Azəri
Friday 19th of April 2024
0
نفر 0

İBADƏTLƏRİN DAVAMLILIĞI

İBADƏTLƏRİN DAVAMLILIĞI

Yolçu o deyil ki, qaçıb yorula,

Haqq yolçu yol gedir asta, aramla.

İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qur’an deyir: “Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!” 

Allahın rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bə’zən əməl edib, bə’zən tərk etməkdir.” 

Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!” 

Tövsiyə edilir ki, başlanan hər bir iş ən aşağısı bir il davam etdirilsin.

Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühümdür. Bə’zən məscid, dua və ibadət halına düşüb, bir müddət sonra bu işlərə tamamilə biganə yanaşmaq səmərəsizdir.

İBADƏT FÜRSƏTİ

Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə həzrət Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.” 

Gecə və gündüz xərclədiyimiz ömür sərmayəsindən nə əldə edirik? Allahın rəsulu (s) buyurur: “Dünya bir saat və bir andan çox deyil. Onu Allaha itaət yolunda sərf edin.” 

Əgər bə’zi şəraitlərdə ibadət imkanı azdırsa çalışmaq, imkan tapmaq daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!” 

İBADƏT ÇƏTİNLİKLƏRİNƏ DÖZMƏK

Allahpərəstlik yolunda çətinliklər də mövcuddur. İstər xalqı Allah düşüncəsindən çəkindirən tağutlar, istər dindarları məsxərəyə qoyan dinsizlər, istər insanı ibadətdən çəkindirməyə çalışan nəfs və şeytan, istər maneçilik törədən hər bir amil tərəfindən çətinliklər yaranır.

Yoxsa, İslam Peyğəmbərini (s) namaz zamanı Kə’bədə incitmirdilər?!

Yoxsa, mübariz müsəlmanlar allahpərəstlik xatirinə tağut işgəncələri altında can verməyiblər?!

Yoxsa Bilal Həbəşilər kimilərə Allah yolunda şallaq vurulmadı?!

Allah adamları heç bir halda Allaha pərəstişdən və dinin icrasından əl çəkmədilər. Həzrət Zeynəb (ə) gördüyü bütün müsibət və şəhadətlərə baxmayaraq Kufə və Şama səfər zamanı gecə namazını tərk etmədi. Baxmayaraq ki, halsızlıqdan ayağa qalxa bilmirdi!

Ümmətin imamı (r) ömrünün axırıncı gecəsi ölüm yatağında ikən müstəhəb namazlardan əl çəkmədi.

Haqq yolun can bahasına keçilən çətinlikləri vardır. Bu yolda düşmənlərdən qorxmaq lazım deyil. Həzrət Əli (ə) buyurur: “Haqq yolunda yolçuların azğınlığına görə qorxmayın.”  Bə’zən nə isə almaq, yemək-imək və ya başqa bir məqsədlə israr edir, avtobusu saxlatdırırıq. Amma namazın vaxtı çatdıqda maşını saxlamaq üçün cəhd göstərmirik!

İBADƏT TÖVSİYƏSİ

Allahpərəst mö’min öz namaz və ibadəti ilə kifayətlənməyib, başqalarını da Allaha pərəstişlə tanış etməli, ibadət mədəniyyətinin genişlənməsi üçün çalışmalıdır. Haqqa çağırış və təbliğ hər bir mö’minin vəzifəsidir. Allah iman və saleh əməldən sonra insanı haqqa və səbrə də’vət edir: “...O kəslər ki, iman gətirib, yaxşı əməllər etdilər, haqqa çağırdılar və səbri tövsiyə etdilər.” 

On nəfər siqaret çəkən bir yerə daxil olsalar, az vaxt ərzində bir çox insanları tüstü ilə tanış edəcəklər. Bir neçə günahkar bütöv bir şəhəri fəsada bürüyür. Nə üçün bir dəstə ibadət və namaz əhli xalqa Allahı tanıtdırıb, mühiti Allaha pərəstiş məkanına çevirməsin?!

Bütün qüvvəmizlə evdə, küçədə, məktəbdə, idarədə, şəhər və kəndlərdə ilahi hədəflərimizi tövsiyə edib, bacarığımızı göstərməliyik.

VƏZİFƏLİLİK (BÜLUĞ HƏDDİ) VƏ ONUN ŞƏRTLƏRİ

İbadət və onun əhəmiyyətini bəyan etdikdən sonra, ibadət edən şəxsin hansı şəraitdə olmasını bilməliyik.

Yetkinlik (büluğ həddi) insan üçün böyük imtiyazdır. İnsan ilahi lütf əldə etməyə, Allahın göstərişlərini yerinə yetirməyə və yer üzündə Onun əmanətdarı olmağa layiq görülmüşdür. İnsana seçim imkanı verən bu xüsusiyyət onun iftixarlarındandır. Bu mərhələyə çatarkən bayram etmək lazımdır.

Alimlərdən biri həmişə öz yetkinliyə çatmasının il dönümünü bayram keçirirdi. O belə deyirdi: “Bu gün ilahi hökmləri yerinə yetirmək və məs’uliyyət qəbul etmək ləyaqəti qazanmışam!”

Necə ki, xalq dövlət başçısı, millət vəkili və ya səfir seçilən şəxsləri təbrik edir. Çünki bu şəxslər xalqın məs’uliyyətini öhdələrinə götürürlər. Yetkinlik yaşına çatmaq və Allah tərəfindən məs’uliyyət qəbul etmək də mübarək gündür.

Qısa şəkildə vəzifəlilik şərtlərinə işarə edək:

Yetkinlik (büluğ həddi)

Oğlanlar qəməri ili ilə 15 yaşda, qızlar isə 9 yaşda yetkinlik yaşına çatırlar. Əlbəttə, bu yaşdan öncə də vəzifəlilik yaşına çatmaq mümkündür.  Vaciblərin yerinə yetirilməsi, haramlardan çəkinməklə nəticələnən yetkinlikdən əlavə yetkinlik hədləri də vardır. Məsələn, “siyasi yetkinlik” fikir inkişafı, cəmiyyətdə siyasi məsələlərdə agahlıq, doğru düşüncə tərzi və layiqli rəhbərlərə itaət mə’nasını bildirir. Kərbəlada şəhid olmuş imam Həsən Müctəbanın (ə) övladı Qasim mə’sum imam olan əmisinə deyir: “Əgər hökumət Yəzid kimi zalımın əlinə keçərsə, onunla mübarizə yolunda ölüm mənim üçün baldan da şirindir.” Bu onun siyasi yetkinliyə çatmasını göstərir.

“İqtisadi yetkinlik” dedikdə insanın başqalarına və özünə aid maldan düzgün istifadə bacarığı əldə etməsi nəzərdə tutulur. Qur’ani-kərim buyurur: Yetimlərin mallarını o zaman özlərinə təhvil verin ki, lazımı inkişafa çatıb, mallarından ağıllı şəkildə ticarət işlərinə sərf edə bilsinlər: “Əgər ağıla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın.” 

“İzdivac yetkinliyi” dedikdə oğlan və qızın büluğ həddinə çatmaqla yanaşı yaşayışı idarə edib, məs’uliyyətli olması başa düşülür. Çünki bu məs’uliyyətin qəbulu üçün yalnız cinsi yetkinlik və qanuni yaş həddi kifayət deyil.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment