Azəri
Thursday 25th of April 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş və sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır.

4- məktub

 

İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır. (İmam ona düşmənin itaət etməyəcəyi təqdirdə onlarla vuruşmağı əmr edir.)

(Cəməl əhli «Təlhə, Zübeyr, Aişə onların tərəfdarları» Bəsrəyə çataraq müharibəyə hazırlaşdıqdan sonra Osman ibn Hüneyf İmam əleyhis-salamı onların məqsədlərindən xəbərdar etmək üçün ona məktub yazdı. O Həzrətin Osman ibn Hüneyfə cavab olaraq yazdığı məktubun bir hissəsi belədir:) Əgər itaət kölgəsinə qayıtsalar (fitnə-fəsaddan əl çəkərək asayiş bərqərar edilməsini istəsələr) bu, elə bizim sevdiyimiz (istədiyimiz) şeydir. Amma əgər işlər onları düşmənçilik üsyankarlığa sövq etsə (müharibəyə hazırlaşsalar), sənin əmrinə tabe olanlarla, əmrinə tabe olmayanlara qarşı qalx döyüş. Sənin dalınca gedən kimsə ilə sənə yardım etməkdən çəkinən kimsəyə möhtac olma (kömək etməyənlərə möhtac olduğunu sanma). Çünki bir işə meyli olmayan kimsənin (orada) olmaması olmasından daha yaxşıdır, oturması durmasından daha xeyirlidir. (Ona görə ki, meyli olmadan məcburiyyətlə bir işə başlayan şəxs öz sirrini aça bilər nəticədə başqaları da onun dalınca gedərək işdən qalarlar.)

 

5-ci məktub

 

İmam Əli əleyhis-salamın Əş'əs ibn Qeysə (-onun barəsində 19-cu xütbənin şərhində bir az danışılıb) məktublarındandır. O, (Osman tərəfindən) Azərbaycanın hakimi idi.[1]

Sənin işin ( hakimliyin) sənin üçün ruzi yemək deyil. (Səni ona görə hakim etməyiblər ki, bir şey tapan kimi ondan özbaşına yeyəsən.) O sənin boynunda olan bir əmanətdir (ki, qoruyaraq onun yolunda, dinin hökmlərinə zidd bir addım atmamalısan). Səndən özündən üstün olan kimsə üçün gözətçi olmağını istəyiblər. (Sən elə bir əmirin əli altındasan ki, səni gözətçi təyin edib sənə vilayəti onun tərəfindən qorumağı tapşırıb. Buna görə ) rəiyyətin işində öz istədiyin kimi davrana bilməzsən. (Sənə əmr edilməmiş bir görə bilməzsən.) Sənə əmr fərman gəlməyincə böyük işə girişə bilməzsən. Sənin əllərində bənzərsiz böyük Allahın mallarından var. Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən. Ümidvaram ki, mən sənin üçün vali əmirlərin ən pisi olmayım. (Bu hökmün sənin dünya axirətinə xeyri var.) Salama layiq kimsəyə salam olsun!

 

6- məktub

 

İmam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır (ki, onu Şama Cərir ibn Abdullah Bəcəlli vasitəsi ilə göndərib onda öz xilafətinin haqq düzgün olmasını sübut edərək Osmanı öldürməkdən uzaq olduğunu açıqlayıb).

Əbu Bəkr, Ömər Osmanla beyət edənlər (onları xilafətə təyin edənlər) həmin yolla mənimlə beyət edərək əhd-peyman bağladılar (işlərin idarəçiliyini mənə tapşırdılar). Odur ki, (xilafətin Allah Peyğəmbər tərəfindən təyin edilmə ilə deyil, ümmətin ümumi rəyi ilə bərqərar olmasına xalqın ümumi rəyə gələrək Əbu Bəkr, Ömər Osmanı xəlifə təyin etmələrinə əqidə bəsləyən sizlər bilməlisiniz ki, məni xilafətə həmin şəxslər, yəni, xalq kütləsi təyin edib. Buna görə ) orada (beyətdə) olanların (Təlhə Zübeyr kimilərin) ondan başqasını seçmək haqqları yoxdur. Orda olmayanın da (sənin kimilərin ) onu qəbul etməmək haqqı yoxdur. (Sizin əqidənizə görə xilafət məsələsində) məşvərət aparmaq Mühacirlərin (Məkkədən Mədinəyə gələrək Həzrət Peyğəmbərə-səlləllahu əleyhi alih- qoşulanların) Ənsarın (Mədinədə Həzrət Peyğəmbərə iman gətirərək yardım edənlərin) haqqıdır. Onlar toplaşaraq bir nəfəri xəlifə imam adlandırsalar, Allahın razılığı da həmin işdə olar. Əgər kimsə (xəlifədə) eyb nöqsan tapması səbəbindən (bəhanəsi ilə, məsələn, Müaviyənin Osmanın öldürülməsini ona nisbət verməsi kimi) ya (dində rəva olmayan şeyi ona daxil etməkTəlhə, Zübeyr onların tərəfdarlarının əhd-peymanlarını pozmaları kimi) bidət  nəticəsində onların əmrlərindən (onların gördükləri işlərdən) boyun qaçırsa, onu itaət etməyə vadar edərlər. Əgər (öyüd-nəsihət fayda verməsə ) onların göstərişlərini qəbul etməsə, (sizin əqidənizə görə) onunla möminlərin yolundan başqa bir yol ilə getdiyi üçün vuruşarlar. Allah (da) onu üz tutduğu şeyin öhdəsinə buraxar.

Ey Müaviyə, canıma and olsun, əgər ağlına müraciət etsən (fikrə dalıb düşünsən) nəfsi istəklərinə göz yumsan, (yersiz danışmaz, Osmanın öldürülməsini mənimlə peyman bağlamamağına bəhanə gətirməzsən) görərsən ki, mən Osmanın qanında (öldürülməsində) ən təmiz adam olmuşam; bilərsən ki, mən ondan uzaqlaşaraq bir guşəyə çəkilmişdim. Amma sən (nəfsi isətəklərə uyaraq) böhtan atıb onun öldürülməsini mənə nisbət verirsən sənə məlum olan şeyi gizlədirsən. Salama layiq kimsəyə salam olsun!

 

7-ci məktub

 

Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındadır (ki, onda onu, o Həzrətə yazdığı məktuba görə məzəmmət edib onun nadanlıq azğınlığını xatırladıb).

Allaha həmdü-səna Həzrət Peyğəmbərə salamdan sonra: Səndən mənə müxtəlif sözləri bir-birinə yapışdırıb məktub bəzədiyin öyüd-nəsihət gəlib çatdı. (Bəzi mətləblər əldə edərək bu məktubda onları bir-birinə yapışdırmısan, halbuki onların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Onların hər birinin harada necə işlədilməsinin gərəkliyini bilmədiyin üçün) öz azğınlığın səbəbindən bu məktubu hazırlamısan fikir düşüncənin pisliyindən onu (mənə) göndərmisən! Məktub düz yola istiqamətləndirəcək gözü (bəsirət gözüaçıqlığı) nicat yoluna sövq edəcək başçısı cilovdarı olmayan kimsədəndir. Nəfsi istək onu (belə bir işə) vadar edib, o da qəbul edib, azğınlıq onun rəhbəri olub, o da onun dalınca gedib. (Buna görə ) o, sayıqlayaraq boşboğazlıq edib bihudə fəryad qoparıb (mənası başa düşülməyən nadürüst sözlər deyib); yolunu azaraq səhv edib (belə nalayiq sözlər yazıb).



[1] Azərbaycan İranın şimal-qərbində olan bir vilayətdir ki, çoxlu şəhər və kəndləri var və oranın ən mühüm və mərkəzi şəhəri Təbrizdir. Əmirəl-möminin Osmandan sonra işlərin idarəçiliyini ələ aldıqdan sonra Əş'əs nalayiq işlərinə görə İmamın onu öz vəzifəsindən uzaqlaşdıracağından qorxurdu. İmam, Cəməl müharibəsi qurtardıqdan sonra Əş’əsin Azərbaycan mallarının qorunmasında sayıq olması üçün ona bir məktub yazdı. Aşağıdakı cümlələr də həmin məktubdandır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment