Azəri
Friday 29th of March 2024
0
نفر 0

QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ

QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ

Peyğəmbərimiz (s) 13 il Məkkədə və 17 ay Mədinədə yahudilərin qibləsi olan Məscidul-əqsaya tərəf namaz qıldı. Bu da yahudilərin etirazına səbəb oldu. Belə ki, onlar “əgər biz haqq yolunda deyiliksə, niyə görə bizim qibləmizə tərəf namaz qılırsınız?”- deyə deyinmişdilər. Həzrət Peyğəmbər (s) bir gün namaz qılanda vəhy mələyi ona belə əmr etdi:”Üzünü Kəbəyə çevir!” O andan etibarən müsəlmanların qibləsib Kəbə (Məscidül-həram) oldu. Bu vəziyyət yəhudilərə çox ağır gəldiyindən onlar belə deyirdilər ki, “əgər sizin qibləniz Kəbədirsə, niyə indiyə qədər Məscidul-əqsaya tərəf namaz qılırsınız?” Halbuki, onlar bilmirdilər ki, bunların hamısı islam düşmənləri və dostlarını bəlli olması və kimlərin bu vəzifədə Peyğəmbərlə əməkdaşlıq, kimlərin də onunla müxalifətçilik edəcəyini müəyyən etmək üçün bir imtahandır.

BƏDR MÜHARİBƏSİ

Həzrət Peyğəmbər (s) yaxşı şəkildə təchiz olunduqdan sonra, əvvəlcə Mədinənin ətrafındakı qəbilələrlə, onların Mədinəyə hücüm etmələrinin qarşısını almaq məqsədilə bir sülh müqaviləsi bağladı. Sonra belə qərara gəldi ki, Şama gedən və o məntəqədən keçən Qureyşin böyük bir karvanına hücüm etsin. Bununla o, həm küfr ilə şirk başçılarının qürurunu sındıracaq, həm də mühacirlərin Məkkədəki vardövlətlərini talan edərək evlərini yıxanlaracavab verəcəkdi. Bu müaribə Bədr quyularının yanında baş verdiyinə görə Bədr müharibəsi adlandı. Peyğəmbərimiz (s) bu müharibədə səhabənin böyükləri ilə məsləhətləşdiyi və düşmənin vəziyyətindən kifayət qədər xəbərdar olduğu üçün tezliklə hücüma başlamaq əmrini verdi. Düşmənin sayı min nəfər, İslam ordusunun sayı cəmi 313 nəfər olmasına baxmayaraq əshabın imanı və Allahın lütfü sayəsində müsəlmanlar qələbə çaldı, müşriklər isə məğlub oldular. 

ÜHÜD MÜHARBƏSİ

Müsəlmanların Bədr müharibəsində qələbə çalması və müşriklərin öldürülməsi, onların başçılarını çox əsəbiləşdirmişdi. Belə ki, Əbu Süfyan heç kimə ölənlərə yas tutumağa icazə verməmişdi. Digər tərəfdən isə, yəhudilər müsəlmanların qələbəsindən çox nigaran idilər. Buna görə də yəhudilərdən Kəb ibn Əşrəf adlı birisi sürətlə Məkkəyə gəlib camaatı üsyana çağıran şerlər oxuyaraq,müşriklərin ölülərinə ağlaya-ağlaya Qureyşi onların intoqamını almağa təhrik edirdi. Müşriklər Darünnüdvədə yığıncaq keçirərəkbir çox müzakirələrdən sonra, gələn müharibənin büdcəsi olan əli min dinar qızılı təsdiq və Məkkə ətrafındaki qəbilələrdən kömək almağa başladılar. Üç min nəfərdən ibarət olan müşrik ordusu Mədinəyə tərəf yola düşdü. O günə kimi müsəlman olduğunu gizlədən Abbas ibn Əbdülmüttəlib peyğəmbərmizin köməyinə gəlmişdi. O, Mədinəyə tərəf sürətlə hərəkət edən bir nəfərə verdiyi məktubda vəziyyəti Həzrət Peyğəmbərə (s) bildirdi. Əbu Sülfyanın komandanlığı altında hərbi təchizatla hərəkət edən müşriklər ordusu Ühüd dağları yaxınlığında çadır qurdu. Onları piyada əsgərlərinin sərkərdəsi Xalid ibn Vəlid idi. Peyğəmbər (s) vəziyyətdən xəbər tutan kimi əshabi ilə məsləhətləşib əksəriyyətin təsdiqi ilə qüvvələrini Mədinədən xaricə çıxarmağı qərara aldı. Həzrət Peyğəmbər (s) 1000 nəfər könüllü əsgərdən ibarət islam ordusu ilə hicri 3-cü ilin Şəvval ayının yeddisində, sübh namazından sonra Ühüdə sarı yola düşdü. İslam ordusu düşmənin düşərgəsi yaxınlığında çadır qurdu. Peyğəmbər (s) Abdulla ibn Cubeyri əlli ox atan ilə birlikdə Ühüd keçidinə göndərdi ki, mühüm əhəmiyyətə malik olan həmin keçidi qorusunlar. Onlara nə olursa olsun, (qələbə yaxud məğlubiyyət) oranı tərk etməyə haqları olmadığını söylədi. Nəhayət tövhid və şirk orduları qarşı-qarşiya gəldilər və ilk toqquşma Qureyş əsgərlərindən olan Əbu Əmir tərəfindən başlandı. Əvvəlcə qüdrətli İslam ordusu tam cəsarət və imanla döyüşüb küfr ordusunu dağıtdı, ancaq birdən-birə müharibənin şəkli dəyişdi. Peyğəmbərimizin (s) həmin keçidi qorumaq üçün göndərdiyi əsgərlər müharibənin qurtardığını güman etdiklərinə görə qənimət yığmaq üçün oranı tərk etdilər və mühüm əhəmiyyətə malik olan həmin keçid müdafiəsiz qaldı. Düşmənin piyada hissələrinin sərkərdrəsi Xalid ibn Vəlid bu fürsətdən istifadə edərək qüvvələri ilə birlikdə dağın arxa tərəfinə keçərək qənimət yığmaqla məşğul olan müsəlmanlara hücüm edərək onların çoxlarını öldürdülər. Müsəlmanlar yetmiş şəhid verərək müharibə meydanından geri çəkilməyə məcbur oldular. Müharibədə müşriklər qələbə çaldılar. Ancaq Allahın peyğəmbəri Həzrət Əlinin (ə) fədakarlıqları nəticəsində əsgərləri təzədən toplayıb düşməni təqib edərək onlardan bir qismini öldürməklə, müşriklərin yenidən Mədinəyə basqın etməsinin qarşısını aldı.

XƏNDƏK (ƏHZAB) MÜHARİBƏSİ

Mədinə yəhudiləri xəyanət və düşmənlə əməkdaşlıq etdiklərinə görə bu şəhərdən sürgün olunmalarına baxmayaraq yenə də xəyanətdən əl çəkməmişlər. Onların başçıları Məkkəyə gedib Qureyşi müsəlmanlarla müharibə etməyə təşviq etmiş və beləliklə də onlara kömək edəcəklərinə söz vermişdilər. Nəhayət, yəhudilərin təhriki nəticəsində ayrı-ayrı qruplardan ibarət islam düşmənlərindən bir cəbhə yarandı. Buna görə də bu müharibəyə Əhzab (qruplar) müharibəsi deyilir. Müşriklərdən, müstəkbirlərdən, yəhudilərdən münafiqlərdən və Mədinədən qaçanlardan ibarət bu qüvvələrin hamısı islam əleyhinə bir birlik yaratmışdılar. Onlar tezliklə islamı aradan apara biləcəklərini güman edirdilər. On min nəfərdən ibarət olan müşriklər ordusu Hicri 4-cü ilin Şəvval ayında Əbu Süfyanın komandanlığı altında Mədinəyə tərəf yürüşə başladı. Xuzaə qəbiləsindən bir neçə atlı sürətlə özlərini Mədinəyə çatdırıb vəziyyəti Peyğəmbərə (s) bildirdikdə, Allahın Peyğəmbəri (s) müharibəyə hazırlıq əmrini verərək hərbi sərkərdələrin fikrini öyrəndi, uzun sürən müzakirədən sonra Salmanın fikri qəbul edildi. Mədinənin ətrafında xəndək qazıldı, müsəlmanlar isə xəndəyin arxasında keşik çəkdilər. Üç min fədakar müsəlman gecə-gündüz çalışaraq 12000 metr uzunluğu, 5 metr dərinliyi və təqribən 6 metr eni olan xəndəklər qazdılar. Xəndək boyunca keçid üçün yol-körpü salıb, oralara növbətçi qoydular. Xəndəyin arxasında müxtəlif səngərlər düzəldərək şəhəri müdafiə etmək üçün orada ox atanları yerləşdirdilər. Müşriklərin ordusu Mədinəyə çatanda qarşılarında keçilməsi mümkün olmayan bir xəndəyin olduğunu gördülər. Buna görə də xəndəyin arxasında çadır qurmağa məcbur oldular. Əbu Süfyan ordunun əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün Bəni Nəzir yəhudilərinin başçısı Xəyy ibn Əxtəbi çağırtdırıb əmr etdi ki, Bəni qürəyzə yəhudilərinin başçısı Kəəb ibn Əsəd ilə görüşək onlara itaət edənlərlə birlikdə Mədinədə üsyan qaldırsınlar. Bu cür olarsa müşriklərin həmləsi üçün də yol açılacaqdı. Həyy ibn Əxtəb Əbu Süfyanın əmrini yerinə yetirdi. Lakin Peyğəmbər (s) öz uzaqgörənliyi ilə işin bu cür baş verəcəyini anlamışdı və beş yüz döyüşçünü şəhərin içindən gözlənilən hər hansı bir təhlükəyə qarşı hazır vəziyyətdə saxlayırdı. Beləliklə də, düşmənin bu hiyləsi də boşa çıxdı. Bu vəziyyəti görən müşriklərin əsgərləri gecə-gündüz xəndəyin arxasında gözləmək məcburiyyətinda qaldılar.  Bir gün müşrik döyüşçülərindən beş nəfər Əmr ibn Əbdüvədin başçılığı ilə xəndəyin eni gödək olan bir yerindən keçməyə müvaffəq oldular. Əmr bağıraraq deyirdi: “Ey öldürüldükdən sonra cənnətə gedəcəklərini iddia edənlər, haradasınız? Gəlin, sizi oraya göndərək”. Əmr ərəblərin ən qüvvətli qəhramanlarından biri idi. Həzrət Əlidən (ə) başqa heç kəs Əmrin cavabını verməyə cürət etmədi. Peyğəmbər (s) Əlini (ə) dua edərək döyüşə yola saldı. Vəziyyət çox ağır idi. Hətta peyğəmbər belə dedi: “Bütün küfrlə bütün iman qarşılaşmışdır”. Döyüş əsnasında Əli (ə) ildırım kimi onun üstünə şığıyaraq bir zərbə ilə onu yerə sərib ucadan “Allahu Əkbər” dedi. Əmrin yanında olanlardan biri qaçanda xəndəyin içinə düşdü, amma Əli (ə) ona da aman verməyib öldürdü. On nəfər isə qaçıb canını qurtara bildi. Əlinin (ə) qüdrəti və cürəti islaməsgərləri üçün meydana böyük bir zəfər gətimişdi. Belə ki,Peyğəmbər (s) buyurdu:”Əlinin zərbəsi insanların və cinlərin Qiyamət gününədək etdiyi ibadətdən üstündür. Səhərsi gün Xalid ibn Vəlid məğlubiyyətin əvəzini çıxmaq üçün atlı dəstələrlə birlikdə xəndəyi keçmək istədi. Ancaq islam əsgərləri onların daqarşısını aldılar. Bu vəziyyət düşmənin əhval-ruhiyyəsini tamam pozmuşdu. Peyğəmbər (s) Nəim ibn  Məsudun vasitəsilə müşriklərlə Bəni Qureyza yəudiləri arasında ikitirəlik yarada bildi. Məhz ondan sonra bu iki qəbilə arasındaki müqavilə pozuldu. Bundan əlavə, Xüzeyfa adlı bir nəfəri də gecə çağı düşmən əsgərlərini ruhi cənətdən zəiflətməkdən ötrü məmur etmişdi. O müşriklərə havanın soyuqluğu və təhlükəli tufandan danışmış, axırda əsgərlərlə sərkərdələr arasında fikir ayrılığı meydana gəlmişdi. Nəhayət Əbu Süfyan qüvvələrini toplayıb Məkkəyə qayıtmaq məcburiyyətində qaldı. Bunun üçün isə gecənin qaranlığından istifadə etdi. Sübx tezdən, müsəlmanlar namaz qılmaq üçün qalxdığları zaman düşmənlərdən bir izin belə qalmadığını gördülər.Peyğəmbər (s) düşmənin qaçdığını öyrəndikdən sonra əshabina hərbi mövqelərini buraxıb şəhərə qayıtmalarını əmr etdi.

Xəndək müharibəsindən sonra Peyğəmbər (s) Bəni Qureyzə qalasına tərəf hərəkət etdi. İyirmi beş gün davam edən mühasirədən sonra onları təslim olmağa məcbur edib, Həzrət Əlinin (ə) köməyi sayəsində tərksilah etdirdi. Bəni Qureyzə məğlub olduqdan sonra Peyğəmbərdən (s) Mədinədən getmək üçün icazə istədilər. Lakin, Peyğəmbər (s) onların bu istəyini qəbul etmədi, çünki, onların fürsət tapdıqda yeni bir müharibə planı hazırlayacaqlarını qabaqçadan çox gözəl Ühüd müharibəsi və Bəni Nazir yəhudiləri də Xəndək müharibəsinə girişmişdilər. Nəhayət onlar müharibə əsnasında düşmənlə əməkdaşlıq və xəyanət etdiklərinə görə Səd ibn Übadənin hökmünə təslim oldular. Həmin hökmə əsasən kişilər öldürülməli, var-dövlətləri isə müsadirə olunmalı idi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment