Azəri
Thursday 25th of April 2024
0
نفر 0

BİR NEÇƏ XATIRLATMA

BİR NEÇƏ XATIRLATMA

1. Öncə dedik ki, büluğ həddi vəzifəlilik şərtidir. Lakin bu o demək deyil ki, yetkinlik yaşına çatmayan kəslər tamamilə azad buraxılsın. Qur’an da bə’zən yetkinlik yaşına çatmayan şəxslərə müraciət edir: İcazəsiz otağa daxil olmasınlar. Ata-ana və başqaları istirahət edərkən giriş üçün onlardan icazə alsınlar.  Həzrət Loğman övladına belə göstəriş verir: “Oğulcan, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işlərə qadağa qoy.” 

2. Büluğ həddinin vəzifəlilik şərti olmasına baxmayaraq, valideynlər öz körpələrini yetkinliyə çatmazdan öncə dini sünnələr və mərasimlərlə, xüsusilə namaz və orucla tanış etməlidirlər. Bə’zən işin ciddiliyini anlatmaq üçün namazın tərkinin aqibətini açıqlayıb, digər tənbehlərdən istifadə edə bilərlər.

3. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin yetkinlik yaşına çatmamış şəxs kiməsə ziyan vurarsa, onun valideynləri ziyanı ödəməlidirlər. Çünki xalqın hesabı Allahın hesabından ayrıdır.

4. Büluğ həddinə çatmaq vəzifəlilik şərtidir. Lakin uşaqlar yaxşı əməllərinə görə mükafatlandırılacaqlar. Əgər səhv edib, pis əməllərə yol versələr tənbeh olunacaqlar.

2. Qüvvə və bacarıq

Qüvvə və bacarıq vəzifəlilik şərtidir. Zəif şəxslər vəzifəli deyillər. Hər şəxsdən öz gücünə görə tələb olunur. İlahi hökmlərdə də qüvvə məhdudluğu nəzərə alınmışdır. Allah-təala buyurur: “Biz heç kəsə gücündən artıq iş tapşırmırıq.”  “Allah dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”  Əlbəttə, insanın gücündən artıq çətinlik nəzərdə tutulur. Yoxsa, dindarlıq zəhmət və çətinliklə yanaşıdır.

Hətta çətinliklə dolu cihad məsələsində xəstə, əlil, kor və cihad etmək üçün zəif şəxslər istisna olunur: “(Cihada getməməyə görə) kora, topala-şilə, bir də xəstəyə günah gəlməz.” 

3. İxtiyar

Günaha məcbur edilən və ya zorla vəzifəsindən daşındırılan şəxs üçün cəza yoxdur. Yə’ni əməldə azadlıq və ixtiyar vəzifəlilik şərtidir. Məcburi hallarda məsələnin hökmü başqadır. Məsələn, zülmkar bir qüvvə müsəlmanların həccə getməsinə mane olur və ya bir şəxs aclıqdan ölüm halına çatıb, murdardan savay yeməyə heç bir şey tapmır.

4. Ağıl

Ağıl və şüur insanın dəyəri və vəzifəlilik me’yarıdır. Hesab-kitab və cəza ağıla əsaslanır. Ağıldan məhrum şəxslər vəzifəli deyil, onlar üçün cəza və mükafat yoxdur. Bə’zi rəvayətlərdə ağılın ilk məxluq olduğu və həqiqi bəndəliyin ağıldan qaynaqlandığı göstərilir. Hədis kitablarında əql mövzusu başqa mövzulardan öndə gəlir. (Məsələn, “Üsuli-Kafi”, “Vafi”, “Bihar”)

İslamda ağılın zəifləməsinə səbəb olan şeylər (məsələn spirtli içkilər) qadağandır. Ağıl və düşüncənin artmasına səbəb olan işlər isə bəyənilmişdir. Məsələn, tə’lim, mütaliə, səfər, məşvərət və...

İBADƏTİN DÜZLÜK ŞƏRTLƏRİ

İbadətin dəyəri onun düzlüyündədir. Düzgün ibadət isə iki mühüm amilə bağlıdır:

Düzgün hədəf;

Düzgün şəkildə ibadət.

DOĞRU HƏDƏF

İnsanın ibadətdə məqsədi vəzifələri yerinə yetirmək və Allahın razılığını qazanmaq olmalıdır. Buna görə riyakarlıqla, məqam kəsb etmək və xalqın hörmətini qazanmaq üçün edilən ibadət şirkdir. Əlbəttə, Allaha xatir ibadət edən şəxsin əməllərindən xalqın xəbər tutmasının eybi yoxdur. 

İbadət zamanı riyakarlıq həm haramdır, həm də ibadəti batil edir. Xalis niyyətin qeyri-ilahi məqsədlərə bulaşmaması üçün çalışmaq lazımdır. İmam Sadiq (ə) ixlaslı əməl barəsində buyurur: “Xalis əməl odur ki, Allahdan savay heç kəsdən tə’rif və hörmət gözləməyəsən.”  Allahın rəsulu (s) ixlasın tə’sirləri barəsində belə buyurur: “40 gün xaliscəsinə əməl edən hər bir bəndənin ruhundan dilinə hikmət və ağıl bulaqları axar.” 

İxlas 40 gün ərzində alim və həkimlər (hikmət sahibləri) yetişdirən məktəbdir.

DÜZGÜN ŞƏKİLDƏ İBADƏT

Şəxsi səliqə və qeyri-dini göstərişlərə əsaslanan ibadət yox, Allah tərəfindən müəyyənləşdirilmiş şəkildə ibadət düzgündür.

Allahın rəsulu (s) buyurur: “Niyyətlər, əməllər və sözlər yalnız qanunlara və sünnəyə uyğun gəldikdə dəyərli olur.” 

Demək, ibadət formasını da din övliyalarından öyrənməliyik. Həzrət İbrahim (ə) Allahdan ibadətin düzgün üsulunu göstərməsini istəyir: “Bizə ibadətlərimizin qaydalarını göstər.” 

Namazın bütöv, yoxsa yarı, ahəstə, yoxsa uca qılınmasında, rəkətlərin sayı və bu kimi digər məsələlərdə dini göstərişlərə təqlid etmək lazımdır. Digər hallarda qılınan ibadətlər dəyərsizdir.

Məsələn, sizə 100 addım öndə xəzinə gizlədildiyi deyilir. Siz 98 və ya 102 addımlığı qazsanız, xəzinəni tapmayacaqsınız və əziyyətiniz səmərəsiz olacaqdır.

Yaxud kiməsə zəng edərkən bir nömrə az və ya çox yığmaqla tam başqa bir şəxslə təmasda olacaqsınız. Beləliklə, ibadətlər göstərildiyi kimi dəqiqliklə yerinə yetirilməlidir. Necə ki, açarın dişləri azca qalın, yaxud nazik olarsa qıfılı açmaz.

İmam Baqir (ə) “Evlərə qapılardan daxil olun”  ayəsini belə təfsir edir: “Ayənin məqsədi budur ki, hər bir işi öz yolu ilə görün və göstərişlərə uyğun əməl edin.” 

İBADƏTİN FORMACA DƏYİŞMƏ AMİLLƏRİ

Qur’an əvvəlki qövmlərin ibadət formalarını dəyişib, ilahi qəzəbə düçar olmalarını yad edir. İbadətin formaca dəyişməsinin müxtəlif amilləri olub. Onların hər biri haqqında Qur’andan bir nümunə göstəririk:

İbadət formasının inadkarcasına dəyişdirilməsi

Allah-təala Bəni-İsrailə göstəriş verdi ki, müqəddəs məkana daxil olarkən “həttə” (yə’ni İlahi, günahlarımızı bağışla) kəlməsini desinlər. Onlar inadkarlıq və istehza edərək “hənətə” (yə’ni “buğda”) dedilər. Onlar ilahi qəzəbə düçar olub həlak oldular. 

2. İbadət formasının ziyalınümalıqla dəyişdirilməsi

İslam dörd ayda vuruşmağı qadağan edir. Bu məcburi atəşkəs üç ardıcıl aya (Zilqə’də, Zilhiccə, Məhərrəm) və bir ayrıca (Rəcəb) aya təsadüf edir. Qur’an bu ayları “onların dördü haram aylardır” tə’biri ilə ifadə edir və bu aylarda vuruşmağa qadağa qoyur.  Bu aylarda yalnız müdafiəyə icazə verilir.

Bə’ziləri ziyalınüma düşüncələri və şəxsi səliqələrinə əsasən bu ayları dəyişib deyirlər: Heç bir fərqi yoxdur! Əsas məqsəd il ərzində dörd ay vuruşmamağımızdır!

Qur’an haram edilmiş aylarda dəyişiklik yaratmağı pisləyir və bu işi küfr hesab edir: “Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şə’bana, zilqə’də, zilhiccə və məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır...” 

3. İbadət formasını müqəddəsnümalıqla dəyişdirmək

Burada məzhəb örtüyü və şər’i hiylələrlə öz istəklərinə çatmaq istəyənlər nəzərdə tutulur. Onlar bu yolla vicdan və ilahi qanunlara kələk gəlmək istəyirlər. Nümunə üçün Bəni-İsrail macərasını göstərmək olar. Allah-təala şənbə günü balıq ovunu onlara haram etdi. Onlar su kənarında çalalar qazırdılar. Balıqlar çalalara daxil olduqdan sonra ertəsi gün onları tutub, deyirdilər: “Biz şənbə günü balıq tutmamışıq!”

Bir neçə Qur’an ayəsində yuxarıdakı macəra bəyan olunur və Bəni-İsrail bu işə görə məzəmmət edilir. (Məsələn, “Ə’raf” surəsi, ayə 163)

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri
Haram yeməyin təsirləri
ŞӘRLӘRIN FAYDASI
YOL VӘ ÜSLUBLAR

 
user comment