Azəri
Thursday 25th of April 2024
0
نفر 0

HÜDEYBİYYƏ SÜLHÜ

HÜDEYBİYYƏ SÜLHÜ

Müsəlmanların müharibələrdə qələbə çalması, düşmənlərin, xüsusilə Bəni Müstələq qəbiləsinin məğlubbiyyətə üğraması və Həzrət Peyğəmbərə (s) iman gətirmələri Qureyşi bərk qorxutmuşdu.Həzrət Peyğəmbər (s) hicri 7-ci ilin Zilqədə ayında müsəlmanlardan ibarət min dörd yüz nəfərlə Kəbəni ziyarət ermək məqsədi ilə Mədinədən Məkkəyə yola düşdü. Zül-hüləyfə adlı bir yerdə ehram bağladılar. Bu səfərin mənəvi və ibadi nöqteyi-nəzərindən əlavə, əhəmiyyətli dəyəri var idi. Bu vəziyyə müsəlmanların Ərəbistan yarmadasında mövqelərinin yaxşılaşması demək idi. Qureyşlər Peyğəmbərin (s) hərəkətindən xəbərdar olduqları vaxt Məkkəyə girməklərinə əngəl olacaqlarına dair bütlərə and içərək Xalid ibn Vəlidi iki yüz atlı ilə birlikdə onların qabağını almaq üçün müsəlmanların üstünə göndərdilər. Peyğəmbər (s) toqquşma baş verməsin deyə, kəsə yoldan gedərək Hüdeybiyyə ərazisinə çatdı. Peyğəmbər (s) əvvəlcə bir neçə elçi göndərdi ki, Qureyşə onlarla müharibə etmək fikrində olmadıqlarını və müsəlmanların məqsədinin ancaq həcc mərasimini yerinə yetirmək olduğunu bildirsinlər. Lakin onlar Peyğəmbərin (s) göndərdiyi qasidlər (xəbər gətorənlər) ilə yaxşı rəftar etmədilər. Onların rəftar və hərəkətlərindən fikirlərinin yalnız müharibə etmək olması aydınlaşdı. Həzrət Peyğəmbər (s) bir ağacın altında əshabındanyenidən beyət aldı. Onların hamısı Peyğəmbərə (s) söz verdilər ki, son nəfəslərinə kimi öz hədəflərinə bağlı qalacaqlar. Qureyşlər əhvalatı öyrənəndən sonra qorxub Süheyl adlı bir nəfəri Peyğəmbərlə (s) sülh müqaviləsi imzalamaqdan ötrü Həzrət Muhəmmədin (s) yanına göndərdilər. Onların istəyi bu idi ki, müsəlmanlar bu il Məkkəyə daxil olmaqdan vaz keçərək geri qayıtmalı, gələn il isə silahsız gəlməlidirlər. Qureyş isə müsəlmanların dini mərasimlərinə şərait yaradaraq, onların mal və canlarını qoruyacaqlar. Müsəlmanlardan bəziləri isə Məkkənin fəthinə zəmin yaradan bu müqavilənin parlaq gələcəyini hələ anlaya bilməmişdilər. Lakin bütün bunlara baxmayaraq Qureyş beş maddədən ibarət sülh müqaviləsini imzaladı. Dediyimiz kimi, müsəlmanlardan bəzisi narahat olub Peyğəmbərə (s) etiraz etdilər. Müqavilənin məddələrindən biri bu idi: “Əgər Məkkə müsəlmanlarından biri Mədinəyə pənah gətirərsə,Qureyşə geri qaytarılacaq”. Onlar belə güman edirlər ki, bu iş müsəlmanlar üçün zillət və alçaqlıq gətirəcəkdir. Peyğəmbər (s) bu barədə çıxış edərək onların cavabını verdi. İmam Sadiq (ə) bu sülh müqaviləsinin dəyəri haqda belə buyurub: “Həzrət Peyğəmbərin (s) həyatında heç bir hadisə Hüdeybiyyə müqaviləsindən xeyirli olmayıb.”

XEYBƏR MÜHARİBƏSİ

Hicri 7-ci ilin Rəbbiyul-əvvəl ayında Həzrət Peyğəmbər (s) min altı yüz islam əsgəri ilə birlikdə Mədinədən Xeybər qalasına doğru hərəkət etdi. Həmin qalada yəhudilər məskunlaşmışdı. Düşməni qəfildən məğlub etmək üçün sürətlə Qətfan torpaqları ilə Xeybər arasında olan Rasi adlı bir yerə istiqamət aldı. Məqsəd bu idi ki, aralarında hərbi ittifaq olan Qətfan ərəbləri ilə Xeybər yəuhidərini bir-birindən ayıraraq onların yardım yollarını kəsmək. Xeybər qalası hələ gecə ikən müsəlmanlar tərəfindən mühasirəyə alındı. İslam döyüşçüləri xurmalıqlar arasında münasib bir yer seçərək, Xeybər və düşmən əsgərlərinin vəziyyətini öyrənib vuruşmağa başladılar. Cəsarətlə canlarından keçərək qalalaları bir-bir ələ keçirdilər.Sadəcə yəhudilərin müdafiə etdikləri iki əhəmiyyətli qala qalmışdı ki, onlar yuxarıdan müsəlmanları ox yağışına tutdular. Peyğəmbər (s) əmri ilə islam ordusu üç gün ardı-arası kəsilmədən Əbu Bəkr, Ömər və Səd ibn Übadənin başçılığı altında ayrı-ayrı qalalara basqın etsələr də, məğlubiyyətə uğradılar. Bunu görən Həzrət Peyğəmbər (s) buyurdu: “Sabah bayrağı elə bir adama verəcəyəm ki, o, Allah və onun rəsulunu sevir, allah və onun rəsulu da onu sevir. Allah bu qalanı onun əli ilə fəth edəcək. O, heç vaxt qaçmaz!” Hamı o şəxsin kim olduğunu öyrənmək üçün səhəri gözləyirdi və arzulayırdı ki, həmin şəxs məhz onun özü olsun. Həmin şəxs Həzrət Əlidən (ə) başqa kim ola bilərdi?! Sabahkı gün Həzrət Peyğəmbər (s) soruşdu: Əli haradadır? Dedilər ki, onun gözü ağrayır. Həzrət buyurdu: Ona deyin gəlsin! Əlini bir dəvəyə mindirib peyğəmbərin çadırının qarşısına gətirdilər. Həzrət mübarək əlini onun gözlərinə çəkib dua etdi. Əlinin gözləri ömrünün axırına qədər bir daha ağrımadı . Peyğəmbər (s) zəfər bayrağını Əliyə (ə) verərək alanı fəth etmək vəzifəsini onun öhdəsinə qoydu. Bununla Həzrət Peyğəmbər (s) Həzrət Əlinin o biri sərkərdələrdən  daha üstün və dəyərli olduğunu göstərdi. Əlinin (ə) əsgərləri qalaya  yaxınlaşdıqları vaxt Haris və Məhrab adlı iki döyüşçü qardaş əllərindəki toxmaqları ilə onlara həmlə edirdilər. Nəticədə müsəlmanlar onların həmlasinə tab gətirməyib qaçdılar. Amma Həzrət Əli (ə) öz böyük və sarsılmaz müqaviməti ilə onların hər ikisini öldürdü. Yəhudilər qorxularından qalaların qapılarını bağladılar. Qaçanlar bu səhnəni görəndə müharibə meydanına qayıtdılar, Həzrət Əli (ə) ilə birgə döyüşə atıldılar. Həzrət Əli (ə) qəzəbli şir kimi qalaya tərəf gələrək onun qapısını yerindən çıxararaq onu özü üçün qalxan etdi. Daha sonra qapını qalanın ətrafındakı xəndəyin üstünə atıb əsgərlərin keçməsi üçün körpü düzəltdi. Bu qapı o qədər ağır idi ki, müsəlmanlardan səkkiz nəfər belə onu yerindən tərpədə bilmirdi.  Həzrət Əli (ə) özünün bu heyrətləndirici gücü arədə buyurdu:”Mən onu öz adi gücümlə qaldıra bilməzdim. Allahın köməyi və imanım sayəsində bu işi görə bildim”. Nəhayət islam qüvvələri bütün qalaları ələ keçirərək yəhudiləri ağır məğlubiyyətə uğratdılar. Yəhudilər Peyğəmbərə (s) bildirdilər ki, öz yerlərində qalıb əkinçiliklə məşğul olmaq və qazanclarının yarısını müsəlmanlara vermək istəyirlər. Peyğəmbər (s) bu istəyi qəbul edib onları sərbəst buraxdı.

Xeybər qalasının müsəlmanlar tərəfindən fəth olunması xəbəri Fədək qəsəbəsində yaşayanlara çatan kimi, onlar da qorxularından tez Peyğəmbərin (s) hüzuruna nümayəndə göndərərək sülh müqaviləsi imzaladılar və Fədəkin yarısını Peyğəmbərə verdilər. Həzrət Peyğəmbər (s) həmin qəsəbəni qızı Fatiməyə bağışladı ki, ona və məhrumlara yardım olsun. Həzrət Peyğəmbər (s) Xeybər müharibəsindən sonra yəhudilərin başqa nir mərkəzi plan Vadil-Qürrə məntəqəsinə tərəf hərəkət edib oranı da mühasirə vasitəsi ilə ələ keçirdi. Daha sonra onlara da Xeybər yəhudiləri kimi, öz torpaqlarında qalaraq qazanclarının yarısını müsəlmanlara vermələrinə icazə verdi. Həzrət Peyğəmbər (s) bu müqavilələrlə islam ordusunun düşmən qarşısındakı həmlə və müdafiə gücünü artırmaq üçün öz iqtisadı vəziyyətini düzəltmiş oldu. 

MUTƏ MÜHARİBƏSİ

Peyğəmbər (s) Vusra padşahını islama dəvət etmək üçün onun yanına elçi göndərdi. Elçi Mutə torpaqlarına çatdıqda, həmin diyarın hakimi peyğəmbərin elçisini şəhid etdi. Həmin hadisədən sonra Peyğəmbər (s) on altı təbliğatçını oraya göndərdi. Ancaq onların hamısı öldürüldü, onlardan yalnız bir nəfər sağ qaldı. Sağ qalan təbliğatçı gecə vaxtı qaşaraq Mədinəyə gəldi. Bu iki hadisə Peyğəmbərə (s) çox ağır təsir etdi və səbəb oldu ki, hicri səkkizinci ilin cəmadül-əvvəl ayında Mutayə ordu göndərsin. Müharibə elan olunduqdan sonra on min nəfər könüllü əsgər müharibəyə hazırlaşdı. Peyğəmbər (s) onlar üçün bir nitq söylədi. Daha sonra sərkərdələri aşağıdaki şəkildə təyin etdi: Cəfər ibn Əbu Talib birinci sərkərdə, Zeyd ibn Harisə ikinci sərkərdə, Abdullah ibn Rəvahə üçünçü sərkərdə. Əgər onlardan hansı biri şəhid olsaydı, ardıcıl olaraq o birisi onun yerinə keçəcəkdi. Əgər üçü də şəhid olsaydı, əsgərlər öz aralarından bir nəfəri seçib sərkərdə təyin edəcəkdilər. İslam əsgərləri Mutə torpaqlarına tərəf hərəkət edib Muan şəhərinə çatdıqda oradakı müsəlmanlar xəbər verdilər ki, Rum qeysəri Herakl yüz nəfərdən ibarət Rum ordusu ilə yüz min nəfər ərəb ordusunu bir yerə toplayıb. İki yüz min nəfərdən ibarət düşmən ordusu on min nəfərdən ibarət islam ordusuna hücum etdi. Cəfər şəhid olana qədər şücaətlə döyüşdü. İkinci və üçünçü sərkərdə də eyni şəkildə döyüşərək şəhid oldular. Daha sonra əsgərlər Xalid ibn Vəlidi özlərinə sərkərdə seçdilər. Xalid təcrübəli və ağıllı adam idi. O, belə fikirləşdi ki, əgər müharibə bu şəkildə davam etsə, onların hamısı ləcək. Demək, ir vasitə ilə düşmənin hərəkət və həmləsinin qarşısını almaq lazımdır. O, əsgərlərə gecə yarısı geri çəkilmələrini, səhər isə hay-küylə müharibə meydanına yenidən girmələrini əmr etdi. Bu zaman düşmən belə güman edəcəkdi ki, Mədinədən təzə köməkçi qüvvələr yetişibdi. Xalid bu taktika ilə düşməni qorxudub müharibəni dayandırmağa müvəffəq oldu. Əshabin şəhid olması xəbəri Peyğəmbərə (s) çatanda o Həzrət Çox narahat olub onların ölümünə ağladı, Xalidi isə müvaffəqiyyətinə görə təbrik etdi. 

MƏKKƏNİN FƏTHİ

Müsəlmanların Muta müharibəsində geri çəkilməyə məcbur olmaları, Qureyş müşriklərini cəsarətləndirmişdi. Onlar müsəlmanların zəiflədiyini güman edirdilər. Ona görə fə Hüdeybiyyə müqaviləsinə baxmayaraq, müşriklər Bənu Bəkir qəbiləsinin köməyinə gəlib müsəlman Xüzaə qəbiləsinə hücüm edərək onların bir çoxunu öldürdülər. Bu hadisənin cavabsız qalmayacağını  düşünən Əbu Süfyan, Peyğəmbərlə (s) müqavilənin müddətini uzatmaq və bu hadisəyə görə üzr istəmək üçün tez Mədinəyə gəldi. Amma Peyğəmbər (s) onunla soyuq davranıb müsbət cavab vermədi. Əbu Süfyan əliboş Məkkəyə qayıtdı. Həzrət Peyğəmbər (s) müharibə elan edən kimi on min döyüşçü hazır olduqlarını bildirdilər. Düşmənə qəfildən həmlə etmək və bu barədə müşriklərə heç bir xəbərin çatmaması üçün Mədinənin ətrafına növbətçi qoyuldu. Amma Hatib adlı xəyanətkar bir şəxs Məkkədə qohumları olduğu və Qureyşdən qorxduğu ücün, bir qadının vasitəsilə Qureyşə məktub yazdı. Ancaq bundan xəbər tutan müsəlmanlar məktubu həmin qadından alıb, Hatibi cəzalandırdılar. Peyğəmbər (s) əmr etdi ki, heç kim onunla danışmasın. Bu cəza onun üçün ölümdən də ağır idi. Həzrət Peyğəmbərin (s) hicri səkkizinci ilin Ramazan ayının onunda hərəkət əmrini verdi. İslam əsgərləri sürətlə irəliləyib bir həftə ərzində Məkkəyə çataraq şəhər yaxınlığında çadır qurdular. Peyğəmbər (s) öz müharibə taktikası əsasında əmr etdi ki, əsgərlər gecə vaxtı çöldə od yandırsınlar. Beləliklə düşmən Məkkədən böyük bir ordu gəlməsini və onların müharibəyə hazır olmasını zənn edəcəkdi. Tonqallardan qalxan alovlar, müsəlmanların hay-küyü, dəvə və atların küşnəməsi bütün çölü bürümüşdü. Əbu Süfyan və Qureyş böyüklərindən bir qism vəziyyəti daha yaxından öyrənmək üçün islam qoşununun yanına gəldikləri vaxt çox qorxdular. Əbu Süfyan yanında olanlara heyrətlə belə demişdi: İndiyə qədər belə böyük ordu görməmişəm. Əbu Süfyan Abbasla görüşüb danışmağa başladı. Abbas Əbu Süfyana aman verib onu Peyğəmbərin (s) hüzuruna gətirdi və dedi: “Əbu Süfyan qüdrət sevir və onun bu zəif cəhətindən müsəlmanlar yaxşı istifadə edə bilərlər”. Həzrət Peyğəmbər (s) müsəlmanların xeyrini nəzərdə alıb buyurdu: “ Hər kim Əbu Süfyanın evinə girsə, amandadır. Əbu Süfyan bu haqda Məkkə əhalisinə söz verə bilər. “ Əbu Süfyan bu imtiyazı alıb Məkkəyə qayıtdıqda, islam əsgərlərinin əzəmətini camaat üçün danışaraq onları qorxutdu. Beləliklə, onları islam əsgərlərinə qarşı döyüşməkdən çəkindirdi. Nəhayət, Məkkə qan tökülmədən müsəlmanların əlinə keçdi. 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Nigeriya Şiələri Şeyx Zəkzəkinin azadlığı üçün etiraz aksiyalarına davam ...
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Nigeriya rejimi Şeyx Zəkzəkiyə qarşı yeni təxribat hazırladı: Şeyx Zəkzəki ...
Liviyada 150 İŞİD terrorçusu zərərsizləşdirilib
Vilayəti-fəqihin zəruriliyi
Bİr daha Bəhreyn xalqı Şeyx Səlmanın azad olunmasını tələb etdi
İmam Xamenei cənabları Ramazan ayı ilə əlaqədar gündəlik Quran məclisi keçirir
Sionist rejim bu gün ikinci dəfə Əqsa məscidinə hücum etdi
Pakistanda Ölümcül Hücum: Yüzlərlə ölü və yaralı / İŞİD: Hədəfimiz ...

 
user comment