Azəri
Friday 29th of March 2024
0
نفر 0

Mədinədə şiə mərasiminə hücum

Beynəlxalq sektor: Ərəbistanda sələfi təbliğat qrupu Mədinədə şiələrin təşkil etdiyi dini mərasimə hücum edib.

İQNA İran Quran İnformasiya Agentliyi Rasid mənbəsinə istinadən bildirir ki, sələfilər İmam Mehdinin (əc) mövlud ildönümünü qeyd edən şiə əl-Cəvadiyyə cəmiyyətinə basqın təşkil ediblər. Mədinə otellərindən birində təşkil olunmuş mərasimin keçirildiyi salona hücum edən sələfilər divarlardakı plakatları cırıb, iştirakçıları binadan çıxarıblar. Həmin sələfi qrupu Mədinədə məscidlərdə və Bəqi qəbiristanlığında da şiə ziyarətçilərə problem yaradırlar.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment