Azəri
Friday 19th of April 2024
0
نفر 0

HƏZRƏT MUHƏMMƏDİN (S) VƏFATI

HƏZRƏT MUHƏMMƏDİN (S) VƏFATI

Peyğəmbər (s) həcc səfərindən qayıtdıqdan sonra xəstələnib yatağa düşdü. Hiyləgər və həmişə fürsət sorağında olan bir qrup peyğəmbərlik iddiası etsələr də Peyğəmbərin əmri ilə qətlə yetirildilər. Bir gün Peyğəmbər (s) ağır xəstə olduğu halda, Əli (ə) ilə birgə Bəqi qəbristanlığına, əshabın qəbirlərini ziyarət etməyə getdi. Daha sonra evinə qayıtdı. Peyğəmbərin (s) xəstəliyi gün-gündən şiddətlənirdi. Nəhayət, hicri 11-ci ilin Səfər ayının 28-də, başı Həzrət Əlinin (ə) sinəsində ikən Allaha qovuşdu və bütün islam dünyasını sonsuz bir yasa boğdu.

Peyğəmbərdən bir şey istədikdə, o heç vaxt yox cavabı verməzdi. Həzrət Əlidən (ə) nəql olunur ki, peyğəmbər insanlar içərisində ən əliaçıq, qəlbigeniş, doğrudanışan, öhdəliklərinə ən yaxşı vəfa edən, yumşaq təbiətli, mülayim davranışlı idi. Hər kəs onunla ilk dəfə qarşılaşanda ondan qorxardı, lakin onunla ciddi tanış olandan sonra onu sevərdi. Ondan qabaq və ondan sonra onun kimisini görmədim. Əmirul-möminindən (ə) nəql olunur ki, döyüş başlayanda və iki tərəf üz-üzə gələndə, biz Allahın rəsuluna sığınardıq, peyğəmbərdən düşmənə qarşı ən ön cərgədə duran yox idi. Düşmənləri onu əmanədarlığı ilə tanıyardılar, hətta düşmənləri arasında “Əmin” adı ilə məşhurlaşmışdı. Onu ən doğru danışan şəxs kimi tanıyırdılar. Hətta Əbu-cəhl ona demişdir ki:”Biz səni yox, sənin gətirdiklərini təkzib edirik”, Buna görə də “onlar səni təkzib etmirlər” ayəsi nazil oldu. Onun məclisi elm, helm, həya, vüqar məclisi olardı. Onun dizləri yanında oturanın dizlərindən qabağa keçməzdi (yəni ayaqlarını uzatmazdı). Baxışlarını səmadan çox, yerə dikərdi. Az danışan idi, ehtiyac duyulmadığı yerdə danışmazdı, yaxşı söz danışmayanlardan kənar gəzərdi. Gülüşü təbəssüm idi. Kələmi aydın idi (və ya haqqı batildən ayıran idi). Razılıq və qəzəb zamanı ancaq haqqı danışardı. Oturanda və duranda ancaq zikr deyə-deyə hərəkət edərdi. Yanında kimsə əyləşsəydi, həmin şəxs durmamış peyğəmbər öz yerindən durmazdı. Cəmil ibn-Dərrəc mötəbər hədisdə İmam Sadiqdan (ə) nəql edir ki, Allahın rəsulu öz baxışlarını səhabələri arasında bərabər bölərdi. Heç vaxt ayaqlarını onların yanında uzatmazdı. Biri ilə əl verib görüşəndə o şəxs əlini çəkməmiş peyğəmbər əlini çəkməzdi. Bir gün səfərə getmişdi. Öz əshabına bir qoyun kəsməyi əmr etdi. Onlardan biri dedi: “ Ey Allahın rəsulu, qoyunu kəsmək mənim boynuma”. Digər bir şəxs soymağı, biri onun bölməyi, dördüncü şəxs isə bişirməyi boynuna götürdü. Həzrət dedi:” Sizin üçün odun yığmaq da mənim boynuma”. O, şəxslər razılaşmayıb dedilər:” Atamız və anamız sənə fəda olsun, ey Allahın rəsulu! Sənə əzziyət olar. Biz sənin əvəzinə odun yığarıq”. Həzrət dedi: “ Bilirəm ki, siz mənim əvəzimə odun yığarsız, amma Allahın, yoldaşları ilə bir yerdə olub onların arasından seçilən bəndədən acığı gəlir”. Ayağa qalxıb, onlar üçün odun yığmağa getdi. Ənəs nəql edir ki, bir ərabi (çol ərabi) peyğəmbərin yanına gələrək onun köynəyini bərk-bərk çəkdi və dedi:”Ey Muhamməd! Sənin yanında olan Allahın mallindan mənə də ver!” Mən gördüm ki, çöl ərəbinin köynəyi bərk çəkməsi nəticəsində peyğəmbərin boynuna iz düşüb. Həzrət onun üzünə gülümsədi, ona mal verilməsini əmr etdi. Bir yəhudi peyğəmbərin yanına gəldi. Aişə də peyğəmblərin yanında idi. Yəhudi peyğəmbərə “əssamu ələykum (ölüm olsun sizə) deyərək onu təhqir etdi. Peyğəmbər “ sizə olsun!” deyə cavab verdi. Başqa bir şəxs içəri daxil olub həmin yəhudinin dediyini təkrarladı. Həzrət ikinci şəxsə də birincisinə verdiyi cavabı verdi. Üçünçü bir şəxs də daxil ilub özündən əvvəlkilərinin dediyini təkrar etdi. Peyğəmbər ona da əvvəlkilərə verdiyi cavabı verdi. Aişə qəzəblənərək dedi: “Ölüm, qəzəb, lənət sizlərə olsun ey yəhudilər, ey meymun və donuzların qardaşları!” Peyğəmbər Aişəyə dedi:”Ey Aişə! Söyüş numunə olsa, pis numunədir. Xoş rəftar istənilən şeyin üzərinə qoyulsa, ona zinətləndirər. Üzərindən götürüldükdə isə, onu kobudlaşdırar”. İmam Sadiqdən (ə) nəql edilir ki, bir kişi peyğəmbərin yanına gəldi. Həzrətin paltarı köhnəlmişdi. On iki dirhəm verib dedi:” Ey Əli bu dirhəmləri götür mənə bir paltar al, geyinim”. Əli (ə) deyir:” Bazara gəlib on iki dirhəmlik ona bir köynək aldım və peyğəmbərin yanına gətirdim. Peyğəmbər köynəyə baxıb dedi:” Əli başqa köynək mənə daha hoş gələr. Görərsən, bu köynəyin sahibi bunu geri götürər?”

Dedim ki, bilmirəm.

Həzrət dedi:

-Bax, gör geri götürərmi?

Mən köynəyin sahibinin yanına gəldim və dedim:” Allahın rəsulunun bu köynəkdən hoşu gəlmir. Ondan aşağı səviyyəli bir köynək istəyir”. Köynəyi geri qaytardım və dirhəmləri geri alıb peyğəmbərin yanına gətirdim. Həzrət köynək almaq üçün mənimlə bazara getdi. Gözü, yolda durub ağlayan bir kənizə sataşdı. Həzrət ondan soruşdu:

-Nə olub sənə?

O dedi:

-Ey Allahın rəsulu! Ev əhli mənə dörd dirhəm vermişdi ki, ehtiyac duyduqları əşyaları alım. Dirhəmlər itdi, mən də onların yanına qayıtmağa cəsarət etmirəm. Allahın rəsulu ona dörd dirhəm verdi və dedi:”Öz ailənin yanına qayıt!” Peyğəmbər bazara gəlib dörd dirhəmə bir köynək alıb geyindi. Və Allaha həmd etdi. Bazardan çıxanda üryan bir kişini gördü ki, deyir: “Hər kəs məni geyindirsə, Allah ona Cənnət libasını geyindirər”. Peyğəmbər aldığı köynəyi əynindən çıxardıb həmin şəxsə geyindirdi. Sonra yenidən bazara qayıdıb qalan dörd dirhəmə başqa bir libas alıb geyindi və Allaha həmd etdi. Evinə qayıdanda gördü ki, həmin kəniz yolda durub. Həzrət ondan soruşdu:

-Niyə ailənin yanına qayıtmırsan?

Kəniz cavab verdi:

-Ey Allahın rəsulu! Mən onların dediklərini gec yerinə yetirmişəm. Qorxuram ki, məni döyərlər.

-Düş qabağıma və məni ailənin yanına apar!

Peyğəmbər onların qapısına qədər gəlib dedi:

-Salam olsun sizə, ey ev əhli!

Amma cavab gəlmədi. Peyğəmbər salamı təkrarladı və yenə də cavab vermədilər. Həzrət yenidən salam verdi. Onlar “ Əleykuməssalam və rəhməttullah və bərəkatuh, ey Allahın rəsulu!” – deyərək cavab verdilər. Peyğəmbər dedi: “Nəyə görə birinci və ikinci salamımın cavabını almadınız?”

-Ya Rəsullah! Salamını eşitdik, amma istədik ki, çox salam

-Ya rəsuləllah! Bu kəniz səninlə gəldiyi üçün azad olunur.

Həzrət dedi:

“ Həmd olsun Allaha! Bundan bərəkətli on iki dirhəm görmədim. Allah bu on iki dirhəmlə iki üryanı geyindirdi və bir kənizi azad etdi”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment