Azəri
Friday 26th of April 2024
0
نفر 0

ŞƏHİDƏ AĞLAMAQ

 

ŞƏHİDƏ AĞLAMAQ

 Kərbəla hadisəsindən 14 əsrə yaxın bir zaman keçməsinə baxmayaraq, Aşura günü bu gün də əksər müsəlmanların qəlbində yenicə meydana gəlmiş bir hadisə kimi təsirini buraxmaqdadır. Hər il dünyanın hər yerində milyonlarla müsəlman bu ayda İslam peyğəmbəri Məhəmmədin (s) istəkli nəvəsi, cənnət cavanlarının ağası, Əli (ə) və Fatimənin (ə) balası, III imamımız Hüseyn ibn Əlinin (ə) şəhadətinin ildönümünə matəm məclisləri təşkil edir və Peyğəmbər (s) balasının başına gətirilən müsibətlərə ürək yanğısı ilə göz yaşı tökürlər. Qərb tarixçisi Jozef bunu belə bəyan edir: “Bu gün dünyanın elə bir nöqtəsi yoxdur ki, orada İmam Hüseyn (ə) üçün əzadarlıq etməyən 2-3 müsəlman olmasın”. Müsəlman xalqımız Məhərrəm və Səfər ayında İmam Hüseyn (ə) və silahdaşları üçün hüzn saxlayır, matəm mərasimi keçirir və bu faciəyə göz yaşı tökürlər. Bəlkə də dünyanın yeganə ölkəsiyik ki, məzhəbindən aslı olmayaraq bütün xalq bu günü hüzn saxlayır, məscidlərə cəm olur, əzadarlq edir. Əlli milyonluq dünya azərbaycanlılarını birləşdirən ümumi sərvətdir Aşura mədəniyyəti.

Bizim xalqımız bu matəm aylarında toy etmir, şənlik keçirmir. Lakin son zamanlar İslamda qeyri-ənənəvi təriqət olan vəhhabi missionerlərinin ölkəmizdəki geniş təbliğ etdikləri təxribatçı fikirlərindən biri də yas mərasimini keçirtməyin qadağan olunması fikridir. Bu gün vəhhabi təriqətinin bir çox ardıcılları təbliğat apararaq guya İmam Hüseynə (ə) yas saxlamağın, ağlamağın haram olması fikrini xalqımızın beyninə yeritmək istəyirlər. Əslində onlar bu əməlləri ilə düşmən dəyirmanına su tökürlər. Çünki İmam Hüseynə (ə) sarılan millət düşmənə yenilməz.

Əziz bacı və qardaşım, istəyirik ki, əvvəl bir neçə kəlmə qəlbləri kövrəldən, Peyğəmbər (s) və mələkləri ağladan Kərbəla faciəsi barədə qeyd edək. Çünki bizim bu hadisəyə yas tutmağımızın, ağlamağımızın əsas səbəbi İmam Hüseynin (ə) qiyamının xususiyyətləridir. Əgər Peyğəmbərin (s) gözünün nuru, Əli (ə) və Fatimənin (ə) qəlbinin meyvəsi, cənnət cavanlarının ağası İmam Hüseyn (ə) qiyam etməsəydi, Peyğəmbərin (s) gecə-gündüz min bir əziyyət ilə yetişdirdiyi “Tövhid ağacı” (İslam dini) din adı ilə fasiq Yezid ibn Müaviyənin əli ilə kökündən qoparılacaqdı. İmam (ə) özünü, övladlarını, səhabələrini bu yolda fəda edərək ümməti qəflət yuxusundan oyatdı və Yezidin əsl simasını tanıtdırdı. O həzrət bu hərəkətləri ilə insanlara igidlik, qəhrəmanlıq, məhəbbət və Allaha bəndəlik dərsini verdi. Düşmənə alçalmaq əvəzinə qılınclar altında qanlı ölümlə şərəf və izzəti qorumağı öyrətdi. O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun geri çəkilmədi.

Tarixdə görünməyən bir faciə ilə qarşılaşdı İmam (ə), ailəsi və dostları. Görəsən hansı ümmət belə bir əzəmətli, dahi, ədalət və haqq rəmzi olan rəhbərinin, imamının və onun əzizlərinin faciəli şəkildə qətlini və onun ailəsinin əsir götürüldüyünü eşitdikdə ağlamaz? Əgər belə bir ümmət tapılsa, onda həmin ümmət dahi şəxsiyyətinə qiymət verməyən, zilləti şərəf və izzətdən üstün tutan ümmətdir. Əgər İmam Hüseyn (ə) bizdən ötəri, İslamın yaşaması uğrunda canından, övladlarından keçibsə, ona yas saxlamaq nə üçün dinə zidd olsun?

Görəsən bu iradı tutmaq istəyənlər tarixdə Peyğəmbərin (s) İmam Hüseynin (ə) bu qanlı faciəsi haqqında qabaqcadan xəbər verməsini və ona ağlamasını eşitməyiblərmi? Halbuki bu hədislər bütün İslami mənbələrdə mövcuddur. Misal üçün, aşağıda onlardan bir neçəsini qeyd edəcəyik:

İbn Səd Aişədən belə rəvayət edir: “Peyğəmbər (s) yatmışdı. Bu vaxt Hüseyn (ə) içəriyə daxil oldu və Peyğəmbərə (s) tərəf getmək istədi. Mən onun bu hərəkətinə mane oldum. Lakin Hüseyn (ə) yenə Peyğəmbərin (s) yanına yaxınlaşırdı ki, birdən Peyğəmbər (s) ağlar bir şəkildə yuxudan oyandı. Mən Peyğəmbərdən (s) nə üçün ağladığını soruşduqda o, cavabında belə buyurdu: “Cəbrayıl mənə Hüseynin (ə) şəhid ediləcəyi torpağı göstərdi. Allahın qəzəbi onun qanını tökənlərə çox şiddətlidir. Ey Aişə, canım əlində olan Allaha and olsun ki, bu olay məni çox üzür” (Müsnədi-Əhməd ibn Hənbəl, c. 6, s. 294; Savaiqul-Muhriqa, s. 115; Hasaisul-Kubra, c. 2, s. 125; Məcmauz-Zəvaid, c. 9, s. 187).

Hakim Nişapuri belə rəvayət edir: “Ümmul-Fəzl nəql edir: Bir gün həzrət Hüseyni (ə) Peyğəmbərin (s) yanına apardım. O, Hüseyni qucağna alıb ağlamağa başladı və buyurdu: “Cəbrayıl yanıma gəldi. Ümmətimin bu övladımı öldürəcəyini xəbər verdi”. (Müstədrəkus-Sahihayn, c. 3, s. 176; Maktəlul-İmam əs-Sibtiş-Şəhidi-Xarəzmi, c. 1, s. 158).

Əsma bint Umeys belə nəql edir: “Həzrət Hüseyn (ə) dünyaya gəldikdə Peyğəmbər (s) yanıma gəlib buyurdu: “Əy Əsma, övladımı yanıma gətir!” Mən Hüseyni (ə) ağ rəngli parçaya büküb Rəsulallaha (s) verdim. O, Hüseynin (ə) sağ qulağına azan, sol qulağına iqamə oxuduqdan sonra onu mənə verib ağlamağa başladı. Soruşdum: “Anam-atam sənə fəda olsun, niyə ağlayırsan?” Peyğəmbər (s) buyurdu: “Bu övladıma ağlayıram”. Mən dedim: “Ey Allahın Rəsulu, övladın dünyaya hələ yeni gəldi”. Rəsulallah (s) cavabımda buyurdu: “Ey Əsma, bu övladımı zalım və azğın bir dəstə öldürəcək” (Zəxairul-Uqba, s. 119; Məqtəlul-İmam əs-Sibtiş-Şəhidi-Xarəzmi, c. 1, s. 87-88).

Ənsardan Səlma adlı bir qadın rəvayət edir ki, Ummu Sələmənin (r) yanına girdikdə gördüm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki, indicə Rəsulullahı (s) başı və saqqalı torpaqlı halda yuxumda gördüm. “Sənə nə olub, ya Rəsulallah (s)?” – deyə soruşdum. O, dedi: “Bir az əvvəl Hüseynin (ə) öldürüldüyünün şahidi oldum” (ət-Tirmizi, “Mənaqib”, 3774).

İbn Məsud rəvayət edir ki, bir gün Rəsulallah (s) gülər üzlə yanımıza gəldi və bizimlə söhbət etməyə başladı. Soruşduğumuz hər suala dolğun cavab verirdi. Birdən Həsən və Hüseynin (ə) də aralarında olduğu Bəni-Haşim gənclərindən bir dəstə oradan keçdi. Onları görən Peyğəmbər (s) ağlamağa başladı. Biz soruşduq: “Ya Rəsulallah, sizə birdən nə oldu? Ağlamağınızın səbəbi nədir?” Cavabımızda Rəsulallah (s) buyurdu: “Biz elə bir Əhli-beytik ki, Allah dünya müqabilində bizim üçün axirəti seçdi. Bilin ki, məndən sonra Əhli-beytim ölüm, sürgün və müxtəlif bəlalarla qarşılaşacaq” (Müstədrəküs-Sahihayn, c. 4, s. 464; Sünəni-İbni-Macə, c. 2, s. 1366, hədis 4082).

Biz məqalənin həcmini nəzərə alaraq bu qədər hədis gətirməklə kifayətləndik. Bu hədislər bütün İslam aləminin qəbul etdiyi hədislərdir. Qeyd etdiyimiz hədislər hətta İmam Hüseynə (ə) ağlamağı bəyənməyənlərin də kitabında vardır. Bu hədislərdən bizə aydın olur ki, Peyğəmbər (s) Kərbəla hadisəsi baş verməzdən öncə İmam Hüseynin (ə) faciəli müsibətinə ağlamışdır. Ümumiyyətlə İslamın ənənəvi təriqətlərində İmam Hüseynə (ə) yas saxlamaq bəyənilmiş əməl sayılımışdır.

Şəhidə matəm tutmaq, onun üçün ağlamaq ona məhhəbbət, sevgidən doğur. Böyük filosoflardan biri belə buyurur: “Şəhidə ağlamaq onun qəhramanlığında iştirak etmək, ruhu ilə uyğunlaşmaq, sevinci ilə şad olub, dalğasında ləpələnməkdir”. Şəhidin insan ruhunda buraxdığı təsir qəlbləri bir–birinə bağlayır. İnsan şəhidi örnək seçir və onun davamçısı olmağa səy edir.

Şəhidə ağlamaq onun hərakatını diri saxlamaq, bu hərakatı davam etdirməkdir. Şəhidə matəm saxlamaq şəhidin hərakatının misilsiz dəyərlərinin gənc nəsillərə çatdırılmasının, şəhidin məramının yaşadılması deməkdir.

Şəhidə ağlamaq həm də cəmiyyətdə baş verən zülm üçün ağlamaqdır. Əgər şəhidlik varsa, demək cəmiyyətdə zülm var. Onu aradan qaldırmaq hisslərinin oyanması deməkdir. Bugün torpaqlarının 20%-i erməni qəsbkarları tərəfindən zəbt edilən, 1 milyondan artıq qaçqını, minlərlə şəhidi olan, neçə-neçə qız-gəlini erməni dığalarının əsirliyində olan Azərbaycan xalqı İmam Hüseynə (ə) matəm saxlamaqla, həm də öz dərdini yadına salır. Əlbəttə, Qarabağın azadlığı İmam Hüseynin (ə) qıyamını araşdırmaqdan, onu öyrənməkdən, ona yas saxlamaqdan keçir. İmam Hüseynin (ə) qəhrəmanlığı bizə topraq uğrunda lazım gələrsə canından keçməyi aşılayır. Əgər Qarabağın azadlığını istəyiriksə, şəhidlər ağası İmam Hüseynin (ə) Kərbəlasından ilham almalıyıq. İmam Hüseynin (ə) matəmi insanlara düşmən qarşısında yenilməməyi, lazım gələrsə canını belə əsirgəməməyi öyrədir. Lakin bəzi fikirləri ilə millətimizin düşmənlərinə xidmət edənlərə görə Qanlı Yanvar hadisəsi, Xocalı faciəsi hər il yad edilməməlidir. Əgər biz bu hadisələri qeyd etməsək, tarixin qanlı faciələri unudulacaq və xalq yenidən gələcəkdə belə hadisələrə məruz qalacaq. Təsəvvür edin, 100 il bundan qabaq erməni daşnakları Bakıda, Şamaxıda qırğınlar törətmiş, sonradan Sovet hakimiyyəti təbliğatla bu hadisəni yaddaşlarımızdan silmiş və nəticədə ermənilər, unutqanlıqdan istifadə edib dost cildinə girərək, öz cinayətlərindən yenə də əl çəkməmişlər. Bu səbəbdən tarixi hadisələrə biganə qalmaq millətin məhvinə gətirib çıxara bilər. Bəli, İmam Hüseynin (ə) matəminə biganəlik bizi kökümüzdən ayıran bəladır. Böyük Alman filosofu Marbin yazır: “Müsəlmanların bir millət kimi mövcudluğu İmam Hüseynin (ə) şəhadətinə bağlıdır. Ona görə ki, Hüseyn (ə) eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz!”

Hər il Aşura günü qeyri-müsəlman ölkəsi olan Hindistanda rəsmi matəm günü kimi qeyd olunur. Çunki Mahatma Qandi Hindistan xalqını İmam Hüseyn (ə) ideyaları ilə azadlığa qovuşdurdu. Mahatma Qandi deyirdi: “Mən İmam Hüseynin (ə) -İslamın o böyük şəhidinin- həyatını diqqətlə oxumuşam. Və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb onun yolunu getsin”.

Qərb tarixçisi Edvard Braun yazırdı: “Görəsən, elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla, kədərlə dolmaya? Hətta qeyri-müsəlmanlar da İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar edə bilməzlər”.

İmam Hüseyn (ə), Əbülfəzl Abbas, həzrət Əliəkbər, Hürr, Əliəsgər və Kərbəlanın başqa qəhrəmanları üçün tökülən göz yaşları qəlbi təmizləyən və eyni zamanda həyatilik zəmisini suvaran bir yaşlardır. Bu göz yaşları insanı rəşadətə, əzmə, dönməzliyə, şücaətə, hər vəziyyətdə azad kişi kimi yaşamağa səsləyir. Bu göz yaşları insanı vücudi cəngavərlik durumuna gətirir. Bu göz yaşları insanı rəhmə, şəfqətə, mərhəmətə, özgə ağrısına qarşı həssaslığa dəvət edir.

Ey Rəbbimiz Səni and veririk İmam Hüseynin (ə) və səhabələrinin mübarək qanına, millətimizi İlahi dəyərləri yaşadanlardan et! Tezliklə işğal altında olan Qarabağımızın azadlığını nəsib et! Amin!

Sonda müsəlmanlara, qəlbində İmam Hüseynin (ə) sevgisinə yer vermiş bütün insanlara dərin hüznlə başsağlığı veririk!!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...
Yəhudilər “Azan səsindn narahatıq” deyib Məscidlərin səsucaldanlarını ...
BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi
Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu
Azərbaycan Xalqının Tarixini məhv edən rejimdə Rəsulzadənin Stalini gizlətdiyi ...
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur
Vəhhabilər Nigeriyada Məscid partladılıb, 22 nəfər həlak olub

 
user comment