Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması

Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması

Bütün müsəlmanlar, istər sünnü istərsə şiə, Peyğəmbər (s) onu xatırladan hər şeyi böyük sayıb ehtiram etmək haqqında ortaq bir fikrə gəlmişlər. Təsdiq üçün bir çox tarixi rəvayətlərə müraciət edib böyük sünnü alimlərinin dediklərinə istinad etmək olar. Məsələn, Həzrət Zəhra (s) digər səhabələr Rəsulullahdan (s) təbərrük istəyirdilər. Yaxud əhl sünnə rəvayət edir ki, Abdullah bin Ömər Allah Rəsulunu (s) xatırladan hər şeyi qorumağa çalışırdı. Hətta o, Peyğəmbərin kölgəsində əyləşdiyi ağacı belə mühafizə etməyə can atardı. Əhməd bin Hənbəl Rəsulullahın hər bir əşyasının bərəkət bəxş etməsinin mümkün olduğunu demişdir. Sünnə əhli fəqihləri:

"زيارة القبر أفضل المندوبات"

“Qəbirləri ziyarət etmək ən yaxşı müstəhəblərdən-dir” deyə öz nəzərlərini bildirmişlər.

Xatırlatmaq lazımdır ki, Peyğəmbər, onun əşyaları, canişinləri vəhyin həqiqəti dinin cilvələri olduğu üçün onlara hörmət etmək lazımdır.[1]

 



[1] “Səhih Buxari”, 1-ci cild, səh. 59, 105, 7-ci cild, səh. 199, “Fəthul Bari”, 1-ci cild, səh. 256, 264, 408, Əllamə Əmini “Əl Qədir”, 3-cü cild, səh. 170, Əhməd Əhmədi Miyancinin “Ət təbərrok bil asarir rəsul” , səh. 66-nın nəqli əsasında.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment