏXSİYYƏTİ

Adı: Fatimə (s)

Atasının adı: Muhəmməd (s)

Anasının adı: Xədicə (s.ə)

Təvəllüdü: 20 cəmadiyüs-sani, cümə günü, besətin 5-ci ili.

Doğulduğu yer: Məkkə

Şəhadət ili: Hicri 11-ci il

Dəfn olunduğu yer: Məlum deyildir.

İslamdan əvvəl, cahiliyyət dövründə qadınları bədbəxtlik səbəbi hesab edir, buna görə də qız uşaqlarını diri-diri basdırırdılar. Amma islam dini belə inam və düşüncələrlə zidd olduğunu görə Həzrət Peyğəmbər (s) həmişə cahiliyyət millətinin fikri və əməllərini tənqid edirdi. O, qadınların da kişilər kimi insan olduqlarını, onların da insanlıq imtiyaz və hüqüqlarından istifadə edə bilmələrinin zəruriliyini və heç kəsin qadınları tənqir etmək haqqına malik olmadığı fikrini müdafiə edirdi. İslam və Quran tərbiyəsi ilə böyüyən Xədicə, Fatimə və Zeynəb kimi şəxsiyyətlərlə islamın qadınlara verdiyi böyük qiymət nümayış etdirilir. Bütün əsrlərin qadınları üçün örnək olmalı belə misilsiz qadınların yetişməsi qadın olmağın həqiqi mənasını ifadə edir. İndi isə həmin qadınlardan biri olan, Peyğəmbərin (s) qızı, Əlinin (ə) xanımı, Həsən və Hüseynin, Zeynəbin anası Həzrət Fatimənin (s.ə.) həyatını oxuyacağıq. Bununla da nümunəvi müsəlman qadının necə olduğunu müşahidə edəcəyik inşallah.

TƏVƏLLÜDÜ

Həzrət Zəhranın (s.ə) doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: “İndi Cəbrail mənə miştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız dünyaya gələcək, bütün imam və məsum rəhbərlər onun nəslindən gələcək”. Həzrət Fatimə (s.ə) besətdən (Həzrət Muhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qureyş hələ Kəbənin binasını yenidən tikdirirdi.

HƏZRƏT FATİMƏNİN TƏRBİYƏSİ

Həzrət Fatimə (s) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydaladı. Quranı Peyğəmbərin (s) dilindən eşidib öyrənirdi. Həzrət Fatimə (s. ə.) Quran və atasının sözlərinə çox bağlanmışdı. Bir gün Ayişə Peyğəmbərə (s) belə bir sual verdi: “Nəyə görə Fatiməni b qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?” Peyğəmbər (s) Həzrət Fatiməni (s.ə.) bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: “Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs onu sevindirsə, məni sevindiribdir”. Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə (s.ə.) belə buyurdu: “Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir”.

FATİMƏNİN (S) PEYĞƏMBƏRƏ BƏNZƏMƏSİ

Həzrət Fatimənin (s.ə.) siması, danışığı və hərəkətləri atasına çox bənzəyərdi. Belə ki, Ümmü Sələmə bu haqda belə deyir: “Peyğəmbər ən çox bənzəyən Fatimə idi”. Aayişə isə belə deyir: ”Danışıqda Peyğəmbərə Fatimədən daha çox bənzəyən birisini görmədim”.

ATA VƏ QIZ

Peyğəmbərlə (s) Fatimə (s.ə.) arasında olan sevgi və məhəbbət birtərəfli deyildi. Həzrət Zəhra (s) da atasını çox sevirdi. Buna görə də anası Xədicə vəfat edəndən sonra Həzrət Fatimə (s.ə.) altı yaşında olmasına baxmayaraq, atasının evdəki bütün ehtiyaclarını təmin edərək rahat olmasına cəhd göstərirdi. Atasının mübarək alnından qan damlaları töküldüyü vaxt balaca əlləri ilə atasının üzünü təmizləyib yaralarını müalicə edər, şirin sözlərlə atasına təsəlli verərdi. Elə bir ata ki, peyğəmbərlik kimi ağır bir vəzifəni öhdəsinə alaraq cəbhələrdəbütpərəstlik və cəhalətlə döyüşdüyü üçün öz vətənində qərib, şəhərində və qohumlarının arasında tək qalmışdı, hamı ondan üz döndərmişdi. Həzrət Fatimə (s) öz məhəbbəti ilə atasının ürəyini sevinclə doldurub onun risalətinə inanan, ona qüvvət və ümid verən bir qız idi. Elə buna görə də atası onun haqqında belə buyurmuşdu: “Atası Fatiməyə fəda olsun”. Və ona “atasının anası” ləqəbini vermişdi. Çünki o, atasına bir ana kimi qayğı göstərirdi.

HƏSRƏT FATİMƏNİN (S.Ə.) İZDİVACI

Həzrət Fatimənin (s.ə.) artıq ərə getmək vaxti çatmışdı. Onun əri elə bir adam olmalı idi ki, insanlıq dəyərlərində və kamal üstünlüyündə Fatimə ilə bərabər olsun. Eləcə də Zəhraya layiq olan hörmət və sevgini ona göstərib dəyərini dərk etsin. Həzrət Fatiməyə (s.ə.) bir çox ailələrdən elçilər gəlirdi. Bunlardan bəziləri isə Ömər, Əbu Bəkr və başqaları idi. Amma Həzrət Peyğəmbər (s) qızına elçi gələnlərə belə buyurardı: ”Bu barədə vəhy gözləyirəm”. Nəhayət vəhy gəldi və Həzrət Fatimənin (s.ə.) əri bəlli oldu. “Ey Peyğəmbər! İşığı işıqla – Fatiməni Əli ilə evləndir!”  Əlinin (ə) Həzrət Fatimə (s.ə.) iləçevlələndə, əlində dünya malından bir şey olmasına baxmayaraq, bütün maddi dəyərlərdən daha üstün və dəyərli bir xəzinəsi var idi: İnsanlıq şərəfi və təqva. Peyğəmbər (s) Həzrət Əlinin (ə) istədiyini qəbul etdikdən sonra qızının fikrini soruşmaq üçün onun yanına gəlib buyurdu: “Sən də Əlini yaxşı tanıyırsan, o xalqın arasında mənə ən yaxın olanı, islama saysız-hesabsız xidmətlər göstərmiş fəzilətli bir adamdır. Bax, Allah da sənin üçün Əlini seçib. Sənin bu haqda fikrin nədir?” Fatimə susdu. Peyğəmbər onun sükutundan xanım Zəhranın bu məsələyə razı olmasını başa düşüb çox sevindi.

TOY MƏRASİMİ

Peyğəmbərin (s) əmri ilə Bəni Haşım qəbiləsi və əshab o gün bir yerə yığıldılar. Daha sonra Peyğəmbər (s) bir xütbə oxuyaraq Əli ilə Fatiməni evləndirdi. Kəbininə də dörd yüz misqal gümüş təyin etdi. Əshabdan birisi deyir: “Həzrət Fatimənin (s.ə.) kəbin mərasimində Peyğəmbər (s) qoyun kəsib sadə bir yemək verəndən sonra, hamıdan bu barədə şahidlik aldı”. Həzrət Zəhranın (s.ə.) kəbinin kəsilməsindən bir ay sonra, hicrətin ikinci ilində toy mərasimi keçirildi. O axşam Peyğəmbər (s) Fatimənin (s.ə.) əlini Əlinin (ə) əlinin üstünə qoyub buyurdu: “Ey Əli! Fatimə sənin üçün seçilmiş ən yaxşı xanımdır.” Sonra isə Fatiməyə sarı dönüb buyurdu: “Ey Fatimə! Əli də sənin üçün seçilən ən yaxşı ərdir”. Sonra “artıq öz evinizə gedə bilərsiniz”, - deyərək onları evlərinə yola saldı. Mühacir, ənsar və Bəni Haşım qadınları, əshab və dostlar şamdan sonra Həzrət Əlinin (ə) evinə apardılar. Əli (ə) və Fatimə (s.ə.) Mədinədən səkkiz kilometr uzaqlıqda, Quba məscidinin yanında yeni həyatlarına başladılar. Həmin məscid hicrət əsnasında Peyğəmbərin (s) Həzrət Əlini (ə) bir həftə gözlədiyi yerdə tikilmişdi. Çox çəkmədi ki, onlar yenidən Mədinəyə köçüb özlərinə Peyğəmbərin (s) qonşuluğunda bir ev tikdilər. Çünki Peyğəmbər (s) üçün Əli və Fatiməni yanında görməmək, onların uzaq qalmaq çox çətin idi. Əli öz evini palçıq, xurma ağacının yarpaq və budaqlarından tikdi. Onların evlərinin kiçik qapısı ilə Peyğəmbərin evinin qapısı hə gün səhər çağı iki ürəyin bir-birinə qovuşduğu kimi, bir-birinin üzünə açılırdı. Quran və hədislərdə bu qədər təriflənən, bütün pisliklərdən uzaq olduğu qeyd olunan Əhli-beyt, itrat evi və ailəsi, məhz elə bu ev və bu ailədə idi. Elə bir ev ki, Əli orada ata, Fatimə ana, Həsən və Hüseyn oğlu, Zeynəb ilə Ümmi Gülsüm isə qızı idilər. Bu ev bütün zaman və illərdə nəsillər üçün nümunəvi bir örnəkdir.

BƏRƏKƏTLİ AİLƏ

Həzrət Fatimə (s.ə.) Əli (ə) ilə birgə böyümüşdü, onu qayğıkeş bir ər və atasının ətrafında dolanan yüksək bir insan kimi tanımışdı. Qrtıq bu iki insanın qəlbi xüsusi bir şəkildə bir-biri ilə qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. İkisi də qovuşmuşdu. Belə ki, heç birinin cahiliyyətlə əlaqəsi yox idi. İkisi də həyatlarının ilk illərindən başlayaraq risalət dənizi ilə vəhy nurunun kölgəsində böyümüşdülər. Həzrət Fatimə (s.ə.) bilirdi ki, Həzrət Əlinin (ə) maddi sərvəti yoxdur, onun ən böyük sərmayəsi yalnız atasının hədəfləri uğrunda fədakarlıq etməsidir. O bilirdi ki, əri bütün cavanlığını inam və cihad ilə keçirərək ömrü boyu islam və müsəlmanlara xidmət etmiş, cihaddan başqa bir şey düşünməmişdir.  Xanım Zəhra özü un üyüdər, çörək yapar və bütün ev işlərini görərdi. Halbuku, bacıları Zeynəb, Ruqəyyə və Ümmi Gülsüm ərlərinin evində bolluq və nemət içində yaşayırdılar. Fatimə (s.ə.) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Quranın buyurduğu kimi “Şəcəreyi Təyyibə” (yaxşılar ağacının) başlanğıcı olmalı idi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment