Azəri
Friday 19th of April 2024
0
نفر 0

HƏZRƏT ƏLİNİN (Ə) ÖZÜNÜ ƏLƏ ALMASI

HƏZRƏT ƏLİNİN (Ə) ÖZÜNÜ ƏLƏ ALMASI

İnsan təbii şəraitdə özünü daha yaxşı ələ ala bilər. Belə ki, müxtəlif pislik və günahlardan çəkinərək iradəsinə hakim olar. Ləkin qəzəb, hirs və əsəbləşdikdə insanın haqqı görməsi və Allahı xatırlaması olduqça çətin və ağırdır. Buna görə də cinayətlərin çoxu adətən insanın əsəbləşdiyi vaxt baş verir. Amma kamilliyə çatıb, nəfsini tərbiyə etmiş Həzrət Əli (ə) kimi ülvi bir insanın rəftar və davranışı digər insanlardan fərglidir. Hər hansı bir vəziyyətdə olursa olsun, yalnız Allahın razlığını nəzərdə tutur, Allaha görə olmayan işlərdən çıkinirdi. İstər evdə olsun, istər müharibə meydanında, istər sevincli anlarında olsun, istərsə də əsəbləşəndə, onun üçün heç bir fərgi yox idi. Məsələnin daha da aydınlaşmasından ötrü o Həzrətin müharibə meydanındakı rəftarına diqqət yetirək.  Bütün Mədinə xalqının şəhər ətrafında böyük xəndəklər qazaraq, düşmənin yolunu bağlamaq üçün su ilə doldurduğu Xəndək müharibəsində məşhur ərəb cəngavəri Əmr ibn Əbdüvəd düşmən əsgərləri arasında dolanaraq döyüşmək üçün özünə rəqib axtarırdı. Müsəlmanlar arasında onunla döyüşə girməyə heç kəs cəsarət etmirdi. Elə bu vaxt Həzrət Əli (ə) mətin addımlarla irəli addımlayyıb iman dolu qəlbi ilə onun qarşısına çıxaraq belə buyurdu:”Ey Əmr! Başından yekə danışma! Səninlə döuüşmək istəyən qarşındadır!” Əmr Həzrət  Əliyə (ə) baxıb lovğa-lovğa dedi:”Geri qayıt! Səni öldürmək istəmirəm. Çünki atanla dost olmuşam.” Əli (ə) ona belə cavab verdi: “Allaha and olsun, mən isə səni öldrümək istəyirəm.” Bu sözdən hirslənib atından düşən Əmr (ə) onu yalnız bir zərbə ilə yerə yıxıb öldürmək üçün sinəsinin üstündə oturdu. Bu zaman Əmr Həzrət Əlinin (ə) mübarək üzünə tüpürdü. Həzrət Əli (ə) birdən Əmrin sinəsi üstündən qalxıb bir müddət meydanda yeridikdən sonra təzədən Əmrə tərəf getdi. Əmr soruşdu:”O cür zərbədən sonra məni buraxmağının mənası nədir?” Həzrət Əli (ə) buyurdu:”Ey Əmr! Mən Allah üçün qılınc cəkirəm, öz nəfsim üçün yox. Səni yerə yıxıb sinən üstündə oturduğum vaxt üzümə tüpürdün və məni hirsləndirdin. Əgər o anda səni öldürsəydim, savab qazanmayacaqdım. Şünki artıq əsəbləşmişdim. Səni məni əsəbləşdirdiyinə görə öldürəcəydim, Allaha görə yox. Buna görə də sənin üstündən qalxdım və bir az yeriyib hirsimi yatırtdım”.  Həzrət Əlinin (ə) şücaəti, səbri və nəfsinə hakim olması ərəb pəhlivanı Əmrə çox böyük təsir etmişdi. Hamı-istər dost, istərsə də düşmən, Həzrət Əliyə (ə) diqqət yetirirdi. Dostların dilindən təkbir səsləri ucalarkən, düşmənin canını artıq qorxu bürümüşdü ki, bu da düşmənin tam məğlubiyyətinə zəmin hazırladı. Həzrət Peyğəmbər (s) Əlinin (ə) bu parlaq qələbəsi haqında belə buyurdu: “Əlinin Xəndək müharibəsində gördüyü iş və endirdiyi zərbənin dəyəri Allah yanında insanların və cinlərin ibadətindən daha çox və üstündür”. 

HƏZRƏT ƏLİNİN (Ə) MEHRİBANLIĞI

Həzrət Əlinin (ə) müharibə meydanında göstərdiyi qəhrəmanlıq və igidliyini müşahidə etdik, lakin qəhrəman və qorxmaz bir insanın əgər mərhəmət və mehribanlığı olmazsa, həmin qəhramanlığın heç bir dəyəri yoxdur. O, müharibə meydanında  yeridikdə yaralıların, acların və susuzların halını gözləyirdi. Quduz düşmənləri öldürərdi, ancaq ac, yahud susuz bir düşmən əsgəri ilə qarşılaşıb üzbəüzgəldikdə isə ona rəhm edib, yarasını müalicə edərdi. Düşmənlərlə qəhrəmanlıqla döyüşərdi. Lakin heç vaxt düşməni ac və susuz öldürməz, ev və ocaqlarını dağıtmazdı. Çünki, o belə rəftar və davranışın imana zidd olmasını bilirdi. Məhz elə buna görə də Siffeyn müharibəsində suyu Müaviyə ordusunun əlindən ala biləcəyi halda, əsgərlərinə əmr etdi ki, su yolunu bağlamasınlar. Eləcə də düşmən əsgərləri sudan istifadə etmək istədikdə onlara mane olmasınlar. Bu zaman Həzrət Əlinin (ə) mordusunda olanlar etiraz edib dedilər: Düşmən bizi sudan uzaqlaşdıraraq bununla da bizləri təslim olmağa məcbur etmək istəyirdilər. Əgər eyni işi biz də görsək, biz də mütləq müvqffəq olar, bu müharibədə qələbə çalarıq. Gərək bu fürsətdən istifadə edək. Əli (ə) onların cavabında belə buyurdu: “Xeyr, biz düşmənlə kişi kimi döyüşəcəyik. Biz belə işləri mərhəmət və şəfqətə zidd hesab edirik. Əgər onların gördüyü işi biz də görməli olsaq, o zaman onlarla aramızda olan fərq nədir?! Bilin ki, bütün işlər Allah üçündür və biz də Onun əmrinə zidd rəftar etməməliyik.”

HƏZRƏT ƏLİNİN (Ə) RƏHBƏRLİK DÖVRÜNDƏKİ DAVRANIŞLARI XALQ İLƏ BİRGƏ

Bütün çətinliklərə baxmayaraq, Əli (ə) şəxsən özü xalqın işlərinə yetişir, onların ağır problemləri ilə yaxından tanış olurdu. Heç vaxt o, düşmənlə şəxsi qərəzlik üzündən düşmənçilik etməzdi. Hətta onların maaşlarını da beytul-maldan verərdi. Dostlarına isə dostuqlarına görə güzəştə getməzdi. Ətrafındakılara isə həmişə xalqla ədalətli və insaflı davranmalarını əmr edərdi. Qurana zidd olan işləri əsla bağışlamazdı. Misal üçün, Sudə adlı bir qadın haqqını almaq üçün onun yanına gəldikdə, Həzrət namaz qılırdı. Əli (ə) namazını tez qurtarıb təbəssümlə ondan soruşdu:”Nə istəyin var?” Gözü yaşlı Sudə vergi məmurundan və onun etdiyi zülmlərdən o Həzrətə şikayət etdi. Həzrət Əli (ə) elə həmin yerdə ağlayaraq buyurdu:”Allahım! Sən şahidsən ki, mən onlara Sənin bəndələrinə zülm etməmələrini əmr etmişəm”. Sonra bir dəri parçası götürüb məmurunu vəzifəsindən azad etdiyini yazıb məktubu Sudəyə verdi ki, aparıb həmin məmura çatdırsın. Daha sonra Əli (ə) belə buyurdu:”Allaha and olsun, əgər əlimdə olan bu vəzifədən məzlum insanların qurtuluşu üçün istifadə edə bilməsəm, əgər zülmün qarşısını ala bilməyib haqqı bərpa etməyi bacarmasam, bu vəzifə mənim üçün köhnə ayaqqabıdan da dəyərsiz olacaq. Rəhbərlik və xəlifəlik mənim üçün hədəf deyildir. Bu məqam ona görədir ki, ondan məhrum və məzlum xalqların xeyrinə istifadə edəm”. 

AYRİ-SEÇKİLİYİN ARADAN QALDIRILMASI

Xalq Həzrət Əliyə (ə) beyət edikdə, o Həzrət minbərə çıxıb buyurdu:  “Allaha and olsun, o zamana qədər ki, Mədinədə tək bir xurma ağacım var, özümə beytul-maldan bir şey göturməyəcəm”. Qardaşı Əqil ayağa qalxıb dedi:”Məni Mədinədə yaşayan zənci ilə bir tutursan?” Əli (ə) belə buyurdu:”Otur qardaşım, sənin o zənci ilə müqayisədə iman və təqvandan başqa heç bir üstünlüyün yoxdur”. Daha sonra Əli (ə) elan etdi ki, hökumətinə ayrı-seçkiliyə yol verməyəcəkdir.  Yenə bir yay axşamı qardaşı Əqil, qardaşını evinə şama qonaq çağırmışdı. O güman edirdi ki, bununla da maaşının çoxaldılmasını Həzrət Əliyə (ə) qəbul etdirə biləcəkdir. Əli (ə) belə buyurdu:”Hazrılağın bu şamın pulunu haradan qazanmısan?” Əqil cavabında belə dedi:”Mən və arvadım öz şəxsi xərclərimizi azaldıb qalan pulu yığıb sənə yaxşı yemək hazırlamaq istədik”. Həzrət Əli (ə) belə buyurdu:”Sabahdan sənin aylıq maaşını sənə kifayət edəcək qədər verəcəyəm (yəni azaldacağam). Çünki etiraf etdiyinə görə, biz az qənaət edəndə daha az xərcləyirsən”. Əqil qardaşının sözlərindən hirslənib çığır-bağır salmağa başladıqda Həzrət Əli (ə) yanındaki dəmiri odda qızdırıb qardaşının əlinə basdı. Əqil qışqırıb”vay yandım” – dedi. Həzrət Əli (ə) bu zaman belə buyurdu: “Qəribədir, sən mənim yandırdığım oddan qorxub qışqırdğın halda necə olur ki, öz rahatlığın üçün Allahın mənə hazırladığı əzab odunda yanmağıma razı olursan. Bu var-dövlət xalqındır və mən də onların etibar etdikləri adamam”. Həzrət Əlinin (ə) yanında çalışan məmurlardan bəzisi həzrətin hamıya bərabər gözlə baxmasına etiraz edib belə deyirlər, “Əgər üsyan edənlərə və qoşun başçılarına bir az artıq qiymət versəydin, yenicə qurulmyş bir islam sistemini daha yaxşı idarə edə bilərdin”. İmam (ə) isə onların cavabında buyurdu:”Çox qəribədir, siz məndən islam naminə qurulmuş hökumətin təməlini zülm və ədalətsizlik üstündə qurmağımı tələb edirsiniz? Allaha and olsun ki, əsla bu işi görmərəm! Hətta bütün müsəlmanların dövləti mənim olsa belə, yenə də belə bir işə girişmərəm. Halbuki, bu mallar xalqındır və mən onların etibar etdiyi bir nəfərəm”. Bir gün Həzrət Əliyə (ə) xəbər çatdı ki, Bəsrə valisi varlılardan birisinin qonağı olub. Həzrət çox hirsləndi və onu danlayacaq bir məktub yazıb onun üçün göndərdi: “Eşitmişəm yoxsulların olmadığı, dövlətlilərin süfrəsində oturubsan. Bunu bil ki, sənin rəhbərin və imamın olan mən, əgər istəsəm, ən yaxşı və ləziz yeməkləri yeyə bilərəm. Amma mən heç vaxt bu işi görmədim. Çünki məmləkətdə ac qarnına yatanlar ola bilər. Mən sizin dünyanızdan təkcə xurma və çörəkdən ibarət az bir xörəklə və sadə bir paltarla qənaət etdim. Siz mənim kimi ola bilməssiniz də, çalışın ki, yolunuz məndən ayrılmasın. Həzrət Əli (ə) bu məktubda ona xəbərdarlıq edərək öz rəhbərlik borcunu yerinə yetirdi. İmamın (ə) həyatı başdan-başa ədalətlə zəngindir. Bir gün o Həzrətin düşməni olan Müaviyə onun əshabindan biri olan Ədiy ibn Hatəm ilə qarşılaşıb ona belə sual verdi:”Əlinin imamət və xəlifəliyi zamanında necə gördün?” O, isə cavabında dedi:”Quıdurlar onun hökümətində quldurluq edə bilməz, gücsüzlər isə onun ədalətindən həmişə faydalanıb ümidsizliyə düşməzlər”. Həzrət Əlinin (ə) özü də həmişə belə buyurardı:”Xalq məni özünə rəhbər və xəlifə seçdiyi halda, camaatın müxtəlif problem və çətinliklərinə şərik olmağım zəruri deyilmi?!” Bir gün qoşun başçıları keçmiş səhabə İbn Abbas ilə birlikdə o Həzrətin Hüzuruna gəldilər. Həzrət ayaqqabısını yamaqlamaqla məşğul idi. Əli (ə) onlara belə buyurdu:

-Bu ayaqqabının dəyəri nə qədərdir?

İbn Abbas dedi:

-Onun dəyəri bir neçə dirhəmdən artıq olmaz.

-Allaha and olsun, əlimdə olan bu vəzifədən zülmün qarşısını almaq və haqqı bərpa etmək üçün istifadə edə bilməsəm, mənim üçün bu ayaqqabıdan daha dəyərsizdir. Yəni bu məqam və rəhbərlik mənim üçün hədəf olmayıb, yalnız məhrum xalqların xeyrinə istifadə etmək üçün yeganə vəsilədir. 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment