Azəri
Friday 29th of March 2024
0
نفر 0

XALQAQARŞI İNSAF

XALQAQARŞI İNSAF

Xalqa qarşı insaf dedikdə hər bir fərdin hüquqlarına yetərincə riayət etmək nəzərdə tutulur. Hakim xalqla iki baxımdan insaflı rəftar etməlidir: Şəxsi və dövləti məsələlərdə ,özü ilə rabitədə ,qohumlar ,dostlar və yaxınlarla rabitədə.

İslam hökumətində ümumi mal bölüşdürülərkən müsəlmanları bir-birindən fərqləndirməmək ,hamıya eyni gözlə baxmaq hakim üçün insaf sayılır. Şəxsi münasibətlərdə hakim qonşuluğa görə tabeliyində olanı nəyəsə məcbur edə bilməz. Məsələn ,bir şeyi alarkən və ya satarkən məcburiyyətə yol verilmir. Hakim öz malını baha satmağa ,qarşı tərəfin malını ucuz almağa sə’y göstərməməlidir. O ,hər iki halda ədalət və insafı gözləməlidir.

VALİNİN (HAKİMİN) QOHUMLAR VƏ YAXINLARA MÜNASİBƏTDƏ VƏZİFƏSİ

Yuxarıda xalqa qarşı insaf mövzusunda iki hal nəzərdən keçirildi. Üçüncü hal hakimin qohumları və yaxınları ilə bağlıdır. Hakim yol verməməlidir ki ,onun qohumları hakimin himayəsinə sığınıb xalqa qarşı insafsızlıq etsin. Hər bir insanda öz yaxınlarına ,xüsusi ilə ailə-övladına təbii bağlılıq var. Bu bağlılıq səbəbindən insanın haqsız yerə öz yaxınlarının tərəfini saxlaması mümkündür. Hakim belə olmamalıdır. Yaxınlarının başqalarına münasibətdə insafsızlığına şahid olan hakim xalqın haqqını müdafiə etməlidir.

ZÜLMVƏ ONUN NƏTİCƏSİ

وَمَنْ ظَلَمَ عِبَادَ اللهِ كَانَ اللهُ خَصْمَهُ دُونَ عِبَادِهِ، وَمَنْ خَاصَمَهُ اللهُ أَدْحَضَ حُجَّتَهُ، وَكَانَ لله حَرْباً حَتَّى يَنْزعَ وَيَتُوبَ

Həzrət buyurur: “Hər kəs Allahın bəndələrinə sitəm qılsa ,Allah öz bəndələri tərəfindən ona düşmən kəsilər. Hər kəs Allahla düşmənçilik etsə ,Allah onun məntiqini alar ,belə bir şəxs ölənədək və ya tövbə qılıb Allah yoluna gələnədək savaş mövqeyində qalar.”

ZALIMLAKİM HESAB ÇƏKƏCƏK?

Həzrətin “mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki ,Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yə’ni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər ,onun başına əzab yağışı yağdırar. Necə ki ,körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli ,ata-övlad rabitəsi belə bir himayə doğurur.

Allahın rəsulu buyurur: “Allahın bəndələri onun ailəsindəndir.”[7]Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki ,zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir.

Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?!

ZALIMINLABÜD MƏĞLUBİYYƏTİ

Zalım şəxs Allaha qarşı çıxmışdır və yalnız xalqa münasibətdə zora və quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir.[8]O zalımın simasını ifşa etməklə sübuta yetirir ki ,onun hərəkəti məntiq və dəlilə yox ,quldurluq və zülmə əsaslanır. Mə’lum məsələdir ki ,Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir və zalımların məğlubiyyəti labüddür.

ZALIMINTÖVBƏSİ

İslam zülmü qəti şəkildə məhkum edib ,onu çirkin və günah əməllərdən saysa da ,Allah özü dərhal zülmə cavab versə də ,zalım üçün qayıtmağa yol qoyulur. Çünki Allah bağışlayan və mehribandır ,hər bir günahkarı tövbə etdiyi təqdirdə əfv edir. Burada da tövbə edənlər üçün müqəddəs dərgahda bağışlanma nəzərdə tutulmuşdur.

Bu səbəbdən həzrət buyurur ki ,zalım şəxs Allaha qarşı qalxmış ,özü eynən savaş ocağı olmuşsa da ,onun üçün qayıdış yolu tam bağlanmamışdır. Çünki Allah bu şəxslə zülmünü davam etdirəcəyi halda düşməndir. Nə qədər ki o tövbə edib geri dönməmişdir ,Allah onunla savaşdadır. Elə ki zülm-sitəmdən əl çəkib tövbə etdi ,Allah onun günahlarını bağışlayır ,onunla düşmənçilikdən daşınır.

Əlbəttə ki ,tövbənin də günah mərtəbəsinə uyğun qəbul şərtləri var. İnsanların haqqını tapdamış şəxs tövbə edib qərara gəlsə ki ,bundan sonra həmin işi görməyəcək ,bəs etməz. Həmin şəxs qəsb etdiyi haqları qaytarmalı ,Allah bəndələrinin razılığını əldə etməlidir. Bəndələrin razılığından sonra Allah həmin şəxsin səmimi tövbəsini qəbul edir.

MƏZLUMNALƏSİNİN TƏ’SİRİ

İslam dünyagörüşündə bə’zi günahlar ne’mət və izzətin zillət və bədbəxtçiliyə çevrilməsi səbəbi sayılır. Bə’zi günahlar isə əzab və səmavi bəlaları tezləşdirir.

Həzrət Əlinin (ə) nəzərincə ,Allah bəndələrinə zülm-sitəm bir tərəfdən ilahi ne’mətləri bədbəxtliyə çevirən ,digər tərəfdən əzab və bəlanı tezləşdirən səbəbdir. Bu əzab həm üxrəvi (axirətə aid),həm də dünyəvi ola bilər. Demək ,bu əzabın hazırkı dünyamızda gerçəkləşməsi mümkündür. Allah bəndələrinə zülm zalımı ne’mətlərdən məhrum edib ,onun varlığını məhv edə bilər. Bütün bunlar məzlumun naləsindən qaynaqlanır. Həzrət buyurur:

وَلَيْسَ شَيْءٌ أَدْعَى إِلَى تَغْيِيرِ نِعْمَةِ اللهِ وَتَعْجِيلِ نِقْمَتِهِ مِنْ إِقَامَة عَلَى ظُلْم، فَإِنَّ اللهَ سَميِعٌ دَعْوَةَ الْمَظْلُومِينَ، وَهُوَ لِلظَّالِمِينَ بِالْمِرْصَادِ

“Allahın ne’mətlərini zillətə çevirməkdə ,Allah qəzəbini tezləşdirməkdə zülmdən tə’sirli amil yoxdur. (Yə’ni Allah bəndələrinə zülm ne’mətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən tə’sirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim sitəmkarları izləməkdədir.”

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment